AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə30/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

nına çıxmağa cəsarəti olmadı. Azuqəni götürüb sağ  və salamat Qarakilsəyə 
yetirdilər. 
(O tərəfdən) knyaz Sisianov gördü ki, azuqə gəlmədi və qala da ələ keçmədi. Rus 
qoşununa da titrətmə-qızdırma azarı düşmüşdür. Qayıdıb Qarakilsəyə  gəldi və 
azuqəni qoşununa payladı. 
Pirqulu sərdar və  bədbəxt valizadələr bu halı gördükdə çarəsiz qalıb, ildırım 
sürətilə qayıdıb qaçdılar. Borçalı  və sair Gürcüstan elatı da, bünövrəsi möhkəm 
olan dövlətdən üz çevirərək, üsyan sədasını ucaltmışdılar. Onlar xahiş etdilər ki, 
köçüb Qarabağa gəlsinlər və öz qədim vətənlərini tərk etsinlər. Mayor Lisaneviç 
bundan xəbərdar oldu. Nəsib bəylə birlikdə gəlib onlara gözəl nəsihətlər etdi. Onların 
ürəklərini yumşaltdı. Sərdar Gürcüstan torpağına daxil olana qədər onları əyləndirdi. 
(Sisianov) Sadaqlı kəndində o elatın ağalarını hüzuruna çağırdı. Tünd və acı hənzəl
1
 
ilə onların damağını  zəhərləyib dedi: "Bu qüvvətli dövlətə qarşı  nə üçün üsyan 
etmişsiniz. Sizin sağlam düşüncənizi kim zəhərləmişdir?!" 
Onlar Sisianovun suallarına cavab tapmayıb ağızlarına sükut möhrü vurdular. 
İstər-istəməz təslim oldular. Cənab sərdar bu halı görüncə, mərhəmət dəryası cuşa 
gəlib, onlara buyurdu: "Siz bu çirkin hərəkətləri və nalayiq işləri qanuna bələd 
olmadığınız üçün görmüşsünüz. Buna görə, mən dövlətə qarşı olan xəyanətinizə göz 
yumub, günahınızdan keçirəm. Lakin Gürcüstandan qarət edib apardığınız  şeylərin 
hamısını tamamilə sahiblərinə qaytarmalısınız". 
Bundan sonra (knyaz Sisianov) Gürcüstana daxil oldu. Bir neçə gündən sonra 
üsyan edən dağ  əhalisini sakit etmək üçün getdi. Oralarda əmin-amanlıq 
yaratdıqdan sonra qayıdıb Tiflisə gəldi. Qışı (orada) keçirdi, baharı isə Gəncəyə 
getdi. 
                                                 
1 “Əbucəhi” qarpızı adlanan çox acı bir meyvədir. 
 
81 


ON BİRİNCİ F Ə S İ L  
SƏRDARIN MƏRHUM İBRAHİM XAN VƏ SƏLİM 
XANLA SÜLH ETMƏSİ VƏ ƏMƏLƏ GƏLƏN 
BƏZİ HADİSƏLƏR HAQQINDADIR 
Knyaz Sisianov Gəncəyə daxil oldu və  şəhərin  ətrafında zəfər nişanəli 
çadırlarını qurdu. Qarabağ hakimi İbrahim xanın və onun damadı  Səlim xanın 
yanına vəkillər göndərdi və onlara məktub yazdı. Səlim xan İbrahim xanın 
tərəfindən Şəki vilayətinə xan təyin edilmişdi. Onun köməyilə mərkəzi hökumətə 
arxalanırdı. Knyaz Sisianov bu vasitə ilə onlara uca Rusiya dövlətinə itaət etməyi 
təklif etdi. İşarə etdi ki, öz hökumətlərinin binasını  Cəmşid mərtəbəli padşaha 
itaət etməklə möhkəmləndirsinlər. Adları  çəkilən xanların xahişlərini qəbul 
zinətilə  bəzədi. (Sonra) İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz 
Sisianov Gəncədən gəlib Kürəkçay (kənarında) görüşdülər
1
. Aralarında bir çox 
danışıqlar oldu, şərtlər qoyuldu və müahidələr bağlandı: hər iki tərəf  əhd və 
peymanla sülhün binasını möhkəmləndirdilər
2
. Sonra traktatlar 
(müqavilənamələr) bağlandı. Ondan sonra, uca mərtəbəli sərdar, mayor 
Lisaneviçi 500 soldatla Qarabağa, bir o qədərini də  Şəkiyə göndərdi
3
. Özü isə 
Tiflisə qayıtdı. Gürcüstan və Başaçıq işlərini nizam və intizama salmaqla məşğul 
oldu. Onun əsas fikri bu idi ki, iki dəniz arasındakı sahə əldə edilsin və hər iki 
dənizdən xalqın gəliş-gedişi təmin edilsin. Buna görə, Minqrel torpağında Qara 
dəniz kənarında İdət-Quli qalasını bina etdi 
                                                 
1 Knyaz Sisianovun qarabağlı  İbrahim xanla görüşü Kürəkçay kənarında vaqe olmuşdur. B a x: Knyaz Sisianovun 
knyaz Çartoriyskiyə yazdığı 1805-ci il 9 may tarixli, 298 nömrəli məktub (AKAK, c. II, sənəd 1435, səh. 702). Müqayisə et: 
Knyaz Sisianovun general-mayor Portnyakinə göndərdiyi 1805-ci il 23 may tarixli 605 nömrəli  əmr (AKAK, c. II, sənəd 
1438, səh. 707). 
2 Qarabağlı  İbrahim xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci il mayın 14-də bağlandı. B a x: 
Knyaz Sisianovun knyaz Çartoriyskiyə göndərdiyi 1805-ci il 22 may tarixli 328 nömrəli təliqə (AKAK, c. II, sənəd 1437, 
səh. 705). Yuxarıdakı traktatın lahiyəsinin mətni (AKAK, sənəd 1436, səh. 705). 
3  Şəkili Səlim xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat Kürəkçay kənarındakı düşərgədə 1805-ci il 
mayın 28-də bağlandı. 
 
 
82 


Sonra onun əsas fikri bu oldu ki, Bakını da alsın. Bu şəhər sahəsini qalib 
bayraqların malıçəsi (ayparası) ilə  işıqlandırsın. Bu məqsədlə Darüssürura 
(Tiflisə) qayıtdı. Dəniz kimi coşan qoşun və  dəmir geyimli alaylarla Bakını 
almağa hərəkət etdi. Mərhum İbrahim xandan kömək istədi. Behiştlik (İbrahim) 
xan da öz böyük oğlu səadətli Mehdiqulu ağanı köməyə göndərdi. 
Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə 
idi. Buna baxmayaraq o, bu böyük dövlətin itaətini qəbul etməkdən boyun 
qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab 
sərdar onu
1
  cəzalandırmağı  və  qəflət yuxusundan oyatmağı vacib bildi. Buna 
görə o, Şirvan tərəfinə yola düşdü. Mustafa xan bu kədərli hadisəni eşidincə, 
qorxuya düşdü. O öz elat və  təbəələrini yığıb möhkəm bir sığınaq və  məskən 
olan Fit dağına
2
  çəkildi və orada səngər qurub əyləşdi. Cənab sərdar gəlib 
çatdıqdan sonra aralarında barışıq oldu və traktatlar (müqavilələr) bağlandı
3

Sərdar dəfələrlə bir atlı götürüb, Mustafa xanın yanına gedirdi. Mustafa xan 
xeyirxahlıq üzündən cənab sərdara dedi: "Bu cür gəzməkdən sizə  və xoşbəxt 
vücudunuza ziyan toxunar". Sərdar ona belə cavab verdi: "Cəmşid mərtəbəli, 
əzəmətli və calallı olan dünya padşahının mənim kimi milyonlarca soldatı vardır. 
Əgər mən yox olsam, onun bir soldatı  əskik olar. Mənim kimi bir rütbə sahibi 
ölsün, ya bir soldat, heç bir təfavütü yoxdur". 
Sonra oradan köçdülər, Bakını  həm dənizdən və  həm də qurudan mühasirə 
etdilər
4
. Bir müddət keçdikdən sonra Badkubə (Bakı) xanı Hüseynqulu xan, 
cürbəcür vasitə  və  bəhanələrlə sülh və saziş binasını qoydu. Sərdar da onun 
üstüörtülü sözlərinə inandı. (Hüseynqulu xan) qaladan çıxdı, çadırlar qurdurub 
oturdu. Sonra sərdar həz-               
                                                 
1 Knyaz Sisianovun Mustafa xana 1805-ci il 12, 14, 15 və 24 dekabr tarixli məktubları (AKAK, c. II, sənədlər 1359, 
1360, 1362, 1364, səh. 671-673).
  
2 Fit dağı Lahıc kəndinin yaxınlığındadır. Mustafa xanın Fit dağında olması haqqında knyaz Sisianovun Mustafa xana 
yazdığı 1805-ci il 15 dekabr tarixli 933 nömrəli məktubuna bax (AKAK, c. II, sənəd 1362, səh. 673).
 
3 Şirvanlı Mustafa xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat 1805-ci il dekabrın 25-də bağlanmışdır. B a 
x: Knyaz Sisianovun çara yazdığı 1805-ci il 27 dekabr tarixli, 51 nömrəli raport (AKAK c. II, sənəd 1366, səh. 674).
 
4 B a x: Knyaz Sisianovun general-mayor Zavalişinə göndərdiyi 1806-ct il 31 yanvar tarixli 63 nömrəli əmr (AKAK, 
c. II, sənəd 1521, səh. 745).
 
 
83 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə