AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

pənah gətirmiş, deməli o, keçmiş  məhəbbət və dostluq hüququnu ürəyindən 
çıxarmışdır. Mən də gedib rus (qoşunlarını) o vilayətdən çıxardar və keçmişdə 
olduğu kimi Darüssüruru (Tiflisi) xaraba qoyub talan edərəm". 
Vali bu hadisəni eşitcək, həyəcana düşdü. Halı pərişan oldu. O, qorxudan boş 
xəyalata düşdü, çünki Ağa Məhəmməd  şahın Tiflisə vurduğu zərərlərdən gözü 
qorxmuş  və o ürəkyandıran hadisələrdən ödü yanlmışdı. Tiflis əhalisi də 
canlarını qorumaq istədiklərindən qaçmağı  qərara aldılar. Hər biri bir tərəfə 
getmək istədi. 
Yuxarıda adı  çəkilən general hədsiz səy və qeyrət etdi. Darüssürur (Tiflis) 
əhalisini sakit etməyə çalışdı. Axırda şəhər əhalisi yenə onun sözünə baxmadılar; 
çünki onlar bu vaxta qədər rus qoşununun hünərini sınaqdan çıxarmamışdılar. 
General bu mətləbi başa düşdü. Bildi ki, onun nəsihətlərinin atəşi, Tiflis 
əhalisinin dəmirtək soyuq olan (ürəyinə) təsir etməz və qorxuducu vədlərinin 
damcıları, o camaatın daş bağrını  dəlməz. Car çəkdirib Gürcüstan əhalisinə 
mərdanəliklə bildirdi ki, siz şəhərdən qaçmayın, nahaq yerə  vətəninizi tərk 
etməyin. Mən Rusiyanın xoşbəxt qoşunları ilə  hərəkət edib, onların qarşısına 
gedirəm.  Əgər qalib gəldim heç, istədiyimiz də odur. Əgər, Allah eləməmiş, 
məğlub olsam və düşmənin qarşısından qayıdıb qaçsam, ondan sonra siz də qaçın 
və istədiyiniz yerə gedin. 
Gürcüstan əhalisi bu sözləri eşidib sakit oldu və könüllərinin hürküyə düşən 
quşları aram tapdı. Bundan sonra adı  çəkilən general, öz qalib qoşunlarını 
götürüb Ümmə xanın qabağına getdi. Suqracu (?) kəndinin altında, Qıbır çayının 
üstündə, axşamçağı, iki qan içən ordu və iki əzəmətli dəstə bir-birinə yaxınlaşdı. 
Dağıstan qoşunu baxıb gördü ki, Rusiya qoşunu olduqca azdır. Çox təəccüb 
etdilər, ürəklərində heyrət  əmələ  gəldi (və öz-özlərinə dedilər): onlar bu az 
cəmiyyətlə  hərbə  və döyüşə necə cürət edirlər? Taxta ayaqları
1
 ilə bu çətin 
keçidli məmləkətdən necə keçərlər? 
Sonra hər iki tərəf haman yerdə yüklərini açıb düşdülər və çadırlarının mıxını 
yerin qəlbinə möhkəm vurdular. 
Ləzgi sərkərdələrinin bəzisi bu cür məsləhət gördülər ki, axşamın xeyrindən 
sabahın şəri yaxşıdır. Ümmə xan və bəzi sərkərdələr isə dedilər:  
                                                 
1 Çar soldatları ağır çəkmələr geydikləri üçün, ləzgilər onlara taxtaayaq demişlər. 
 
70 


Beyt 
Allahdan başqa kim bilər ki, 
Sabah ruzgar başımıza nə oyun açacaqdır. 
- Məsləhət budur ki, bu andan vuruşma məclisinə rövnəq verək, dava və 
döyüş meydanının zinətini artıraq, top və tüfəng sədası ilə dünyaya vəlvələ salaq. 
Parlaq qılıncın piyaləsindən bu zalımlara ölüm şərbəti içirək. 
Bundan sonra Ümmə xan öz qoşununun yarısma  əmr etdi ki, generalın 
ordusunu dörd bir tərəfdən  əhatə edib üzük qaşı kimi mühasirəyə alsınlar və 
hamısını əsir etsinlər. 
Dağıstan qoşunları öz komandanlarının fərmanını  həyata keçirməyə  səy 
etdilər
1
. Onlar rus qoşunlarına yaxınlaşınca, general (Lazarev) o saat əmr etdi ki, 
əjdaha heybətli, od yağdıran topları fitilləsinlər və  zəfərnişan soldatlar "hurra" 
çəkib hücuma keçsinlər. Dağıstan ordusu baxıb gördü ki, top atəşi aləmi od 
dəryasına çevirdi. Rus qoşunlarının üst-başları bunların qanından qıpqırmızı 
oldu. Qarşı durmağa taqətləri qalmadı. Davam gətirməyib qaçmağa üz qoydular. 
Hədsiz zərər çəkdilər. Ölənlərin sayı-hesabı yox idi. Qılınc ağzından canını 
qurtaranlar qaçdılar və çox çətinliklə özlərini qalan qoşuna yetirdilər. Başlarına 
gələn  əhvalatı olduğu kimi danışdılar. Onlar bu hadisəni eşidib, son dərəcə 
pərişan oldular və qorxuya düşüb dedilər: 
Salari 
 
Biz də namus üçün, ad qazanmaq üçün 
Ədavət qılıncını qınından çəkərik.  
Bu döyüş meydanında at qovar,  
Oxla, nizə ilə və iti qılıncla  
Nəhəng kimi, qan dəryasına baş vurarıq, 
                                                 
1
 
General-mayor Lazarevin və şahzadə İoannın komandası altında olan rus və gürcü qoşunları ilə avarlı Ümmə xanın 
(Ömər xanım) və  şahzadə Aleksandrın başçılığı altındakı Dağıstan qoşunları arasında vuraşma  İora çayının kənarında, 
Kakabetu kəndinin yaxınlığında 1800-cü il noyabrın 7-də baş vermişdir. General Lazarevin verdiyi xəbərə görə, dağıstanlılar 
çoxlu tələfat vermiş və təkcə ölənlərin sayı 2 minə qədər olmuşdur. Ruslardan və gürcülərdən isə 13 nəfər ölmüşdür. B a x: 
General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 8 və 14 noyabr tarixli 67 və 68 nömrəli 
raportlar (AKAK, c. I, sənəd 109 və 111, səh. 168, 170-175).
 
71 


Onlara dava meydanını təng edərik 
Əgər biz mərdliklə ad çıxarmasaq 
Qoy başımızdakı bu papaq bizə haram olsun. 
General fərəh verən bu hadisəni görüncə, istirahət təbilini vurdurdu. Ondan 
sonra, zəfər nişanəli qoşununu götürüb özünü onların sığınağına yetirdi. Mərdanə 
həmlələr və igidcəsinə hücumlarla düşmən qoşununu dağıtdı. Ümmə xan və sair 
sərkərdələr artıq səy və qeyrət göstərdilər. Çalışdılar ki, bəlkə hiylə ilə öz vəhşi 
əsgərlərini qaçmaqdan saxlasınlar. Bir daha müharibəyə girişsinlər. Lakin mümkün 
olmadı. Çünki ləzgi  əsgərləri rus qoşununun birinci öd yaran zərbəsindən 
qorxmuşdular. 
Gündüz pərisinin işıqlı üzü, Ümmə xanın taleyi kimi, qaralmağa başlayınca, 
ləzgilər üzüqaralıq etdilər. Hərəkət kəcavəsini fərar dəvəsinə yükləyib qaçdılar. 
Gəncə torpağınacan, tərsinə əsən yel kimi heç bir yerdə bənd olmadılar və heç bir 
mənzildə durmadılar. Fikirləri bu idi ki, oradan keçib Qarabağa gəlsinlər. Qışı 
burada keçirib bahar fəsli öz vətənlərinə qayıtsınlar. Dağlar qar olduğundan, bu fikri 
həyata keçirmək mümkün olmadı. Gəncə  əhli bu əhvalatdan xəbərdar oldu. O az 
camaatın üstünə tökülüb
1
 rəhmsizcəsinə qılıncdan keçirdilər. Ləzgilər daha heç bir 
yerə sığına bilmədilər. Yüz min müsibətlə Cara qaçdılar. (Oranı) özlərinə qışlaq edib 
oturdular
2
. İttifaq belə düşdü ki, Ümmə xan orada naxoşlayıb dünyadan getdi
3
. Nəşini 
orada dəfn etdilər. Onun matəmində ləzgilərin ürəyi yenə qana döndü.      
                                                 
1
 
General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 4 dekabr tarixli raportunda deyilir: 
"Ümmə xanın Samux torpaqlarına getmiş qoşunlarının bəzi dəstələri qənimət  ələ keçirmək üçün gəncəli Cavad xanın 
mülklərinə basqın etdilər. Xan isə bu basqından xəbər tutaraq onların qabağına qoşun göndərdi". (B a x: AKAK, c. I, sənəd 
127, səh. 183).
2 General-mayor Lazarev general-leytenant Knorrinke göndərdiyi 1800-ci il 21 dekabr tarixli raportunda belə yazır: 
"Gizlicə Cara göndərdiyim adam xəbər gətirdi ki, Ömər xan həqiqətən də oraya gəlmiş və qarlı dağları keçmək mümkün 
olmadığından, qışı Balakəndə qalmaq niyyətindədir; yanında qoşunu yoxdur, adamları dağılıb öz evlərinə getmişlər" 
(AKAK, c. I, sənəd 132, səh. 187). Müqayisə et: Cavad xanın general-mayor Lazarevə göndərdiyi məktub (AKAK, c. I, 
sənəd 812, səh. 606). 
3  Avarlı Ömər xan 1801-ci il martın 10-da Balakəndə ölmüşdür. B a x: General-mayor Lazarevin general-leytenant 
Knorrinke göndərdiyi 1801-ci il 16 mart tarixli 174 nömrəli raport (AKAK, c. I, sənəd 424, səh. 332). 
 
72 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə