AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

rətlərinə belə bir xəbər göndərdi: "Sizə söyləməyə bir para vacibli və gizli sözlərim 
vardır. Onları  şifahən sizə danışmalıyam. Buna görə  məsləhətdir ki, mənim 
çadırıma təşrif gətirəsiniz". 
Saf və  təmiz qəlbli cənab Sərdar bu işdə bir qərəz olduğunu ürəyinə  gətirmədi. 
Hüseynqulu xanın çadırına gəldi. Orada oturub danışır və məsləhətləşirdilər. Danışıq və 
müşavirə  əsnasında, Hüseynqulu xanın qohumlarından  İbrahim bəy adlı bir şəxs 
namərdlik edib, güllə ilə sərdarı yaraladı. Sərdar haman saat vəfat etdi. 
Şeir 
Dünya gözəllik etibarilə bir behişt olardı. 
Əgər onda qocalıq və ölüm olmasaydı. 
(Hüseynqulu xan) bu hərəkəti qızılbaş dövlətinə qarşı uca bir xidmət və gözəl bir 
sədaqət hesab etdi. O, mənzil kəsən və yel kimi iti gedən çaparlar vasitəsilə Qızılbaş 
dövlətini bu hadisədən xəbərdar etdi. Qızılbaş dövləti tərəfindən də  həddən artıq 
təchiz edilmiş və ulduzlar qədər çoxlu qoşun göndərildi. Onlar gəlib Bakı səhrasına 
doldular. Xas və avam camaatın yığışmasından,  əsgərlərin və qoşunların 
toplanmasından, yel və külək kimi iti gedən dördayaqlıların hərəkətindən dağ  və 
səhralar məhşərdən bir nümunə olmuşdu. 
Rusiya  əsgərləri bu hadisədən xəbərdar oldular. Quru yol ilə qayıtmaqdan 
çəkindilər. Gəmilərə oturub Hacı Tərxana getdilər. 
Bu vilayətlərdə İran qanunları tətbiq edildi və (ölkə) onların əsassız nizamlarına 
tabe oldu. Nəticədə az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün. 
Starşiy komandir (baş komandir) vəzifəsilə  Pənbəkdə sakin olan cənab general-
mayor Svidaev (Nesvetayev)
1
, müvəqqəti olaraq sərdarlıq yerini dolandırırdı. O, xas və 
avam camaatın ürəyini ələ gətirməyə və onları sakit etməyə çalışırdı. 
Yeddi-səkkiz ay keçdikdən sonra, cənab general-feldmarşal qraf Qudoviç, 
sərdarlıq mənsəbilə Qafqaza gəldi. Darüssürura (Tiflisə) daxil olub, öz vəzifəsinə 
başladı
2
.          
                                                 
1 Nesvetayev Pyotr Daniloviç, general-mayor. B a x: Knyaz Sisianovun general-mayor Nesvetayevə yazdığı 1805-ci il 
25 avqust tarixli 1066 nömrəli əmr (AKAK, c. II, sənəd 1165, səh. 585). 
2 1806-cı ilin iyun ayında general-feldmarşal İ.V.Qudoviç knyaz Sisianovun əvəzində Qafqaz işləri ilə məşğul olurdu. 
B a x : AKAK, c. III. 
 
84 


Bir çox illər və aylar keçdikdən sonra, Rum (Türkiyə) sultanı ilə düşmənçilik 
yolu açıldı. Qraf feldmarşal (Qudoviç) külli tədarük və əndazəsiz hazırlıqlar gördü. 
Mühasiblərin fikir və  zəkası onu sayıb hesablamaqdan aciz idi. General 
Nesvetayevi zəfər nişanəli və ulduzlar qədər saysız-hesabsız xoşbəxt qoşunla 
Gömrüdə qoydu. Özü isə düşmən əzən döyüşkən dəstələr, yağıya od vuran əsgəri 
hissələrlə, böyük bir cah-calal, şövkət və iqbal ilə Axalkalak tərəfinə sel kimi getdi. 
O zaman Xümşizadə  Səlim paşa Axısxada hakim və hökumət işlərini idarə edib, 
nizama salmaqda idi. O bu qorxulu xəbərləri və qeyrətli hadisələri eşitdi. O saat boş 
xəyalat və puç fikirləri nəticəsində ruhdan düşdü (özünü itirdi). Axalkalakm 
mühafizəsi və rusları dəf etmək üçün qoşun təyin edib göndərdi. O bilmədi ki, axan 
selə kol-kos mane ola bilməz.  İnsan və cinnin tədbir qalxanı meteor daşını dəf edə 
bilməz. Qraf Qudoviç cənabları, döyüş meydanının igidlərilə (öz əsgərləri ilə) heç bir 
mənzildə düşmədi. Gecə və gündüzünü yəhər üzərində keçirdi. Axalkalak sahəsini 
zəfər nişanəli orduların seyrəngahı etdi. Qaniçən döyüşçülərin qalibiyyət çadırlarını 
orada qurdu. Axalkalakı üzük qaşı kimi dörd bir tərəfdən mühasirəyə aldı
1
. Səkkiz 
gün bu qayda ilə durdu. Sonra, nərdivanlar düzəltdirib dörd tərəfdən şəhərə yürüş 
etdilər. Orada yaşayan  əhalinin ürəyinə qorxu saldılar. Sübhün açılmasına iki saat 
qalmış (müharibəyə girişdilər). Sübhün açılmasından üç saat keçmişdi, parlaq 
qılıncların məşşatəsi adlı-sanlı  pəhləvanların qanı ilə, döyüşçülərin üzünü gültək 
qızartmaqda idi. (Axırda) qraf gördü ki, zəfər qalasını  fəth etmək mümkün olmur. 
Məqsədinə çatmadan geri qayıtdı. O gecəni durub səhər Gürcüstan tərəfinə getdi. 
Tiflisə yetişdiyi zaman eşitdi ki, Yusif paşa sərəskər olub, müharibə məqsədilə Qarsa 
gəlmişdir. Qraf hazırlıq görüb Gömrüyə hərəkət etdi
2
.           
                                                 
1 Rusiya qoşunları Axalkalak qalasını 1807-ci ilin may ayında mühasirəyə aldılar.B a x: Qraf Qudoviçin general-mayor Rıkqofa 
Axalkalakidən yazdığı 1807-ci il 10 may tarixli 36 nömrəli əmr (AKAK, c. III, sənəd 942, səh. 542). Axalkalak qalasının
 
mühasirə 
edilməsi haqqında türk mənbələrinin verdiyi məlumatla tanış olmaq üçün b a x: Anadoluda Türkiyə ordusunun baş komandanı Yusif Ziya 
paşanın Yuxan Şoragildə olan rus generalı Nesvetayevə göndərdiyi hicri 1222 (1807)-ci il 15 rebiülevvəl tarixli elan (AKAK, c. III, sənəd 
922, səh. 531).
 
2 General Qudoviçin Gömrüyə tərəf hərəkət etməsi haqqında bax: Qraf Qudoviçin Lori çayı yanındakı düşərgədən general-mayor 
Nesvetayevə göndərdiyi 1807-ci il 3 iyun tarixli 158 nömrəli əmr (AKAK, c. III, sənəd 947, səh. 545).
 
 
85 


Arpa çayında iki ordu bir-birinə rast gəldi. Hər ordu çayın bir tərəfində düşdü. Bir 
müddət keçdikdən sonra müharibə başlandı. İkindiyə yaxın osmanlı qoşunu (məğlub 
oldu). Ruslar osmanlılardan böyük qənimət və çoxlu toplar aldılar
1
. Sərdar böyük 
bir dəbdəbə ilə istədiyi kimi Tiflisə yola düşdü. 
Qışda çoxlu tədarük və hazırlıq görüb zəfər nişanəli bayraqları qaldıraraq İrəvan 
tərəfinə  hərəkət etdi
2
. General Nebolsini Qarabağ  tərəfindən çoxlu zəfər nişanəli 
qoşun dəstələrilə Naxçıvan vilayətini almağa göndərdi. Naxçıvan alındı
3
. İrəvan sıx bir 
mühasirə altında qaldı. Uzun bir müddət keçdikdən sonra yürüşə başladılar. Dövranın 
saqisi çox adamların həyat piyaləsini daşdırdı.  Əcəl küləyi hədsiz-hesabsız 
insanların gözünə bu işıq dünyanı qaranlıq etdi. 
Axırda öz himmət əlini qalibiyyət gözəlinin ətəyinə çatdıra bilmədi. Məqsədinə 
çatmadan
4
 qayıtmaq təblini çaldırdı və gedib Darüssürura (Tiflisə) daxil oldu. 
Bundan sonra, general ot infanteri (piyada qoşun generalı) Tormasov, əbədi dövlətin 
baş  məmurları  tərəfindən sərdarlıq vəzifəsinə  təyin edildi və o, uca mənsəbin 
piyaləsindən sərxoş oldu. Qrafı Rusiyaya çağırdılar
5
. General Tormasov sülhü 
hərbdən əlverişli görüb, Osmanlı dövlətilə barışdı. 
General Tormasov qızılbaşlarla davanın arasını  kəsməz və döyüş  məclisini 
sovutmazdı. Bəsirət gözünü yumub İran tərəfindən rahat-         
                                                 
1
 
Sərəskər Yusif paşanın komandası altında olan türk ordusu 1807-ci il iyunun 18-də Arpa çayında məğlub edilmişdir. 
Rusiya qoşunları bu döyüşdə  qənimət olaraq 10 top və 2 mortir ələ keçirdilər. B a x: Qraf Qudoviçin Arpa çayı 
düşərgəsindən çara göndərdiyi 1807-ci il 20 iyun tarixli 11 nömrəli raport (AKAK, c. III, sənəd 957, səh. 548).
2
 
Rusiya qoşunları 1808-ci ilin oktyabr ayında qraf Qudoviçin komandanlığı ilə İrəvanı mühasirəyə almışdılar. B a x: 
Qraf Qudoviçin general-mayor Nebolsinə yazdığı 1808-ci il 18 oktyabr tarixli 149 nömrəli əmr(AKAK, c. III, sənəd 875, 
səh. 496).
3
 
Naxçıvanın Rusiya qoşunları tərəfindən alınması haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 
1809-cu il 5 yanvar tarixli 1 nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 507, 508).
4
 
İrəvan qalasının iki aylıq mühasirəsi, qala üzərinə edilən müvəffəqiyyətsiz hücum (17 noyabr 1808-ci il) və Rusiya 
qoşunlarının geri çəkilməsi haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 1809-cu il 5 yanvar tarixli 1 
nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 509-510).
5
 
Qraf İ.V.Qudoviç Gürcüstandakı qoşunlara 1809-cu il martın 5-dək komandanlıq etmişdir, lakin o, aprelin axırlarına 
qədər Qafqaz işlərinə baxırdı (AKAK, c. III, səh. 111). B a x: General-leytenant Repinin Bakıdan qraf Qudoviçə yazdığı 
1809-cu il 27 aprel tarixli 460 nömrəli raport (AKAK, c. III, sənəd 904, səh. 516). 
 
 
86 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə