AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

verdilər. O məni qulluğuna çağırdı. (Mənim)  əlimlə gizli olaraq, Axısxa paşası 
Nayib paşaya bir çox kağızlar yazdırdı. Bunun nəticəsində Aslan bəyi geri 
qaytardılar. Ministr mənə mərhəmət edib məvacib təyin etdi. 
Vali öldü
1
, Gürcüstan uca (Rusiya) dövlətinin hakimiyyəti altına keçdi. Bu vaxta 
qədər mən gizli qulluq edirdim. Mən dövlətin baş məmurları qulluğunda olurdum. 
Sonra general-mayor Lisaneviç Pənbək və Şoragüdə müdir və rəis olub məni apardı
2

On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçik rütbəsi 
(çini) verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan
3
 izn alıb Qarabağın keçmiş 
hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim. Mehdiqulu xan cənablan 
qədim yerlərimizi, onlardan əlavə bir çox yer, mülk və rəiyyət də mənə mərhəmət 
buyurdu. Məzkur xan sərhədin o tərəfinə getdikdə dövlət başçıları  məni "İyirmi 
dörd" mahalına naib təyin etdilər. Sonra general Yermolov ilə Hüseyn xan sərdar 
arasına mübahisə düşdü, sərhəd məsələsi üstündə  çəkişmə  əmələ  gəldi. Bizim 
sərhədi mühafizə etmək üçün, bir batalyon (soldat) və əlli qazaq təyin edildi. Sonra 
Yermolov komendanta yazdı: "Kapitan Mirzə Adıgözəl bəyi də  sərhəd mühafizi 
təyin etmişəm". 
Bu qoşunlar həmişə yanımda və elat da hökmüm altında idi. Üç il, ta avqust 
ayının 25-ci gününəcən, bu qayda ilə keçdi: sərhəddə bəylər təyin edib, qarovullar 
qoyurdum. Hüdudu mühafizə etməklə  məşğul olurdum. 1826-cı ildə daha batalyon 
vermədilər. Bir ofisərlə altmış nəfər soldat, iki yüz elat atlısı və yüz nəfər erməni 
çəriki (əsgəri) götürüb sərhəddə durduq. Bu zaman qarapapaqlar Göyçədə   
                                                 
1
 
Gürcüstan çarı XII Georgi 1800-cü il dekabrın 28-də ölmüşdür. B a x: general-mayor Lazarevin general-leytenant 
Knorrinke yazdığı 1800-cü il 28 dekabr tarixli 93 nömrəli raport (AKAK, c. I, sənəd 137, səh. 188). 
2 General-mayor Lisaneviçin okruq reisi sifetilə  Pənbək və  Şoragilə  gəldiyi günü düzgün müəyyən etmək mümkün 
olmadı. Lakin bu qədər məlumdur ki, general-mayor Lisaneviç artıq 1811-ci ilin avqust ayında bu vəzifəni daşıyırdı. B a x: 
General Tormasovun general-mayor Lisaneviçə yazdığı 1811-ci il 13 avqust tarixli 134 nömrəli əmr (AKAK, c. IV, sənəd 
179, səh. 775. Müqayisə et: sənəd 1180, səh. 776). 
3 General A.P.Yermolov Tiflisə əlahiddə korpus komandiri və Gürcüstanın mülki işlər idarəsi baş rəisi sifətilə 1816-cı 
ilin oktyabr ayında gəlmişdir. B a x: General Yermolovun qraf Nesselroda yazdığı 1816-cı il 19 noyabr tarixli raport 
(AKAK, c. VI, h. II, sənəd 281, səh. 136). 
 
104 


idilər. Onlardan bir neçə  nəfəri mənimlə sirdaş olmuşdu. (Onlar) mənə  xəbər 
verdilər ki, qızılbaşlar sülhü pozub dava etmək fikrindədirlər. Mən bu əhvalatı yerli-
yerində, dəfələrlə komendant mayor Çilyayevə yazdım. Axırda Çilyayev mənə yazdı: 
"Siz mənə yazırsınız, mən də məcbur olub general Yermolova xəbər verirəm. O cənab 
da mənə  məzəmmət yazır, (halbuki) mənə  də  yəqin olubdur ki, qızılbaşlar sülhü 
pozmaq fikrində olub müharibəyə hazırdırlar. Yanınızda olan poruçik Makarova 
yazmışam ki, nə vaxt kapitan Mirzə Adıgözəl bəy sizə bildirsə, Qalaya (Şuşaya) 
gələrsiniz. Qızılbaşlar düşmənçiliyə başladıqları zaman siz də  əfsəri yola salın. 
Özünüz də elatı möhkəm bir sığnağa çəkib oturun". 
Mən yazdım ki, bu xalq sığnaq edib mənimlə səngərdə durmaz; çünki Mehdiqulu 
xan o tərəfdədir
1
, onun yanına gedərlər. Siz məni mürəxxəs edin, ya Qalaya (Şuşaya) 
gəlim, ya da Tiflisə gedim. Komendant razı olmayıb buyurdular ki, siz gərək el içindən 
çıxmayasınız. 
Xülasə, bir vaxt Bazərgan bulağında durmuşduq. Bu zaman Kolani 
Əliməhəmməd adlı birisi gəlib mənə dedi: "Ayağa dur, səninlə xəlvəti bir sözüm 
var". Durub bir dərəyə düşdük. O, cibindən çoxlu kağız çıxarıb mənə verdi. Gördüm 
ki, hamısı Mehdiqulu xanın məktublarıdır. Bütün bəylərə, yüzbaşılara və kətxudalara 
yazıbdır. Mənə də yazıb ki, Naibüssəltənə Gorusda olan batalyonu qırıb, yerdə qalanı 
əsir etmişdir. Sən də yanında olan soldatı tamam-kamal, şahzadə Naibüssəltənənin 
(Abbas Mirzənin) - ruhumuz ona fəda olsun - hüzuruna gətir, hədsiz lütf və 
mərhəmətə yetişərsiniz, daimi maaş alıb dövlət sahibi olarsınız. 
Mən bu kağızı oxuyunca əhvalım dəyişdi. O saat gəlib məzkur  əfsəri bu 
əhvalatdan xəbərdar etdim də (dedim): "Gərək siz bu gecə gedəsiniz". Əfsər də çox 
qorxuya düşüb dedi: "Mən bu dağlardan, qayalardan, yollardan və Kolani tayfasının 
içindən necə keçəcəyəm?" 
Mən ona tapşırdım: bu sözləri kimsəyə deməyəcəyəm. Sən axşam yalandan bir 
kağız oxu, mənə də və xalq arasında yay ki, guya padşahlıq ilxısı Çiləbördə gəlibdir. 
Sənə hökm olubdur ki, gedib ona qarovul olasan. Gərək bu gecə otuz ulaq hazır 
olsun. Mən deyərəm: Sən belə tez getmək istəyirsən, halbuki (obalar) uzaqdadır.    
                                                 
1
 
Yəni Qarabağ xanı Mehdiqulu xan İran qoşunları tərəfində, Abbas Mirzənin yanındadır.
 
 
105 


Əgər az ulaq istəsən, yanımda olan süvarilərin atlarından alıb sənə verərəm. 
Xülasə,  əfsər 8 at istədi. Yanımda olanlardan alıb ona verdim və dedim: 
"Axşamdan bir saat keçmiş yola düş. Səhər açılıncaya qədər böyük yerlərdən keçib 
Həsənrız kəndinə get. Orada durma, tez koxadan atlar alıb ilxı bəhanəsilə yola düş. 
Bütün soldat şeylərini və başqa azuqələri kilsədə qoy, hər yerdə meşə ilə gedərək 
özünü Qalaya yetir". 
Bu qayda ilə yaxşı göstərişlər verib əfsəri yola saldım. Özüm isə orada qaldım. 
Sabahı, günortaçağı xalqa da xəbər oldu. 
Onlar dəstə-dəstə gedərək, (bir-birlərinə) "rus qaçıb" deyirdilər. Mən onlara 
dedim: "Rus padşahlıq ilxısını mühafizə etmək üçün gedibdir". Xülasə, o qədər qaldım 
ki, təxminən soldat qorxulu yerlərdən ötüb getdi. Sonra mən xalqa nəsihət edib 
(dedim): "Sisianov İrəvana gedən ildə Qazax və Borçalı  əhalisi Rusiya dövlətinin 
gücünə  bələd deyildilər. Onlar da sizin kimi asi oldular. Sonra isə peşmançılıq 
çəkdilər.  İndi siz də o cür bir vəziyyətdəsiniz. Çalışın bu cür əsassız bir işdə 
aldanmayın və sədaqətinizi itirməyin". 
Bu sözləri dəfələrlə onlara deyib öz evimə  tərəf getdim. İstədim ki, özümü 
Gəncədəki soldatlara yetirim, oradan da Tiflis şəhərinə gedim. 
Bu zaman xəbər gəldi ki, gəncəlilər dönüklük və qızılbaşlar da Tiflis tərəfinə 
hərəkət etdilər. Bu işlərdən də naümid və  məyus olub yenə elatın içinə  gəldim. 
Orada hər gün şahzadə  və xan tərəfindən mənə  məkrub gəlirdi. Məkrublarda 
deyilirdi: "Bütün vilayətlərin xalqı gəldi, siz nə səbəbə gəlmirsiniz". Mən onların hər 
birini bir bəhanə ilə dəf edərək vaxtı uzadırdım. 
Nəhayət, bir gün istədim ki, elatın içinə gedib yenə onlara nəsihət edim. Əlirza 
yüzbaşının evində qonaq idim. Bir nəfər gəlib mənə xəbər verdi ki, evində qonaq 
olduğun bu yüzbaşı adam göndəribdir ki, Xanlar ağadan  əlli nəfər kürd atlısı alıb 
gətirsin. Səni tutub şahzadənin hüzuruna aparsın. Mən bu sözü eşitdikdə çox fikrə 
gedib təşvişə düşdüm. Fikrim bu oldu ki, qolubağlı getməyim. Sonra düşünüb 
qardaşlarımın dilindən bir məktub yazdım. Naməlum bir adama verdim ki, gecə 
gətirib mənə versin. Məzkur adam bu kağızı aparıb bizim ailəmiz tərəfindən 
Qaraqoyunlu obasına yetirir. Deyir  
 
106 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə