AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə35/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

latdan xəbər tutan kimi, onlara mane oldu. Rus qoşunu geri qayıtdı. Uğurlu xan da 
gəlib Gəncədə xan oldu. Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək
1
 və Şoragildən 
çıxdıqdan sonra, Hüseyn xan
2
  və  Həsən xan
3
  İrəvan tərəfindən gəlib, Rusiya 
hökumətinə aid dam-daşı  yıxıb od vurdular və oralara yiyələndilər
4
. Hətta Həsən 
xan gedib Borçalı mahalında Künçik altında yaşayan nemesləri soyub çox əsirlər 
gətirdi. Qızılbaşlar hər gün yalan şayiələr çıxarıb deyirdilər ki, sərdar general 
Yermolov Tiflisi boşaldıb Rusiyaya getmək istəyir, Madatovdan da bir xəbər 
yoxdur. 
Mənim qasidim gəlincəyə qədər belə keçdi. Sonra o, gəlib xəbər gətirdi: "Sərdar 
Yermolov Tiflisdə çox vüqar və arxayınlıqla oturmuş, Madatov da külli qoşunla 
Rusiyadan gəlmişdir. Deyirlər ki, onun ixtiyarında olan əsgərlər padşahın öz xüsusi 
alaylarındandır". 
Bu xəbərləri eşitdikdən sonra, qızılbaşlar qəflət yuxusundan ayıldılar. 
Naibüssəltənə  vəliəhd Məhəmməd Mirzəni, dayısı  Əmir xan sərdarı  və  Nəzərəli 
xanı külli qoşunla göndərdi ki, gedib Gəncədə dursunlar. Tam ehtiyatla qalanı 
möhkəmləndirib hüdudları qorumaqla məşğul olsunlar. 
Burada, əvvəla, Qala (Şuşa) mühasirə olunduqdan bir neçə gün sonra, vəliəhd öz 
hüzuruna yaxın olan adamlardan Bicən xanı ümid, müjdə və nəvazişlər vədilə Qalaya 
(Şuşaya) göndərdi ki, şəhəri təslim etsinlər. Ondan sonra mayor Qlukini 
(Klugenaunu)
5
 Qaladan göndərdilər. Xülasə, çox müşavirə və hədsiz danışıqlardan 
sonra belə  qərara gəldilər ki, komendant mayor Çilyayevi bir kapitanla girov 
versinlər. Mayor Klugenaunu bir yüzbaşı ilə birlikdə sərdar Yermolovun hüzuruna 
göndərdilər ki, qalanı  təslim etməyə razı olsun. Sərdar Yermolov da cavabında 
yazdı: "Rus dilində kapi- 
                                                 
1 Polkovnik knyaz Savarsamidze Pənbək və  Şoragil distansiyalarının rəisi idi. İran ordusunun böyük qüvvələrinin 
1826-cı il iyul ayında etdikləri hücum zamanında rus dəstələri sərhəd postlarını tərk etməyə məcbur oldular.
 
  
2 Hüseyn xan İrəvan sərdarı idi. 
  
3 Həsən xan sərdar Hüseyn xanın qardaşı idi. 
4 Rus qoşunlarının Penbək və  Şoragildən Gəncəyə (Yelizavetpola) geri çəkilmələri və  İran sərdarı Hüseyn xanın 
hərəkatı haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 12 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 
681, səh. 375).
 
  5 Mayor Klugenaynun Abbas Mirzə ilə etdiyi müzakiratın müfəssəl mətni N.Dubrovinin "История  войны  и 
владичество pyccких на Kaвкaзe" adlı əsərində dərc edilmişdir (c.I, SPb, 1888 səh. 637-639). 
 
 
94 


tulyasiya yoxdur; çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir". 
Mayor özü orada qalıb kağızı İbrahim adlı bir yasavulla göndərdi. Burada kağızı 
tutub vermədilər. Bu əsnada Allahyar xan çoxlu əsgərlə gəlib şahzadənin qoşunu ilə 
birləşdi. Yenə yürüş binası qoydular. Lakin bir nəticə hasil olmadı. Şəhərin ətrafında 
düşdülər. Bu əsnada, Əmir xan sərdarın Madatovla müharibə etməsi, öldürülməsi və 
qoşununun sınması (xəbəri)
1
  şahzadəyə çatdı. Köç edib Ağdama yetişdi. Oradan 
komendantı
2
 və məni Təbrizə göndərdi. Mehdiqulu xanı Qarabağda qoyub özü Gəncə 
tərəfinə getdi. Madatov Əmir xan sərdan öldürüb Gəncəyə girdi
3
. Ardınca sərdar 
Paskeviç öz qoşunu ilə gəlib, onlara yetişdi. Qızılbaşlar çəkilə-çəkilə gəlib Gəncə 
torpağına girdilər. Yük və çadırlarını Kürək çayında qoydular. Yalnız atlı  və 
serbazları götürüb Gəncə vilayətində olan Zazalı çayının üstündə gecəni keçirdilər. 
Səhər vaxtı sərdar Paskeviç və general Madatov qoşunlarına nizam verib Şeyx 
Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük, 
sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar
4
. Məğlubiyyətin 
qabağını almaq     
                                                 
1 Mirzə Adıgözəl beyin qeyd etdiyi vuruşma rus qoşunları ilə  İran qoşunları arasında 1826-cı il sentyabrın 2-də 
Şamxor çayının sağ  tərəfində baş vermişdir. Abbas Mirzənin oğlu Məhəmməd Mirzənin və  sərdar  Əmir xanın başçılığı 
altında olan qoşunlar 2 min mütəşəkkil piyadadan və 8 min atlıdan ibarət idi. Bu qoşunlar general-mayor Madatovun 
komandası altında olan min beş yüz nəfər rus əsgəri tərəfindən darmadağın edildilər.  İntizamsız bir halda qaçan İran 
qoşunlarının təqibində Qazax rayonunun atlıları da iştirak edirdilər. Bu atlılar  İran qoşunlarına böyük tələfat verib çoxlu 
qənimət aldılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 7 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 677, 
səh. 373, 374). 
2 Yuxarıda adı çəkilən mayor Çilyayev. 
3 İran qoşunları Şamxor yaxınlığında məğlub olandan sonra Gəncəni tərk etdilər. General Madatov sentyabrın 4-də bir 
güllə belə atmadan Gəncəni işğal etdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 7 sentyabr tarixli raport 
(AKAK, c VI, h. II, sənəd 678, səh. 374). 
4 Şahzadə Abbas Mirzənin riyasəti altında olan İran qoşunları və general Paskeviçin komandanlıq etdiyi rus qoşunları 
arasında vaqe olan şiddətli vuruşma 1826-cı il sentyabrın 13-də  Gəncənin yaxınlığında Nizami məqbərəsi yanında baş 
vermişdir. Bu müharibədə qırx min nəfərlik İran ordusu on min nəfərlik rus dəstələri tərəfindən məğlub edildi. İran ordusu 
bu məğlubiyyətdən sonra Şuşanın mühasirəsindən əl çəkib Araz çayının o tərəfinə qaçdı. B a x: General Yermolovun çara 
göndərdiyi 1826-cı il 30 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 690, səh. 380). 
 
 
95 


mümkün olmayıb qaçdılar. Bir gün bir gecədə Arazdan keçdilər. (Onların) iki topu 
Tərtər çayı ilə  İncə çayı arasında qalmışdı. Arazdan keçdikdən sonra, yenə tab 
gətirməyib dağıldılar.  Şah o zaman Ərdəbildən köçüb gəlmiş  və  Əhərin 
yaxınlığında olan Təviləyi-Şam adlı yerdə durmuşdu. Naibüssəltənə  şahın 
hüzuruna getdi. Sərdar Paskeviç də  gəlib bir müddət Təxti-Tavusda qaldı  və 
istirahətlə məşğul oldu. Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn 
xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir 
obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib 
Qaradağa öz evinə getdi
1
. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar bu tərəfdən 
qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə 
taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı
2
. Sərdar Paskeviç də 
Arazdan keçdi, gedib Qaradağ ölkəsini qarət edərək çoxlu əsir gətirdi
3
. Qarabağda 
xalqı yerbəyer və sakit etdi. Artıq qoşununu götürüb Tiflisə yola düşdü. Sonra 
Madatov Qaradağ
4
  və  Şirvanat qoşununu cəm etdi və soldatlarını götürüb 
Mişkinədək getdi
5
. Çoxlu qarət edib Şahsevən xanlarını          
                                                 
1 Gəncə yaxınlığında müharibədə məğlub olmuş və Araz çayının o tayına qaçmış İran ordusu özünün Quba və Şirvan 
vilayətlərində olan dəstələrinə kömək etmək üçün bir daha bu tərəfə gəlməyə cəsarət etmədi. Quba vilayətində olan şahzadə 
Şeyx  Əlimirzə  və  şirvanlı Mustafa xan, yolların ruslar tərəfindən kəsiləcəyindən qorxaraq sentyabrın 24-də Quba 
torpaqlarını tərk edərək İrana qaçdılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, 
c. VI, h. II, sənəd 694, səh. 383). 
2 General Yermolov Kaxetiyadan toplanmış rus qoşunları ilə Alazan çayından keçərək 1826-cı il oktyabrın 19-da 
Nuxa şəhərinə daxil oldu. Rus qoşunlarının yaxınlaşmasını eşidən Nuxa xanı İrana qaçdı. B a x: General Yermolovun çara 
yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 694, səh. 383). General Yermolov bu raportunda Şəki 
vilayəti  əhalisinin  İran qoşunlarına qarşı münasibətindən bəhs edərək belə yazır: "Şəki vilayətində  bəylərin çox hissəsi 
alçaqcasına xəyanət etməkdə müqəssirdirlər. Lakin qara camaat (Abbas Mirzə  tərəfindən göndərilmiş - V.L.) xanın 
qovulmasından sevinirlər. Əhalinin əhval-ruhiyyəsi başqa vilayətlərdə də belədir". 
3 Abbas Mirzənin qoşunlarını Araz çayından uzaqlaşdırmaq məqsədilə general Paskeviç oktyabrın 25-də Arazın sağ 
tərəfinə keçdi. Rus qoşunları altı gündən sonra, yəni oktyabrın 31-də Arazın sol tərəfinə qayıtdılar. B a x: General 
Yermolovun çara göndərdiyi 1826-cı il 14 noyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 698, səh. 385). 
4 Mətndə səhv getmişdir, "Qarabağ" olmalıdır. 
5 M i ş k i n - İran Azərbaycanı şəhərlərindən birinin adıdır. 
 
 
96 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə