AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə57/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

qaçqın və pərakəndə qalmış şəxslər və bu vilayətlərdə ocaq sahibi olan adamlar, 
günahları bağışlandığına görə öz vətənlərinə qayıtdılar. İmperatorun dərya qədər 
olan mərhəməti qarşısında onların günahını zərrə qədər xırda sanıb təqsirlərindən 
keçdi, mərhəmət və  əfv ilə ümidvar edib, öz yerlərinə qaytardı. Allaha şükür, 
bütün onlar və başqaları öz mülklərinə sahib olaraq, rahatlıq və asayişlə ömür 
sürürlər. (Bu nemətə)  şükürlər edib, böyük dövlətin çağırışını gözləyirlər ki, 
onun əsgərləri ilə birlikdə qulluq göstərib canlarından keçsinlər. Çünki padşahın 
müzəffər qoşunu ilə birlikdə İran, Rum və Dağıstan müharibəsində iştirak edən 
Qarabağ camaatı  mənsəb və  məvacib sahibi olmuş, heç biri bəhrəsiz 
qalmamışdır. 
* * * 
Müsəlman tarixi ilə 1205 (1790-179l)-ci ildən 1260 (1844)-cı ilə qədər xanlar 
xidmətində  və Qarabağ vilayətində qulluq edib, kargüzar olmuşam və bir çox 
hadisə və müharibələrdə iştirak etmişəm. Ümidvaram ki, bu yazdıqlarım knyaz 
Namestnikin işıqlı  nəzərinə çatacaq və onun mənə qarşı lütfü və  mərhəməti 
artacaqdır. Ümidvaram ki, belə böyük əmir və yüksək canişin hər vaxt məni 
xoşhal etdiyi kimi, indi də  mənə  mərhəmət göstərər və mübarək xatirindən 
çıxarmaz. Həqiqətdə də o cənaba xeyirxah olub, xidmət etmək hər bir kəsə vacib 
və lazımdır. O, bütün səmimi dostlarına və xidmətçilərinə lütf etmişdir. 
Xeyirxahlardan həmişə razı olan yeganə Allah onu daima xoş hal və xoştale 
etsin. Amin, ey kömək edən (Allah). 
Yaxşı ad qoyub getmək
Qızıl saray qoyub getməkdən yaxşıdır. 
SON SÖZ 
Qarabağ vilayətinin torpağı,  əyalətləri və  mərhum Pənah xanın və  İbrahim 
xanın hökmdarlığından bəhs edən bu bir neçə vərəqi kəramət və ehsan mənbəyi 
olan rəhmli, böyük əmir, yüksək imperatorun canişini qraf və knyaz Mixail 
Semyonoviç Voronsovun mübarək adına yazdığım üçün onun nəcabəti və 
əzəməti haqqında  Şuşa qalasında dediyim bu qitəni də xeyir-dua olsun deyə 
buraya yazdım və sözümü bununla qurtardım. 
 
160 


Qitə 
Lütfdə məruz olan adamın adına yazdım 
Həm qrafdır, həm knyaz Voronsov, 
Böyük xaqanın xidmətində 
Bütün vaxtını sərf etmişdir. 
Ümidlə qapısına gələn hər kəsi 
Lütflə geri qaytarmışdır. 
İlahi! Onun dövləti və bəxti artıq olsun. 
O, dünyada həmişə şad və sevincək olsun. 
Hadisələrin yazılışı 1294 (1875)-cü ildə qurtardı.
1
FƏSİL 
XANLARIN HAKİMİYYƏTİ HAQQINDA 
Mərhum Pənah xanın Qarabağ vilayətində hökmranlıq müddəti mərhum 
Nadir şahın qardaşı oğlu Adil şahdan xanlıq adı, hökumət fərmanı və hakimlik 
ləqəbi çatdıqdan sonra, on iki il davam etmişdir. Mərhum  İbrahim xanın 
hökmranlığı isə qırx ildən artıq olmuşdur. 
Mərhum Mehdiqulu xan böyük imperatorun fərmanı ilə Qarabağda on yeddi 
il neçə ay hakim olmuşdur. 
FƏSİL 
MƏRHUM PƏNAH XANIN QARABAĞDA TİKDİRDİYİ BİNA VƏ 
İMARƏTLƏR 
Birinci, Bayat qalasıdır ki, orada bişmiş  kərpicdən hasar, bazar, hamam və 
imarətlər tikdirmişdir. İndi xarabadır, yalnız xırda-para qalıqları görünür. 
İkinci, Şahbulağı qalasıdır. (Burada) bulaq başından daş və əhənglə məscid, 
hamam (tikilmiş), şəhər və bazar (salınmışdır). 
Üçüncü, Şuşa qalasının sabiq divarı və indi qoşunun taxıl anbarı olan bina. 
                                                 
1 Bu tarix ehtimala görə əsərin köçürülmə tarixidir. 
 
 
161 


MƏRHUM İBRAHİM XANDAN QALMIŞ 
BİNA VƏ İMARƏTLƏR 
Birinci, müsəlman tarixi ilə 1182 (1768-1769)-ci ildə tikilmiş böyük camaat 
məscididir. Bu məscid köhnəldikdən sonra onu möhtərəm qızı rəhmətlik Gövhər 
ağa təmir edib, əvvəlkindən daha gözəl (şəklə salmışdır). 
İkinci,  Şuşa qalasının hasar divarıdır ki, müsəlman tarixi ilə 1198 (1783-
1784)-ci ildə binası qoyulmuş  və üç il ərzində tikilib qurtarmışdır.  İndi dövlət 
məmurları divarlan yenidən tikdirmişlər və xanın tikdirdiyindən yalnız bəzi 
yerdə əsər görünür. 
Üçüncü, Əsgəranın hər iki qalasıdır ki, müsəlman tarixilə 1203 (1788-1789)-
cü ildə  Şuşa qalasının üç ağaclığında Qarqarçayın keçdiyi iki dağın arasında 
tikilmişdir. Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsa, düşmən 
oradan keçib Şuşa qalasına gedə bilməz. 
Dördüncü, Dağdaş arasında olan Xəzinə  dərəsinin imarət və otaqlarıdır ki, 
mağaranın içərisində daş və əhənglə tikilmişdir. Oranın yalnız bircə yolu vardır. 
Beşinci, (Şuşa) qalasının bir ağaclığında olan Xan bağının tikintiləri. 
Altıncı, Ağdam bağının hasarı, mərhum Pənah xanla başqa övladlarının 
qəbirləri üstündə tikilmiş uca günbəzlər və o (yerin) arxları. 
FƏSİL 
İBRAHİM XANIN NİZAM-İNTİZAMI VƏ 
HAKİMİYYƏTİ ZAMANINDA OLAN 
QAYDALAR HAQQINDA 
Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət 
idi. Zərurət zamanında mahalların və  kəndlərin piyada tüfəngliləri mahal 
məlikləri ilə birlikdə qoşun sıralarına hazır olurdular. Hərdənbir Dağıstandan 
ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş 
və ya ölmüş atının  əvəzini vermək üçün ellərdən də tövcü pulu, sursat, taxıl, 
qoyun və mal alınardı. Adları nökər və qoşun dəftərində qeyd olunmayan 
ailələrin nökər və qoşun əhlindən, habelə adları dəftərdə qeyd olunmuş nökər və 
qoşun əhlindən heç bir şey alınmazdı. Onlar 
 
162 


məaf
1
 idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi. Qoşunun 
hər bir nökəri (nəfəri) bir evə  təhkim olunmuşdu. O ev həmin nökər və atlının 
ehtiyacını təmin etməli idi. 
F Ə S İ L  
Hər il Novruz bayramı günündə  mərhum xan, qoşunun bütün adlı-sanlı 
sərkərdələrinə  və minbaşılarına xələt,  ənam, at və  qılınc bağışlayardı. 
Azərbaycan vilayətləri, mahallar, habelə  məliklər hər kəs öz rütbəsinə görə 
peşkəş gətirərdi. 
FƏSİL 
Mərhum  İbrahim xan, səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman, 
xidmətində olan minbaşıların, yüzbaşıların, Azərbaycan bəyləri, ağaları  və 
xanlarının səhər, günorta, axşam xörəyi və atlarının arpası, habelə qoşun əhlinin 
bir parasının,  əmələnin, mirzələrin, eşikağalarının, keşikçilərin və yasavulların 
bütün məxarici mərhum xanın xəzinəsindən verilərdi. Bir çox gecələr
minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırx puda yaxın 
düyü və otuz qoyun sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın 
və şirniyyatın miqdarını təsəvvür etmək olar. 
 
FƏSİL 
MƏRHUM İBRAHİM XANIN GƏLİRİ 
(İbrahim xanın) gəliri mahalların və  kəndlərin taxıl və ipəyindən alınan 
malcahatdan və əkin yerlərində xana məxsus olan kotanlardan (istifadə olunması 
üçün alınan vergidən) ibarət idi. Hətta yadımdadır, bir dəfə  mərhum  İbrahim 
xanın özünəməxsus olan cütləri və kotanları hesab edirdilər. Məlum oldu ki, 
xanın cüt və kotanı bütün Qarabağ əhlinin cüt və kotanı qədərdir; hətta onlardan 
iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya, 
hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlar- 
 
                                                 
1 "Vergidən azad" deməkdir.
 
163 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə