BEŞİNCİ FƏSİL
GÜRCÜSTAN VALİSİ İRAKLİ XANIN
MƏRHUM PƏNAH XANI, QARADAĞLI
KAZIM XANI, NAXÇIVANLI HEYDƏRQULU
XANI VƏ GƏNCƏLİ ŞAHVERDİ XANI
XAİNCƏSİNƏ TUTUB ƏSİR ETMƏSİ
HAQQINDADIR
1
Məhəmmədhəsən xan (Qarabağdan) qayıtdıqdan sonra,
Pənah xan, qaradağlı
Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi
qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi; azad və
həmişəlik sahibi-ixtiyarı olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu
düzlüklə getmir. Buna görə lazımdır ki, onu məğrurluq yuxusundan oyatmaq üçün
tədbir görsünlər. Sonra ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi İrakli
xana bildirdilər. Vali də özünün bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi.
Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər.
Bu xanlar
da səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib,
hərəkət bayrağını qaldıraraq yola düşdülər. Gəncə şəhərindən yuxarı, Qızılqaya adlı
yerdə dayandılar. Çadırlarının zərli qübbələri Ayla Günəşin fövqünə yüksəldi.
Yuxarıda adı çəkilən Gürcüstan valisi bunların dördünü də əsarət kəməndilə
tutdu
2
. Şahverdi xanın nökərlərindən biri, iti yeriyən bir ata minib qaçdı. Bu zaman
Hacı Çələbi də Şirvan qoşunlarının toplanması haqqında məktublar yazıb hədsiz
tədarük və çoxlu qüvvə ilə gəldi. Mingəçevir keçidində düşərək hərbə müntəzir
durdu. Bu əsnada qarşıdan bir atlı göründü. Hacı Çələbi əmr etdi ki,
onu gəmi ilə Kür
çayından keçirsinlər.
1
Həmin fəsildə təsvir edilmiş Hacı Çələbi xanla II İrakli arasında gedən daxili müharibələr, hər iki tərəfin dar feodal
mənafeyindən doğurdu.
2
E.S.Takayşvili tərəfindən rus dilinə tərcümə edilmiş və "Описание событий" sərlövhəsi altında nəşr edilmiş adsız
gürcü salnaməsinin verdiyi məlumata görə, bu hadisə 1752-ci il martın 21-də vaqe olmuşdur (Сборник материалов для
описания местностей и алемен Кавказа, с. XXI, səh. 37, Tiflis capi).
49
(O, çaydan) keçib, Hacı Çələbinin hüzuruna gəlincə: "Qoca baba, vali xanları
tutdu" - dedi.
Hacı Çələbi ona: "Qoca baban onları xilas edər, onları qurtarmaq üçün
müharibə və davaya girişər" - deyə cavab verdi.
Sonra o öz dövlət ərkanı və yaxın adamları ilə məşvərət etdi. Onlar məsləhət
görmək üçün bəhanə gətirdilər. Hacı Çələbi onların ürəyindəkini başa düşdü.
Müşavirə məclisinə getdikləri zaman əmirlərə dedi: "Nə məsləhət görürsünüz
(görün, ancaq) Kürü keçmək içində olsun".
Onlar bu sözü eşitcək geri qayıtdılar. Hacı Çələbinin hüzuruna gəlib dedilər:
"Biz müşavirə yığıncağını ona görə düzəldirdik ki, işin
içində Kürü keçmək
(məsələsi) olmasın; indi ki, siz buyurursunuz, əmr verin, qoşun hərəkət etsin".
Bu zamandan Hacı Çələbinin sözü məsəl yerinə keçmişdir və indiyədək xas
və avam camaatın ağzında söylənməkdədir.
Hacı Çələbi əmr etdi ki, ordu atlansın və təcili surətdə Kürdən keçsin. Onlar
yol gedib mənzil keçdilər. Vali bu qəziyyəni eşitdi və bu hadisədən qorxuya
düşdü; çünki o keçmişdə Hacı Çələbi qoşununun zərbəsini bir dəfə də
görmüşdü
1
. Çarəsiz qalıb onu qarşıladı. İlahi feyzlər mühiti və hədsiz işıqlıq
mənbəyi
olan mərhum, rəhmətlik cənab Şeyx Nizaminin nurani qəbri və pak
məzarı yaxınlığında iki ordu bir-birinə yaxınlaşdı. Aralarında qətl və qarət odu
alovlandı. Gürcüstan qoşunu biabırcasına sındı. Vali öz ordusuna qayıtmağa
fürsət tapa bilməyib qaçdı. Bütün çadırları və ləvazimatı, xanlar ilə birlikdə,
yerbəyer Qızılqayada qaldı. Hacı Çələbi Sınıqdan üç ağac
2
yuxarıyadək
irəliləyib onları təqib etdi. Tiflisin beş ağaclığına yetişdi. Qaçmaqda olan gürcü
qoşununun qabağını Şəmkirdə, Şəmsəddinlidə və Qazaxda
kəsib çox adam tələf
etdi. Hacı Çələbi Baydar torpağında səngər qazdırdı. Oğlu Ağakişi bəyi Tiflisdən
bəri yaşamaqda olan müsəlmanlara hakim və hökmran təyin etdi. Xanları da öz
vətənlərinə göndərdi. Özü qayıdıb Şirvana
1
Teymuraz şah və İrakli padşahın qoşunları ilə Hacı Çələbi xanın qoşunları arasında 1751-ci ildə Car vilayətində baş
vermiş vuruşma nəzərdə tutulur. Yuxarıda göstərilən adsız gürcü salnaməsi. B a x: Сборник материалов для описания
местностей и алемен Кавказа, с. XXI, Tiflis. Müqayisə et: Butkov. Mатериалы новой истории Кавказа c 1722 пo 1803
r., I h., səh. 238, SPb, 1869-cu il.
2
Ağac - 7 kilometrlik məsafə ölçüsü
50
gəldi.
Ağakişi bəy isə, üç il o nahiyələrdə hakim oldu. Axırda vali
Gürcüstandan, Başaçıqdan (İmeretiyadan) və hətta Çərkəzistandan çoxlu qoşun
və dəniztək cuşa gələn saysız ordu topladı, Ağakişi bəyi dəf etməyə gəldi.
Ağakişi bəy bu xəbəri və bu hadisəni eşidincə, qarşı dura bilməyəcəyini görüb
qaçdı. Vali qoşununun qabaq dəstələri Tovuz çayında ona yetişdi. Müharibədə
onun adamlarından bir neçə nəfər əsir düşdü. Özü isə sağ-salamat Şəkiyə gəldi.
Valinin qoşunu oradan Xudafərin körpüsünə qədər getdi. Qayıtdıqları zaman
Gəncə və Qarabağın bir çox yerlərini qarət etdilər.
ALTINCI FƏSİL
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN QARABAĞ
VİLAYƏTİ ÜSTÜNƏ GƏLMƏSİ, MÜHARİBƏ VƏ
SÜLH, İBRAHİMXƏLİL AĞANI ALDADIB
APARMASI VƏ MƏRHUM PƏNAH XANIN
VƏFATI HAQQINDADIR
Urmiya hakimi Fətəli xan Əfşar, Nadir şahın etibarlı və igidlikdə ad çıxarmış
sərkərdələrindən olub, onun çarxçı-başçısı idi. O bütün Azərbaycan vilayətlərini
almış və onun zəfər bayrağının mahçəsi (ayparası) bu ölkəni işıqlandırmışdı.
Fətəli xan bilirdi ki, Pənah xandan başqa bir kimsə onun dövlət və şövkətini
pozub dağıda bilməz.
Buna görə, onun ədavətini ürəyində gizli saxlayırdı.
Zatının xəmirəsi ona (Pənah xana) qarşı bəslədiyi gizli ədavətin suyu ilə
yoğrulmuşdu. O, mərhum xana qarşı hərb etmək məqsədi
1
ilə yeddi dəfə fitnə-
fəsadı göylərə qaldırdı. Lakin hər dəfəsində məqsədinə çatmadan, külli tələfatla
geri qayıtdı. Axırıncı dəfə ulduzlar qədər saysız qoşunla gəlib Ballıca çayı ilə
Xacə Əlili çayı arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan
bu yerdə sən-
1
A.Bakıxanov bu xüsusda yazır: "Nadir şahın en mühüm əyanlarından biri olan və İran taxt-tacını iddia edən
Fətəli
xan Əfşar, hicri 1175 (1762)-ci ildə Azərbaycanı ələ keçirdi və qoşunla Qarabağa gəldi. Pənah xan ona zahiri itaət göstərdi
və öz oğlu İbrahimxəlil ağanı onun yanında girov qoydu" (А.Бакиханов. Гюлистан-Ирам. Bakı, 1926, səh. 130).
51