AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

 
Şeir 
Bir ağac ki, yeni dirçəlir, (o) 
Bir adamın gücü ilə yerindən qopar. 
Əgər onu bir zaman özbaşına buraxsan, (sonra) 
Kotanla da onu kökündən qopara bilməzsən. 
Hacı  Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və 
Balakənədək bütün Şirvanat qoşunu cəm etdi; bilmədi ki: 
Şeir 
Bir çırağı ki, Allah yandıra, 
Onu kim söndürmək istəsə, saqqalı yanar. 
Saysız əsgər və hesabsız qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə 
ilə gəlib Bayat qalasını dörd bir tərəfdən mühasirəyə aldı. 
Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı bildirmiş və hamısını yığıb 
səngərə dolduraraq sığnaq etmişdi. Hacı  Çələbi gəldi və mühasirə ilə  məşğul 
oldu. Hər gün mübahisə edir, didişib-döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı 
Çələbi məqsədinə çatmadan, külli zərərlə qayıtmaq təblini vurdurdu. O, yolda 
gedərkən dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona 
sikkə vurduq və qayıtdıq". Bu söz xalqın dilində və camaatın ağzında bir məsəl 
olaraq qalmışdır. 
Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam. Cavanşir və 
Otuziki elatı yağı, Xəmsə məlikləri də mənə düşməndirlər. Mən gərək möhkəm 
bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdə kahallıq və fəsad əhli 
ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib 
bir təpənin ətəyində, Şahbulaq adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. 
Daş və əhəngdən məscidlər, evlər, çarsu və hamamlar tikdirdi. Bu işləri 1165-ci 
ildə
1
 bitirərək oranı özünə məskən etdi. 
O, Çiləbörd və Talış  məlikləri
2
 arasındakı  çəkişmənin artmasına səy və 
qeyrət etdi. Günbəgün onların ittifaqını pərişan və bir-       
                                                 
1
 
Hicri 1165-ci il 1751-ci il noyabrın 20-də başlanrmş, 1752-ci il noyabrın 7-də qurtarmışdır.
2
 
Talış  məlikləri, Talış  kəndində yaşadıqları üçün bu adla adlanırdılar. Sonralar isə onlara Gülüstan məlikləri 
deyirdilər. 
 
 
41 


liklərinin (tifaqlarının) binasını viran etməklə  məşğul oldu. Bu zaman, 
hökmranlıq gözəlinin xumarlı gözlərinə vurulan və  məlikliyin gümüş baldırlı 
saqisi ilə qol-boyun olmaq fikrinə düşən Vərəndə  məliki Məlik  Şahnəzər, öz 
əmisi Məlik Hüsünü fəna piyaləsindən sərməst etdi (öldürdü). Məliklik sədası ilə 
cahana səs saldı  və  məliklik taxtında oturdu. Xəmsə  məlikləri bu hadisəni 
eşitdikdə birləşərək Məlik  Şahnəzərlə düşmənçilik etməyi qəti olaraq qərara 
aldılar. Onlar "sən nə üçün itaəti vacib olan əminə ağ olmusan" - deyib birlikdə 
onu cəzalandırmağa getdilər. Bu dörd məlik gəlincə, Məlik  Şahnəzər də 
Çanaqçıda qala düzəldib, oraya çəkildi. 
Xəmsə məlikləri gəlib bütün Vərəndə mahalını qarət etdilər. Qalanı almaqdan 
aciz qalaraq, məqsədlərinə çatmadan böyük peşmanlıqla geri qayıtdılar. Onlar 
(öz aralarında) belə əhd etdilər ki, bahar fəsli gəlib qalanı da alsınlar. 
Məlik  Şahnəzər özünü zəif və qol-qanadını  sınmış gördü. O, gələcəyi 
gördüyündən, niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını 
qulağına asdı  və xidmət kəmərini belinə bağladı. Xanın hüzurunda lazımi 
dərəcədə canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi.  İndiki  Şuşa 
şəhərinin yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra uca şanlı xanı 
gətirib bu yeri ona göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin 
binasını qoyub orada məskən etdi. Bu qalanı və möhkəm binanı düzəldib ölkənin 
mərkəzi etdi. Meqri, Güney mahallarını  Bərgüşada qədər Qaradağ hakiminin 
əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, 
Zəngəzur və Qapan mahallarını  Təbriz bəylərbəyisindən aldı. Kolanıların 
məskəni olub, Uşacıq kəndindən Göyçə  sərhədinə  qədər uzanan Tərtər çayı 
sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin 
körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi. 
Bundan başqa, Naxçıvan elindən olub bir minbaşıya tabe Kəngərli eli, 
Gürcüstandakı Dəmirçi Həsənlilərdən olub, bayraq sahibi və bir minbaşıya tabe 
Dəmirçi Həsənli eli, yenə bir minbaşıdan asılı olan və Gürcüstanın məşhur 
elatından sayılan Cinni tayfası  mərhum Pənah xanın  ədalət,  şövkət və 
təntənəsinin sədasını  eşidərək öz xahişlərilə onun möhkəm bünövrəli, Allah 
vergisi olan dövlətinə pənah gətirdilər. Qarabağda yurd və məskən rutaraq böyük 
bir səda- 
 
42 


qət və son dərəcə  səmimiyyətlə  Pənah xana itaət etdilər. Gözəl sədaqət və 
qabiliyyətlərinə görə, uca mərtəbəli xandan son dərəcədə hörmət, izzət və 
mərhəmət gördülər. 
Bunlar tərəfindən heç bir xəyanət tozu uca xasiyyətli xanın qəlbinin aynasına 
oturmamışdı. Hallarında qətiyyən üsyan əsəri görünməmişdi. 
Qarabağ vilayətinin  əsil elatı, kənd  əhalisindən başqa, Cavanşir, Otuziki və 
Kəbirlilərdir. Kəbirlilər də tam bir səmimiyyət və  tərifəgəlməz bir sədaqətlə 
behiştlik xana xidmət etmişlər. 
Axırda Cavanşir və Otuziki ellərindən bəzən elə hallar baş verdi ki, böyük 
olan xanın ürəyində onlara qarşı şübhə oyandı. 
Xəmsə adı ilə  məşhur olan beş mahalın hər birinin ayrı adı vardır. Bu 
mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verirlər; çünki ərəb dilində 
beş ədədinə xəmsə deyirlər. 
Bu mahalların biri -  Dizaqdır. Məlikləri Məlik Yegan adlanır. O, Loridən 
qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə  və onun əmrilə  məliklik taxtında 
oturub hörmət qazanmışdır. 
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlardan daha 
qədim bir nəslə  mənsub və daha çox etibar sahibidirlər.  Əsilləri də Göyçə 
əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının 
məliklik camından sərxoş olmuşlar. 
Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət 
gəlininə gözəllik verib, (hökmdar olmuşlar). Bu ailə  məliklik mənsəbindən 
məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Buna görə
məliklik pərisi hər an bir şəxsin məclisinin saqisi olmuş  və  hər vaxt bir hərifi 
sərxoş etmişdir. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət 
bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini calal və 
dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı Məlik Mirzə xan özünün gözəl 
iradə və sədaqətli əqidəsinə görə, bu əbədi dövlət məmurlarının əmrilə məliklik 
sikkəsini gümüş kimi saf olan adına kəsdirdi. Ondan sonra da oğlu Məlik 
Allahverdi və nəvəsi Məlik Qəhrəman "Hər kəsin növbəti beş gündür" misrasının 
məzmununca, məliklik bayrağını göylərə qaldırdılar. 
Dördüncü  - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri 
Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə  məlik olmuş, Tərtər çayının 
ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləş- 
 
43 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə