AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

Nadir  şah Cavanşirdən qoşun yığdığı zaman, İbrahimxəlil ağanın rəşid və 
böyük oğlu Fəzləli bəyi özünə naib
1
 etdi. Eşikağası

mənsəbini ona münasib 
gördü və bu qulluğu o mərhumə verdi. Zirəkliyin nuru onun alnında parlayır və 
nəcabət asarının günəşi mübarək üzündə görünürdü. Allahın qəzavü qədərindən 
və ruzgarın gərdişindən o rəhmətlik öldürüldü. O səadət bürcünün xoşbəxtlik 
ulduzu batdı. Nadir şah onun kiçik qardaşı Pənahəli bəyi hüzuruna çağırıb, əlinə 
çomaq verdi, əynini qiymətli eşikağası  xələtilə  bəzədi və böyük qardaşının 
mənsəbini ona verdi. O, tapşırılan işləri bir neçə gün lazımi dərəcədə sədaqətlə 
yerinə yetirdi. Lakin Nadir şahın ona olan qorxunc baxışından və qərəzkarlıqla 
etdiyi rəftarından başa düşdü ki, o (şah) mütləq belə bir zirəkmaddə cavanın 
kökünü kəsməkdə  səhlənkarlıq və belə bir igid şəxsin vücudunu aradan 
qaldırmaqda kahallıq etməyəcəkdir. 
Həm də  əlinə çomaq alaraq, qarşıda durmağı  və yasavullarla həmsöhbət 
olmağı (özünə) ar bilib, qaçmağı qərara aldı. O, Qarabağa gəlib öz uca nəslinə 
mənsub bir neçə  nəfəri özünə yoldaş etdi. Dövlətinin aləmi işıqlandıran 
günəşinin doğmasına müntəzir və riyasət gözəlinin vüsalına çatmağı aramsız 
gözləyərək gəzib-dolanırdı. Onun hünər və igidliyinin səsi, heybət və 
mətanətinin sədası bir dərəcədə xalqın ürəyinə  lərzə, xas və avam camaatın 
canına qorxu salmışdı ki, əgər kaftar xasiyyətli düşmənləri onun şirtək heybətli, 
aslan kimi dəhşətli vücudunu yuxuda görsəydilər, gözləri dovşan kimi rahatlıq 
yuxusuna həsrət qalardı.  Əgər, məsələn, Zal oğlu Rüstəm onunla hərb etmək 
məqsədilə  hərəkət kəmərini belinə bağlasaydı, onun oxunun və qaniçən 
qılıncının zərbindən qalxan salardı. 
Şeir 
Nəqqaş onun surətini görüncə,  
Rəsmlərini əlindən salardı. 
Nadir şah Azərbaycan və Şirvan xanlarına qəzavü qədər kimi nüfuzlu olan 
qələmilə çoxlu hökmlər yazdı. Bu hökmləri sürətli çaparlar vasitəsilə göndərdi 
ki, Pənahəlini tutub onun hüzuruna göndərsinlər. Lakin o rəşadət səmasının qızıl 
quşunu tora salıb tutmaq  
                                                 

 
N a i b - burada xüsusi tapşınqları icra edən saray məmuru mənasında işlənmişdir. 

 
Eşikağası – hökmdarın sarayını idarə edən nazir. 
 
38 


mümkün və müyəssər olmadı. O, gah Şirvan çəmənliklərində ovla, gah da 
Qarabağ ovlaqlarında  şikarla məşğul idi. İşi gündən-günə  tərəqqi edirdi. Bu 
qayda ilə güzəran etməkdə ikən, ittifaq belə düşdü ki, nifaqla dolu olan fələkin 
hərəkətləri nəticəsində, 1160-cı ilin cəmadiyəlaxır ayında
1
 Nadir şahı Xorasan 
torpağında öldürdülər. 
Bu xəbər hər tərəfə yayılıb camaatın dilinə, ağzına düşdü. Allahın himayəsinə 
sığınan mərhum Pənahəli bəy bundan sonra qızmış bir şirə  və coşqun bir 
əjdəhaya döndü. Onun zərbə  və hücumlarının  şiddətli küləyi hər tərəfə  əsdisə, 
düşmənin vücudunu çör-çöp kimi puç etdi. Qüvvət və əzəmətinin səsi, heybət və 
qüdrətinin sədası düşmənləri məğlub etdi. O kimə hücum edirdisə, qabağında 
dura bilməyib məhv olurdu. Cavanşir, Kəbirli, Otuziki və Gürcüstan ellərini 
Nadir  şah Xorasana sürgün etmişdi. "Vətəni sevmək də imandandır" sözünün 
məzmununca, onlar vətən və yurdlarının eşq və arzusu ilə Xorasandan qayıdıb 
gəldilər. Bu vaxtadək Pənahəli bəyin güzəranı yuxarıda göstərildiyi kimi keçdi. 
Elat gəldikdən sonra o, gələnlərə yurd, mənzil və məskən mərhəmət etdi, onları 
mehribanlıq qanadı altına aldı və ehtiyaclarını təmin etdi. 
Bu qayda ilə cəmiyyət quruldu və o öz istedadını göstərdi. Sonra bu səs tam 
ixtiyar və  səlahiyyət sahibi sərdar  Əmir Aslan xana yetişdi. O, Əliqulu  şahın 
sərdarı idi. Əliqulu  şah da, Nadir şahın qardaşı  İbrahim xanın oğlu idi. Nadir 
şahdan sonra taxta oturmuş  və Adil şah adilə sikkə  və  mənbərləri 
zinətləndirmişdi. 
Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə  gəlib onunla görüşdü. 
Haman gecə Pənahəli bəyə sultanlıq
2
 və sabahı gün xanlıq mərhəmət etdi. Adil 
şaha itaət etməyi ona təklif etdi. Pənahəli xan da razılıq verib, vaxtın məsləhəti 
üçün boyun qoydu. Əmir Aslan xan bunu Adil şaha xəbər verdi. Adil şah da 
Pənah xana xanlıq fərmanilə qiymətli xələt, cavahiratla bəzədilmiş xəncər və sair 
bir çox hədiyyələr göndərdi. Xanlıq rütbəsi mərhum Pənah xana Adil şah 
tərəfindən verilmişdir. Axırda Nadir şahın nəvəsi  Şahrux Mirzə taxta oturub, 
Adil  şahı öldürdü. Qaracadağ hakimi Kazım xan da Əmir Aslan sərdarı tutub 
həbs etdi.                       
                                                 
1
 
Hicri 1160-cı ilin cəmadiyelaxır ayı 1747-ci il iyunun 10-da başlanmış, iyulun 8-də qurtarmışdır. 
2  Sultan - XVIII esrdə rütbə etibarilə xanlardan aşağı olan feodallara verilən ləqəbdir. 
 
 
39 


ÜÇÜNCÜ FƏSİL 
 
BAYAT QALASININ BİNA EDİLMƏSİNDƏN VƏ BAŞ 
VERƏN SAİR HADİSƏLƏRDƏN BƏHS EDİR 
Mərhum Pənah xan xanlıq adı almağı çox arzu edir və həmişə o ali mənsəbə 
rəğbət bəsləyirdi. Ruzgarın dərzisi gecə-gündüzün gərdişi nəticəsində onun 
ləyaqətli vücudunu o qiymətli xələtlə  bəzədi. Beləliklə, xan öz məqsədinə nail 
oldu. O, oturub öz-özünə düşündü ki, haldan-hala girən fələkin hərəkatına heç 
vaxt inanmaq, xoşbəxtliyə və dövlətin artmasına qətiyyən bel bağlamaq olmaz. 
Hər an dəyişməkdə olan fələkin qoca qurdunun hiyləgərliyindən, rəngdən-rəngə 
girən çarxın alçaqlığından qafil olmaq ağıllı və bilikli adamlara yaramaz. Bundan 
sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq olmaz. Yaxşısı  və 
münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman 
ora məskən, tənglik və bolluq vaxtında isə aman evi olsun; çünki şir nə  qədər 
heybətli olsa da, ona bir hin lazımdır. Qızılquş quşların padşahıdır. Bütün quşlar 
onun çəngəli qarşısında acizdirlər. Lakin o da bir yuvada yerləşməlidir ki, bir 
hadisə üz verdiyi zaman bəla kəməndinin halqasından və düşmən  əzabı 
duzağından asudə olsun. 
Buna görə, gedib Bayatda 1161-ci ildə
1
 bir qala, səngər, sığnaq və qərargah 
saldırdı. Sonra, palçıqları kin və  həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və 
Otuziki  əhalisinin ürəklərində  ədavət alovu şölələndi və beyinlərinə kin havası 
hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcədə səy və 
qeyrət edirdilər. Onlar Xəmsə
2
  məliklərini də özlərinə  həmməslək və müttəfiq 
etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı 
Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala 
və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında 
durmaq mümkün olmayacaqdır. 
                                                 
1  
 
Hicri 1161-ci il 1748-ci il yanvarın 2-də başlanmış, noyabrın 22-də qurtarmışdır. 
2
  
X ə m s ə - beş mahal deməkdir, bunların adları müəllif tərəfindən aşağıda
 
çəkilir. 
 
 
40 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə