AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

Mirzə Adıgözəl bəydə  vətənpərvərlik hissi çox inkişaf etmişdir, o öz 
müasirlərindən vətənə sədaqət və məhəbbət bəsləməyi tələb edir. 
O, Gürcüstan dövlətinin yaxşı qurulmadığından, bunun nəticəsində onun 
zəifləməsindən və  İran qoşunlarının paytaxta basqın etdiyi zaman xalqın başına 
gelən dəhşət və  fəlakətlərdən dərin bir təəssüflə danışır. Mirzə Adıgözəl bəy 
Gürcüstanın axırıncı padşahı XII Georginin rus təbəəliyinə qəbul edilməyi xahiş 
etməyə məcbur edən səbəbləri qısa, lakin dərindən təsvir edir. 
Mirzə Adıgözəl bəy II İraklinin ikinci arvadının - Darya Georgiyevnanın rus 
dövləti tərəfindən təyin edilmiş hakimlərə qarşı üsyan qaldıran və  İran ya 
Türkiyə vasitəsilə Gürcüstanın hakimiyyətini öz əllərinə almağa çalışan 
oğlanlarını  təqsirləndirir. Mirzə Adıgözəl bəy bu şahzadələrin hakimiyyət və 
şəxsi rifah arzusunda olduqlarını  və ölkənin taleyinə laqeyd yanaşdıqlarını görür. 
Onun zənnincə bunlar ölkəyə nə əmin-amanlıq, nə dövlət qayğısı verməyə qadir 
deyildirlər, buna görə bu şahzadələri və onların anası Darya Georgiyevnanı 
Rusiyaya sürgün etmiş rus hakimlərinin hərəkətlərini bəyənir. 
Mirzə Adıgözəl bəy rus qoşunlarının Gəncə xanlığı üzərinə yürüşü ilə 
əlaqədar olan hadisələrə müstəqil surətdə qiymət verir. Əsərin mətnindən 
görünür ki, Mirzə Adıgözəl bəy gəncəli Cavad xanı dinc yol ilə gedib rus 
təbəəliyinə daxil olmadığına görə təqsirləndirir. Mirzə Adıgözəl bəy Cavad xanın 
Gəncəni rus qoşunlarından müdafiə etməsini və əldə silah olaraq vuruşma zamanı 
qala divarı üstündə  həlak olduğunu qəhrəmanlıq hesab etmir, hətta Cavad xanı 
qan tökülməsində  təqsirləndirir. Qalan hadisələrin işıqlandırılmasında o, bir 
zaman verilən rəsmi təsvirə riayət edir. Rus ordusu zabiti kimi o, öz mövqeyinə 
görə belə etməlidir, lakin buna baxmayaraq, müəllifin təsvir etdiyi hadisələrə öz 
şəxsi münasibətini yenə də görmək olur. 
XIX əsrin rus dvoryan-burjua tarixçilərindən bəziləri bakılı Hüseynqulu xanı 
doğrultmağa çalışaraq göstərirlər ki, yaşlı adamların rəvayətlərinə görə 
Hüseynqulu xanın hiyləgərlik və xəyanət fikri olmamışdır və knyaz Sisianovun 
öldürülməsi aktı onun xəbəri olmadan Bakı xanlığının saray dairələrində çox 
güclü nümayəndələri olan İran tərəfdarları  tərəfindən hazırlanmışdı
1
.  İran 
tərəfdarları dairələrinin nümayəndələri Hüseynqulu xanı  İran tərəfdarlarının 
siyasi xətt-hərəkətinə tabe etmək istəyərək, knyaz Sisianovu öldürdülər ki
Zaqafqaziyada rusların işlərinə qarışıqlıq salsınlar və  İran qoşunlarının 
Azərbaycanın şimal hissəsinə soxulmasına yardım etsinlər, həmçinin Hüseynqulu 
xanı Rusiya hökuməti ilə sazişə girmək imkanından məhrum etsinlər. 
Bakılı Hüseynqulu xanın fikir və  məqsədləri haqqında inamla mühakimə 
etməyə imkan verən lazımınca məlumat olmadığından bu məsələləri həll 
 
                                                 
1
 
Qafqazda rus hakimiyyətinin qurulması (general-mayor Pottonun redaktəsilə), I c, Tiflis, 1901, səh. 231-233.
 
28 


etmək, əlbəttə, çətindir
1
. Buna görə də, Mirzə Adıgözəl bəyin verdiyi məlumatın 
tarix üçün daha çox əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəy yazır ki, knyaz 
Sisianov ilə münasibəfiərində Hüseynqulu xan ikiüzlülük edir və pis fikir 
daşıyırdı. Öz fikirlərini isbat etmək üçün Mirzə Adıgözəl bəy göstərir ki, knyaz 
Sisianov öldürüldükdən sonra onun başı  Fətəli xana göndərildi, Bakının çölləri 
isə İran qoşunları ilə doldu. 
Sonrakı illərdə, xüsusən 1826-cı ildə Rusiya-İran müharibəsi zamanı 
Hüseynqulu xan özünü ən qəddar İran tərəfdarı kimi göstərdi. O, öz kinində elə 
amansız idi ki, 1826-cı ildə keçmiş tabeləri olan Abşeron kəndləri əhalisini Bakı 
qalasını almaq təşəbbüslərində ona yardım göstərmədikləri üçün talan etmişdi. 
Mirzə Adıgözəl bəy  İran dövlətinə qarşı düşmənçiliyində tamamilə ardıcıllıq 
göstərir. Əgər "Qarabağnamə" yazılan zaman Nadir şahın tarixi uzaq keçmişə aid 
olub heç bir gündəlik siyasi əhəmiyyətə malik deyil idisə, rus dövlətinin 
düşmənləri olan Ağa Məhəmməd şah və Qacarlar haqqında Mirzə Adıgözəl bəy heç 
bir kəlmə belə yaxşılığa danışmır. Bir neçə yerdə o, Ağa Məhəmməd  şahın 
amansızlığından və  qəddarlığından danışır və onun öldürülməsi faktını onun 
amansızlığı ilə əlaqədar edir. Halbuki, "Qarabağnamə"nin mətni qətl aktının sui-
qəsd nəticəsi olduğunu güman etməyə imkan verir, bu sui-qəsddə isə həllədici və 
rəhbər rolu çox nüfuzlu Azərbaycan xanlarından biri Sadıq xan Şəqaqi 
oynamışdır. Buna görə  də, Ağa Məhəmməd  şahın yerində oturmuş  Fətəli  şah, 
Sadıq xanı öldürməyəcəyinə dair and içmişdisə də, Sadıq xan onun əlinə keçən 
kimi onu boş otağa salmış və ac saxlayaraq öldürmüşdü. 
Mirzə Adıgözəl bəy əsərinin bəzi yerlərində xalq kütlələrinin İran dövlətinə 
münasibəti məsələsi üzərində dayanır. Məsələn, knyaz Sisianov öldürüldükdən, 
İran qoşunları isə Qarabağa və Bakı düzlərinə doluşduqdan sonra Mirzə 
Adıgözəl bəy yazır: "Bu vilayətlərdə  İran qanunları  həyata keçirildi və (ölkə) 
onların  əsassız qaydalarına tabe edildi. Bunun nəticəsində az qalmışdı ki, bu 
vilayətlərə qarışıqlıq düşsün". Bu, şübhəsiz ki, xalq kütləsi rəyinin düzgün 
qiymətidir. Təəssüf ki, Mirzə Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran 
müharibəsi dövründə Qarabağ  əhalisinin Rusiya və  İran qoşunlarına 
münasibətini tamamilə yanlış  işıqlandırmışdır. Bu müharibə hadisələrinin 
iştirakçısı olan Mirzə Adıgözəl bəy bir çox ayrı-ayrı faktların arxasında hərbi 
hərəkatın nə kimi ümumi bir şəraitdə keçdiyini görməmişdir.    
                                                 
1 A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "1806-cı il fevralın 8-də Bakı darvazası yanında Hüseynqulu xan ilə 
görüşən zaman, gözlənilmədən və bütün xalq hüquqlarının əksinə olaraq, iranlıların təhrikinə görəmi, ya xanın özünün əmri 
iləmi baş komandan xanın dayısı  oğlu  İbrahim bəy tərəfindən öldürüldü" (B a
 
x: A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 
1926, səh. 155). 
 
 
29 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə