AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

XVIII  əsrin ikinci yarısında Azərbaycanın  ən böyük dövlət xadimi olan qubalı 
Fətəli xan və onun birləşdirici fəaliyyəti haqqında heç bir kəlmə  də olsun 
danışmır. Mirzə Adıgözəl bəy İbrahim xandan asılı olan hakimlər arasında Quba 
hakimini göstərmir. Hətta ondan bir kəlmə belə danışmır. Halbuki, Fətəli xan 
İbrahim xanın ən ciddi düşməni idi və səksəninci illərdə onların arasında böyük 
toqquşmalar olmuşdu. 
Mirzə Adıgözəl bəy Şuşanın müdafiəyə hazırlığını, onu mühasirə etmiş Ağa 
Məhəmməd şahın qoşunlarından özünü qəhrəmancasına müdafiə etməsini təsvir 
edir. Bu hadisələrdən danışdıqda Mirzə Adıgözəl bəy XVIII əsrin ən böyük şairi 
olan Molla Pənah Vaqifin adını çəkir. 
1796-cı il yürüşündə rus ordusunun baş komandanı qraf V.A.Zubovun 
qoşunları Kür və Araz çayı yanındakı  kənddə  qış düşərgəsində olduğu zaman 
İbrahim xanın oğlu Əbülfət ağanın vasitəsilə Vaqifə qiymətli daşlarla bəzədilmiş 
bir əlağacı göndərməsi kimi çox mühüm bir fakta yalnız "Qarabağnamə"də rast 
gəlirik. Adətən belə hallarda olduğu kimi bu hədiyyə, görünür, Şuşanın  İran 
qoşunlarından müdafiəsini təşkil etməkdə  fəal iştirak etmək və Rusiyaya meyil 
göstərmək üçün bir iltifat əlaməti olaraq, imperatriçənin adından göndərilmişdi. 
Bununla Mirzə Adıgözəl bəy İbrahim xan haqqında rəvayətini bitirir. İbrahim 
xanın faciəli sonu haqqında o, bir kəlmə belə danışmır. Məlum olduğu kimi, rəsmi 
məlumat  İbrahim xanı  xəyanət etməkdə, 1806-cı ildə knyaz Sisianovu 
öldürdükdən sonra Abbas Mirzənin qoşunları 
tərəfinə keçməkdə 
təqsirləndirilirdi
1
. Mirzə Camal bu hadisələri belə təsvir edir: 
"Gələn 1806-cı ildə, yazda iranlılar yenidən Arazdan Qarabağa keçərək 
İbrahim xanın yanına casuslar göndərdilər ki, onu Rusiyadan ayrılmağa və 
onlarla ittifaq bağlamağa razı etsinlər. 
İbrahim xanın bütün müdafiəsi mayor Lisaneviçin başçılığı altında olan bir 
batalyon soldatdan ibarət idi; qəhətlik olduğuna görə, bərk aclıq qorxusu altında 
olan  əhaliyə güvənmək olmazdı; iranlılar görünən kimi onlar qaçıb 
dağılacaqdılar. Müqayisə edilməyəcək dərəcədə güclü olan düşmənə qarşı demək 
olar ki, hər bir müdafiə vasitələrindən məhrum olan Qarabağın bu vəziyyətini 
görən və  hər barədə  İbrahim xan tərəfindən xəbərdar edilmiş mayor Lisaneviç 
ona bildirmişdi ki, tezliklə rus qoşunları köməyə gələcək və düşmən tərəfindən 
ola biləcək hər bir təhlükə aradan qaldırılacaqdır. Lakin yeni qoşunların gəlməsi 
təxirə düşdü və  İbrahim xan iranlıların onun mülklərinə qarşı sürətli 
təcavüzlərinin bir qədər qarşısını almaq üçün onlarla münasibətə girişdi, iranlılar 
Şuşanın 14 verstliyinə yaxınlaşdıqda isə ailəsilə  
                                                 
1
 
Podpolkovntk Lisaneviçin general-mayor Nesvetayevə yazdığı 4 sentyabr 1806-cı il tarixli raportu (Qafqaz 
Arxeoqrafıya Komissiyası aktları, c. III, sənəd 610, səh. 334). 
 
26 


bərabər Xan bağından çıxıb ondan bir qədər məsafədə düşərgə etdi. Bu, 
İbrahim xanın bizim hökumətə xəyanət etdiyinə dair bir çoxlarında şübhə oyatdı 
və onlar mayor Lisaneviçin qarşısında ona böhtan atdılar. O da İbrahim xana qarşı 
silah işlətməyə  məcbur oldu. Beləliklə,  İbrahim xan öz kiçik oğlanları  və  bəzi 
yaxın adamları ilə birlikdə öz ehtiyatsızlığının qurbam oldu"
1

Mirzə Adıgözəl bəy öz kitabında  İbrahim xana bəraət qazandıra bilməzdi; 
çünki bu bəraət  İbrahim xanın öldürülməsinə yol vermiş rus hakim dairələrini 
təqsirləndirmək olardı. O, İbrahim xanın öldürülməsini xəyanətlə izah edən rəsmi 
məlumata da tərəfdar ola bilməzdi. Buna görə, İbrahim xanın həyat və fəaliyyətini 
təsvir etmiş Mirzə Adıgözəl bəy onun öldürülməsinə dair öz sözünü 
söyləməkdən boyun qaçırmağa və bu barədə susmağa məcbur olmuşdu. 
İbrahim xanın xələfi, öz müasiri olan qarabağlı Mehdiqulu xana Mirzə 
Adıgözəl bəy çox laqeyd yanaşır, onu böyük işlərə qadir olan adam kimi görmür, 
yalnız onun adına hörmət edirdi. Eyni zamanda Mirzə Adıgözəl bəy 1805-1813 
və 1826-1828-ci illərin Rusiya-İran müharibələri dövründə rus təbəəliyindən 
çıxıb  İranın tərəfinə keçən bəyləri dərindən təqsirləndirir. Rusiyaya istinad 
etməsində ardıcıl olan Mirzə Adıgözəl bəy hətta şəxsən ona yaxın olan qarabağlı 
Mehdiqulu xanı müharibədə  İran qoşunları  tərəfində  iştirak etməsi üçün 
təqsirləndirirdi. 
Mirzə Adıgözəl bəyin tərcümeyi-halından bilirik ki, qarabağlı Mehdiqulu xan 
əslən onun vasitəsilə İrandan Qarabağa qayıtmışdır. Qarabağın tarixi ilə əlaqədar 
olan məsələlər bunlardır. 
Mirzə Adıgözəl bəy Qarabağın tarixini o zaman Zaqafqaziyada vaqe olan 
geniş hadisələr zəminində təsvir edir. Buna görə, "Qarabağnamə"də Gürcüstanın 
və başqa Azərbaycan xanlıqlarının tarixinə dair bir çox məlumat vardır. 
Mirzə Adıgözəl bəy 1751-ci ildə II İraklinin Gəncə üzərinə hücum etdiyi 
zaman Gəncə, Qarabağ, Şəki xanlıqları və s. ilə qəbilə müharibəsi faktlarını bir 
epos kimi təsvir etmişdir. 
Tiflisi Ağa Məhəmməd şahın qoşunlarından müdafiə edən zaman II İraklinin 
vəziyyətinə dair Mirzə Adıgözəl bəyin yazdıqları çox qiymətlidir. Gürcüstan 
padşahları sülaləsinin üzvləri arasında ixtilaf və münaqişələrdən, şahzadələrin və 
knyazların  İrakliyə tabe olmamasından, Tiflisin müdafiəsi işinə onların qayğısız 
yanaşmasından danışılan bu təsvirdə bizim üçün əhəmiyyətli cəhət burasıdır ki, 
bunları hadisələrin müasiri olan bir adam təsvir edir. Bu təsvirdə  həmin 
hadisələrin gedişində  və onlardan sonra keçən ilk illərdə onlara xalq tərəfindən 
verilən qiymət verilmişdir. Bu sətirlərdən biz görürük ki,   
                                                 
1
 
Camal Cavanşir Qarabaği. "Qarabağ" (farscadan tərcüməsi A.Berjenindir). "Kavkaz" qəzeti, 1855-ci il, N° 69. 
 
 
27 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə