AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

Əsərin müəllifi böyük həyat yolu keçmiş, təcrübə  və bilik sahibidir. XIX 
əsrin birinci sülsündə Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövründə 
Azərbaycanda və Zaqafqaziyada siyasi vəziyyət, bu müharibələrin gedişi və 
nəticəsi, Mirzə Adıgözəl bəyin xidmət fəaliyyəti onun görüşlərinə böyük təsir 
etmişdir. Bu dövrün tarixi hadisələrini görən və onları dərindən təhlil edən Mirzə 
Adıgözəl bəy, Rusiya tərəfdarları yoluna keçmiş  və öz şəxsi taleyindəki 
dəyişikliklərə baxmayaraq, bu yoldan dönməmişdir. Mirzə Adıgözəl bəyin 
tərcümeyi-halında elə bir fakt yoxdur ki, bu fakta əsaslanaraq onun Rusiyaya 
tərəfdar olmaq xəttindən geri çəkilməsini və ya ondan üz döndərdiyini göstərsin. 
Çox vaxt 1826-1828-ci illərin Rusiya-İran müharibəsinin çətin  şəraitində
bəylərin çox hissəsi hakimiyyətini itirmiş Azərbaycan xanlarının ardınca gedərək, 
İran qoşunlarının silahı gücünə Zaqafqaziyada xan hakimiyyətini və xanlara 
yaxınlıqdan irəli gələn imtiyazlarını bərpa etməyə çalışdıqları bir zamanda Mirzə 
Adıgözəl bəy tutduğu yol ilə möhkəm addımlayır və  təhlükə üz verdikdə 
qorxmadan ölümlə qarşılaşırdı. 
Mirzə Adıgözəl bəyin Rusiya tərəfdarçılığında bu qədər ardıcıl olmasında 
müxtəlif vəziyyətlərin təsiri vardır. Burada Mirzə Adıgözəl bəyin uşaqlıq 
təəssürati müəyyən rol oynamışdır. Mirzə Adıgözəl bəy Ağa Məhəmməd şahın 
başçılığı altında İran qoşunlarının Zaqafqaziya xalqlarına gətirdikləri fəlakətlərin 
şahidi olmuşdur. O zaman Mirzə Adıgözəl bəy öz ailəsi ilə  bərabər doğma 
Qarabağı tərk edib, yad yerlərə getməyə məcbur olmuşdu. 
Mirzə Adıgözəl bəy hələ çox gənc ikən, rus dövlət və  hərbi inzibati 
idarələrində xidmət etməyə başlamışdı. Bu xidmət və müvafiq dairələrə mənsub 
şəxslərlə mədəni münasibət Mirzə Adıgözəl bəyə böyük təsir etmişdir. 
Bütün göstərdiklərimiz, şübhəsiz, "Qarabağnamə"də əks olunmuşdur. Bu əsər 
feodal torpaq sahiblərinə  mənsub bir adam tərəfindən yazılmışdır. Bunların 
hamısı hadisələrin işıqlandırılması xarakterinə müəyyən təsir göstərmişdir. 
Beləliklə, "Qarabağnamə"nin tarixi mətai ona tənqidi və çox diqqətlə 
yanaşmağı tələb edir. 
O, bu əsərin Qafqaz canişini knyaz Mixail Semyonoviç Voronsova təqdim 
ediləcəyini nəzərə almışdı. Buna görə, Mirzə Adıgözəl bəy hadisələri Qafqazda rus 
komandanlığının rəhbər dairələrində qəbul edilmiş rəsmi dillə ifadə edir. 
Yuxarıda qeyd edildiyi kimi, tarixi hadisələrin şərhi 1736-cı ildə Muğanda İran 
feodal zadəganları qurultayının təsvirindən və Nadirin İran  şahlığına 
"seçilməsindən" başlanır. 
Mirzə Adıgözəl bəy Nadir şahı idealizə edir. 
İranın feodal dairələri Nadir şahın  şəxsində öz mənafelərinin ifadəçisini 
tapmışdılar. Nadir şah onların mövqeyini möhkəmlətmiş, onların torpaqlarını 
 
24 


və hakimiyyətini Türkiyənin işğalçılıq cəhdlərindən qorumaq üçün çox işlər 
görmüşdü. Lakin Nadir şah  əhalinin zəhmətkeş kütlələrinə qarşı amansız bir 
zalım idi, Azərbaycana isə saysız-hesabsız fəlakətlər gətirmişdi. Azərbaycan 
xalqı Nadir şahın hakimiyyətinə qarşı inadla mübarizə edirdi. Nadir şah xalqı 
tamamilə tabe etməyə çalışaraq Azərbaycanın  şimal hissəsi üzərində  İranın 
hakimiyyətini möhkəmlətmək məqsədilə  Şirvana dörd dəfə yürüş etmişdir. Bu 
yürüşlərin və Nadir şahın göndərdiyi cəza dəstələrinin hərəkətləri nəticəsində 
Şirvan dağıdılmış,  əhalisi talan edilmişdi.  Əhali öz yurdlarını  tərk edərək 
dağlarda gizlənirdi. Tarlalar becərilmirdi, ölkədə aclıq başlanmışdı. Mirzə 
Adıgözəl bəy bütün bu hadisələrdən yəqin ki, xəbərdar idi, lakin bu barədə susur 
və Şərq tarixçilərinin köhnə ənənələrinə tabe olaraq Nadir şahı mədh edirdi. 
Mirzə Adıgözəl bəy Nadir şahdan danışdıqda yalnız bir yerdə həqiqəti doğru 
göstərmişdir (Ziyad oğlanları  nəslindən olan Gəncə  bəylərinin Nadirin şahlığa 
"seçilməsinə" necə müqavimət göstərdikləri nəzərdə tutulur). Nadir şahın öz 
siyasi düşmənləri olan Ziyad oğlanlarına qarşı gördüyü tədbirlər haqqında Mirzə 
Adıgözəl bəyin göstərdikləri çox qiymətlidir. 
Mirzə Adıgözəl bəyin  əsərini diqqətlə oxuduqda ilk Qarabağ xanı  Pənah 
xanın taleyinin onu çox həyəcanlandırdığını görmək çətin deyildir. Mirzə Adıgözəl 
bəy Pənah xanı yalnız müsbət cəhətdən göstərmişdir. O, igid, cəsarətli, müdrik 
dövlət xadimi, Qarabağ xanlığının banisidir. Mirzə Adıgözəl bəy Pənah xanın 
xasiyyətində şöhrətpərəstlik olduğunu qeyd edirsə də, lakin elə hesab edir ki, bu 
şöhrətpərəstlik Qarabağda dövlət qurulmasının xeyrinə yönəldilmişdir. 
Mirzə Adıgözəl bəy Pənah xanı, görünür, Qarabağda müstəqil dövlət 
yaratdığına görə idealizə edir. Pənah xanın ona tabe olan ərazini genişləndirmək 
cəhətdən qazandığı  hər bir müvəffəqiyyət Mirzə Adıgözəl bəy tərəfindən 
şübhəsiz bəyənilir. Hətta məhz onun sayəsində Mirzə Adıgözəl bəy Pənah xanın 
Qarabağ məlikləri ilə mübarizəsini tamamilə düzgün təsvir etmişdir. 
Mirzə Adıgözəl bəy Cənubi Azərbaycanda özünə yer eləmiş  Fətəli xan 
Əfşarın Pənah xanı özünə tabe etmək cəhdləri haqqında, həmçinin Fətəli xanın 
Pənah xanın oğlu  İbrahimxəlil ağanı  xəyanət və aldatmaq yolu ilə  əsir tutması 
haqqında qəzəblə yazır. Müəllif bunu etiraf etmək istəmir ki, Pənah xan 
həqiqətən məğlub olmuşdu və Fətəli xan Əfşara tabe olmağa məcbur idi
1

Qarabağ tarixinin bu hissəsinin süni qurulmasını və tarixi görüş dairəsinin bir 
qədər məhdudluğunu hələ ondan görmək olur ki, Mirzə Adıgözəl bəy 
                                                 
1 A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "Pənah xan zahirən ona (Fətəli xan Əfşara - V.L.) itaet göstərdi və öz oğlu 
İbrahimxəlil ağanı ona girov verdi". B a x: A.Bakıxanov. Göstərilən əsər. Bakı, 1926, səh. 130. 
 
 
25 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə