AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

mişlər. Çox çətin bir yolu olan Cermux
1
 qalasını özlərinə  məskən, sığınaq və 
mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş  və böyük bir şöhrət 
qazanmışlar. Nadir şahla osmanlı sərəskəri Köprülü oğlu Abdullah paşa arasında 
olan müharibədə, Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah da 
məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi 
və xələti verdi. O (Nadir şah), əmr etdi ki, bundan sonra xas və avam camaat ona 
məlik deyil, sultan desin. Doğrudan da onlar dəbdəbəli qədim bir ocağa (ailəyə) 
mənsub imişlər. 
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri  Şirvandan 
gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə 
məliklik etmişdi. Sonralar Məlik Usub Gülüstan qalasını  zəbt edib orada sakin 
olmuşdu. 
Mərhum Pənah xanın ilk hakimiyyət dövrlərində, Məlik Yegan övladından 
olan Dizaq məliki ona düşmən oldu və Allah vergisi olan o dövlətə qarşı üsyan 
etdi
2
. Uzun zaman müharibə oldu və qırğın alovu aralarında şölələndi. Axırda, 
Allahın tövfiqi və  pərvərdigarın köməyilə, mərhum Pənah xan qalib gəlib o 
nəsildən bir neçə  nəfərini öldürdü... Onların qol-qanadları  sındı  və  pərişan 
oldular. 
Vərəndə  məliklərindən Məlik  Şahnəzər nəcib və böyük bir ailəyə  mənsub 
olub çox varlı idi. Fəsahətli barmaqlarımız  ənbər saçan qələm vasitəsilə onun 
əhvalatını yuxarıda zikr və  bəyan etdi. Mərhum Pənah xan və  İbrahim xanın 
mehribanlıq nəzəri, hörmət və  mərhəmət gözü həmişə  Məlik  Şahnəzər və  oğlu 
Məlik Cəmşidin üstündə olmuşdur. Məlik  Şahnəzərin bir qızı  İbrahim xanın 
arvadı olduğundan, aralarında qohumluq da əmələ gəlmişdi. Lakin nəvəsi Məlik 
Ulubab Xaçında müxtəlif kəndlərdən və ayrı-ayrı  qəsəbələrdən qoşun adı ilə 
dələduzları cəm etdi. Ballıqayanı səngər edərək mərhum Pənah xana qarşı üsyan 
qaldırdı. Behiştlik mərhum Pənah xan bu əhvalatı  eşidincə, böyük bir sürət və 
əzəmətlə hərəkət 
etdi. 
   
                                                 
1 Cermux - Çiləbördün müxtəsər adıdır.
2
 
Pənah xanın üç Qarabağ məlikinə qarşı mübarizəsi, onun hakimiyyət uğrunda apardığı daxili feodal müharibəsi 
idi. Ən güclü hakim təkid və silah gücü ilə öz hakimiyyətini Qarabağ ərazisində olan kiçik hakimlərə tanıtmaq istəyirdi. 
Mübarizə aparan qüvvələrin qruplaşdırılmasına və  Pənah xanın ona itaət etməyən məlikləri kənar edərək yerlərinə daha 
itaətkar olan qohumlarını  təyin etməsi faktına diqqətlə baxdıqda, yuxarıda qeyd edilən xarakteristikanın doğru olduğunu 
təsdiq etmək olar. 
 
 
44 


O möhkəm səngəri və  sığınağı nifaq əhlinin ittifaqı  və ixtilaf əhlinin ürəyi 
kimi pozub dağıtdı... Bundan sonra, Xaçın əhli itaət halqasını qulaqlarına taxıb, 
sədaqət xələtini çiyinlərinə saldılar.  İtaətin aman evinə  qədəm qoyub bir daha 
düşmənçilikdən dəm vurmadılar. 
Behiştlik mərhum Pənah xanın ilk hakimiyyəti dövrlərində, Ağoğlanda 
yaşayan Çiləbörd məliki Allahqulu sultan, onunla görüşmək üçün hüzuruna 
gəldi. Bu zaman Naxçıvan hakimi Heydərqulu xan da mərhum Pənah xana qonaq 
idi. O, Allahqulu xanın calal, şövkət və  dəbdəbəsini gördükdə, Pənah xana 
xatırlatdı ki, belə bir sultan sənə itaət etməz və iki calal sahibi bir şəhərdə 
(ölkədə) yola getməz. Vaxtın məsləhəti budur ki, xəncərin susuz ağzı onun 
boğazının qanından su içsin. Ağoğlanın lalə rəngli güllərini onun gül rəngli qanı 
ilə boyasın və dünyanı onun nəzərində tar etsin. Mərhum Pənah xan Heydərqulu 
xanın məsləhətini tamamilə düzgün və etirazsız bir məsələ hesab edib Allahqulu 
sultanı öldürtdü. Qardaşı Məlik Hətəm, Çiləbördün məliklik mülkünə sahib oldu. 
Talışlı  Məlik Usub bu məlikin (Məlik Hətəmin) köməkliyilə öz əmisini 
öldürərək məliklik taxtına oturdu. Bunların hər ikisi ittifaq edib ziddiyyət və 
nifaq bayrağını qaldırdılar. Cermux qalasına

çəkilərək uzun müddət dava-
döyüşdə kahıllıq etməyib qırğın və talandan əl çəkmədilər. Pənah xan da 
dəfələrlə hücum etdi və onlara bir çox tələfat verdi. Qalaları möhkəm olduğuna 
görə Pənah xan məqsədinə çatmadan geri qayıtdı. Lakin dağdan aşağı rast gəldiyi 
əkin məhsullarını  zəbt və ordu atlarının ayaqları altında məhv etdi. Onları  ağır 
bir vəziyyətdə qoydu. Onlar bu kimi ağır hallar qarşısında dörd il daha möhkəm 
və ruh yüksəkliyi ilə durdular. Bu müddət içərisində fitnə  və  fəsad yolu ilə 
gedərək inad və  ədavət mülkünə hökmran oldular. Hər bir tərəfdən mərhum 
Pənah xanın  əleyhinə döyüşə  gələn xanların  əsgərlərinə başçılıq etməkdə, 
qoşunlarının pişdarı olmaqda bir an süstlük və səhlənkarlıq etmirdilər. 
Axırda, Pənah xan bunlara mübarizə meydanını o dərəcə  təng etdi ki, 
qaçmağı  qərara aldılar. Vətəndən ayrı düşməyi xoşbəxtlik sanıb öz elat və 
təbəələrilə  hərəkət yükünü məğlubiyyət dəvəsinə yükləyərək Gəncə  tərəfə 
getdilər, Şəmkir mahalında yeddi il çox zillət və son dərəcə çətinliklə dolandılar.   
 
                                                 
1  Çiləbörd qalası 
 
45 


DÖRDÜNCÜ FƏSİL 
ŞUŞA QALASININ BİNA OLUNMASI VƏ 
AĞA MƏHƏMMƏD ŞAHIN ATASI QACAR 
MƏHƏMMƏDHƏSƏN XANIN MƏRHUM 
PƏNAH XANLA MÜHARİBƏSİ HAQQINDADIR 
Qarabağ vilayətinin  ətrafı bir qədər asayiş tapıb Xəmsə  məlikləri sakit 
olmağa başlayınca, baş qaldıran elatın bəzisi öz meyil və rəğbətlərilə, bəzisi də 
zorla mərhum Pənah xana itaət etdilər. Mərhum Pənah xan İranda olan 
qarışıqlığı
1
 eşitdiyi zaman, onun işıqlı ürəyinin aynasına belə bir fikir əks etdi ki, 
Gəncə, Qarabağ, Ərdəbil və Naxçıvan hakimlərini öz hökmranlığı altına alsın. 
Az bir zaman içərisində, bəzilərini qol gücü ilə, bəzilərini də elçilər 
göndərmək və cürbəcür mehribanlıqlarla itaətə gətirib, özünə tabe etdi. Sarıcalı 
Dərgah bəyi  Ərdəbil  şəhərində hökumət işlərini idarə etmək üçün təyin etdi. 
Gəncə xanzadələrinə qulluq vermək və onları qulluqdan çıxartmaq da Pənah 
xanın  əmrilə olurdu. Bir qayda olaraq, adları  çəkilən vilayətlərdəki xanların 
övladlarından bir neçə nəfəri həmişə Şahbulaq qalasında girov olaraq saxlanırdı. 
Bir müddət keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan 
Qacar  İraq, Azərbaycan və Mazandar hüdudlarında

istiqlaliyyət qazandı. Bu 
xəbər mərhum Pənah xana çatıncaya qədər yuxarıdakı qayda davam etdi. 
Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: 
"Nadir  şah öldürüləndən sonra, Əliqulu xan və  Əmir Aslan sərdarla aramızda 
dostluq  əlaqəsi və  məhəbbət rabitəsi möhkəm idi. İndi ola bilər ki, Qacar 
Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşmənçilik 
yolunu tutsun. Ətraf xanlarından da xatircəmlik yoxdur və bu dövlətlə ürəkdən 
düşmən olan çoxdur. Ola bilər ki, Məhəmmədhəsən xanı  təhrik etsinlər və ona 
qoşulub bizimlə müharibəyə girişsinlər. Ola bilsin ki, Qaraba-    
                                                 
1
  
Nadir şahın ölümündən sonra şahlıq taxt-tacını iddia edənlər arasında gedən mübarizə nəticəsində İranda baş
 
vermiş daxili qarışıqlıqlar nəzərdə tutulur. 
2
 
Ehtimal ki, 50-ci illərin  əvvəllərində, Məhəmmədhəsən xanın Cənubi
 
Azərbaycan sahəsinin çox hissəsini  ələ 
keçirib, özünün sonuncu güclü düşməni olan urmiyalı Azad xana qarşı mübarizə apardığı zamanda olmuşdur. 
 
 
46 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə