AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

gər düzəltdi. O səngərin asarı və barılarının divarı indi də durur. Xalq arasında 
"Fətəli xan səngəri" adı ilə məşhurdur. O, qış fəslini də burada keçirtdi. 
Bu zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm və Məlik Usub da gəlib 
Fətəli xanın qoşunları ilə birləşdilər. Onların yanında bir səngər düzəltdilər. Bu 
səngərin də asarı və nişanəsi indiyə qədər durur. Altı ay burada oturdular. Fətəli 
xan arzusuna çatmaq məqsədi ilə hər gün canından keçib meydana atılırdı. Lakin 
peşmanlıq və zərərdən başqa bir şey əldə edə bilmirdi. 
Axırda o, məliklərlə  bərabər böyük bir qüvvə ilə hücuma keçdi. İgidlik 
meydanına şücaət qədəmi qoydu. Pənah xan da müharibə meydanında üzağardan 
və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan Qarabağ qoşunu ilə 
müdafiəyə girişdi. 
S a l a r i  
Hər iki tərəfdən qoşunlar səf çəkdilər, 
Bellərini bağlayıb hərbə girişdilər. 
Nayın səsi və təblin gumbultusundan 
Bu mavi səma lərzəyə gəldi. 
Oxla, kamanla bir-birinə hücum etdilər. 
O dava meydanında çox qanlar tökdülər. 
O qovhaqov və o qaçaqaçda şirlərin hay-huyundan, 
(Gav-ü-) mahi
1
 hərəkətə gəldi, fələkin qulaqları kar oldu. 
O döyüş meydanında ürəkli və qoçaq döyüşçülərin 
Əlində ox kamana, kaman oxa döndü. 
O çarpışmada atlıların qaldırdığı tozdan 
Hava qır dəryası kimi qapqara qaraldı. 
Oxun və yayın ildırım kimi parıltısından 
Oxun yağış kimi yağmasından 
Yer üzündən elə bir qan çayı axdı ki, 
Torpaq məhşər meydanı kimi qıpqırmızı oldu. 
Fətəli xan gördü ki, arzusunun gözəli varlıq aynasında görünmür. Cidd-
cəhdinin ağacı  zərər və peşmançılıqdan başqa bir səmərə vermir. Tədbirlər 
gördü, vasitəçilər saldı, saziş və barışıq binası     
                                                 
1
 
Öküz və balıq deməkdir. Qədim  əfsanəyə görə, Yer öküzün buynuzları üzərində  qərar tutur, öküz isə balığın 
arxasında durur. 
 
 
52 


qoydu.  Ədavət və düşmənçiliyi aradan qaldırmaq istədi. Pənah xan da: 
"bacardığın zaman (müqəssiri) bağışla; çünki bu gözəl bir işdir" sözünün 
məzmununca, onun xahişini qəbul etdi. (Onlar) Ağa körpüsündə görüşərək sülh 
etdilər. Barışıq əhd və peymanla möhkəmləndi. (Fətəli xan mərhum) Pənah xana 
dedi: Bundan sonra dövlətlərimiz arasında ayrılıq və  məmləkətlərimiz arasında 
düşmənçilik olmayacaqdır. Bunun əksini düşünmək ağlagəlməz bir xəyaldır. 
(İndi) sizdən dostcasına xahiş  və ricamız budur ki, əgər mümkün olsa, uca 
xasiyyətli xanzadəni bir neçə günlüyə bizim çadırımıza qonaq göndərəsiniz. Bu 
bizə qarşı böyük qonaqpərvərlik və (bizdən ötrü də) son dərəcə başı ucalıq olar; 
çünki  İbrahimxəlil ağanın məhəbbəti ürəyimizi kabab edib gözlərimizi yaşla 
doldurmuşdur. Bu vasitə ilə bir də onun ziyarətinə nail olarıq. Onu görüb 
ürəyimiz təsəlli tapar. Sonra onu böyük bir ehtiram və calalla hüzurunuza 
göndərərik. 
Mərhum Pənah xan da onun qəliz andlarına və yalan sözlərinə etibar etdi. 
Gözünün işığı olan igid oğlunu bilikli və natiq adamlarla Fətəli xanın ordusuna 
göndərdi
1
. Bu xəbər Fətəli xana yetişincə, fərəh və  şadlıq izhar etdi, övlad və 
əqrəbasından,  əmir və  sərkərdələrindən bir neçə  nəfərini  İbrahimxəlil ağanın 
istiqbalına göndərdi. (Xanzadə) sonsuz hörmət və hədsiz ehtiramla (Fətəli xanın 
ordugahına) yetişdi. 
Bir neçə gün qaldıqdan sonra, o baxıb gördü ki, qayıtmağa izn ala bilmir. Hər 
gün bir xana, hər gecə bir əmirə qonaq olub, onların süfrəsi başında vaxt 
keçirməkdən bir şey çıxmır. (Buna görə) Pənah xana yazdı: "Belə məlum olur ki, 
Fətəli xan məni də özü ilə  bərabər aparmaq fikrindədir. Mənim Qaladakı 
(Şuşadakı) kürən atımı  təcili surətdə  mənə göndərin. Bəlkə, yeriyən və  səba 
yelitək mənzil kəsən o atın köməyinə qaça bilim". 
At, Fətəli xanın ordusuna yetişincəyə  qədər, Fətəli xan köçmək təblinin 
sədasını mavi göylərə yetirdi. İbrahimxəlil ağanı da özü ilə bərabər götürüb geri 
qayıtdı. 
Bu dəhşətli xəbər Pənah xana yetişdi. O, gözünün işığı olan oğlunun ondan 
uzaqlaşdırıldığını gördü. Aydın dünya onun nəzə-      
                                                 
1
 
Başqa sözlə, Pənah xan sülh şərtlərinə görə, öz böyük oğlu  İbrahimxəlil ağam Fətəli xan Əfşara girov verməyə 
məcbur oldu. Beləliklə, Pənah xan Fətəli xandan asılı olduğunu qəbul etdi. 
 
 
53 


rində tar oldu. Qulluğunda olan yaxın adamları ilə, igid və böyük oğlunun azad 
edilməsi üçün məsləhət məclisi qurub məşvərət çırağını yandırdı. 
Fətəli xan atının cilovunu öz məmləkətinə çevirdikdən sonra, onunla Kərim 
xan Zəndin arası dəydi və düşmənçilik əmələ gəldi. Kərim xan dövlətli bir əmir 
idi. Fars ölkəsində calal atına minmiş və İraq tərəfində dəbdəbə badəsini içmişdi. 
Müstəqil və ixtiyar sahibi olmuşdu. 
Kərim xan Zənd qardaşı  İskəndər xanı böyük hazırlıq və  təntənə ilə  Fətəli 
xanın müharibəsinə göndərdi.  İsfahan yaxınlığında iki qüvvə bir-birilə üz-üzə 
gəldi. Bu müharibədə İskəndər xan öldürüldü və qoşunu da məğlub oldu. Fətəli 
xan isə müharibədən qalib və müzəffər çıxdı. İraqın bəzi vilayətlərini zəbt edərək 
şövkət və calal bayrağını ucaltdı. 
Kərim xan bu qəmgin hadisə və ürək yandıran qəziyyəni eşitdi. Qəzəb atəşi 
beyninə hücum etdi və intiqam almaq fikrinə düşdü. Hələ onun saysız-hesabsız 
qoşunu Azərbaycana girməmiş  və  zəfər nişanəli bayraqları o yerlərə  əmin-
amanlıq kölgəsi salmamışdı. O, Pənah xanın hüzuruna etibarlı elçi vasitəsilə 
məhəbbətlə dolu bir məkrub göndərdi. Məktubda lütf və mehribanlıq, birlik və 
həmrəylik izhar edirdi. Məkrubun məzmunu bundan ibarət idi: 
"Fitnə  və  fəsad sahibi olan Fətəli xan indi bizimlə qan düşməni olmuşdur. 
Sizinlə də pis xasiyyətli bir düşməndir. Verdiyi söz və içdiyi andın əksinə olaraq 
hərəkət etmişdir. İbrahimxəlil ağanı apararaq, sizi dərd və qüssəyə salmışdır. Hər 
an bir fikirdə  və  hər gün də bir əmirlə  hərb etməkdədir. Mən də "Ey ağıl 
sahibləri, sizin üçün qisas almaqda həyat vardır" ayəsinin məzmununa  əsasən 
intiqam almağı  və  ədavət qılıncını  qınından çəkib hərbə girişməyi qərara 
almışam. Buna görə  cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə 
durmadan və  təxir etmədən, hökmünüz altında olan qalib qoşunlarınızla bizə 
yoldaşlıq edəsiniz; çünki, əsas məqsədim və günəş kimi işıqlı olan fikrim budur 
ki, həm sizin oğlunuzu xilas edim, həm də öz qardaşımın qanını alım". 
Mərhum Pənah xan da belə bir fürsət axtarırdı və Fətəli xanın məhv olmasını 
Allahdan istəyirdi. O, saysız süvari dəstəsi və çoxlu qoşunla Kərim xanın 
köməyinə getdi. Azərbaycan torpağında Kərim xana yetişdi. Kərim xan da, ona 
qarşı lazımi hörmət və izzət şəraitini 
 
54 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə