AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

almaq üçün
1
: "Kim isə qapını döydü və  mırıldandı" sözünün məzmununca
dəfələrlə hərb qapısını döydü. Lakin fəth qapısını açmaq ona mümkün olmadı. 
O, mərhum İbrahim xana qabaqcadan xələt və qılınc göndərib onu öz tərəfinə 
çəkmək istədi. Lakin aralarında zahiri tanışlıq və mehribanlıqdan başqa bir şey 
yox idi. 
Ağa Məhəmməd  şah o ildə (1176-cı ildə)
2
, Azərbaycandan qayıtdıqdan 
sonra, öz vücudunu padşahlıq libası ilə zinətləndirdi. Hökmranlığın kafuri 
şamını
3
 səltənətin darayı çadırında yandırdı. Ruzgarın gərdişi və gecə-gündüzün 
törətməkdə olduğu hadisələr nəticəsində, Ağa Məhəmməd  şahla mərhum 
İbrahim xanın arası pozuldu. Onların məhəbbət və ittifaq məclisində solğunluq 
əmələ gəldi. 
Ağa Məhəmməd şah, Fars və Şiraz tərəflərində əmələ gələn qarışıqlıq və çal-
çapa görə, bu tərəflərə fikir verə bilmədi. Atının cilovunu o tərəflərə çevirdi. O 
tərəflərin işini nizama salıb baş qaldıranların boynunu itaət ipinə bağladı. Sonra, 
1209-cu ildə
4
 çoxlu qoşun və saysız cəmiyyətlə Gürcüstan, İrəvan, Talış  və 
Qarabağı almağa gəldi. Azərbaycanı dünyanı  gəzən atlarının cövlangahı  və 
mənzil kəsən bayraqları üzərindəki mahçənin (ayparanın) doğan yeri etdi. Ağa 
Məhəmməd  şah qardaşı, baş  sərkərdəsi və ehsan süfrəsinin duzu ilə  bəslənən 
Əliqulu xanı, sair xanlar və çoxlu cəmiyyətlə İrəvanı almağa göndərdi. Özü isə 
İraq, Fars, Xorasan və Azərbaycanın ulduzlar kimi calallı və parlaq dəstələri ilə 
gəlib, Şuşa şəhərinin bir ağaclığında ordugah qurdu
5

 
  
                                                 
1
 
Bu hadisələr 1791-ci ildə baş vermişdir (B a x: П.Г.Бутков.  Материалы  для  новой  истории  Кавказа 1722 по 
1803  г., II hissə, səh. 321). Müqayisə et: General-anşef
 
Qudoviçin 1791-ci il noyabrın 7-də çara göndərdiyi raport 
(Кавказский сборник, c. XVIII, Tiflis, 1897, səh. 421).
2
 
Bu tarix təhrif edilmişdir. Yuxarıdakı qeydlərə bax. 
3
 
Kafurdan qayrılmış saf və parlaq şam. 
4
 
Hicri 1209-cu il, 1794-cü il iyulun 29-da başlanmış, 1795-ci il iyulun 17-də qurtarmışdır. 
5  İran qoşunları  Ağa Məhəmmed  şahın başçılığı ilə 1795-ci ilin iyul və avqust aylarında, 33 gün
 
Şuşa qalasını 
mühasirə etdilər
 
(B a x: "Грамоты и другие исторические документы XVIII столетия, относящиеся до Грузии", c. II, 
h. II, 1769-cu ildən
 
1801-ci ilədək, sənəd 73, səh. 93, SPb, 1902. Müqayisə et: А.Бакиханов. Гюлистан-Ирам, səh. 143; 
Rövzətüssəfanın yuxarıda göstərilən çapı, c. IX, səh. 110). 
 
 
58 


Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir 
Mustafa xan mərhum  İbrahim xanla and içib müahidə bağladılar ki, Ağa 
Məhəmməd  şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və 
yardım etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin 
vəziyyətlərindən xəbər tutsunlar. 
Sonra, mərhum İbrahim xan Qarabağ elatının bir parasını Gürcüstan səmtinə, 
bəzisini də şirvanlı Mustafa xanın yanına göndərdi. Mustafa xan onun tərəfindən 
təyin olunmuş xanlardan biri idi. 
Alicənab mərhum İbrahim xan, (divanxanasının) dəftər və kitablarında qeyd 
edilmiş yerdə qalan elat və  kəndlilərin bəzisini Qarabağ dağlarında yerləşdirdi, 
bir qismini də şəhərin içində öz yanında saxladı. Elat və kənd əhalisindən saysız 
atlılar cəm edib çoxlu tədarük gördü. Ağır toplar və qüvvətli qumbaralarla hərbə 
və döyüşə hazır oldu. 
Ağa Məhəmməd  şah otuz üç gün Şuşanı mühasirə etdi. Qalanın  ətrafını 
əzəmətli qoşununa ordugah edərək, çadırlar qurdurub oturdu. O, elçi və 
məktublar göndərdi. Çalışdı ki, cürbəcür yollarla İbrahim xanı özünə tabe etsin 
və Qarabağ əhalisini itaətə gətirsin. Lakin mümkün olmadı. 
Axırda,  şirazlı Seyid Məhəmməd Ürfinin incə  təbinin məhsulu olan 
qəsidələrdən bir beyti məqam və vaxta münasib bildi. Bu beytin bəzi sözlərini 
dəyişərək xanı qorxutmaq üçün yazıb göndərdi. 
Şeir 
Fələkin məncənəqindən fitnə daşı yağır,  
Sən axmaqcasına Şişə içərisinə sığınmısan. 
Bu məktub mərhum xana yetişən kimi, mübarək gözlərilə onu mütaliə etdi. 
Hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu 
olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. 
Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının 
ahusu, onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə 
bərabərlik iddiası etsə, tamamilə səhvdir. 
Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq 
beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa, 
tamamilə düzgündür. 
 
59 


Salar i 
 
Şeir söylədiyi zaman ona söz ustası adı verirlər. 
Ağıl onun qələmi ucunun zümzüməsindən bihuş olur. 
Ahu kimi, onun qələmindən kağızın üstünə müşk damcılayır.  
Davatının çeşməsindən kövsərin saf şərabı qaynayır. 
 
Düzgün boy-buxun sahibi olan gözəllər onun fikrinin qarasını geyirlər.  
Gözəllərin gözünə sürmə və zülfünə rəng verən (onun qələmidir). 
Əgər onun təbinin gəlini cilvələnsə, 
Qaş-göz atan gözəllərin ürəyini cəlb edər. 
Onun incə və səlis təbinin cəld süvarisi
Heyran qalan Sədidən fəsahət topunu qapmışdır. 
Molla Pənah Vaqif o saat Ağa Məhəmməd  şahın məktubunun dalına  ənbər 
qoxulu qələmilə bu şeri yazıb göndərdi: 
 
Əgər məni qoruyan, mənim bildiyimdir,  
(O), şişəni daşın qoltuğunda mühafizə edər. 
Ağa Məhəmməd şah məktubunun cavabını nəzərdən keçirdi. 
Qəzəbinin buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar 
şərarələr saçmağa, ildırım yayan qumbaralar atəş yağdırmağa başlasınlar. 
Bir müddət keçdikdən sonra, (Ağa Məhəmməd şah) gördü ki, Nəmrudun
1
 odunu 
alovlandırıb kin atəşini qızdırdıqca,  İbrahim xan Səməndər
2
 kimi, bəlkə  də 
İbrahimxəlil peyğəmbər kimi, odun şöləsindən qorxmur. O, işıqlanan külü və  şölə 
çəkən odu, gül yarpağından başqa bir şey saymır. 
Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli yoxluq 
pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə hücumlarından 
və  cəsarətli çarpışmalarından qorxuya düşürlər.  Əgər bir neçə gün belə keçsə, 
qoşunu məğlub olar. Buna görə, dövlətinin əmirləri, məmləkətinin böyük adamları   
                                                 
1
 
N  ə m r u d - Babilistan padşahlığının  əsasını qoyan və Bibliya Avraamını  (İbrahimxəlil peyğəmbəri) oda atan 
əfsanəvi bir simadır. Bu əfsanəyə görə, od Avraama heç bir zərər yetirməmişdir.
2 Səməndər- qədim əfsanələrə görə, odda yaşayan mövhumi bir heyvandır. 
 
 
60 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə