AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə23/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

və vəzirləri ilə məşvərət etdi. (Axırda) məsləhət görüb dedi ki, zərərin yarısından 
qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdən at başı qaytarmaq 
nicat xəzinəsinin açarıdır. Yoxsa, çox çəkməz bütün qoşunumuz və heyvanlarımız bu 
dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat 
qayıtmaz. 
Sonra, qayıtmaq bayrağını hərəkətə gətirdilər (yəni İran qoşunu geri çəkilməyə 
başladı)... 
Ağa Məhəmməd  şah... Gürcüstan tərəfinə getmək barəsində  əmr verdi. 
Səhralar üzərində dalğalanan bayrağı ilə irəliyə doğru hərəkət etdi. 
Mərhum İbrahim xan da itigedən çapar vasitəsilə Gürcüstan valisinə xəbər verdi ki
Ağa Məhəmməd  şah  Şuşa  şəhərini almaqdan aciz qalıb, Darüssürura - Tiflisə 
hərəkət etmişdir. Lazımi tədarük və hazırlıq görsün. Onu dəf etməkdə vaxt 
itirməsin. 
Vali bu xəbəri eşitcək, öz nəvəsi olan Başaçıq valisi Solomon xana və 
Gürcüstanı aralarında bölüşdürmüş olduğu övlad və nəvələrinə xəbər verib onlardan 
kömək istədi; çünki vali qoca və xəstə bir şəxs idi. Yaşı yetmişdən keçmişdi. Buna 
baxmayaraq düşməni dəf etmək üçün var qüvvəsilə çalışırdı. 
Oğlanları arasında ziddiyyət və düşmənçilik olduğundan, Başaçıq valisi Solomon 
xandan başqa heç biri ona kömək etmədi. O, dörd min nəfər əsgər göndərdi. Vali 
şiddətli hökmlər yazdı, ötkəm və tələbkar yasavullar göndərdi. Lakin o hünərsizlər 
qoşun verməyib, çal-çağır və eyşi-işrətlə məşğul oldular. Vali çarəsiz qalıb o dörd 
min nəfər  əsgər, öz adamları  və Qazax mahalının müsəlman elatından yığdığı 
süvarilərlə, düşməni qarşılamaq üçün təcili surətdə yola düşdü. O bununla Ağa 
Məhəmməd şahın Gürcüstana girməsinə mane olmaq istəyirdi. Vali Qazax mahalına 
gəldi və İncə çayı kənarında düşdü. Burada, övladından kömək gələr deyə, bir qədər 
gözlədi. Lakin bir əsər görünmədi. (Digər tərəfdən də) Ağa Məhəmməd  şah gəlib 
Gəncə vilayətinə daxil oldu. Vali çarəsiz qalıb geri qayıtdı. Ehtiyat üçün arvadı 
Deda
1
-Valonu çətin keçidli Tuşetə  
                                                 
1
 
D e d a - gürcücə "ana" deməkdir. II İraklinin ikinci arvadı çariça Dariya Georgiyevna nəzərdə tutulur. 
 
 
61 


göndərdi. Özü isə o az adamla Tiflisdə qaldı. Ağa Məhəmməd şah da irəliləyərək 
gəlib Soğanlıqda düşdü. Gecəni orada keçirib səhər Tiflisə yürüş etdi. Vali 
haman qoşunla, top və cəbbəxana ilə, indi Karantin adı ilə məşhur olan Qızrans 
suyuna yetişdi.  İki qoşun bir-birinə yaxınlaşıb üz-üzə  gəldilər. Çarxçılar 
meydana atıldılar və böyük bir müharibə oldu. 
Ürəyi alovlu və  əl-ayaqlarından od tökülən topçular çox cəldlik göstərib 
Qızılbaş qoşununu məəttəl qoydular. Təsadüfü olaraq bir hadisə üz verdi. Səhər 
vaxtı havanın saf aynasını duman elə bürüdü ki, göz görməkdən aciz qaldı. 
Qızılbaş qoşunu nabələd olduğundan dağ yuxarı yeridi. Elə ki duman dağümağa 
başladı və aləmin tutqun aynası  işıqlandı, vali baxıb gördü ki, Qızılbaş qoşunu 
onların arxasına və  şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri 
qayıtdı. Öz imarətinə girməyə fürsət tapmadı, bir atlı və bir qatırçı ilə Hallavar 
körpüsündən keçib Qaraqalxan dağlarına qaçdı. 
Qızılbaş  əsgərləri Tiflisə daxil oldular
1
. Darüssüruru (Tiflisi) matəm evinə 
döndərdilər.  Əhalinin bəzisini qılıncdan keçirib, bəzisini də  əsir etdilər. Hər 
pəriüzlü (gözəl) bir divmənzərə əsir və hər simbər (qadın) bir sitəmgərə dəstgir 
oldu. Hər laləüzlünün ürəyinə bir əzizin dağı çəkildi, hər gülüzlünün ağ sinəsi bir 
qönçə  ağızlının qəmindən yaralandı  və  hər sərvi-xuramanın  şəhla gözləri bir 
yasəmən üzlünün yasında qan ağladı. 
Salari 
Tərsinə dönən fələyin hiyləsindən əmin olma. 
(Bu müharibədə iş belə düşdü ki), piyada (ən bacarıqlı) 
süvariyə hücum etdi.  
Onun hər bir tərəfini (altı tərəfini) o cür tutdular (dövrəyə aldılar) ki,  
Acizlik girdabında mat qoydular.  
(Hərbin nəticəsində) hamısı fil və tədbir sahibi oldular. 
Yəhərli atlara yiyələndilər. 
(Onlar) kilsələrdə olan qiymətli şeyləri qarət və sair imarətlərdəki malları çal-
çap etdilər. Yeddi gün şəhərdə qaldılar. Ondan sonra bu uca imarətləri və geniş 
binaları zülm odu ilə yandırdılar. Şəhərin     
                                                 
1
 
Ağa Məhəmməd şahın qoşunları 1795-ci il sentyabrın 12-də Tiflisə girmişlər.
 
62 


bürc və barılarını  yıxdılar. (Sonra) qayıtmaq təblinin səsini göylərə çatdırdılar. 
Bu qışı Muğan qışlağında keçirdilər. Sonra Duşetdə olan vali yerdə qalan 
tavadları
1
, öz övlad və  nəvələrini yığıb müşavirə  məclisi qurdu. Məsləhət 
mizrabını  tədbir sazına vurdu. Bu sözləri onlara dedi: "Ruzgarın saqisi mənim 
ömrümün kasasını doldurmuş  və  həyatımın piyaləsi dodağıma yetişmişdir. 
Bundan sonra mənə layiq deyil və qəbul edə bilmərəm ki, Ağa Məhəmməd şahın 
itaət məclisində guşənişin olub qəm artıran əmrlərini eşidəm. 
Salar i 
Bilirəm ki, məndə quru nəfəsdən başqa bir şey qalmamışdır.  
Belə olan surətdə mən necə şad nəfəs ala bilərəm! 
İncəlikləri dərk edən ağıl yanında, nicat qapısı  qıfılının açarı budur ki, öz 
övladımın birini sizinlə  Ağa Məhəmməd  şahın hüzuruna göndərim, sülh və 
sazişdən ötrü girov verim". 
Bu əsnada Ağa Məhəmməd şahın qayıtmaq xəbəri valiyə gəlib çatdı. Vali bu 
xəbərdən sonra, əhvalatı müfəssəl bir surətdə yazıb, imperatriçə Yekaterinanın 
hüzuruna göndərdi.  İmperatriçə acizlərə kömək və  zərərçəkənlərin dərdinə 
qalmaq məqsədilə  cənab general-anşef qraf Valerian Zubova fərman verdi ki, 
saysız-hesabsız qoşunla valini himayə  və  Ağa Məhəmməd  şahın  şərrini dəf 
etməyə getsin. 
O böyük  cənab gəlib Dərbənd  ətrafında düşdü
2
. Babüləbvab 
(Dərbənd) səhrasını müzəffər ordunun cövlangahı etdi. Zaqafqaziya vilayətlərini 
Qarabağ  sərhədinədək aldı... Səlyanda qışlaq edib əyləşdi. Bu xəbər mərhum 
İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə və sovqatlarla böyük sərdar 
qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya 
dövlətinə ixlas və  sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin 
müqərrəblərinə qaneedici və 
təvazö bildirən məktublar yazdı. 
İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı  hədsiz hörmət və 
mehribanlıq göstərdi.    
                                                 
1
 
Tavad - "gürcü knyazı" deməkdir.
2
 
Rusiya qoşunları qraf V.Zubovun komandanlığı altında 1796-cı il mayın 2-də
 
Dərbəndin  şimal tərəfinə 
yaxınlaşdılar. 
 
 
63 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə