rətlərinə belə bir xəbər göndərdi: "Sizə söyləməyə bir para vacibli və gizli sözlərim
vardır. Onları şifahən sizə danışmalıyam. Buna görə məsləhətdir ki, mənim
çadırıma təşrif gətirəsiniz".
Saf və təmiz qəlbli cənab Sərdar bu işdə bir qərəz olduğunu ürəyinə gətirmədi.
Hüseynqulu xanın çadırına gəldi. Orada oturub danışır və məsləhətləşirdilər. Danışıq və
müşavirə əsnasında, Hüseynqulu xanın qohumlarından İbrahim bəy adlı bir şəxs
namərdlik edib, güllə ilə sərdarı yaraladı. Sərdar haman saat vəfat etdi.
Şeir
Dünya gözəllik etibarilə bir behişt olardı.
Əgər onda qocalıq və ölüm olmasaydı.
(Hüseynqulu xan) bu hərəkəti qızılbaş dövlətinə qarşı uca bir xidmət və gözəl bir
sədaqət hesab etdi. O, mənzil kəsən və yel kimi iti gedən çaparlar vasitəsilə Qızılbaş
dövlətini bu hadisədən xəbərdar etdi. Qızılbaş dövləti tərəfindən də həddən artıq
təchiz edilmiş və ulduzlar qədər çoxlu qoşun göndərildi. Onlar gəlib Bakı səhrasına
doldular. Xas və avam camaatın yığışmasından, əsgərlərin və qoşunların
toplanmasından, yel və külək kimi iti gedən dördayaqlıların hərəkətindən dağ və
səhralar məhşərdən bir nümunə olmuşdu.
Rusiya əsgərləri bu hadisədən xəbərdar oldular. Quru yol ilə qayıtmaqdan
çəkindilər. Gəmilərə oturub Hacı Tərxana getdilər.
Bu vilayətlərdə İran qanunları tətbiq edildi və (ölkə) onların əsassız nizamlarına
tabe oldu. Nəticədə az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün.
Starşiy komandir (baş komandir) vəzifəsilə Pənbəkdə sakin olan cənab general-
mayor Svidaev (Nesvetayev)
1
, müvəqqəti olaraq sərdarlıq yerini dolandırırdı. O, xas və
avam camaatın ürəyini ələ gətirməyə və onları sakit etməyə çalışırdı.
Yeddi-səkkiz ay keçdikdən sonra, cənab general-feldmarşal qraf Qudoviç,
sərdarlıq mənsəbilə Qafqaza gəldi. Darüssürura (Tiflisə) daxil olub, öz vəzifəsinə
başladı
2
.
1 Nesvetayev Pyotr Daniloviç, general-mayor. B a x: Knyaz Sisianovun general-mayor Nesvetayevə yazdığı 1805-ci il
25 avqust tarixli 1066 nömrəli əmr (AKAK, c. II, sənəd 1165, səh. 585).
2 1806-cı ilin iyun ayında general-feldmarşal İ.V.Qudoviç knyaz Sisianovun əvəzində Qafqaz işləri ilə məşğul olurdu.
B a x : AKAK, c. III.
84
Bir çox illər və aylar keçdikdən sonra, Rum (Türkiyə) sultanı ilə düşmənçilik
yolu açıldı. Qraf feldmarşal (Qudoviç) külli tədarük və əndazəsiz hazırlıqlar gördü.
Mühasiblərin fikir və zəkası onu sayıb hesablamaqdan aciz idi. General
Nesvetayevi zəfər nişanəli və ulduzlar qədər saysız-hesabsız xoşbəxt qoşunla
Gömrüdə qoydu. Özü isə düşmən əzən döyüşkən dəstələr, yağıya od vuran əsgəri
hissələrlə, böyük bir cah-calal, şövkət və iqbal ilə Axalkalak tərəfinə sel kimi getdi.
O zaman Xümşizadə Səlim paşa Axısxada hakim və hökumət işlərini idarə edib,
nizama salmaqda idi. O bu qorxulu xəbərləri və qeyrətli hadisələri eşitdi. O saat boş
xəyalat və puç fikirləri nəticəsində ruhdan düşdü (özünü itirdi). Axalkalakm
mühafizəsi və rusları dəf etmək üçün qoşun təyin edib göndərdi. O bilmədi ki, axan
selə kol-kos mane ola bilməz. İnsan və cinnin tədbir qalxanı meteor daşını dəf edə
bilməz. Qraf Qudoviç cənabları, döyüş meydanının igidlərilə (öz əsgərləri ilə) heç bir
mənzildə düşmədi. Gecə və gündüzünü yəhər üzərində keçirdi. Axalkalak sahəsini
zəfər nişanəli orduların seyrəngahı etdi. Qaniçən döyüşçülərin qalibiyyət çadırlarını
orada qurdu. Axalkalakı üzük qaşı kimi dörd bir tərəfdən mühasirəyə aldı
1
. Səkkiz
gün bu qayda ilə durdu. Sonra, nərdivanlar düzəltdirib dörd tərəfdən şəhərə yürüş
etdilər. Orada yaşayan əhalinin ürəyinə qorxu saldılar. Sübhün açılmasına iki saat
qalmış (müharibəyə girişdilər). Sübhün açılmasından üç saat keçmişdi, parlaq
qılıncların məşşatəsi adlı-sanlı pəhləvanların qanı ilə, döyüşçülərin üzünü gültək
qızartmaqda idi. (Axırda) qraf gördü ki, zəfər qalasını fəth etmək mümkün olmur.
Məqsədinə çatmadan geri qayıtdı. O gecəni durub səhər Gürcüstan tərəfinə getdi.
Tiflisə yetişdiyi zaman eşitdi ki, Yusif paşa sərəskər olub, müharibə məqsədilə Qarsa
gəlmişdir. Qraf hazırlıq görüb Gömrüyə hərəkət etdi
2
.
1 Rusiya qoşunları Axalkalak qalasını 1807-ci ilin may ayında mühasirəyə aldılar.B a x: Qraf Qudoviçin general-mayor Rıkqofa
Axalkalakidən yazdığı 1807-ci il 10 may tarixli 36 nömrəli əmr (AKAK, c. III, sənəd 942, səh. 542). Axalkalak qalasının
mühasirə
edilməsi haqqında türk mənbələrinin verdiyi məlumatla tanış olmaq üçün b a x: Anadoluda Türkiyə ordusunun baş komandanı Yusif Ziya
paşanın Yuxan Şoragildə olan rus generalı Nesvetayevə göndərdiyi hicri 1222 (1807)-ci il 15 rebiülevvəl tarixli elan (AKAK, c. III, sənəd
922, səh. 531).
2 General Qudoviçin Gömrüyə tərəf hərəkət etməsi haqqında bax: Qraf Qudoviçin Lori çayı yanındakı düşərgədən general-mayor
Nesvetayevə göndərdiyi 1807-ci il 3 iyun tarixli 158 nömrəli əmr (AKAK, c. III, sənəd 947, səh. 545).
85
Arpa çayında iki ordu bir-birinə rast gəldi. Hər ordu çayın bir tərəfində düşdü. Bir
müddət keçdikdən sonra müharibə başlandı. İkindiyə yaxın osmanlı qoşunu (məğlub
oldu). Ruslar osmanlılardan böyük qənimət və çoxlu toplar aldılar
1
. Sərdar böyük
bir dəbdəbə ilə istədiyi kimi Tiflisə yola düşdü.
Qışda çoxlu tədarük və hazırlıq görüb zəfər nişanəli bayraqları qaldıraraq İrəvan
tərəfinə hərəkət etdi
2
. General Nebolsini Qarabağ tərəfindən çoxlu zəfər nişanəli
qoşun dəstələrilə Naxçıvan vilayətini almağa göndərdi. Naxçıvan alındı
3
. İrəvan sıx bir
mühasirə altında qaldı. Uzun bir müddət keçdikdən sonra yürüşə başladılar. Dövranın
saqisi çox adamların həyat piyaləsini daşdırdı. Əcəl küləyi hədsiz-hesabsız
insanların gözünə bu işıq dünyanı qaranlıq etdi.
Axırda öz himmət əlini qalibiyyət gözəlinin ətəyinə çatdıra bilmədi. Məqsədinə
çatmadan
4
qayıtmaq təblini çaldırdı və gedib Darüssürura (Tiflisə) daxil oldu.
Bundan sonra, general ot infanteri (piyada qoşun generalı) Tormasov, əbədi dövlətin
baş məmurları tərəfindən sərdarlıq vəzifəsinə təyin edildi və o, uca mənsəbin
piyaləsindən sərxoş oldu. Qrafı Rusiyaya çağırdılar
5
. General Tormasov sülhü
hərbdən əlverişli görüb, Osmanlı dövlətilə barışdı.
General Tormasov qızılbaşlarla davanın arasını kəsməz və döyüş məclisini
sovutmazdı. Bəsirət gözünü yumub İran tərəfindən rahat-
1
Sərəskər Yusif paşanın komandası altında olan türk ordusu 1807-ci il iyunun 18-də Arpa çayında məğlub edilmişdir.
Rusiya qoşunları bu döyüşdə qənimət olaraq 10 top və 2 mortir ələ keçirdilər. B a x: Qraf Qudoviçin Arpa çayı
düşərgəsindən çara göndərdiyi 1807-ci il 20 iyun tarixli 11 nömrəli raport (AKAK, c. III, sənəd 957, səh. 548).
2
Rusiya qoşunları 1808-ci ilin oktyabr ayında qraf Qudoviçin komandanlığı ilə İrəvanı mühasirəyə almışdılar. B a x:
Qraf Qudoviçin general-mayor Nebolsinə yazdığı 1808-ci il 18 oktyabr tarixli 149 nömrəli əmr(AKAK, c. III, sənəd 875,
səh. 496).
3
Naxçıvanın Rusiya qoşunları tərəfindən alınması haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı
1809-cu il 5 yanvar tarixli 1 nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 507, 508).
4
İrəvan qalasının iki aylıq mühasirəsi, qala üzərinə edilən müvəffəqiyyətsiz hücum (17 noyabr 1808-ci il) və Rusiya
qoşunlarının geri çəkilməsi haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 1809-cu il 5 yanvar tarixli 1
nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 509-510).
5
Qraf İ.V.Qudoviç Gürcüstandakı qoşunlara 1809-cu il martın 5-dək komandanlıq etmişdir, lakin o, aprelin axırlarına
qədər Qafqaz işlərinə baxırdı (AKAK, c. III, səh. 111). B a x: General-leytenant Repinin Bakıdan qraf Qudoviçə yazdığı
1809-cu il 27 aprel tarixli 460 nömrəli raport (AKAK, c. III, sənəd 904, səh. 516).
86
Dostları ilə paylaş: |