AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

General (Lazarev) dərhal adamlar yolladı. Bu xəbəri Gürcüstana yetirdi. Lakin, 
kimsə buna inanmadı. Hətta o, öldürülənlərdən bir neçəsinin başını da göndərdi. 
Yenə heç kəs xatircəm olmadı. 
O zaman, mən özüm də Darüssürurda (Tiflisdə) idim. Cənab general bir neçə 
gündən sonra böyük izzət, ehtiram, son dərəcə dəbdəbə və calalla Gürcüstana daxil 
oldu. Tiflis əhalisi çox şadlıqlar etdi. Rusiya qoşununun igidliyinə  və o müzəffər 
əsgərlərin rəşadətinə Gürcüstan əhalisinin və sair şəxslərin etiqadı çox-çox artdı
1

çünki (bu hadisə) çox az ittifaq düşən, çətin və müşkül bir iş idi. 
Bundan sonra, generalın hörməti, qoşununun hünəri və şöhrəti dilə-ağıza düşdü. 
Doğrudan da, generalın vəsfə gəlməyən bu igidliyi bütün Qafqaza yayıldı. Onun bu 
qəhrəmanlığını qələmin dili təsvir etməkən acizdir. 
Bu hadisədən sonra, vali bir il də yaşadı. O, qış fəslində vəfat etdi
2
. Qardaşları 
təcili surətdə hazırlıq görərək, Kartliyadan çoxlu qoşun və camaat toplayıb, Tiflis 
üzərinə  gəldilər. Onlar böyük qardaşları Yulon Mirzəni vali, yuxarı  və  aşağı 
təbəqəyə hakim təyin etmək istədilər. Tiflisin üstündə olan Habucala kəndinə 
gəldilər və orada durdular. General, komandası altında olan zəfər nişanəli  əsgərləri 
götürüb onların qabağına getdi. Onları Başaçığacan qovdu. Qayıdıb gələndən sonra, 
valinin böyük oğlu Davud Mirzəni müvəqqəti olaraq vali qoydu
3
. Bahara qədər bu 
qayda ilə keçdi. Qızıl taclı  işıqlı Günəş  Həməl bürcünə
4
 daxil olub, öz yaz 
mənzilinə yetişdi. Bu zaman, torpağın tumurcuq məməli qızları olan bitkilər dirçəlib,       
                                                 
1
 
Fətəli şah avarlı Ümmə xan üzərində çalınmış qələbədən xəbərdar olan kimi, Gürcüstana qoşun dəstələri göndərmək 
niyyətindən vaz keçdi. B a x: General-leytenant Knorrinkin çara göndərdiyi 1801-ci il 8 fevral tarixli raport (AKAK, c. I, 
sənəd 969, səh. 683). 
2
 
Gürcüstan padşahı XII Georgi 1800-cü il dekabrın 28-də ölmüşdür. B a x: General-mayor Lazarevin general-
leytenant Knorrinkə göndərdiyi 1800-cü il 28 dekabr tarixli 93 nömrəli raport (AKAK, c. I, sənəd 137, səh. 188). 
3
  
Mirzə Adıgözəl bəy bu xüsusda yanılır. Çünki şahzadə David Georgiyeviç rəsmi surətdə Gürcüstan padşahı və ya 
hakimi təyin edilməmişdi. B a x: Çarın general-leytenant Knorrinkin adına göndərdiyi 1801-ci il 20 yanvar tarixli fərmanı 
(AKAK, c I, sənəd 520, səh. 413). B a x: General-leytenant Knorrinkin cara göndərdiyi 1801-ci il 1 fevral tarixli raport 
(AKAK, c. I, sənəd 407, səh. 319-323). Müqayisə et: şahzadə Davidin katolikos Antoniyə göndərdiyi 1801-ci il 7 fevral 
tarixli məktub. Burada Şahzadə David özünü Gürcüstanın hakimi adlandırır (AKAK, c. I, sənəd 408, səh. 323). 

 
 Həməl bürcü mart ayına mütabiqdir. 
 
 
73 


böyüyərək güllükdə görünməyə başladılar. Bülbüllər ağaclıqlarda və bağlarda 
qönçə  ətrafına hərlənərək ağır-ağır "qələbə çalındı" nəğməsini oxudular. 
Qumrular da fərəh və  şadlıqlarından "müxəmməs" havasında zəngulə vurdular. 
Sübhün xəfif küləyinin məşşatəsi
1
 gözəl və  qəşəng çiçəklərə  təravət verir, gül 
qönçələri üzərinə  sənət kirşanı  və qüdrət  ənliyi çəkirdi. Bu zaman Liniyada 
yaşayan və inspektor mənsəbində olan piyada qoşun generalı Knorrink Tiflisə 
gəldi
2
. O, burada öz divanxanasını qurdu. Tavadzadələrdən dörd nəfərini seçib 
dövlətin dörd əsas rüknü, divanbəyi təyin etdi
3
. General Knorrinkin göstərişilə 
hökumətin mühüm işlərinə və bürün vacibli ərizələrə orada (dördlər məclisində) 
baxılmalı idi. Özü isə yuxarıda adı çəkilən generalın göstərişilə geri qayıtdı. Bir 
il bu qayda ilə keçdi. Sonra knyaz Sisianov Qafqazın bu tərəfində olan 
vilayətlərə (Zaqafqaziyaya) sərdar təyin edildi
4
. O, bu yerləri idarə etmək işində 
geniş ixtiyar sahibi oldu. 
Knyaz Sisianov özü ilə lazım olan vəsaiti gətirib, Tiflisdə quberniya əsasını 
qoydu və divanxanalar təsis etdi. Bu zaman valizadələrin hamısı
 
Gürcüstanda 
idilər. Onlar bu işlərə razı olmayıb keçmiş nizam və qaydaları  tələb edirdilər. 
Onlar puç və lüzumsuz xəyalata düşmüşdülər. Knyaz Sisianov xeyirxahlıq 
üzündən onlara gözəl nəsihətlər etdi. Lakin onlar qəbul etməyib öz fikirlərindən 
dönmədilər. 
Axırda knyaz baxıb gördü ki, çarə yoxdur və onların könüllərinin qönçəsi 
nəsihət nəfəsilə açılmır. Onların hamısını zorla Rusiyaya göndərdi
5
. O cümlədən, 
valinin arvadı Deda-Valonu da göndərməli idilər... Lakin o getmək istəmədi və 
knyazın sözünə              
                                                 
1
 
M ə ş ş a t e – gəlinə bəzək verən xüsusi qadınlara deyilir. 
2 General-leytenant Knorrink Qafqaz Liniyasından Tiflisə 1801-ci ilin may ayında gəlmişdir. B a x: General-mayor 
Lazarev tərəfindən general-leytenant Knorrinke verilən müxtəlif suallar və onun cavabları (AKAK, c. I, sənəd 537, səh. 
420).
3 1801-ci ilin iyun ayında gürcü hökuməti yaranmışdı ki, bunun da heyətinə dörd divanbəyi daxil idi. Bu hökumət 
Gürcüstanda mədaxil və məxaric, eləcə də mülki işlərlə məşğul olmalı idi. B a x: Gürcü divanbəyləri knyaz Zaal Baratova, 
knyaz İoan Çolakayevə və knyaz İqnati Tumanova göndərilmiş 1801-ci il 6 iyun tarixli, 308 nömrəli məktub (AKAK, c. I, 
sənəd 542, səh. 425).
4
 
Knyaz Sisianov Gürcüstanı idarə etməyə 1803-cü ilin fevral ayından başlamışdır (AKAK, c. II, sənəd 1, səh. 4). 
5  Şahzadə Vaxtanq İrakliyeviç və  şahzadə David Georgiyeviç 1803-cü ilin fevral ayında Peterburqa 
göndərilmişdilər. B a x: Knyaz Sisianovun general-mayor Qulyakova yazdığı 1803-cü il 19 fevral tarixli, 137 nömrəli əmr 
(AKAK, c. II, sənəd 112, səh. 69). 
 
 
74 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə