AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

rək zərərdən başqa bir şey  əldə etmədilər. Mərhum  İbrahim xan başında olan 
adamları ilə Kür çayından keçdi, sağ-salamat Car və Balakənə  gəldi. Yolda 
ləzgilərdən bəzisi Ağa Məhəmməd şahın hökm və fərmanına görə, İbrahim xanın 
qabağını kəsərək, onu tutub Ağa Məhəmməd şahın yanına aparmaq istədilər. Az 
qalmışdı ki, hər iki tərəf müharibəyə girişsin. Mərhum xanın arvadı  və Avar 
hakimi Ümmə xanın bacısı olan Bikə  ağa onlara nəsihət edib, vuruşmalarına 
mane oldu. Bu əsnada qarabağlı  Məhəmmədrəfi bəy, Ağa Məhəmməd  şahın 
başını  gətirdi. Onun öldürülməsi xəbərini Balakəndə uca şanlı behiştlik xana 
yetirdi. Bu hadisənin təfsilatı belədir: 
Ağa Məhəmməd şahın Şuşa şəhərinə daxil olmasından bir həftə keçmişdi. Bir 
gecə yaxın adamlarından və  nədimlərindən Səfərəli bəy və Abbas bəyə 
(gördükləri)  əhəmiyyətsiz bir xətadan ötrü dedi: "Səhərçağı, fələkin qüdrətli 
padşahı - işıqlı günəş, cəsədsiz başını  məşriqdən çıxardar. Fələkin mina rəngli 
ətəyini (üfüqü) gül təki qızardar. Mən də sizin başınızı - baxanlara ibrət olmaq 
üçün - alçaq olan vücudunuzdan bir cida boyu ayırram. Gül rəngli qanınızla 
Qarabağ gülzarını laləzara çevirrəm". 
Onlar yəqin bilirdilər ki, Ağa Məhəmməd şah sözünü dəyişməz. Vasitəçilərin 
isti nəfəsi onun dəmir kimi olan soyuq ürəyinə təsir etməz. Çarəsiz qalıb haman 
gecə onun işini bitirmək fikrinə düşdülər. Səhərə yaxın Ağa Məhəmməd  şah 
yuxunun bihuş edən piyaləsindən xumarlanmaqda idi. Onlar hərəmsaraya daxil 
oldular. Qan saçan xəncərlə onun cəsədini Davudun zirehitək deşik-deşik etdilər. 
Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və  həmailini götürüb özlərini  Şəqaqi 
Sadıq xanın yanına yetirdilər.  Əhvalatı olduğu kimi ona bildirdilər. Sadıq xan 
onların sözlərinə inanmadı və dediklərinə etimad etmədi; çünki o, öz barəsində 
şahdan xatircəm olmayıb həmişə qorxuda idi. Buna görə, onların sözlərini Ağa 
Məhəmməd  şahın hiyləsi hesab etdi. Axırda qəliz andlar içib Sadıq xanı 
inandırdılar. Onu min qorxu və vahimə ilə  İbrahim xanın oğlu mərhum 
Məhəmmədhəsən ağanın imarətində olan Ağa Məhəmməd  şahın mənzilinə 
gətirdilər.  Əvvəlcə  Səfərəli bəy otağa girdi. Yorğanın ucunu şahın üstündən 
qaldırdı. Yenə od yağdıran xəncərilə onun sinəsindən qan çayları axıtdı. Sadıq 
xan bu halı görcək, tab və taqətdən düşdü. Dərhal bazubənd, tac və  həmaili 
götürüb öz mənzilinə  gəldi.  Şəqaqi qoşunlarını  yığıb Qaladan köçdükdə dedi: 
"Şah məni 
 
67 


İbrahim xanın ardınca göndərir". Şahın qatillərindən Abbas bəyi özü ilə bərabər 
apardı. Səfərəli bəy isə Qalada qaldı. Sadıq xan qaladan çıxandan iki saat sonra, 
şahın öldürülməsi xəbəri şəhərə yayıldı. 
Qızılbaş xanları bu hadisədən qorxuya düşüb özlərini itirdilər. Hər biri öz 
adamları ilə dəstə-dəstə qaçıb dağıldılar. Şəhər əhalisi tam bir izdiham və ümumi 
bir hücumla şahın yaşadığı imarətə daxil oldu. Qızılbaş qoşunundan  əsir 
düşənləri soyundurdular... Bu zaman, mərhum  İbrahim xanın qardaşı  oğlu 
Məhəmməd bəy imarətə daxil oldu. Şahlıq xəzinəsinə aid şeylərin yerdə 
qalanlarını zəbt etdi. Qızıl-gümüş qabları, alətləri və qiymətli cavahiratı mərhum 
Məhəmmədhəsən ağanın imarətindən öz sarayına göndərdi. Səltənət və riyasət 
işilə  məşğul oldu. Ağa Məhəmməd  şahın başını da Məhəmmədrəfi bəylə 
Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən 
asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi. Bir neçə 
gündən sonra öz igid oğlu və vəliəhdi cənab Mehdiqulu ağanı Qarabağa göndərdi 
ki, əhalisini sakit edib şəhərdə asayiş bərpa etsin. Onun ardınca  ən böyük oğlu 
Məhəmmədhəsən ağanı da Qarabağ tərəfinə göndərdi... 
Bir neçə müddətdən sonra, behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə 
olduğu kimi, yenə hökumət taxtında oturdu... 
DOQQUZUNCU FƏSİL 
RUSİYA QOŞUNLARININ QAFQAZIN BU 
TƏRƏFİNƏ TƏKRAR GƏLMƏSİ VƏ ƏMƏLƏ 
GƏLƏN HADİSƏLƏR HAQQINDADIR 
Georgi xan müstəqil vali oldu, valilik taxtı onun vücudu ilə zinət tapdı. İran 
padşahı  Ağa Məhəmməd  şah öldürüldü və  Fətəli  şah Qacar səltənət taxtına 
oturdu
1

Vali bir tərəfdən Rumdan (Türkiyədən), digər tərəfdən  İrandan və bir 
tərəfdən də Dağıstandan qorxuya düşdü. Qardaşlarının ədavə- 
                                                 
1 Artıq 1800-cü ilin əvvəllərində  Fətəli  şah taxt-tacında möhkəmlənmiş  və ona düşmən olan bir çox xanları 
asdırmışdı. B a x: Xoylu Cəfərqulu xanın general-leytenant Knorrinkə yazdığı məkrub (AKAK, c. I, sənəd 961, səh. 675). B 
a x: Statski sovetnik Kovalenskinin Gürcüstan xatirələri (AKAK, c. I, sənəd 34, səh. 113). 
 
68 


tini də buna əlavə etmək lazımdır. (Buna görə) o, öz böyük oğlu pavud mirzəni
1
 
yalvarıcı  ərizələr və  səmimi məktublarla böyük iınperator, hörmətli  şahənşah, 
bütün xalqların başının ağası, ulduz calallı, əzəmətli padşah Pavel Petroviçin uca 
dərgahına və  işıqlı asitanəsinə göndərdi. Məktublarda deyilirdi: "Mən bu qədər 
xarici məzhəblər arasında tək qalmışam, hər saat birindən ehtiyat etməkdən cana 
gəlmişəm. Vəziyyətim hüzurunuza yaxın olan əmirlərinizə  məlumdur. Başıma 
gələn hadisələr onların işıqlı qəlblərinin aynasına əks etmişdir. Ağa Məhəmməd 
şahın haqqımızda rəva gördüyü zülm, əziyyət və əmələ gətirdiyi fəsad və fənalığı 
ikidilli qələm təsvir etməkdən acizdir. 
Aləmlər padşahı  və dünya hökmdarından xahişimiz budur ki, millətimizin 
hörməti və dinimizi müdafiə etmək xatirəsi üçün, bizləri öz himayələri altına 
alsınlar. Aləmi bəzəyən bayraqları üzərindəki mahçənin (ayparanın) nurilə, pis 
xasiyyətli düşmənlərin zülmünün zülmətini üzərimizdən qaldırsınlar". 
Sonra, Gürcüstanın seçilmiş, etimadlı  və  nəcib tavadlarından eşikağasıbaşı 
Kərsəvan bəyi, Davud mirzənin ardınca, fələk dəstgahlı padşahın dərgahına
2
 
yola saldı. Kərsəvan bəy keçmişdə aləmlər padşahının şərafətli asitanəsində olub, 
knyaz Çavçavadze adilə məşhur idi. Şir qeyrətli böyük imperatorun və kəramətli 
padşahın mərhəmət dəryası cuşa gəldi. General-mayor Lazarevi bir polk qoşunla 
göndərdi ki, gedib Gürcüstan hüdudunu var qüvvəsilə mühafizə etsin. Statski 
sovetnik (mülki müşavir) Kovalenskini də Gürcüstan valisinin yanında qalmaq 
üçün ministr (nazir) təyin etdi. 
Yuxarıda adları çəkilən əmirlər Tiflisə gəlib valinin yanında qaldılar
3

Bir ildən sonra Ümmə xan Dağıstandan iyirmi min qoşun götürüb gəldi. 
Ümmə xan belə düşünürdü: "Madam ki, vali rus qoşununa 
                                                 
1
 
Davud mirzə - David Georgiyeviç, padşah XII Georginin birinci arvadından olmuş böyük oğludur. B a x: "Gürcü 
padşahı xanədam" (AKAK, c. I, sənəd 161, səh. 200). 

 
Rusiya imperatorları sarayı nəzərdə tutulur. 
3 Rus ordusu polku general-mayor Lazarevin komandanlığı ilə 1799-cu il noyabrın 26-da Tiflisə daxil olmuşdur. 
Nazir Kovalenski həmin 1799-cu il noyabrın 8-də Tiflisə varid olmuşdur. B a x: Statski sovetnik Kovalenskinin general-
leytenant Knorrinkə 1799-cu il 2 dekabrda yazdığı məktub. Tiflis (AKAK, c. I, h. II, sənəd 6, səh. 98). 
 
 
69 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə