lıq yuxusuna getməzdi.
Buna baxmayaraq, qızılbaşlar uca Rusiya dövləti əmirlərini
yatırtdılar. Məhəmmədəli Mirzəni gizlincə sərhəddən keçirtdilər. O, Gürcüstana
gəlib Borçalını çalıb-çapdı. Hədsiz zərərlər vurdu və bir çox əsir apardı
1
. Ertəsi il
irəvanlı Sərdar Hüseyn xanı vali ilə birlikdə Gürcüstan tərəfinə göndərdilər ki, gedib
Axısxadan Gürcüstana iğtişaş və şuluqluq salsınlar. Sərdar Tormasov əhvalatdan
xəbərdar oldu. Şəmkirdən keçdi və tələsik (gəlib), Sədra körpüsünün yanında düşdü.
General-leytenant Pauluççiyə və general Lisaneviçə qoşun verib Axısxaya
Hüseyn
xanın qabağına göndərdi. Sanki bu zaman dünya abbasilər kimi, qara libas geyib
2
, ölən
qızılbaş əsgərlərinə matəm saxlamaqda idi.
Göndərilən zəfər nişanəli əsgərlər, gecə yarısı qəflətən qızılbaş qoşununa şəxbun
vurdular. Qətl və qarət edib çox adam qırdılar. Qızılbaş əsgərləri özlərini itirdilər.
Onlardan bəzisi çox çətinliklə öz canını ölüm və fəlakət girdabından qurtardı. Atlı
və piyada olaraq başlarını görürüb qaçdılar
3
. Yolda osmanlı əsgərləri onların çoxunu
tutub soydular, lüt və çılpaq etdilər. Qılıncdan canlarını qurtaranlar
çox çətinlik, zillət
və məşəqqətlə İrəvan hüduduna çatdılar. Sərdar Hüseyn xan, qızılbaş dövlətindən
utanıb qorxduğundan, Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu arxayın
edib öz yerinə apardılar.
Ertəsi il Tormasov Rusiyaya getdi. Dövlət başçıları markiz Pauliççini sərdar təyin
etdilər. (O), Tiflisə gəldi
4
. Oradan Bakı səfərinə yola düşüb Gəncə vilayətinə daxil
oldu. Cavad xanın dustaq olan
1 Fətəli şahın böyük oğlu Məhəmmədəli Mirzənin Borçalı nahiyəsinə girməsi
haqqında bax:
General Tormasovun
Maşaveri çayı altındakı düşərgədən qraf Rumyantsova yazdığı 1809-cu il 10 sentyabr tarixli 88 nömrəli təliqə (AKAK, c. IV,
sənəd 1075, səh. 695). Yenə də b ax: General Tormasovun general-mayor Portnyakinə yazdığı 1809-cu il 16
sentyabr tarixli,
390 nömrəli əmr (AKAK, c. IV, sənəd 1076, səh. 697).
2 Abbasilər qara paltar geyirdilər.
3 İran-Türkiyə qoşunlarının düşərgəsi, 1810-cu il 5 sentyabr gecəsi darmadağın edildi. Bu zaman irəvanlı Hüseynqulu
xan və şahzadə Aleksandr bu düşərgədə idilər. Rusiya qoşunlarına general-mayor Pauluççi və polkovnik Lisaneviç
komandanlıq edirdilər. B a x: General Tormasovun çara göndərdiyi 1810-cu il 19 sentyabr tarixli, 185
nömrəli raport
(AKAK, c. IV, sənəd 1242, səh. 819).
4 Gürcüstanda olan hərbi korpusun komandanlığı və mülki işlərin rəhbərliyi 1811 -ci il iyulun 6-da general-leytenant
markiz Pauluççiyə tapşırılmışdı. B a x: Çarın markiz Pauluççi adına göndərdiyi 1811-ci il 6 iyul tarixli fərman (AKAK, c. V,
sənəd 1, səh. 1). Markiz Pauluççi Zaqafqaziyanı idarə etməyə, ehtimal ki, 1811-ci ilin sentyabr ayından başlamışdır (AKAK,
c. V, sənəd 2, səh. 1).
87
əhli-əyal və oğul-uşağını
1
bir neçə qızılbaş xanları ilə birlikdə həbsdən azad etdi.
Oradan Bakı tərəfinə getdi
2
.
Buzaman Kaxet və Qısıq (əhalisi) bunt (üsyan) etdilər, azğınlıq
və üsyan yolunu
tutub getdilər
3
. Mərhum İbrahim xanın nəvəsi polkovnik Cəfərqulu ağa Qarabağdan
qaçıb, qızılbaş dövlətinə (İrana) getdi. Naibüssəltənə (Abbas Mirzə) də Qarabağa gəlib
Qırçıda olan batalyonu dağıtdı
4
. Markiz bu dəhşətli xəbəri eşidincə Bakı səfərindən əl
çəkib, Şirvana - Mustafa xanın yanına gəldi. Oradan Qarabağa hərəkət etdi. Şəhərə
daxil olunca, Qırçı hadisəsindən ötrü bir para adamlara acıqlanıb
bərk məzəmmət
etdi. Haman gecə arvadından kağız aldı ki, Kaxet və Qısıq gürcüləri bunt (üsyan)
etmişlər. (Məktubda deyilirdi ki,) kağızı alan kimi, bu tərəfə hərəkət edin və xalqın
ürəyini ələ alıb yumşaldın. Sərdar durmadan Darüssürura (Tiflisə) tərəf yola düşdü
5
.
Yolda sərdar Qazax əhalisindən qorxuya düşüb ehtiyat edirdi. (Onlar) isə sərdarı
istiqbal edərək hörmət və ixlas, son dərəcə canfəşanlıq və səmimiyyətlə Tiflisə ötürdülər.
Qazax əhalisi neçə dəfə gürcülərə hücum edib onları çalıb-çapdılar.
Doğ-
1 Mərhum Cavad xanın arvadlarına, qızlarına və nəvələrinə İrana getməyə icazə
verilmişdi. B a x: Markiz Pauluççinin
Yelizavetpoldan Abbas Mirzəyə yazdığı 1812-ci il 20 fevral tarixli 161 nömrəli məktub (AKAK, c. V, sənəd 167, səh. 119).
Həmçinin bax: Markiz Pauluççinin qraf Rumyantsova göndərdiyi 1812-ci il 7
aprel tarixli, 103 nömrəli təliqə (AKAK, c. V,
sənəd 169, səh. 119).
2 Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur.
B a x: Markiz Pauluççinin çara
göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport (AKAK, c. V, sənəd 88, səh. 59).
3 1812-ci il fevral ayının əvvəllərində Kaxetiyada başlanmış üsyanın başlıca
səbəbi (bax: Markiz Pauluççinin çara
göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, səh. 68 və ardı). Rusiya komandanlığının
camaatdan vergi şəklində topladığı taxıl zamanı tətbiq etdiyi cəzalar idi. 1811-ci ildə baş vermiş qıtlıq aclığa və epidemiyaya
səbəb oldu. Kəndlilərin vergini taxılla verməyə imkanı yox idi. B a x: "Kaxetiya üsyançılarının Telav komandanı və qəza
polis rəisinə yazdıqları məktublar" və "Kaxetiya camaat məclisinin markiz Pauluççiyə göndərdiyi məlumat" (AKAK, c. V,
səh. 81-82).
4 Qarabağ xanlığı varisi Cəfərqulu xanın İrana qaçması və Troitski polku batalyonunun İran qoşunları tərəfindən
məğlub və əsir edilməsi haqqında bax: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport
(AKAK, c. V, sənəd 88, səh. 59).
5 General-mayor Pauluççi 1812-ci il 21 fevralda Qarabağdan (Şuşadan) Tiflisə yola düşdü, oraya isə beşinci günü
gəlib çatdı. B a x: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97,
səh. 75).
88