AdigöZƏl bəy qarabağnamə


İRANIN TƏNƏZZÜL DÖVRÜNDƏN, NADİR ŞAHIN



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

 
BİRİNCİ FƏSİL 
İRANIN TƏNƏZZÜL DÖVRÜNDƏN, NADİR ŞAHIN 
TAXTA ÇIXMASINDAN VƏ ƏMƏLƏ GƏLƏN BAŞQA 
HADİSƏLƏRDƏN BƏHS EDİR 
Tərsinə dolanan fələkin... hərəkəti nəticəsində  Səfəvi padşahlarının dövlət 
günəşi batmağa başladı. Bu dövlətin... ayı axıra çatıb, puç və yox olmağın son 
gecəsinə girdi (batdı)...  İran  ətrafdakı zalımların  əlilə talan edildi və yağıların 
ayaqları altında paymal olurdu. (Onun) hər mülkünə bir hökmdar müstəqil olaraq 
yiyələndi. Hər vilayətində calal sahibi, uca mərtəbəli bir vali hökmran oldu. 
Onların zülm və  əziyyətlərinin küləyi, cövr və inadlarının isti yeli, cənnətə 
bənzəyən o gülşəni əkinsiz bir çölə döndərdi. 
Axırda, Qırxlı Nadir şah  Əfşarın dövlət və  rəşadətinin küləyi... Xorasan 
vilayətindən olan... Əbivərd tərəfindən  əsməyə başladı... (Bir çox 
müharibələrdən sonra, Nadir şah
1
) geniş bir səhradan ibarət olan Muğan çölündə 
qışlaq binasını qoydu. İmarət və otaqlar bina etdirdi. 1148-ci ildə
2
 dövlət 
binasının möhkəm rüknü və hökumət sarayının mətanətli sütunu olan vilayətin 
böyük adamlarını, dövlət  ərkanını  və  məmləkətin  əyanlarını öz qulluğuna 
çağırdı. Yüz min nəfərə yaxın böyük fəzilətli adamlar və əmirlərin başçıları cəm 
olub qurultay açıldı. O zaman ruzgarın saqisi hələ  Şah Təhmasibin həyat 
piyaləsini acı ölüm şərbətilə doldurmamışdı. Dörd yaşlı oğlu Abbas Mirzə də... 
həyat beşiyində istirahət yuxusu ilə məst idi. 
Bu zaman Nadir şah aşağıdakı sözləri mirvari danələri kimi ipə düzərək, 
böyük hökumət adamlarına üzünü rutub dedi: 
-  İşıqlı günəşdən və ondörd gecəlik aydan daha aydın və  aşkardır ki, İran 
ərsəsinin hər bir xanəsində  məst bir fil yatmışdı.  İran sahəsinə  hər bir tərəfdən 
adsız-sansız üsyançılar piyada əsgər kimi üz qoymuşdular. (Onlar) səltənət 
meydanının baş süvarisini bütün dünya əhli qarşısında məsxərə edərək,  İranın 
şahlıq taxtına oturmaq iddiasında idilər. Uca dövlət ərkanını və Səfəvi sülaləsinin 
böyük           
                                                 
1
  
1736-cı ildə Muğanda  şah elan edilmiş  Təhmasibqulu xan nəzərdə tutulur. Təhmasibqulu xan şahlığı  qəbul 
edəndən sonra Nadir şah adı ilə adlandırılmışdır.
2 Hicri 1148-ci il, 1735-ci il mayın 24-də başlanmış, 1736-cı il mayın 11-də qurtarmışdır. 
 
 
35 


adamlarını mat qoyub, tədbir və siyasət sahibi olmuşdular. Himmət və qeyrətimin 
mahir nərdçisi bunu qəbul etmədi. Mal ilə canımın iki zərlərini təvəkkül və 
etimad pəncəsinə aldım, dörd ünsürdən

ibarət olan dünyanın çöl və biyabanını 
gəzdim. Yüz oyun və min hiylə ilə bədməst hərifi siyasətin şahmat oyununda mat 
və heyran qoydum. Axırda, muradımızın nəqşəsi varlıq səhifəsində görünməyə 
başladı.  İndi isə, xaraba qalmış  İran məmləkətini düşmənlərin təcavüzündən xilas 
etmişəm. Səfəvi  Şah Təhmasib ilə  oğlu Abbas Mirzə  hər ikisi nəcabət səmasının 
günəşləri və  səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını 
padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-
söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram. Mən onun 
qulluğunu yerinə yetirmək üçün canımdan keçərəm.  İtaətində hazır olub, əmrini 
yerinə yetirərəm. Hətta icrası vacib olan fərmanını həyata keçirməkdə sədaqətlə 
gözətçi olaram... 
Nadir şah padşahlıq və hökmranlıq taxtına özündən başqasını layiq görmədi və 
səltənət taxtına oturdu... 
Gəncə xanları  əslən Qacar nəslindən olub, onlara Ziyadoğlu adı da verirdilər... 
Onlar yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar da olmuşdular. (Bu isə bütün) 
aləmə aydın və  aşkardır. Gəncə xanlığı ilə Gürcüstan arasındakı  sərhəd Sınıq 
körpüdən yuxarı olan Suridaşa qədər uzanırdı. (Cənubi) Azərbaycanda Gəncə 
xanlığı arasındakı  sərhəd isə Xudafərin körpüsünə yetişirdi. Bəzi vaxt Gəncə 
xanlarının hökmranlıq bayrağı Darüssürur
2
 (Tiflis) sahəsinə  də  əmin-amanlıq 
kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı. Bunlar Muğan 
qurultayında, gizlin və aşkar olaraq, son dərəcə çalışdılar ki, səfəvilərdən başqa bir 
kimsə padşah olmasın və özgə bir şəxs səltənət balışına söykənməsin. Demə ki, 
bunların bütün fikirlərini Nadir şaha xəbər aparıb və bütün sözlərini onun hüzuruna 
çatdırırlarmış... Ziyad oğlanları  qədim bir ocaq və böyük bir dudman olduqlarına 
görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və 
Borçalı ellərini öz xanları ilə  bərabər Gürcüstan əmirlərinə  və uca mərtəbəli 
valinin hökmünə tabe etdi. Cavanşir, Otuziki və Kəbirlidən ibarət  
                                                 
1 Torpaq, su, od və hava nəzərdə tutulur. 
2 Şadlıq evi 
 
36 


olan Qarabağ elləri haqqında da, icrası vacib olan fərman çıxdı ki, onları köçürüb 
Xorasanın Sərəxs torpağına aparsınlar. Onlara orada yer və məskən təyin etsinlər. 
Xəmsə  məliklərinə  də  əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim 
möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü 
tamamilə azad sayın. Bütün ərizələrinizi və vacibli işlərinizi yazıb mənim... 
hüzuruma göndərin. 
Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə  əllərindən çıxdı. Səlahiyyətləri 
alındığından qol-qanadları sındı və çox pərişan oldular. 
İKİNCİ FƏSİL 
MƏRHUM PƏNAH XANIN NƏSLİNDƏN VƏ ƏHVALATINDAN 
BƏHS EDİR 
Pənahəli bəy əslən Sarıcalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi tərəqqidə 
olduğu zaman o, Gəncə tərəfinə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət 
etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, 
Qarabağ vilayətinin Cavanşir oymağına
1
 gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub
çox varlandı. Evləndi,  əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq 
ulduzunun adını Əli qoydu. Onun aləmi işıqlandıran sarı  bənizi ata-anasının ürəyini, 
kəhrəba samanı çəkən kimi, özünə cəlb edirdi. Buna görə, onu "Sarıca Əli" deyə 
çağırırdılar. 
Çox dövlət və nüfuz sahibi olduğuna görə, onun başına bir çox gəlib-keçən, 
naxırçı, muzdur, xidmətkar, çoban və ilxıçı toplandı  və böyük bir oba oldu. O 
obanın adı isə "Sarıcalı" qaldı... Bu dövlət və nüfuz İbrahimxəlil ağanın ixtiyarına 
keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb 
məşhur oldu. Onun Ağdamdakı bağı  və hasar divarı, Arasbar və Araz kənarındakı 
mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda "İbrahimxəlil qalağı" adı ilə məşhur 
olan bir imarəti onun varlı və böyük calal sahibi olmasına adil bir şahiddir.  
 
                                                 
1
 
Oymaq – qəbilənin tərkibinə daxil olan tayfalardan hər birinin ümumi adıdır. Həmçinin hər hansı bir tayfanın 
tutduğu sahəyə də deyilir. 
 
 
37 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə