AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

Abbas Mirzənin ordusu Gəncə yaxınlığında məğlub olduqdan sonra 
Yermolov Qarabağ haqqında belə yazır: 
"Güman etmirəm ki, Abbas Mirzə Qarabağda bir daha vuruşmağa cəsarət 
etsin; çünki mənim zənnimcə buranın əhalisi nəinki heç bir ərzaq verməz, hətta 
onun pərakəndə qoşunlarını  qırmağa çalışar, dəhşət bu qoşunlardakı 
intizamsızlığı qat-qat artırır"
1

Abbas Mirzə bilirdi ki, əgər rus qoşunları onlara qarşı xalq müharibəsi 
alovuna tutulmasalar, İran qoşunlarına nisbətən sayca az olmalarına baxmayaraq
yenə də onlara qalib gələcəklər. Abbas Mirzənin planı bundan ibarət idi ki, yerli 
üsyanlar qaldırsın, rus qoşunlarının qüvvələrini xırdalayıb parçalasın və onları 
hissə-hissə  məhv etsin. Bu planı  hər  şeydən  əvvəl ona görə  həyata keçirmək 
mümkün olmadı ki, Azərbaycan kəndlilərinin əsas kütləsi rus qoşunlarına qarşı 
silah qaldırmaq istəmədi. 
Mirzə Adıgözəl bəy öz əsərində rus ordusunda xidmət edən bəzi bəylərin 
xəyanət etməsi faktlarını qeyd edir, həm də rus qoşunlarının düçar olduqları 
böyük müvəffəqiyyətsizlik və məğlubiyyətləri bu faktlarla əlaqələndirir. 1826-cı 
ilin yayında  İran qoşunlarının böyük qüvvələri Qarabağa soxulduqdan sonra, 
Gorasdan Şuşaya gedən 42-ci əgər alayının üç rotasının taleyi buna bir misaldır. 
Bu dəstə kapitan Hacı  Ağalar bəyin xəyanəti nəticəsində  məhv edilmişdi. O, 
Abbas Mirzənin tərəfinə keçmiş bəylərlə və kürd dəstəsi ilə birlikdə geri çəkilən 
rotaları təqib etmək və onları qırmaq işində İran qoşunlarına kömək etmişdi. 
Əgər 1826-cı il müharibəsinin necə başlandığını və bu zaman İran sərhədində 
ayrı-ayrı qarovul dəstələrinin dayandığını nəzərə alsaq, asanlıqla görmək olar ki, 
yerli  əhali qoşunlara qarşı silah qaldırıb onların yolunu kəssə idi, Yermolov 
böyük məsafədə səpələnmiş hərbi qüvvələri Tiflisə tərəf çəkib toplaya bilməzdi. 
Rus ordusunun zabiti kimi Mirzə Adıgözəl bəy rus qoşunlarının qüdrət və 
qüvvətindən böyük bir fəxr ilə danışır. Demək lazımdır ki, bu qiymət 
əksəriyyətlə düzgündür; çünki İranla müharibədə rus soldatları həqiqətən səbat, 
mərdlik, igidlik göstərir və ölümə həqarətlə baxırdılar. Onlar dəfələrlə özlərindən 
sayca çox olan düşmənlə vuruşmalı olmuş və bununla belə parlaq qələbələrə nail 
olmuşdular. 
Mirzə Adıgözəl bəyin  əsərini Qarabağın tarixini və ya 1805-1813 və 1826-
1828-ci illərin Rusiya-İran müharibələri tarixini öyrənmək üçün əsas olan bir 
kitab kimi qiymətləndirmək olmaz. Bu kitabda hadisələr lazımınca tam təsvir 
edilməmişdir, onların səbəbləri lazımınca dolğun izah edilməmiş,   
                                                 
1 General Yermolovun 1826-cı il sentyabrın 17-də padşahın hüzuruna yazdığı raport (AKAK, c. VI, h. II, sənəd 686, 
səh. 378). 
 
 
30 


həmçinin onların  əhəmiyyəti qiymətləndirilməmişdir. Hələ yalnız bunu 
göstərmək kifayət edər ki, İran ordusunun 1812-ci ilin payızında və 1813-cü ilin 
əvvəlində düçar olduğu böyük hərbi məğlubiyyətlər haqqında, məsələn, Aslan 
düzündə  İran ordusunun məğlub olması
1
, həmçinin Lənkəranın rus qoşunları 
tərəfindən mühasirə edilməsi və alınması
2
 haqqında heç bir şey yazmır. 
Mirzə Adıgözəl bəy Napoleon ordusunun Rusiyada məğlub olması 
əhəmiyyətinin qiymətləndirilməsindən və bu faktın 1905-1913-cü illərin Rusiya-
İran müharibəsinə təsirindən də danışmır. 
Müəllif Gülüstan və Türkmənçay sülh müahidənamələrinin Azərbaycan 
tarixindəki  əhəmiyyəti haqqında da heç bir şey yazmır. Müəllifin diqqət 
vermədiyi daha bir çox hadisələri və mühüm məsələləri də qeyd etmək olardı. 
Beləliklə, hadisələri tamamilə dolğun işıqlandırmaq cəhətdən "Qarabağnamə" bu 
və ya qeyri dövrün tarixini öyrənmək üçün vəsait ola bilməz. Həmçinin tamamilə 
aydındır ki, bu əsərin müəllifi çox vaxt hadisələrin səbəbləri arasındakı rabitəni 
izah etmir və onların əhəmiyyətini qiymətləndirmir. 
Beləliklə, "Qarabağnamə"nin XVIII əsr hadisələrini təsvir edən hissəsi 
hekayə xarakteri daşıyır; çünki müəllif onlar barəsindəki məlumatı əsas etibarilə 
qocaların danışıqlarından almışdır; müəllifin öz dövründə olan hadisələri təsvir 
etdiyi hissədə isə (XIX əsrin tarixi) bu mənbə məhz həmin tarixin təsvir edildiyi 
dövrdə tərtib edilmiş bir sənəd kimi qiymətli və doğrudur. 
Mirzə Adıgözəl bəy özü "Qarabağnamə"ni yazmaq üçün istifadə etdiyi 
mənbələr haqqında  əsərinin girişində belə yazır: "Çünki mən bundan əvvəl 
keçmiş Gürcüstan sərdar və əmirlərinin hüzuranda xidmət etmişdim, bir-birindən 
fərqli olan dilləri və müxtəlif ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini 
erməni, bir qismini də gürcü və müsəlmanların yaşlı adamlarından soruşub 
öyrənmiş  və çoxlu məlumat yığmışdım. Buna görə, o böyük cənabın
3
  əmrinə 
itaət edərək, işə başladım. Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən 
xahiş etdim ki, mənim söylədiklərimi dediyim kimi, gözəl bir ifadə ilə yazsın". 
Qeyd etmək lazımdır ki, Mirzə Adıgözəl bəy istifadə etdiyi mənbələrin 
hamısını göstərməmişdir.  Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin   
                                                 
1
 
General Rtişşevin həqiqi stats-sovetnik Malinskiyə 1812-ci il 26 oktyabr tarixində yazdığı 488 nömrəli  əmr 
(AKAK, c. V, sənəd 841, səh. 683). General Rtişşevin 1812-ci il 31 oktyabr tarixində padşahın hüzuruna yazdığı raportla 
müqayisə edin (AKAK, c. V, sənəd 843, səh. 684).
2
 
Həqiqi stats-sovetnik Malinskinin 1813-cü il 26 yanvar tarixində general-mayor Portnyakinə yazdığı 61 nömrəli 
təliqə (AKAK, c. V, sənəd 853, səh. 699). Bu xüsusda general Rtişşevin 1813-cü il 28 yanvar tarixində padşahın hüzuruna 
yazdığı 31 nömrəli raporta da baxın (AKAK, c. I, sənəd 854, səh. 700)
3
 
Tiflis vitse-qubernatoru podpolkovnik Mixail Petroviç Kolyubakinin. 
 
 
31 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə