AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aiddir. 
Bu dəbdəbəlilik və ala-bəzəklik mətnin məzmununu zənginləşdirmir,  əksinə, 
onun mütaliəsini daha da çətinləşdirir. Məlum olduğu kimi, Abbasqulu ağa 
Bakıxanov bu qədim  ənənələri kənara ataraq, sadə  və aydın dildə "Gülüstani-
İrəm"  əsərini yazmışdır. Mirzə Adıgözəl bəy, Salarinin ifadə üsulları ilə 
razılaşdığı üçün əsərdəki bir sıra hadisə və faktlar öz aydınlıq və düzgünlüyünü 
itirmişdir. 
Qeyd etmək lazımdır ki, bu söylənilənlər başlıca olaraq, "Qarabağnamə"nin 
birinci fəsillərinə aiddir. XIX əsrin tarixi sadə dillə yazılmışdır. Əsəri oxuyarkən 
belə bir təsir oyadır ki, Salari mətnin ilk fəsillərini gözəl üslub ilə yazmaqla 
kifayətlənmişdir. Sonrakı  fəsilləri isə sadə  və anlaşılan dildə yazmağa 
başlamışdır. Erməni dilinə  tərcümə edilmiş "Qarabağnamə"nin  əlyazmasında bu 
sətirlər var: "O vaxt mən - bu tarixi yazmış qarabağlı Mirzə Adıgözəl bəy 
Tiflisdə idim"
1
. "Qarabağnamə"nin başqa nüsxələrində belə bir qeyd yoxdur. Ola 
bilər ki, Mirzə Adıgözəl bəy bəzi işlərə görə, Şuşadan Tiflisə getmiş və orada öz 
əsərini yazmışdır. 
Mirzə Adıgözəl bəy 1848-ci
2
 ildə sentyabr ayının 9-da vəfat etmiş  və 
Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir. 
Onun qəbri üzərində türbə tikilmişdir. Yuxarıda göstərilən vəfat tarixi Mirzə 
Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən alınmışdır. 
 
V.N.Leviatov  
 
 
                                                 
1
 
T.İ.Ter-Qriqoryan. Qarabağlı Mirzə Adıgözəl bəy. Azərb. SSR EA Məruzələri, N°9, 1948-ci il.
2  Mirzə Adıgözəl bəyin vəfat tarixini, onun qəbri üzərindəki kitabənin qrafitlə çıxarılmış surəti üzündən, tarix elmləri 
namizədi  Ə.Ə.Ələsgərzadə oxumuşdur. Kitabənin surəti A.Bakıxanov adına Tarix İnstitutu elmi işçiləri N.V.Minkeviç-
Mustafayeva və S.K.Əhmədova tərəfindən çıxarılmışdır. Bu xüsusda baxın: N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova. 
"Mirzə Adıgözəl bəy ailəsinin türbəsi" (Azərb. SSR EA Məruzələri N° 5, 1948-ci il). 
 
 
21 


MÜQƏDDİMƏ 
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"  əsərində Qarabağın 1736-cı ildən 
1828-ci ilə kimi siyasi tarixi göstərilir. 
Bu illər ərzində siyasət aləmində bir çox böyük hadisələr olmuşdur. 1747-ci 
ilə kimi, yəni Nadir şah öldürülənə kimi Qarabağ  İran dövlətinin hakimiyyəti 
altında idi. Nadir şahın ölümündən sonra İranda hərc-mərclik və şahın taxt-tacına 
sahib olmaq istəyənlər arasında mübarizə başlandı. Mərkəzi siyasi hakimiyyət 
əldən-ələ keçərək çox zəifləmişdi və yerli feodal zadəganları və hakimləri özünə 
tabe etməyə qadir deyildi. Bu illərdə Azərbaycan  İran dövlətinin hakimiyyəti 
altından çıxdı və onda iyirmiyə yaxın müstəqil xanlıqlar əmələ gəldi. Xanlıqların 
hər biri bir şəhərdən və iqtisadi cəhətdən onunla əlaqədar olan kəndlərdən ibarət 
idi. Məsələn, Quba xanlığı Quba şəhərindən və onun mahalına daxil olan 
təqribən iki yüz kənddən ibarət idi. Bakı xanlığı Bakı  şəhərindən və Abşeron 
yarımadasında yerləşən otuz kənddən, Qarabağ xanlığı isə  Şuşa  şəhərindən və 
təqribən 250 kənddən ibarət idi. Qalan xanlıqlar da belə idi. Kənd əhalisi natural 
təsərrüfat formalarının hakim olduğu şəraitdə yaşayırdı və şəhər ilə əlaqəsi zəif 
idi.  Şəhərlərin özünün əhalisi az idi (adətən üç mindən beş minə kimi) və 
sənətkarların hazırladıqları məmulat əsasən bu şəhərlərlə əlaqədar olan kəndlərin 
tələblərini təmin edirdi. Şəhərlərlə ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat 
rabitəsi isə çox zəif idi. 
Xanlıqların başında yerli feodal dairələrinin ən güclü nümayəndələri dururdu. 
Zəngin və güclü Cavanşir tayfasına mənsub olan Pənah bəyin Qarabağ üzərində 
öz hakimiyyətini necə möhkəmlətdiyi "Qarabağnamə"də müfəssəl surətdə təsvir 
olunur. 
Pənah xan Cavanşir və "Otuziki" tayfalarını özünə tabe etmək üçün, habelə 
Qarabağın feodal sahiblərinə - məliklərə qarşı gərgin mübarizə aparmağa məcbur 
oldu. 
Pənah xan tipik feodal bir hakim kimi özünə Bayat, sonra da Şahbulaq adlı 
möhkəmləndirilmiş  qəsrlər tikdirir, ətraf hakimlərin onu özlərinə tabe etmək 
cəhdlərini dəf edirdi. Bir qədər gücləndikdən sonra Pənah xan Pənahabad qalasını 
(Şuşanı) tikdirir və Qarabağ üzərində öz hakimiyyətini və istiqlaliyyətini, 
Azərbaycanın cənub hissəsinin güclü xanlarından - Məhəmmədhəsən xan 
Qacardan və  Fətəli xan Əfşardan silah gücü ilə qoruyur. Eyni zamanda o, öz 
hakimiyyəti altında olan ərazini cənub-qərbə - Naxçıvan tərəfə və cənub-şərqə - 
Təbriz tərəfə genişləndirməyə çalışır. 
Xanların hər biri xanlığa məxsus olan torpaqların miqdarını, həmçinin ona 
tabe olan əhalinin sayını artırmağa çalışırdı. Bu meyil böyük feodal torpaq 
sahibləri olan xanların sinfi mənafeyindən irəli gəlirdi. 
 
22 


Məskun torpaqdan xanlar vergi və ya renta şəklində  mədaxil alırdılar. 
Əhalinin çox olması böyük xalq ordusu yaratmağa imkan verirdi. Beləliklə, 
xanlar özlərinə tabe olan ərazini böyütmək və təbəələrin sayını artırmaq yolu ilə 
öz iqtisadi və siyasi qüvvələrini artırır, öz hakimiyyətlərini möhkəmləndirirdilər. 
Pənah xanın və  İbrahim xanın siyasəti göstərdiyimiz sinfi mənafedən irəli 
gəlirdi. 
Xanların, o cümlədən də Qarabağ xanlarının xarici siyasəti öz hakimiyyətini, 
öz hakim mövqeyini saxlamaq və möhkəmlətmək təmayülü ilə  təyin edilirdi. 
Buna görə, mürəkkəb beynəlxalq vəziyyətdə,  İran, Türkiyə  və Rusiyanın 
Azərbaycanı özünə tabe etmək uğrunda mübarizəsi  şəraitində xanlar tərəddüd 
edir və  vəziyyətdən asılı olaraq, öz sinfi mənafelərini təmin edən tərəfə meyil 
edirdilər. 
XVIII  əsrin 90-cı illərinin başlanğıcında Azərbaycanın cənub hissəsinin 
xanlıqları  Ağa Məhəmməd  şahın hakimiyyəti altına düşdükdən sonra, Qarabağ 
xanları qarşısında İrana tabe olmaq kimi həqiqi bir təhlükə meydana çıxdı. Ağa 
Məhəmməd şahın 1795-ci ildəki hərbi səfəri zamanı xüsusən dəhşətli olan belə 
bir vəziyyətdə qarabağlı İbrahim xan Rusiyadan himayə gözləməyə başladı. 
O zamankı Rusiya şah idarəsi altında olan İrandan və ya sultan 
Türkiyəsindən daha yüksək iqtisadi inkişaf səviyyəsi və beynəlxalq vəziyyəti 
onun bir dövlət kimi müstəqil yaşamasına və inkişaf etməsinə imkan vermirdi. 
Azərbaycanın Rusiyaya birləşdirilməsi rus və Azərbaycan xalqları arasında 
iqtisadi və  mədəni münasibətlərin daha geniş inkişaf etməsi üçün imkanlar 
açırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"də Azərbaycanın  şimal hissələrinin 
Rusiyaya birləşdirilməsi əhəmiyyətinin qiymətləndirilməsi üzərində dayanmırsa 
da, lakin onun bu fakta çox müsbət yanaşdığı əsərin mətnindən görünür. 
Fransa və İngiltərə hökumətlərindən pul borcları, silah və hərbi təlimatçılarla 
kömək alan İran hökuməti iki dəfə Azərbaycanın  şimal hissəsini silah gücü ilə 
Rusiyadan ayırmağa və onu öz hakimiyyəti altına almağa təşəbbüs etdi. Lakin 
1805-1813 və 1826-1828-ci illərin müharibələrində  İran məğlubiyyətə  uğradı. 
Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müahidənamələrinə görə, İran 
hökuməti Azərbaycanın  şimal hissəsinə olan iddialarından  əl çəkməyə  məcbur 
oldu və onların Rusiyaya birləşdirilməsini təsdiq etdi. 
Mirzə Adıgözəl bəy Qarabağın tarixini Türkmənçay sülh müahidənaməsinin 
bağlanması ilə bitirir. Beləliklə, Mirzə Adıgözəl bəy Qarabağın bütün sonrakı 
tarixini və bu tarixin gedişində çarizmin Azərbaycanda qurduğu istibdadın 
şiddətləndiyi dövrü təsvir etmir. 
 
23 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə