AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

mətnini Mirzə Camalın "Qarabağ tarixi" əsərinin mətni ilə tutuşdursaq, asanlıqla 
görərik ki, hər iki əsərdə hadisələr eyni plan üzrə verilir. Hər ikisində  əsasən, 
eyni faktlar təsvir edilir. 
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin heç bir yerində Mirzə Camalın əsəri 
ilə tanış olduğu və öz əsərini yazdıqda ondan istifadə etdiyinə dair heç bir şey 
yazmır. Lakin Mirzə Adıgözəl beyin özgə  sələfinin  əsəri ilə tanış olduğuna heç 
bir şübhə ola bilməz. 
Molla Pənah Vaqifin ölümündən sonra Mirzə Camal qarabağlı İbrahim xanın 
vəziri idi. Mirzə Camal yaşca Mirzə Adıgözəl bəydən böyükdür. O, XVIII əsrin 
son ori illərində baş vermiş hadisələrin  şahidi və öz mövqeyinə görə, Qarabağ 
tarixinə yaxşı  bələd olan bir adam olmuşdur. O, öz əsərini Mirzə Adıgözəl 
bəydən qabaq yazmışdı  və  əlbəttə, Mirzə Adıgözəl bəy bu əsərdən xəbərdar 
olmaya bilməzdi. 
Lakin bu elə başa düşülməməlidir ki, Mirzə Adıgözəl bəy sadəcə Mirzə 
Camalın  əsərlərinin mətnini təkrar etmişdir. Mirzə Adıgözəl bəyin 
"Qarabağnamə"sində bir çox faktlar vardır ki, Mirzə Camal onlardan heç 
danışmır. Mirzə Adıgözəl bəyin təsvir etdiyi tarixi hadisələrin dairəsi Mirzə 
Camalın təsvir etdiklərindən daha genişdir. Mirzə Adıgözəl bəyin öz əsərində 
aşağıdakı  məsələlərə: Qarabağ  məliklərinin haradan əmələ  gəlməsinə, Vaqifin 
dövlət fəaliyyətinə, Şuşanın Ağa Məhəmməd şahın qoşunlarından müdafiəsinin 
nisbətən müfəssəl təsvirinə, Ağa Məhəmməd  şahın basqını  ərəfəsində 
Gürcüstanın siyasi vəziyyətinə, Tiflisin İran qoşunlarından müdafiə olunmasına, 
İran qoşunlarının Tiflisi dağıtmasına və talan etməsinə, XII Georginin taxta 
çıxmasına, Gürcüstanın Rusiya imperatorluğu təbəəliyinə keçməsinə, XII 
Georgiyə qarşı  şahzadələrin qaldırdıqları üsyanlara və Gürcüstanın tarixinə aid 
bir çox başqa məsələlərə xüsusi diqqət verdiyini söyləmək kifayət edər. 
Bunlardan başqa, Mirzə Adıgözəl bəy çar qoşunlarının Car vilayətinə 
yürüşlərini, Bakıya hərbi səfəri, knyaz Sisianovun öldürülməsini, 1805-1813-cü 
illərin müharibəsindən bir sıra hadisələri və  nəhayət, 1826-1828-ci illərin 
Rusiya-İran müharibəsini təsvir edir. 
Saydığımız məsələlərin çoxu haqqında Mirzə Camalın  əsərində heç bir 
məlumat yoxdur. Mirzə Adıgözəl bəylə Mirzə Camalın  əsərlərinin mətninin 
müqayisə edilməsi göstərir ki, Mirzə Adıgözəl bəy Mirzə hadisələri Camaldan 
daha geniş təsvir etmişdir. 
Mirzə Camal Qarabağın tarixini 1813-cü ilə  qədər, Gülüstan sülh 
müahidənaməsi bağlanana qədər təsvir edir. Mirzə Adıgözəl bəy isə hadisələri 
1828-ci ilə, Türkmənçay sülhü bağlanana kimi təsvir edir. Beləliklə, Mirzə 
Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran müharibəsini Azərbaycan 
tarixində ilk dəfə olaraq təsvir etmişdir. 
Əsərin XII fəslini təşkil edən bu dövrün hadisələrinin təsviri ifadəsinin 
qısalığına baxmayaraq, lazımınca dolğun verilmişdir. Demək olar ki, 
 
32 


1826-1828-ci illərin Rusiya-İran müharibəsi hadisələrindən Mirzə Adıgözəl bəy  
ən mühüm olanlarını ayırmış və onları ciddi xronoloji qayda ilə təsvir etmişdir. 
Mehdiqulu xanın yanında, sonra isə Şuşa şəhər məhkəməsində xidmət etmiş 
bir qarabağlı kimi, Mirzə Adıgözəl bəy Qarabağın mahallara bölünməsi, hər 
mahalın təbii sərvətləri və təsərrüfatının tarixi xüsusiyyətləri, Qarabağın köçəri və 
oturaq əhalisinin cəlb edildiyi vergi və mükəlləfiyyətlər, xanlar zamanı Qarabağın 
idarə edilməsi haqqında bir çox qiymətli məlumat verə bilərdi. Mirzə Adıgözəl 
bəyin  əsərinin mətnində göstərdiyimiz məsələlərə xüsusi fəsillər həsr 
edilməmişdir. Yuxarıda göstərilən məsələlər üzrə bu əsərdən yalnız Qarabağın 
siyasi tarixinin şərhində verilmiş ayrı-ayrı məlumat əldə etmək olar. 
Mirzə Adıgözəl bəydən sonra Qarabağın tarixini yazmış Mir Mehdi Xəzani öz 
əsərinin birinci fəslini Qarabağın coğrafiyasının təsvirinə həsr etmiş və bununla 
da Mirzə Adıgözəl bəyin əsərində boş qalmış yeri qismən doldurmuşdur. 
"Qarabağnamə"nin on ikinci fəslinin son sətirlərindən göründüyü kimi, 
müəllif Dağıstan müharibəsinin təsvirini bitirdikdən sonra 1828-1829-cu illərin 
rus-türk müharibəsindəki hadisələri, bəlkə  də Dağıstandakı müharibənin 
hadisələrini təsvir etmək fikrində imiş. Lakin onun bu fikri həyata keçirilməmiş 
qaldı. Məlum olduğu üzrə, Dağıstanda müharibə yalnız 1859-cu ildə, yeni Mirzə 
Adıgözəl bəyin ölümündən azı on il sonra qurtardı. 
Mirzə Adıgözəl bəyin  əsəri konkret tarixi məzmunla zəngindir. Bu əsərin 
müəllifi böyük bir səy və  məhəbbətlə Qarabağın və qismən Zaqafqaziyanın 
tarixinə aid bir çox material toplamışdır. O öz vətəninin gələcək tarixi taleyini 
irəlicədən təyin edən hadisələrə böyük bir diqqətlə yanaşmışdır. Mətnin böyük 
bir hissəsi ya hadisələrin  şahidi və  hər halda onların müasiri tərəfindən 
yazılmışdır. 
"Qarabağnamə" XIX əsrin qırxıncı illərinin Azərbaycan tarixnəvisliyində  ən 
qiymətli əsərlərdən biridir. 
Bu  əsər,  şübhəsiz, bəhs edilən dövrün tarixi öyrənildikdə geniş surətdə 
istifadə ediləcəkdir. 
V.N.Leviatov 
 
 
 
33 


 
 
 
...
1
 (Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra) 
buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab 
podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə  həmişə 
həvəsi vardı. Podpolkovnik xüsusilə Qarabağ xanlarının və (Şuşa) şəhərini bina 
edən  şəxsin  əhvalatını öyrənmək istəyirdi. Buna görə, məndən - kapitan Mirzə 
Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı  qısa və müxtəsər bir surətdə  bəyan 
edim. Çünki, mən bundan əvvəl keçmiş Gürcüstan sərdar və  əmirlərinin 
hüzurunda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif ləhcələri 
bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü və 
müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş  və çoxlu məlumat 
yığmışdım. Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım. Mirzə 
Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən xahiş etdim ki, mənim 
söylədiklərimin hamısını eynən gözəl bir ifadə ilə yazsın. Ümid edirəm ki, 
(tarixə aid) bu müxtəsər hekayət və bu nöqsanlı  rəvayət... Xalqın ürəyinin 
aynasına səfa verər, xas adamların və avam camaatın bəsirət gözünün sürməsi 
olar. Bu cüzi məlumat bir müqəddiməyə və bir neçə fəslə bölündü.
 
MÜQƏDDİMƏ 
 
BU TARİX KİTABININ HANSI İLDƏ YAZILMASI 
HAQQINDADIR 
Əsrlər, illər və aylar keçdi, hicri tarix 1261-ci ilə
2
, rus tarixi isə 1845-ci ilə 
çatdı... 
(Bu ildə həmin əsəri yazmağa başladıq.)  
                                                 
1
   
Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. 

  
Hicri 1261-ci il, 1845-ci il yanvarın 10-da başlanmış, dekabrın 29-da qurtarmışdır
 
34 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə