11
Naxçıvan ölkəsində ara həkimlərinin elmi əsası
olmayan müalicə metodlarının geniş yayıldığını malyariya
haqqında aşağıdakı ədəbiyyat məlumatı təsdiq edir: «… o
zaman xalq arasında malyariyaya qarşı tətbiq edilən müalicə
vasitələrindən biri qorxutmaqla müalicə etməkdən ibarət idi;
bu zaman qızdırmalı adamın üstünə qəflətən soyuq su tökür və
ya o, yatmış ikən üzünə sillə vururdular və s…»
2
.
Təbabətə və ümumiyyətlə təbiətə qarşı olan bu cür geri
qalmış münasibət onunla izah edilirdi ki, əhalinin yaşadığı
tarixi şəraitdən və ictimai inkişaf səviyyəsindən asılı olaraq
onun zehnində təbiət qanunlarına qarşı müxtəlif baxışlar var
idi. Burada biz başlıca olaraq dinin və mövhumatın kök salıb
hökm sürdüyü dövrü nəzərdə tuturuq.
Insanlar sadəlövhcəsinə xəstələnmə halını «allahın
qəzəbi» kimi başa düşür və xəstəni pirə aparırdılar ki, bəlkə
allah onun günahından keçə ki, o da sağala.
Bu, ondan irəli gəlir ki, o vaxtlar ruhanilər və dindarlar
cürbəcür vasitələrlə zəhmətkeş kütlələrin şüurunu zəhərləyir,
hər növ istismar, zülm və əsarətə tabe etdirməyə çalışırdılar.
Burada öz-özünə aydın olur ki, dindar insanlar təbiətin
qanunlarını düzgün başa düşməyərək təbiətdə xarüqalədə
qüvvələrin varlığına inanır və nəticədə onların şüurunda yanlış
fikirlər əmələ gəlirdi.
Azərbaycanın görkəmli satirik ədibləri, şairləri və
yazıçıları öz əsərlərində məzlum xalqı aldadıb var yoxunu
əlindən alan, onları «müalicə» edən mollaları, falçıları, ara
________________
1
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, I cild, 3-cü buraxılış, Tiflis, 1914, səh.54.
2
M.Malyujenko – Irəvan quberniyasında malyariya və onunla
mübarizə. «Irəvan quberniyasının 1912-ci il yaddaş kitabçası», VII
fəsil, səh.37, Irəvan şəhəri, 1912-ci il.
həkimlərini və sairləri atəşli tənqidə tutur, bu cür tipləri ifşa
edir və iç üzlərini açıb xalqa göstərirdilər.Belə görkəmli
xadimlərdən biri öz iti qələmi ilə şöhrət qazanmış satirik yazıçı
Cəlil Məmmədquluzadə idi. Onun redaktor olduğu «Molla
12
Nəsrəddin» satirik jurnalı Azərbaycanda sanitariya maarifinin
inkişafı uğrunda mübarizədə böyük xidmət göstərmişdir.
Jurnal öz səhifələrində mollaların, ara həkimlərinin və digər
şarlatanların apardıqları türkəçarə «müalicə» üsullarını ifşa
edib, onların nadanlığına iztehza edir və onları ələ salırdı.
«Molla Nəsrəddin» jurnalının 1909-cu il 47-ci nömrəsində dua
yazan məşhur bir mollanın karikaturası verilmişdir (şəkil 1).
1-ci şəkil
-Xanım, inşallah bircə saatdan sonra qarnınızın
ağrısı keçər
Şəkildə molla sancı çəkən bir qadının yarıçılpaq
bədəninə tamaşa edərək dua oxuyur ki, qadın bu duadan «şəfa»
tapsın. Lakin sancı get-gedə artır. Belə vəziyyəti görən molla;
«-xanım, inşallah bircə saatdan sonra qarnınızın ağrısı keçər» –
deyə qadını sakitləşdirməyə çalışır. Jurnal, avam xalqı aldadıb,
onun cibini soyan, öz dini fəaliyyətini müalicə işi ilə bağlayan
bu cür mollaların fırıldağını acı gülüşlərlə ifşa edir və onların
iç üzünü açıb xalqa göstərir.
Naxçıvan MSSR-nin ərazisində tibb işi XIX əsrin
ortalarında təşkil edilib.
13
Mövcud qanuna əsasən 1847-ci ildə Qafqaz ölkəsinin
inzibati idarəsi tərəfindən Cənubi Qafqaz üçün tibb
personalının ştatı haqqında əsasnamə imzalandı. Buna əsasən
hər qəzada bir qəza həkimi, iki feldşer və bir mama vəzifəsinin
olması nəzərdə tutulurdu.
Rəsmi məlumatlardan aydın olur ki, 1852-53-cü illərdə
Naxçıvan və Ordubad qəzalarında əhaliyə tibbi yardım
göstərilib. O vaxtlar Naxçıvan qəzasında qəza həkimi Stepan
Vasilyeviç Bitlitski, mama Mariya Nikolayevna Makaroviç,
Ordubad qəzasında (qəza 1867-ci ildə ləğv dilib) qəza həkimi
Avqust Vilhelmoviç Miller, mama Feodosiya Nikolayevna
Romanovskaya
1
işləmişlər. Onlardan başqa yerli əhaliyə hərbi
hospitalda işləyən hərbi həkimlər də tibbi kömək göstərmişlər.
Bu həkimlərdən Aleksandr Maksimoviç Şalomovu, Pyotr
Kirilloviç Balyuranı və Maksim Qriqoryeviç Slimovskini
2
göstərmək olar.
Irəvan quberniyası üçün 13 noyabr 1874-cü ildə təsdiq
edilmiş ştata əsasən Naxçıvan qəzasında bir qəza həkimi, iki
feldşer və bir mama ştatı, Ordubad qəzası ləğv edildikdən
sonra onun əvəzində Şərur qəzası yaradıldı və buraya bir qəza
həkimi, iki feldşer verilir
3
.
1878-ci ildə Qafqaz təqvimində Naxçıvan və Şərur
qəzalarının (Naxçıvan və Ordubad şəhərlərinin) ərazisi, əhalisi
və əhalinin sıxlığı haqqında məlumat verilib
4
. Elə orada,
qəzalarda işləyən tibb işçiləri göstərilib. Naxçıvan qəzasında
qəza həkimi Vasiliy Aleksandroviç Subbotkin,
__________________
1
Qafqaz təqvimi, 1853-cü ilə aid. Beşinci şöbə «Qafqaz mülki
idarələrin
tibbi şöbəsi, Tiflis, 1852, səh.572.
2
Qafqaz təqvimi, 1854-cü ilə aid. Beşinci şöbə hərbi hosbitallar,
Tiflis, 1853, səh.713.
3
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri. I cild, 3-cü buraxılış, Tiflis, 1914, səh.115.
4
Qafqaz təqvimi 1879-cu ilə aid. Ikinci şöbə, Qafqaz canişinlik
istehsal qüvvələrinin xülasəsi, Tiflis, 1878-ci il, səh.328.
mama Lyuba Ivanovna Breyer işləmişlər. Şərur qəzasında qəza
həkimi Qavril Yakovleviç Oqunov işləmişdir. Feldşer
haqqında məlumat yoxdur.
14
Göstərmək lazımdır ki, qəza həkimlərinin vəzifəsi
əsasən məhkəmə təbabəti və tibbi-polis fəaliyyəti ilə məşğul
olmaqdan ibarət idi (məhkəmə-tibb müayinəsi, meyityarma
və s.). Bundan başqa qəza həkiminin onun tabeliyində olan
feldşerlərin və mamaların üzərinə nəzarət, əhaliyə həkim
köməyi göstərmək vəzifəsi də düşürdü.
1-ci cədvəl
Qəza və şəhərlərdə ərazi, əhali və əhalinin sıxlığı
haqqında məlumat
Əhali
Qəza və
şəhərlər
Ərazi
kv.km
kişi qadın cəmi
1 kv.
km-ə
düşən
əhali
Naxçıvan
qəzası
34149 25749 59898
Naxçıvan
şəhəri
3719 3159 6878
Ordubad
şəhəri
3908,4
2069 1456 3525
17,1
Şərur
qəzası
840 14267
12201
26468
31,5
CƏMI 4748,4
54204
42565
96769
20,4
Qeyd etmək lazımdır ki, qəza həkimi vaxtının çoxunu
məhkəmə təbabəti işlərinə sərf
etdiyindən əhali tibbi
xidmətdən demək olar ki, məhrum edilmişdi. Bu haqda
«Qafqaz mülki idarələrində müasir tibbi şöbələrin vəziyyətinin
xülasəsi» adlı bir məqalədə göstərilmişdir ki, «Qəza həkimləri
başlıca olaraq məhkəmə təbabəti və başqa müayinə,
meyityarma və ekspertiza ilə məşğul olurlar».
1
________________
1
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, I cild, 2-ci buraxılış, Tiflis, 1914 il, səh.40.
Həmin xülasənin digər bir yerində belə yazılmışdır:
«…Qəza həkimləri yalnız bilavasitə öz məhkəmə təbabəti