Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

 
 
110
sə lap fağırlayıb süst düşən atın boynunu qucaqlayıb üzündən öpdü. Onun gözlərinə 
baxdı: «Sənə nə olub, Qəmər?» – deyə pıçıldadı... O, atın ətrafına dolandı, dal tərəfə 
keçdi və daş kimi donub yerində qaldı. Kişinin başına elə bil ağır zərbə endirdilər. 
Gözlərini qırpmadan təəccüb, heyrət və  dəhşətlə ata baxdı.  Əlini onun belində, 
boynunda gəzdirdi. Elə bil onun əlinin altında soyuq bir ilan tərpəndi. Kişi diksinib 
geri çəkildi. Bədənini üşütmə götürdü. Bir xeyli gözlərinə inanmadı. Sərxoş kimi iki-
üç dəfə atın dövrəsinə  fırlandı... Hər  şey aydın idi. Atın yalını, quyruğunu 
qırxmışdılar. Ona bir daha sataşmışdılar, onu təhqir etmişdilər, onun qüruruna 
toxunmuşdular. Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq, 
onun namusunu ayaq altında tapdalamaq demək idi. Onu diri gözlü qəbrə soxmaq, 
sinəsinə çal-çarpaz dağ çəkmək demək idi». (85, 340-341) 
Gəray bəy kimi, həm Cahandar ağa, həm də Kərbəlayi İsmayıl var-dövlətlərinin 
alınmasını onların kişiliyinə, hətta namusuna toxunulması hesab edirlər. Onlar öz 
sərbəstliklərini, azadlıqlarını  əldən vermək istəmirlər. Rus çarizminin Azərbaycanı 
istila edib onun var-dövlətinə yiyələndiyi ilk illərdə Cahandar ağa belə düşünürdü: 
«Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də 
əlimizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna 
yol vermir, elə oturmayın, elə durmayın. Axı, deyən gərəkdir ki, sizə nə var?». (85, 
435) 
Cahandar ağalar, Gəray bəylər və Kərbəlayı İsmayıllar öz qanunları – mərdlik, 
kişilik, qoçaqlıq, düzlük qanunları ilə yaşamışlar. Bu adamlar istilanı, 
müstəmləkəçiliyi, hər hansı bir şəxsin var-dövlətinin başqası tərəfindən talanmasını, 
saxta hökmranlığı  təsdiq edən «qanunları» tanımaq, onlara kor-koranə baş  əymək 
istəməmişlər. 
Tarixin müəyyən mərhələlərində uydurma qanunların fəaliyyət göstərdiyi və 
bunların xalqımızı çox bəlalara düçar etdiyi Səməd Vurğunun bir şerində də öz əksini 
tapmışdır: 


 
 
111
Bir qanun uydurdu hər gəlib-gedən, 
Min pərdə tutuldu al səhərlərə. 
Yazıq babaları düşündükcə mən 
Ağrımış ürəyim, bəlkə, min kərə. 
Ədalət adına, qanun adına 
Durdu cərgə-cərgə dar ağacları. 
Paslı qılınc kimi salındı qına 
Bəşərin mənəvi ehtiyacları. 
(«Böyük bir kitab var bizim həyatda». 132, 29) 
 
«Komsomol poeması»ndakı obrazlarda xalqımıza məxsus spesifik xüsusiyyətlər 
də öz əksini tapmışdır. Poemanın ricətlərində aşağıdakı misraların işlədilməsi heç də 
təsadüfi deyil, milli ruha, soy-kökə bağlılığın ifadəsidir: 
 
Nədən şerlərim ağıza düşüb, 
Dağların çobanı məni anmasın? 
Nədən karvanıyla quşlar ötüşüb 
Başımın üstündə havalanmasın? 
Dağların çobanı məni anmasın? 
Nədən bu torpağın şirin ləhcəsi 
Şairəm deyənə biganə qalsın? 
Nədən şerimizin baş qəhrəmanı 
Gah Turandan gəlir, gah da İrandan? 
Bəs mənim ölkəmin varlığı hanı? 
Böyük bir şairin yazdığı dastan 
Gah Turandan gəlir, gah da İrandan!.. (133, 18) 
 
Səməd Vurğun obraz yaradıcılığında milliliyə xüsusi diqqət yetirilməsini vacib 
saymış  və özü buna riayət etmişdir.  Şair 1934-cü ildə  qələmə aldığı «Mən necə 
yazıram?» adlı  məqaləsində bu barədə belə demişdir: «Komsomol poeması»ndakı 
Gəray bəy tipinin türk mülkədarı olduğunu bildirmək üçün: 


 
 
112
Belə getsə bu güzəran, 
Əllərimdə donmasa qan, 
Papaq mənə haram olsun.

 
 
– dili ilə danışdırıram. Yaxud, onun dərdlərinə, qayğılarına şərik olan mürtəce 
bir aşığın da türk aşığı olmasını bildirmək üçün: 
 
Ay ağalar, ay paşalar, 
Dərd başımdan aşdı yenə. 
Açıldı tanrının gözü, 
Sellər, sular daşdı yenə. 
Heç gülmədi aşıq Vəli, 
Haqqa müsafir gələli, 
İmamların kömək əli 
Bizdən uzaqlaşdı yenə – 
 
deyir. Məncə, bu sözləri yalnız türk aşıqları (əlbəttə, burada gətirdiyim parçanı ancaq 
bu aşıqların mürtəce qismi) deyə bilər, başqaları üçün xarakterik ola bilməz». (146, 
90)  Şair «aşıqların mürtəce qismi» deyərkən yeni quruluşun  əleyhdarlarını  nəzərdə 
tutmuşdur. 
Gəray bəyin dediyi sözlər onu bir azərbaycanlı, həm də Azərbaycan mülkədarı 
kimi düzgün səciyyələndirir. 
Əsərdə ayrı-ayrı obrazların hərəkətlərində, bir-birinə münasibətində  də milli 
çalarlar bariz şəkildə özünü göstərir. Bu baxımdan Cəlalla Humayın görüşü 
səhnəsinin təsviri xalqımızın adət-ənənələrinə, həya-ismətlə bağlı əxlaq normalarına 
sadiqliyin nümunəsi hesab oluna bilər: 
 
- Yox,  babam çox sevir, bil, xatirimi, 
Bilmərrə andırsan ona sevgimi 
                                           

 Бу парча «Комсомол поемасы»нын няшрляриня дахил едилмямишдир. Эюрцнцр, о вахтлар дярж олунмамыш вя сонралар да 
ялдя едилмямишдир. 


 
 
113
O səni əfv edər, bağışlar bilsən, 
Babamı bir belə qatil bilmə sən... 
Dedikcə Humayın gözləri gülür, 
Cəlalın ayağı yerdən üzülür 
Toyda nağıl deyən bir aşıq kimi. 
Sonra sevgililər sarmaşıq kimi 
Birdən quçaqlaşır... 
Ay uzaqlaşır. (133, 40) 
 
Adətən azərbaycanlı gənclər öz məhəbbətini gizlin saxlayır, bu barədə heç kəsin 
bilməsini istəmirlər. Bu işdə  aşkarlıq qəbahət sayılır. «Komsomol poeması»nda bu 
məsələ ilə bağlı incə bir yer vardır. Cəlal biləndə ki, Bəxtiyar onun Humaya olan 
məhəbbətindən xəbərdardır, bu zaman utancaqlıq hissi keçirir. Şair bunu bircə sözlə – 
«qızarmaq» sözü ilə göstərmişdir. Məlumdur ki, üzün qızarması utancaqlığın 
əlamətidir: 
 
Sonra Bəxtiyar 
Cəlalda rəng verən halı duyaraq: 
– Aşna, bəri bax! 
Nə var? Qaşqabağın tökülmüş yenə 
Aç söylə dərdini, nə olmuş sənə? 
– Qoy qalsın hələlik, sonra bilərsən. 
– Yox aşna, nə qədər gizlətsən də sən 
Özüm xəbərdaram... 
Cəlal qızardı. 
Onun gözlərində iztirab vardı. (133, 41) 
 
Cəlal dağlara – Gəray bəyin yanına getdikdən sonra Humayın həyəcanlı, iztirablı 
günləri başlayır. Bəxtiyarın gəldiyini gördükdə özündən asılı olmayaraq bir xəbər 
bilmək məqsədilə onun qabağına qaçır. 
Əlbəttə, onun bu hərəkəti azərbaycanlı qız üçün yolverilməz  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə