Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

 
 
114
hesab olunur. Şair də bunu əvvəlcədən hiss edir və Humayın  əvəzinə üzrxahlıq 
edirmiş kimi bu misraları işlədir: 
 
Humay həyatında birinci dəfə 
«Həyadan, ismətdən, namusdan kənar» 
Yüyürür Bəxtiyar gələn tərəfə 
Və sorur: Cəlaldan bir xəbərmi var? (133, 69) 
 
Cəlalın qətlindən sonra isə Humay el adətilə  ən yaxın adamı kimi ona yas 
saxlayır: 
O vaxtdan bəridir Humayım mənim 
Təpədən dırnağa geyinmiş qara. 
Duyub düşündükcə donur bədənim, 
Heyranam qızdakı bu duyğulara. (133, 70) 
 
Əsərdə  təsvir olunan çobanlar da xalqımıza məxsus kişilik, xeyirxahlıq kimi 
keyfiyyətlər nümayiş etdirirlər. Onlar qaşın sazağında Humayı huşsuz halda taparkən 
qıza qayğı göstərir, anasını çağırır, çiyinlərinə götürüb atasının evinə aparırlar. Bu 
çobanlardan bəziləri Gəray bəyi özünə düşmən hesab etsə  də  bəyin ağır günündə 
kişilik nümunəsi göstərirlər: 
 
– Alın yapıncını, bürüyün onu, 
Canı var... Tez olun, tonqal qalayın! 
Aləmə car çəkib, bir xəbər yayın! 
Zəhərdir bu şirin dünyanın sonu. 
Gəray bəy ölməmiş, sağdır dünyada 
Atadan, babadan böyüyümüzdür; 
İndi pis günüdür, bir dərdi yüzdür, 
Bizimdir namusu hər kim olsa da... 
Mehriban çobanlar durub yanaşı 
Humayı çiyninə götürüb gedir... (133, 73) 


 
 
115
Ümumiyyətlə isə xalq həyatı  və  məişətinin poetik təsviri «Komsomol 
poeması»nda qabarıq verilmiş, canlı etnoqrafik lövhələr yaradılmışdır. 
Sazın və çoban neyinin səsi, yaslı gəlinlərin ağı deyib ağlaması, kənd həyatına 
məxsus digər mərasimlər Humayın gündəlik gördüyü və  eşitdikləridir. O, səhərlər 
başqa kənd qadınları kimi səhəngi götürüb bulaqdan su gətirir, ev işləri ilə  məşğul 
olur. 
Şair onun axşamlarını isə belə təsvir edir: 
 
Qaranlıq döşünü gərdiyi zaman 
Onun da ruhuna qaranlıq çökür. 
Çırmayıb qolunu itə yal tökür; 
Qapının ağzında paltar-palazdan 
Nə varsa içəri götürür asta, 
Cehiz sandığına bir qıfıl vurur... (133, 15) 
 
Bu cür həyat tərzi, demək olar ki, bütün kənd qızlarına xas olmuşdur. Buradan 
məlum olur ki, Azərbaycan qadınları  həmin illərdə yalnız ev işləri ilə  məşğul 
olmuşlar. 
Poemada kişilərin bir yerə  yığışıb «güləşdən, güllədən, ölümdən, qandan» 
danışması, Zal oğlu Rüstəmin, Koroğlunun, Qıratın, Molla Nəsrəddinin xatırlanması 
isə kəndin axşam məclislərində baş verir. Şair bununla həm də xalqın öz folkloru ilə 
bağlılığına işarə etmişdir. 
Biz  əsərdə  kənd süfrəsinin nemətləri ilə tanış oluruq. Məlum olur ki, kənd 
adamları ağartı məhsullarına üstünlük verir, qatıq, qaymaq, yağ və pendirlə şam edir, 
sonra çay içirlər. 
Səməd Vurğun kasıb evinin – Qızyetər qarının daxmasının təsvirini dəqiqliklə 
vermişdir: 
Yerliyi üç metr dərin qazılmış 
Bir daxma görməmiş nə bahar, nə qış... 
Nəmli divarları məzar kimi dar, 
Duyan ürəkləri sıxıb ağladar. 


 
 
116
Kərəni, pərdisi hörümçək toru
Deyirlər kasıbın bilinməz goru. 
Hisli buxarısı kömürdən qara, 
Qaranlıq qapısı küsüb dağlara... 
Burda ömr eləyir Qızyetər qarı, 
Əvvəlki qüvvədən düşmüş qolları. 
Çoxdandır kiriyib əyri cəhrəsi, 
Atılıb bir yana odun dəhrəsi, 
Nə od var, nə ocaq, nə urvalıq un, 
Büzüşüb bir küncdə yamaqlı xurcun. 
Həsrətli gözlərlə boylanır qarı 
Külləri soyumuş ocağa sarı. (133, 23) 
 
Xalq yazıçısı Mehdi Hüseyn şairin bu təsvirini belə  səciyyələndirmişdir: 
«Yoxsul azərbaycanlı kəndlisinin daxmasını... heç bir şair bu qədər aydın, bu qədər 
canlı  təsvir etməmişdir, desək, qətiyyən yanılmarıq. Bu daxmanın təsvirində hansı 
təfərrüat uydurulmuş, hansı qaranlıq bucaq sehrkar rəssam fırçasının qüdrəti 
sayəsində işıqlandırılmamışdır?». (131, 15) 
Doğrudan da yuxarıdakı parçada kasıb evinin-qaradamın daxilinin təsviri ilə 
yanaşı, ev sahibinin həyat tərzi, onun maddi məhrumiyyət və ehtiyacları da öz əksini 
tapmışdır.  Əyri cəhrənin səssiz dayanması, dəhrənin bir küncə atılması, buxarının 
yanmaması, boş xurcunun büzüşüb qalması  Qızyetər qarı üçün həyatın sönməsinə 
işarədir. Xurcun ona görə küncə atılmışdır ki, içərisi boşdur, kül ona görə 
soyumuşdur ki, ocağı yandırmırlar. 
Burada işlənmiş «kərən», «pərdi», «buxarı», «cəhrə», «xurcun», «ocaq», «urva», 
«dəhrə» sözləri şairin xalq həyatına bələdliyini bir daha nümayiş etdirir. 
«Komsomol poeması»nda xalqımızın  ən qədim  ənənəvi mərasimlərindən olan 
Novruz bayramının təsvirinə xüsusi yer ayrılmışdır. 


 
 
117
Axır çərşənbədir.... İl tamam olur... 
Bu il, – kənd içində danışır hamı, 
At üstündə gəlmişdir Novruz bayramı 
Qulunlu at üstə... 
Bu bir muraddır. (133, 53) 
 
İl qulunlu at üstündə  gəlmişdir.  Şair ulu xalq təsəvvürlərinə istinad edərək 
bildirir ki, bu, yaxşı  əlamətdir, bolluq olacaq. Hər bir qapıda tonqal çatılması  və 
uşaqların tonqal üstündən tullanması, kosanın  şən zarafatları, qız-gəlinlərin  əllərinə 
xına yaxması, Humayın öz bəxtini sınamaq üçün suya iynə salması və qapı pusmağa 
getməsi  ən qədim qaynaqlara söykənir. Aşağıdakı misralar həm də Azərbaycan 
etnoqrafiyasının öyrənilməsi baxımından  əhəmiyyətlidir və  şairin bu sahədə  dərin 
bilik və məlumata malik olduğunu göstərir: 
 
Baxın, hər qapıda bir tonqal yanır  
Uşaqlar hoppanır od-alov üstdən.  
Göyə şölə düşür, yer işıqlanır,  
Od da yandırmayır heç kəsi qəsdən. 
...Kosanın başında bir keçə papaq,  
Zınqırov da asıb lap kəlləsindən.  
Onun çıxardığı oyunlara bax – 
Nə üzdən tanınır, nə də səsindən.  
Gah olur mələyir qoyunsayağı,  
Gah da bir at olub kişnəyir kosa.  
Yüz qapıya dəyir onun ayağı,  
Yüz evdən pay alır o heç olmasa...  
Bəzənib-düzənib gəlinlər, qızlar  
Xına da qoyurlar öz əllərinə... (133, 54) 
Xalqımız arasında belə bir inam yaşayır: «İlin, ayın axırında bulaqdan, yaxud 
axar sudan «lal su» gətirilir... Suyu qaba töküb  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə