Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

 
 
126
mədov inqilabi fəaliyyət göstərmiş, sonradan partiya və sovet işlərində çalışmışlar. 
Bu  şəxslərdən birincisi elə  həyatda da «Sarı  Şəmistan» kimi tanınmış, ikincisi isə 
«Topal Kərəm» adı ilə məşhur olmuşdur.
*

 
«Şair fəal həyat müşahidəçisi idi. 1947-ci ildə canlı müşahidə etdiyi bir ailə ha-
disəsindən müqəəssir olaraq «İki sevgi» adlandırdığı realist səpgili bir dram əsərinin 
iki kiçik səhnəsini yazdı. Burada, şairin özünün dediyi kimi, məqsədi «... böyük ilk 
sevgi duyğusunu müqəddəs bir şey kimi necə qorumaq lazım gəldiyindən danışmaq» 
idi. Lakin sonralar bu başlanğıç şairi təmin etmədi və həmin yazını birdəfəlik kənara 
qoydu. Bunun əvəzində «Aygün» poemasını yazdı». (173, 149) 
Səməd Vurğun «Aygün»ü (1952) epik səpgidə  qələmə almışdır. Burada 
həyatdan götürülmüş canlı lövhələr yaradılmış, daha çox öz fərdi cizgiləri ilə yadda 
qalan obrazların daxili aləmi, hiss və düşüncələri, istək və arzuları,  əzab və 
sarsıntıları göstərilmişdir. 
Təəssüflə qeyd etmək lazımdır ki, «Aygün» Səməd Vurğuna qarşı yeni hücum 
və ittihamlar üçün növbəti bəhanə olmuşdur.   1937-1938-ci illərdən fərqli olaraq 
həmin illərdə, yəni 1952-1953-cü illərdə şairi «hökmdarın hüzuruna» çağırmamışlar, 
o özü buna cəhd etsə  də imkan verməmişlər. Lakin ona çevrilmiş ittihamlar məhz  
respublikanın yuxarı dairələrində hazırlanmış, icrası isə ayrı-ayrı adamlara 
tapşırılmışdır, daha doğrusu, həmin adamlar bu aksiyaların məcburi iştirakçılarına 
çevrilmişlər. 
Vaqif Səmədoğlu bir hadisəni belə xatırlayır: «Qazaxdaydıq. Damcılı bulağa 
gedən bir yolun tozunu qaldırırdıq maşınla. Yol qırağında bir oğlan uşağı beş-on 
qoyun otarırdı. Atamla endik. 
-A bala, adın nədir?- soruşdu Səməd Vurğun. 
-Vaqif! 
-Bu necə oldu, ə? Sən - Vaqif, bu - Vaqif, mən də Vaqif...  
                                           
** Профессор Садыг Шцкцров бу барядя айрыжа мягаля йазмышдыр. 


 
 
127
Kim vardısa orda-hamısı gülüşdü. Atamdan başqa. O, gülə bilməzdi. 
Çünki 1952-ci il idi. O il Səməd Vurğunun qulağına tez-tez Cıdır düzündən bir 
səs gəlirdi. Beli qırılmış ulu babasının fəryadı: 
-A bala, özündən muğayat ol!». (160) 
 «Hürmüz  və  Əhrimən» poemasının yazılıb başa çatdırılmasına mane olan, 
«İnsan» pyesini «mücərrəd əsər» kimi damğalayan, neçə-neçə dəyərli şerin üstündən 
qara xətt çəkən «tənqidçilər» bu dəfə şairin «Aygün» poemasını hədəf seçmişdilər. 
Poema «İnqilab və mədəniyyət» curnalında dərc edildikdən sonra «Kommunist» 
qəzetində(107) M.Quluzadənin, «Ədəbiyyat qəzeti»ndə (38) isə M.C.Cəfərovun 
tənqidi məqalələri çap olundu. 
Səməd Vurğunun ev muzeyində mühafizə olunan bir sıra materiallar -onun 
respublika rəhbərliyinə yazdığı ərizə və teleqramın surətləri, «M.Quluzadənin «ədəbi 
səyanəti» adlı  məqaləsi,  şair Zeynal Xəlilin xatirələri və s. məhz həmin vaxtlar - 
1952-ci ildə  şairə qarşı hazırlanmış növbəti aksiya barədə  məlumat verir.

 Deməli, 
«tənqidi məqalələr» Səməd Vurğunu aradan götürmək üçün yeni bir bəhanə 
olmuşdur. Mərhum yazıçı Süleyman Vəliyev öz xatirələrində belə yazmışdır: «Hər 
işim yaxşı gedirdi. Birdən yenə rüzgar dəyişdi, yenə başımın üstünü qara buludlar 
aldı. Böyük Vətən müharibəsində düçar olduğum qəzalarla  əlaqədar olaraq məni 
daxili işlər idarəsinə çağırıb dindirirdilər. Əsl məqsəd bu idi: bəzi məsələlərdə onlara 
«kömək etmək»,  ən başlıcası  Səməd Vurğuna qarşı  çıxmaq, onu izləmək, böhtan 
atmaq... Məni sorğu-suala çəkən müstəntiq Artur Baxşıyevin
*
  bu sözləri indi də 
qulağımdadır: 
- Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O, ürəyi rəhm-
lidir, kömək edər... Söhbətarası eşidəcəksiniz  
                                           

 Бу материалларын бязилярини шаирин гызы А.Вякилова мятбуатда юзцнцн юн сюзц иля дярж етдирмишдир. 
*
 С.Вялийев мцстянтигин адыны вя фамилийасыны дяйишдирмишдир. 


 
 
128
ki, o, millətdən danışır, pantürkizmi müdafiə edir... 
Mən qəti etirazımı bildirdim: 
-Mən belə  işlərlə  məşğul ola bilmərəm.  Əgər razılıq versəm də, Səməd məni 
evində qəbul etməz, deyər ki, nasir deyiləm, əsərinizi nasirə oxuyun...»(176, 98) 
Şair Zeynal Xəlilin xatirələrində oxuyuruq: «Poema çap olundu. Bir azdan sonra 
isə «Kommunist» qəzetində  tənqidçi M.Quluzadənin poema haqqında bir məqaləsi 
dərc edildi... Bir az da keçdi, daha bir çox məsələlər aydın oldu. Aydın oldu ki, bu 
məqalənin dərc edilməsində M.Quluzadə yalnız əldə bir oyuncaq olmuşdur. Məqalə 
Səmədi ləkələmək, onu məhv etmək niyyəti ilə Mircəfər Bağırov və onun ən yaxın 
əlaltıları olan... şöhrəstpərəst və vicdansız adamlar tərəfindən yazılmış, bu yolla çap 
olunması təşkil edilmişdir».(178). 
  Azərbaycan Respublikası EA-nın müxbir üzvü Əziz Mirəhmədov həmin 
məqalənin məhz, bir neçə  şəxs tərəfindən yazıldığını belə xatırlayır: «Aygün» haq-
qında Quluzadənin məqaləsi mətbəəyə göndəriləcəyi gün təsadüfən mən redaksiyada 
idim. Məqalənin makinadan çıxan səhifələrini iki-iki, üç-üç gətirib oxuyur və 
səliqəyə salırdılar...  Əlbəttə, redaksiyanın «gizli sirləri»nə hörmət  əlaməti olaraq 
həmin məqalə haqqında heç bir sorğu-sual verə bilməzdim və vermədim. Amma 
məqalənin «Aygün» barəsində olduğunu həm sərlövhəsindən, həm də qeyri-ixtiyari 
gözümə sataşan bəzi sözlərdən  şəksiz başa düşdüm. Bir şey diqqətimi xüsusi cəlb 
etdi. Makinadan gələn çirkli, yəni oxunub təshih olunmuş səhifələr üzərində nə qədər 
qələm gəzmişdi...  İxtisar və  təshihlərdən, sətirlərin arasındakı  əlavələrdən başqa, 
haşiyələrdə bir çox iri parçalar əlavə olunmuşdu. Deməli, məqalə üzərində kimsə çox 
sərbəst «əməliyyat» aparıb, eyni zamanda, ürəyini boşaltmışdı».(97, 235-236). 
 Zeynal 
Xəlilin və  Əziz Mirəhmədovun xatirələrindən o da məlum olur ki, bu 
məqalə birmənalı qarşılanmamışdır.  Şairin bədxahları bundan sevinmiş, onun yara-
dıcılığının pərəstişkarla- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə