Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

 
 
136
1933-cü ildə Almaniyada faşistlərin hakimiyyət başına gəlməsi ilə müharibə 
təhlükəsi xeyli yaxınlaşmışdı. Görkəmli ictimai xadimlər, dövlət adamları, alimlər,  şair 
və yazıçılar bu təhlükəni hiss edir, bəşəriyyətin taleyi üçün narahat olur və bunu hamıya 
bildirməyə çalışırdılar. 
Faşizmə qarşı mübarizə Azərbaycan ədəbiyyatında da müharibədən əvvəl öz əksini 
tapmışdı. Böyük Vətən müharibəsi və Azərbaycan  ədəbiyyatı  məsələləri ilə bağlı 
geniş tədqiqat aparmış akademik Bəkir Nəbiyev müharibə ərəfəsi şerimiz haqqında 
belə yazmışdır: «Poetik həssaslıq və siyasi sayıqlıq nümunəsi göstərən  şerimiz 30-cu 
illərin sonlarında faşizm toxumunun çox sürətlə yayıldığını bildirir və onun qarşısını 
almağa çağırırdı».(119, 21). 
Bu dövrdə S.Vurğun da öz əsərlərində faşizmin mürtəce və antihumanist 
mahiyyətini ifşa edir və bildirirdi ki, faşizm dünyanın bütün xalqlarının birgə səyi ilə məhv 
ediləcəkdir.  Şairin həmin mövzuda qələmə aldığı «Rot-Front», «Ölüm kürsüsü» kimi 
əsərləri xüsusi əhəmiyyətə malik idi. Bu əsərlərdə faşizmin bütün dünya xalqlarının, 
o cümlədən alman xalqının qəddar düşməni olduğu göstərilirdi. 
Şairin «Cəbhədə», «Vətən ordusu», «Qızıl əsgər» və s. şerlərində dövrün ümumi 
əhval-ruhiyyəsinə uyğun olaraq Vətənin müdafiəsi, qəhrəmanlıq, vətənpərvərlik ön plana 
çəkilir, sayıq olmaq çağırışı güclü verilirdi. 1936-cı ildə ölkənin Müdafiə Komissarının 
Bakıya gəlişi münasibətilə şair ona ünvanladığı məktubunda yazırdı: 
 
Bu ağ günümə göz dikənlər var,  
Hələ dövrəmizdə durur yağılar...  
Dağlara bir daha duman gələndə  
Sənin hər əmrinə hazıram mən də... (131,  226) 
 
1938-ci ildə qələmə alınmış «Qızıl əsgər» şerində bu hiss da- 


 
 
137
ha da konkretləşdirilmişdir.  Şair göstərir ki, ölkəmizdə yaşayan xalqlar arasındakı 
birlik düşmənin silahından güclüdür. Azərbaycanın mərd oğulları da gələcək 
mübarizələrə hazırdırlar: 
 
Düşmən çox da güvənməsin öz topuna, tüfənginə, 
Bizdə qardaş insanların bir-birinə köməyi var.  
Bir qıy vursam bu gün dünya düşmənlərə dar kəsilər, 
Azərbaycan dağlarında Koroğlunun ürəyi var. (132,  22) 
S.Vurğuna xas olan uzaqgörənlik bu şerdə öz konkret ifadəsini tapmışdır: 
 
Qaqqıldaşıb güləcəyik faşistlərin vay gününə,  
Günəş bir boy göstərəndə qaranlığın ölməyi var. (132, 22) 
1931-ci ildə «Biz hərb istəmirik, hərbə hazırıq» deyən S.Vurğun 1941-ci il iyunun 
22-də müharibənin ilk günündə belə yazdı: 
 
Bilsin ana torpaq, eşitsin Vətən,  
Müsəlləh əsgərəm mən də bu gündən.  
Bu gün bir süngüdür əlimdə qələm,  
Mənim bayrağıma göz dikir aləm. (132,  66) 
 
«Vətənin keşiyində» adlanan bu şer şairin Vətən və xalq qarşısında müqəddəs andı 
idi. Bu misralar bütün Azərbaycan xalqının ümumi əhvalını ifadə edirdi. Bu qanlı savaşı 
«Böyük Vətən müharibəsi» yox, «rus-alman müharibəsi» adlandıranlara xatırlatmaq 
yerinə düşərdi ki, faşistlər təkcə Rusiya üzərinə deyil, SSRİ adlanan bir ölkənin üzərinə 
hücum etmişdilər. Ona görə  də faşistlərə qarşı yalnız ruslar deyil, Sovet İttifaqında 
yaşayan bütün xalqlar, o cümlədən azərbaycanlılar vuruşurdular. 1994-cü il noyabrın 28-
də ümumxalq toplantısında Azərbaycanın xalq şairi Qabil öz çıxışında belə dedi: 
«Mənim yadıma 1941-ci ildə  


 
 
138
müharibənin birinci günü böyük şairimiz Səməd Vurğunun öz səsi ilə radiodan 
eşitdiyim şeri düşdü: 
 
Bilsin ana torpaq, eşitsin Vətən,  
Müsəlləh əsgərəm mən də bu gündən!.. 
 
S.Vurğun bu şerini o dövrün, o tarixin hökmünə görə tamamilə düzgün olaraq, 
qanuni olaraq Stalinə müraciət ilə bitirirdi: 
 
Əzizim Stalin, arxayın ol sən,  
Sənin hər əmrinə hazırdır Vətən».(23). 
 
Bu fikrə biz də  şərikik. Həmin illərdə Azərbaycan  ədəbiyyatında yeni 
keyfiyyətlər meydana gəldi. Qələmə alınan  əsərlərdə  vətənpərvərlik duyğuları ön 
plana keçdi, Vətənin müdafiəsi, birlik, düşmənə nifrət və s. hisslər şerdə mühüm yer 
tutmağa başladı. Bu da təbii idi. Çünki «...Azərbaycan şairlərinin əsərlərində sıx-sıx 
işlədilən «Vətən» məfhumu təkcə  mənsub olduğu yurddan, diyardan, Azərbaycan 
Sovet Sosialist Respublikasından ibarət deyildi. Əksər hallarda böyük hərflə yazılan, 
bununla da qüdrət və əzəməti bir daha bariz şəkildə qeyd olunan «Vətən» məfhumu 
şerimizdə Arazın sahillərindən  Şimal Buzlu Okeanınadək, qədim Belorus 
torpaqlarından Kamçatkayadək bütün Sovet Sosialist Respublikaları  İttifaqını  əhatə 
edir, xalq deyəndə isə bütün millətlərdən olan sovet xalqı nəzərdə tutulurdu».(119). 
Vətənpərvərliyi tərənnüm edən şairlərimiz xalqlar dostluğuna da geniş yer ayı-
rırdılar. Bu, müharibə dövrü ədəbiyyatının qarşısında duran əsas vəzifələrdən idi. 
Faşistlər belə hesab edirdilər ki, müharibə başlanan kimi SSRİ-də yaşayan ayrı-
ayrı millətlər arasında ixtilaf baş verəcək və beləliklə  də ordunun özü dağılacaqdır. 
Faşist ideoloqları bu istiqamətdə geniş təbliğat da aparırdılar. Ədəbiyyat xadimlərinin 
əsas vəzifələrindən biri də bu təbliqatı puça çıxarmaq, öl- 


 
 
139
kədə yaşayan müxtəlif millətlər arasında birliyin möhkəmləndirilməsinə nail 
olmaqdan ibarət idi. Məhz bu yöndə aparılan iş müharibədə  qələbənin  əsl 
amillərindən oldu. 
Səməd Vurğunun müharibə dövründə  həm  əməli fəaliyyəti, həm də  bədii 
yaradıcılığı xüsusi qeyd edilməlidir. Bu illərdə şair tez-tez döyüşən orduda və arxada 
cəbhədə olur, döyüşçülər və  əməkçilər qarşısında çıxış edir, onları ruhlandırırdı. 
S.Vurğunla birlikdə ön cəbhədə olmuş xalq şairi Rəsul Rza onun döyüşçülərlə 
görüşlərini belə xatırlayırdı: «Əsasən azərbaycanlılardan ibarət olan hərbi hissələrdə 
keçirdiyimiz bütün görüşlərin mərkəzində Səməd dururdu. Onu hər yerdə tanıyırdılar 
(bu, heç də asan deyildi, çünki hamımız qulaqlı papaq, sırıqlı gödəkcə, uzunboğaz 
çəkmə geymişdik, günlərlə üzümüzü qırxa bilmirdik, bir sözlə, çox alabəzək 
görkəmimiz vardı), «Şairimizə  eşq olsun! Vurğuna salam!» sözləri ilə 
salamlayırdılar. 
Səməd çıxışına adətən şerlə başlamırdı. O, ən adi şeylər - ailə, qeyrət haqqında 
danışır, yeri gəldikcə Azərbaycanın  şəhər və  kəndlərində xalqın necə yaşadığından, 
cəbhəyə necə kömək etdiyindən söhbət açırdı. O, söhbətinin həyəcanını, gərginliyini 
getdikcə artırır, Azərbaycan xalqının zəngin qəhrəmanlıq tarixindən misallar gətirir, 
onun dostluğa sədaqəti, beynəlmiləlçilik  ənənələri haqqında danışırdı... Səmədin 
çıxışları hər yerdə əsgərlər arasında böyük ruk yüksəkliyi doğururdu».(97, 209-210) 
Müharibə illərində S.Vurğunun  şerləri ilə birlikdə  məqalələri, mitinq və 
yığıncaqlardakı çıxışları da geniş yayılmışdı. Onun 1941-ci il iyul ayında Ümumbakı 
ziyalılarının mitinqində  çıxışı, 1942-ci ilin fevralında Ümumittifaq radiosu ilə 
«Koroğlu nəsillərinə bizim salamımız» və noyabr ayında Moskvada ədəbiyyat və 
incəsənət xadimlərinin mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı  çıxışları, 
«Taqanroq qəhrəmanlarına eşq olsun», «Müharibə  və poeziya», «Faşizmin 
dəhşətləri», «Müharibə dövrü Azərbaycan yazıçılarının fəaliyyəti haqqında» və s. 
çıxışlarında milli qürur və qələbəyə inam hissləri ifadə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə