Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

 
 
146
da, Azərbaycan Respublikasını qoruyur. Şair döyüşçülərə müraciət edərək deyirdi: 
«Siz öz analarınızın, arvad-uşaqlarınızın həyatını və namusunu faşist quldurlarından 
və  vəhşilərindən qoruyursunuz. Siz bizim qədim milli mədəniyyət abidələrimizi 
qoruyursunuz. Siz dünya ədəbiyyatı tarixində bədii fikrin dahi ustadlarından birinin – 
Nizaminin məqbərəsini qoruyursunuz. Siz insan gözəlliyinin misilsiz nəğməkarı 
Vaqifin nəğmələrini qoruyursunuz».(155). S.Vurğun yalnız bir döyüşdə 73 faşist 
quldurunu məhv edən Böyük Vətən müharibəsi qəhrəmanı İsrafil Məmmədovun, bir 
döyüşdə 7 faşist təyyarəsini vurub salan, 17 yerindən yaralansa da, öz təyyarəsini 
xilas edən 22 yaşlı Hüseynbala Əliyevin igidliyindən ürək dolusu danışır. 
Bu çıxışda şairin öz döyüşçü həmyerlilərinə tövsiyələri, el ağsaqqalının müdrik 
məsləhətlərini xatırladır. O deyir: «Ehtiyat igidin yaraşığıdır». Qəhrəman 
babalarımızın bu müdrik kəlamını heç vaxt unutmayın. Qələbənin ən az qurbanlarla 
başa gəlməsinə çalışın, döyüşdə bir-birinizi qoruyun, çünki sizin hər birinizin həyatı 
sonrakı mübarizələr üçün, minlərlə faşist quldurunun məhv edilməsi üçün lazımdır. 
Döyüşdə cəld və ehtiyatlı olun, vuruşlara isti ürək və ağılla gedin».(155). 
S.Vurğun bu çıxışında da faşizmin  əsil simasını açır, onun mürtəce və  işğalçı 
mahiyyəti barədə  məlumat verir. Şair göstərir ki, düşmən amansız, rəhmsiz və 
hiyləgərdir. O, Avropanın qul etdiyi xalqlarından  ələ keçirdiyi hərbi texnika ilə 
öyünsə  də, bizim qarşımızda öz qəhrəmanlığı ilə lovğalana bilməz. Biz yalnız 
silahımızı deyil, yenilməz iradəmizi də düşmənə qarşı qoymuşuq. S.Vurğun deyir ki, 
oğru və quldurun sifəti tez dəyişən və dönük olur. Faşistlərin hərəkəti bunu bir daha 
sübut etdi. Onlar əllərini qaldıraraq əsir düşür, yalvarır, aman diləyirlər. Şairin tələbi 
isə  qəti və aydındır: «Yox! Bu cür vəhşiliklər edən, yurdumuza bu qədər fəlakət 
gətirən, həyatımıza qəsd etmək istəyənlərin yaşamağa haqqı yoxdur».(155). 
Faşizmə qarşı aparılan müharibədə xalqımızın mütləq qələ- 


 
 
147
bə çalacağını elan edən, yüksək vətənpərvərlik duyğuları  aşılayan, faşizmin 
mahiyyətini, faşistlərin məqsədini açıqlayan bu çıxış erməni təcavüzkarlarına qarşı 
mübarizə apardığımız indiki dövrdə də əhəmiyyətlidir. 
S.Vurğunun müharibə illərində  əməli fəaliyyəti onun həm də görkəmli bir 
antifaşist kimi tanınmasına səbəb olmuşdur. Heç də  təsadüfi deyildir ki, görkəmli 
filosof və ədəbiyyatşünas Heydər Hüseynov həmin vaxt S.Vurğun haqqında yazdığı 
məqaləyə belə ad seçmişdi: «Antifaşist şair». 
Şairin 1942-ci ilin noyabr ayında Moskva şəhərində  ədəbiyyat və incəsənət 
xadimlərinin antifaşist mitinqindəki çıxışı da böyük maraq doğurur.

 İttifaqlar evinin 
Sütunlu solonunda keçirilmiş  həmin mitinqdə görkəmli  ədəbiyyat və incəsənət 
xadimlərindən A.Tolstoy, İ.Moskvin, M.Xrapçenko, D.Şostakoviç, A.Gerasimov, 
A.Aleksandrovskaya,  İ.Sudakov və başqaları  çıxış etmişlər. S.Vurğun öz çıxışında 
ölkənin mədəniyyət sərvətlərinin faşist quldurları  tərəfindən oğurlanmasına qarşı 
kəskin etirazını, qəzəb və nifrətini ifadə etmişdir. Bu sərvətlərin «xüsusi təyinatlı 
batalyon»dan olan faşistlərin oğurlamasını  şair məhz faşizmin təbiəti ilə bağlayır. 
S.Vurğunun fikrincə, mədəniyyət, xalqları «yeni alman ağalığı sinfi»nə tabe etmək, 
vicdan və namus anlayışlarının inkarı, bəşəriyyəti orta əsrlərə qaytarmaq cəhdləri 
kimi faşist anlayışları ilə bir araya sığmır.  
Şair «Azərbaycan xalqının yazıçısı  və övladı» kimi rus, Ukrayna və Belorus 
xalqlarına məxsus mədəniyyət sərvətlərinin faşistlər tərəfindən oğurlanmasına qəti 
etiraz edir. O deyir ki, Azərbaycan xalqı alman «sənətşünaslarının və  şairlərinin» 
hoqqalarını yaxşı bilir. Hələ ötən əsrdə belə alman şairlərindən biri –  
                                           

 Шаирин «Литература и искусство» гязетиндя (30 нойабр 1942-жи ил) «Бессмертна культура Кавказа» ады иля дярж 
олунан  щямин  чыхышы  тядгигатчыларын  диггятини  жялб  етмямиш,  дилимизя  чеврилмямишди.  Биз  щямин  чыхыша  раст  эялдикдян 
сонра юн сюзля бирликдя дярж етдирмишик.  


 
 
148
Bodenşdet Azərbaycan  şairi M.Ş.Vazehin  şerlərini öz adına çıxmaqla  şan-şöhrət 
sahibi olmuşdur. S.Vurğun bu sıxışında da qələbəyə böyük inamını ifadə etmişdir: 
«Faşistlərin ayaqları  nə Moskvaya, nə Leninqrada, nə  də Azərbaycan torpağına 
dəyəcəkdir. Azərbaycan torpağında dahi Nizaminin sərdabəsi var, mənim xalqımın 
romantik ruhunun simvolu olan möhtəşəm Qız qalası bu torpaqdadır».(209).  
S.Vurğun müharibə dövründə  həm də Azərbaycan Yazıçılar  İttifaqı idarə 
heyətinin sədri kimi respublikada ədəbi prosesə başçılıq edir, gənc  ədəbi qüvvələrə 
qayğı göstərir, mədəniyyətimizin inkişafı ilə bağlı müxtəlif tədbirlərin 
hazırlanmasında və keçirilməsində əməyini əsirgəmirdi.  
Müharibənin ən ağır günlərində, 1942-ci ilin may ayında məhz onun təşəbbüsü 
ilə Bakıda Ziyalılar evinin təşkili respublikanın mədəni həyatında  əlamətdar hadisə 
olmuşdur.  Şair ziyalılar evinin açılışında çıxış edərək müasir mərhələdə ziyalıların 
qarşısında duran vəzifələrdən danışmışdır. Adəti üzrə öz çıxışına  şerlə başlayan 
S.Vurğun bu dəfə «Səhər-səhər» şerini oxumuşdur:  
 
Qara bulud sallamasın ətəyini sərhəd boyu,  
Mən dünəndən doldurmuşam patronumun darağını.  
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir, 
Hər bir sözüm saldıracaq min faşistin yarağını.   
 
S.Vurğun faşizmin yırtıcı mahiyyətindən danışaraq demişdir ki, faşizm bütün 
bəşəriyyətin düşmənidir. Alman-faşist quldur dəstələrinin darmadağın etmək, 
mədəniyyəti müdafiə etmək deməkdir, milyonlarla adamı  qırılmaqdan və 
dilənçilikdən qurtarmaq deməkdir.  Şair xüsusi olaraq qeyd etmişdir ki, xalqımız və 
onun ziyalıları öz vətənini, şərəfini və azadlığını köksü ilə müdafiə edir.  
S.Vurğun çıxışının sonunda bütün ziyalıları orduya yardımı daha da 
qüvvətləndirməyə, onun üzərinə düşən xilas- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə