Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

 
 
149
karlıq vəzifəsi kimi tarixi bir vəzifəni yerinə yetirməklə var qüvvə ilə yardım etməyə 
çağırmışdır.(46). 
S.Vurğun Yazıçılar  İttifaqının müxtəlif müşavirə  və  yığıncaqlarında ümumən 
Azərbaycan  ədəbiyyatının inkişafı ilə bağlı bir sıra məsələlər barədə  də danışmış, 
mülahizələrini söyləmişdir.

 
Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin 1942-ci il oktyabrın 22-də olmuş 
iclasında  şair müasir ədəbiyyatın qarşısında duran vəzifələr baxımından təşkilatın 
mətbu orqanlarında dövrün tələblərinə uyğun publisistik və tənqidi məqalələrin dərci, 
ali məktəblərdə müasir ədəbiyyatın tədrisi və klassik ədəbi irsin düzgün tədqiq 
edilməsinin əhəmiyyəti məsələlərindən danışmışdır. O demişdir: «…Ədəbiyyatımıza 
gələn gənc yazıçıların əsas nöqsanlarından biri ondan ibarətdir ki, çox zaman bu yeni 
yazan gənclər gözəl istedada malik olduqları halda, ümumi ədəbi, elmi bilik cəhətdən 
səviyyələri aşağı olur. Bunun nəticəsində onların yazdıqları  şer və hekayələr fikri 
cəhətdən yoxsul və bədii cəhətdən zəif çıxır».(51). Buna görə də S.Vurğun gənclərin 
ədəbi təhsil məsələsini lazımi yüksəkliyə qaldırmaq, ali məktəblərdə müasir 
ədəbiyyatın tədrisini yaxşılaşdırmaq üçün ciddi qayğı göstərməyi yazıçı, tənqidçi və 
ədəbiyyatşünaslardan tələb edirdi. Şair bu işdə  «Ədəbiyyat qəzeti»nin, «İnqilab və 
mədəniyyət» curnalının oynaya biləcəyi əhəmiyyətli rolu da qeyd edirdi. 
S.Vurğun milli mədəniyyətimizi dərindən əxz etməyi yalnız gənc ədəbi qüvvələr 
qarşısında deyil, yaşlı  nəslin qarşısında da bir vəzifə kimi qoyurdu. Yazıçılar 
İttifaqında 1943-cü il iyunun 30-da keçirilmiş müşavirədə o bu barədə maraqlı 
mülahizələr söyləmişdir. Şair müşavirəyə yekun vuraraq, mübahisələrə səbəb olmuş 
bir sıra məsələlərdən, o cümlədən yazıçılarımızın qərb  ədəbiyyatından öyrənməsi 
məsələsindən danışmış, buna öz münasibətini bildirmişdir. O, qeyd etmişdir ki, qərb 
ədəbiyyatını, onun  
                                           

    С.Вурьунун  бу  гисмдян  олан  чыхышларынын  бюйцк  яксяриййяти  дярж  олунмамыш,  йалныз  стенограмларда,  ижлас 
протоколларында вя гязет мялуматларында галмышдыр. Биз бу мянбялярдян йери эялдикжя истифадя етмяйя чалышмышыг. 


 
 
150
görkəmli nümayəndələrini dərindən öyrənmək bizim borcumuzdur. Şair, eyni 
zamanda belə demişdir: «Lakin yazıçılarımız gərək öz xalqımızın ruhunu, qocaman 
və  zəngin tarixini, gözəl  ənənələrini dərindən bilsinlər, ona arxalansınlar, onunla 
birlikdə yaşayıb-yaratsınlar».(49). 
S.Vurğunun müharibə illərində vaxt tapıb qələm dostlarının yaradıcılığı ilə 
maraqlanması, onlara qayğı göstərməsi də xüsusi qeyd olunmalıdır. Onun 
Ü.Hacıbəyovun yaradıcılıq gecəsində, Mir Cəlalın,  Ə.Məmmədxanlının və 
İ.Əfəndiyevin yaradıcılıq hesabatlarında çıxışları  şairin mədəniyyətimizin sabahına 
qayğısının ifadəsidir. 
1944-cü il fevralın 29-da Azərbaycan Yazıçılar İttifaqının idarə heyəti yazıçı Mir 
Cəlalın yaradıcılıq hesabatını dinləmişdir. S.Vurğun bu yığıncağı giriş sözü ilə açaraq 
göstərmişdir ki, Vətən müharibəsi günlərində yazıçıların yaradıcılıq hesabatını 
dinləmək,  ədəbi məhsullarla yaxından tanış olmaq, təhlil-tənqid yolu ilə müzakirə 
etmək, müəlliflərə düzgün istiqamət vermək Yazıçılar  İttifaqının  əsas 
vəzifələrindəndir. Şair demişdir: «Müharibə dövründə bizim bir sıra gözəl şer, hekayə 
və faydalı  səhnə  əsərlərimiz yaranmışdır. Lakin cəsarətlə qeyd etmək olar ki, 
ədəbiyyatımızda müharibənin böyük dastanı  hələ  də yaranmamışdır. Biz bu dastanı 
yaratmalıyıq».(52). 
S.Vurğun müşavirənin sonunda Mir Cəlalın hesabatına yekun vuraraq ona yeni 
dəyərli əsərlər – Vətən müharibəsi dastanı yaratmaq işində yaradıcılıq uğurları arzu 
etmişdir. 
Bu  ənənənin davamı olaraq 1944-cü il martın 13-də yazıçı  İlyas  Əfəndayevin 
yaradıcılıq hesabatı dinlənilmişdir. S.Vurğun yığıncağı giriş sözü ilə açaraq Yazıçılar 
İttifaqının son illərdə yetişən ayrı-ayrı  gənc müəlliflərin yaradıcılığı ilə az məşğul 
olduğunu etiraf etmiş  və bunu işin zəif cəhətlərindən biri kimi qaymətləndirmişdir. 
Şair qeyd etmişdir ki, bundan sonra gəncliyimizin yaradıcılıq hesabatlarını tez-tez 
dinləməliyik. O, yazıçının yaradıcılıq məziyyətlərindən danışaraq demişdir: «İlyas 
Əfəndiyevin 


 
 
151
 hekayələrindən xoş bir səs gəlir.  İlyasın yaradıcılıq addımlarından bir şeriyyət səsi 
eşidilir. Bu da şübhə yoxdur ki, nəsrimizin  şerimiz səviyyəsinə qalxmasına, inkişaf 
etməsinə kömək edən yeni və qiymətli addım sayılmalıdır». (53) 
Şair müharibə şəraitində başqa qayğılarla yanaşı ədəbiyyatımızın qayğılarını da 
unutmurdu. O, belə hesab edirdi ki, İ.Əfəndiyevin yaradıcılıq hesabatını dinləyərkən 
öz hekayələrində  nə  dərəcədə müvəffəq olduğu və yaradıcılığında gözə çarpan 
nöqsanlar qeyd edilməli, gənc nasirin inkişafına kömək göstərilməlidir. 
Bu baxımdan  şairin yazıçı  Ənvər Məmmədxanlının yaradıcılıq hesabatında 
söylədikləri də diqqəti cəlb edir. S.Vurğun burada xüsusi olaraq qeyd etmişdir ki, 
Ə.Məmmədxanlının yaradıcılığı barədə çox az danışılmışdır. «Bu gün Ənvərin 
hesabatını dinlərkən, onun yaradıcılığına xüsusi qayğı ilə yanaşmalı  və kömək 
etməliyik.  Ənvər özünün gözəl hekayələri, kino-ssenariləri və  bədii tərcümələri ilə 
ədəbiyyatımızın inkişafına çalışan yoldaşlardandır».(54). 
Şair onu özünəməxsus yaradıcılıq yolu olan və oricinal yol seçən bir nasir kimi 
qaymətləndirir, dünya ədəbiyyatı klassiklərindən öyrənməsini təqdir edirdi. S.Vurğun 
onun nisbətən az yazmasını yaxşı yazmaq istəyi ilə izah edirdi. Şairin fikrincə, hər bir 
yazıçıdan çox yazmaq deyil, müntəzəm surətdə  işləmək və yaxşı  əsərlər yaratmaq 
tələb olunmalıdır. O, Ə.Məmmədxanlının yaradıcılığına da bu baxımdan yanaşır, 
yazıçının qarşısında yeni və yüksək tələblər qoyur, xalqımızın istəklərinə cavab 
verəcək böyük və bitkin əsərlər yazacağına inamını bildirir. 
S.Vurğunun müharibə dövrü fəaliyyətinin araşdırılması göstərir ki, o həmin 
illərdə həm şair, həm ictimai xadim, həm də vətəndaş kimi öz vəzifəsinin öhdəsindən 
ləyaqətlə  gəlmişdir. O bu dövrdə müxtəlif mükafatlara, bir neçə  hərbi hissənin, o 
cümlədən 223-cü Qırmızı Bayraqlı Belqrad diviziyasının fəxri  əsgəri adına layiq 
görülmüşdür.(200, 10). Rus yazıçısı, müharibə illərində  «İzvestiya» qəzetinin hərbi 
müxbiri olmuş Arkadi Perventsev çox haqlı olaraq belə yazmışdır: «Müharibə 
illərində Səməd Vur- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə