Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

 
 
160
Adın səadətlə yazıldı sirdaş. 
İndi heykəlinin mərmər daşında 
Sənin son sözlərin yazılmış, qardaş: 
«El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən. 
Anam, doğma vətənimsən, 
Ayrılarmı könül candan? 
Azərbaycan! Azərbaycan!» (132, 141) 
 
Şair bu mövzu ilə  səsləşən «Adsız qəhrəman»  şerində faşistlər tərəfindən işğal 
olunmuş şəhər və kəndlərin azad edilməsində iştirak edən azərbaycanlı döyüşçülərin 
hiss və düşüncələrini ön plana çəkmişdir. 
Hərbi xəstəxanada  şən  əhval-ruhiyyə vardır. Burada Azərbaycandan gəlmiş 
artistlər çıxış edirlər. Tarın, kamançanın səsi, «Qarabağ  şikəstəsi»,  şerlər, rəqslər 
yaralıların ağrısını unutdurmuş, onlarda sabaha böyük ümid yaratmışdır. Yaralı 
döyüşçülərdə belə bir fərəhli inam əmələ  gəlmişdir: «Gözlə  məni, zaman gələr 
görüşərik...» 
Şair birdən bu ovqatın  əksi olan lövhə yaradır: Küncdə qoyulmuş çarpayıdakı 
yaralı son dəqiqələrini yaşayır. Bu konsertdə ifadə olunan «ana yurdun xoş  nəfəsi» 
belə ona yaddır. O, şairi də eşitmir, öz adını, son sözünü deyə bilmir. Bəli, bu nakam 
da minlərlə adsız ölən Azərbaycan döyüşçülərindən biridir. Şair üzünü bu şəhidlərə 
tutur, onlara bütün xalqımız adından müraciət edir: 
 
Siz ey, Odlar ölkəsinin adsız ölən ərənləri!  
İnsan oğlu bu aləmə göz açdığı gündən bəri  
Azadlığın məşəlinə qurban olmuş pərvanə tək...  
Lakin ellər baş endirir qəhrəmanlar güzarına!  
Adsız ölən igidlərin o pərişan məzarına  
Çiçək səpir qucaq-qucaq, gül dağıdır ətək-ətək,  
 
 


 
 
161
Siz ey, Vətən torpağının vaxtsız ölən övladları!  
Ey ağ saçlı bir millətin baş şöhrəti, dünya varı! 
Alqış deyir tarix sizə!  
Bu şerim də yollar açsın,  
Günəş kimi şəfəq saçsın  
O müqəddəs qəbrinizə! (132, 148) 
 
S.Vurğunun bu silsilədən olan şerlərindən bir neçəsi konkret olaraq ayrı-ayrı 
Azərbaycan döyüşçülərinə həsr edilmişdir. Siyasi rəhbər Kamal Qasımov, təyyarəçi 
Məzahir Abbasov, ilk azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanı  İsrafil Məmmədov, 
partizan Babaş Dadaşov və faşistlərdən təmizlənmiş Oryol şəhərinə ilk dəfə bayraq 
sancan döyüşçü Hüseyn Əcdərova həsr edilmiş «Qəhrəmanın hünəri», «İgid şahin», 
«Azərbaycan balası», «Partizan Babaş» və «Bayraqdar» şerlərində vətən övladlarının 
hünəri poetik misralara çevrilir, onların zəfərləri sadalanır. Bu qəhrəmanlar,  şairin 
təsvirində milli xüsusiyyətləri ilə birlikdə öz ümumbəşəri duyğuları ilə  də yadda 
qalırlar. 
1941-ci il dekabrın 3-də Novqorod vilayətinin Pustınka kəndində 10 saat davam 
edən gərgin döyüşdə azərbaycanlı  İsrafil Məmmədov böyük qəhrəmanlıq göstərərk 
70 faşisti, o cümlədən 3 zabiti məhv etdi.(181, 7). SSRİ Ali Soveti Rəyasət Heyətinin 
11 dekabr 1941-ci il tarixli fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bu 
hadisədən bir az sonra Gəncədə, habelə  qəhrəmanın doğulduğu  Şəmkirdə  təntənəli 
mitinqlər, 1942-ci ilin mayında isə İsrafil Məmmədovun özü ilə görüş keçirilmişdir. 
Bu tədbirlərlə S.Vurğun fəal iştirak etmişdir.

 
Şair 1941-ci ilin dekabrında Gəncədə ümumşəhər mitinqində  qısa və yadda 
qalan bir nitq söyləmişdir. O, ürək dolusu, milli qürur və iftixar hissi ilə «bizim İsrafil 
Məhərrəm oğlu» deyə müraciət etdiyi qəhrəmanın hünərinin Azərbaycan xalqı üçün  
                                           

 Бу барядя Р.Таьыйевин «Хатирялярдя йашайанлар» вя Я.Исайевин «Исрафил Мяммядов» китабларында ятрафлы мялумат 
верилмишдир. 


 
 
162
unudulmaz bir bayram olduğunu xüsusi qeyd etmişdir.  Şair bu qəhrəmanlığı 
qanunauyğun bir hal hesab etmiş və bunu İsrafili yetirən milli zəmin, aldığı tərbiyə 
ilə əsaslandırmışdır: «Böyük Nizaminin vətənində yetişmiş İsrafil Qoşqar və Kəpəz 
dağlarının əzəməti ilə böyümüş, Xaçbulaq yaylaqlarının durna gözlü bulaqlarından su 
içmişdir. O, azadlıq və  səadətin böyük nemətini öz babası olan Nizami Gəncəvinin 
şer incilərindən almışdır. O, qəhrəmanlıq və cəsarəti yenə öz babası olan Koroğlunun 
Misri qılıncından öyrənmişdir».(161). 
Antifaşist  şair onu da qeyd edirdi ki, insanlığa ölüm gətirən faşizm başqa 
xalqların mədəniyyətini məhv etdiyi kimi, Azərbaycan xalqının da minillik mədəni 
tarixini məhv etmək istəyir. Lakin vətənpərvər şair möhkəm əmindir ki, Nizami kimi 
dahi bir şairin sərdabəsini öz köksündə yaşadan ana Vətənimizi faşist cəllladlarının 
yanğınlarına verməyəcəyik! 
1942-ci ildə «Kommunist» qəzeti və Azərbaycan Yazıçılar  İttifaqı ilk 
Azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanı  İsrafil Məmmədov haqqında xüsusi kitabça 
nəşr etmişlər. (161). Burada qəhrəman haqqında məqalə  və  şerlər, məktublar 
toplanmışdır. 
Kitabça S.Vurğunun «Xalqımızın iftixarı» məqaləsi ilə açılır. Şairin Gəncədəki 
çıxışının ruhu bu məqalənin də əsasını təşkil edir. Məqalə həm də müəllifin «Ananın 
öyüdü» şeri ilə səsləşir. Şairin fikrincə, İsrafil Ana öyüdlərinə – Vətənin öyüdlərinə 
sadiq qalmışdır. Çünki qəhrəmanın anası Gülsüm xala şairə belə deyib: «Mən İsrafili 
yola salan zaman, dedim ki, oğul, düşmənə heç vaxt arxanı çevirmə!..».(161, 87). 
S.Vurğun yazır: «Faşizm taunundan bəşəriyyəti xilas etmək bu gün üçün azadlıq və 
səadət uğrunda ən böyük yaxşılıq, ən böyük bir humanizmdir. İsrafil bu şərəfli işdə 
doğrudan da dastanlara düşəcək, nəğmələrdə səslənəcək bir hünər göstərdi».(161, 8). 
Şair burada qəhrəmana həsr etdiyi «Azərbaycan balası»  şerindən parçalar 
vermişdir ki, bu da məqaləni daha təsirli etmişdir. 
S.Vurğun bu şerində də İsrafilin qəhrəmanlığını ulu kökə  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə