Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

 
 
167
Şair bir fikri də vurğulayır. O demək istəyir ki, Azərbaycan xalqı kəsdiyi duz-
çörəyə sadiqdir: 
 
Sənsən ölkəmizin fikri, diləyi,  
Ayırmaq olarmı çandan ürəyi?! (132,  103) 
 
«Son misra məşhur «Azərbaycan»  şerindəki «Ayrılarmı könül candan» misrası 
ilə  səsləşir ki, bu da iki müxtəlif obyektə eyni münasibətin, eyni hissin 
ifadəsidir».(119, 45-46). 
Şer S.Vurğuna xas olan nikbinliklə tamamlanırdı: Moskvaya göz dikən «yalnız 
öz ömrünə  qəbir qazacaq!» Tarix böyük şairin uzaqgörənliyini təsdiq etdi. Moskva 
ətrafında faşist qəsbkarlarının darmadağın edilməsi göstərdi ki, doğrudan da günəşin 
üzünü pərdə tuta bilməz, həqiqət dara çəkilməz. 
S.Vurğun 1942-ci ilin əvvəllərində Moskvaya getdi. Şairin orada qələmə aldığı 
«Salam, Moskva» şeri qalib şəhərə həsr edilmişdir. 
Moskvanın «başında tufanlar qopandan bəri» şair bu şəhəri görməmişdir. Lakin 
o, gənclik yaşından sevdiyi yeri bir an unutmamışdır.  Şair yenə buradadır. Onun 
qəlbində yeni duyğular yaranmışdır.  Şair Moskvanın küçələrindən keçir, dost-
tanışlarla görüşür, fərəhlənir. 
O, Puşkinin abidəsi önündə xəyala dalır. Puşkin yenə vüqarlıdır. Tatyana isə öz 
romanını örtüb, əlinə silah götürmüşdür. İndi o, yalnız Vətənin taleyini düşünür. Şair 
onun hisslərini bu cür ifadə edir: 
 
Küləklər döydükcə al yanağını,  
Nədir gözlədiyin? – soruşuram mən,  
Deyir: gözləyirəm eşqin bağını 
Bu qopan çovğundan, əsən küləkdən!.. (132, 112) 
 
S.Vurğun bu misralarla Vətəni quduz düşməndən qoruyan  


 
 
168
xalqın sarsılmaz iradəsini ifadə etmişdir.  Şerin hər misrasında Moskvaya səmimi 
məhəbbət hiss olunur. Yenə bu şəhər öz sinəsini «pəhləvan kimi» açır, yenə nəsillər 
onun küçə  və meydanlarından karvan kimi keçir. Yenə insanlar qaynayır, «yenə  də 
işdədir yaradan əllər». Qaşlar çatılmış, baxışlar sərtləşmişdir. Çünki «indi 
müsəlləhdir bütün nəslimiz». Bütün bunlar şairə aşağıdakıları söyləməyə haqq verir:
 
 
Sən ona diqqətlə bir də qulaq as!  
Deyir bir qanunu xatirinə sal:  
Odlar içində də yanıb qaralmaz,  
Məhəbbət, sədaqət, həqiqət, kamal!.. (132, 113) 
 
Akademik Məmməd Arif «Salam, Moskva» şerindəki nikbin ruhu bu cür 
səciyyələndirmişdir: «Həyata belə geniş baxış, belə geniş qəlbli və geniş mühakiməli 
düşünüş ancaq böyük insanpərvərlik duyğuları ilə yaşayan bir şairdə ola bilər». (110, 
39). 
S.Vurğun 1942-ci ildə Qroznı  şəhəri  ətrafında «Yanğın»  şerini yazmışdır.  Şair 
burada bilavasitə gördüyünü-dağlar qoynunda gözəl bir şəhərin düşmən 
bombardmanı nəticəsində yanıb külə dönməsini ürək ağrısı ilə qələmə almışdır. O bu 
mənzərədən dəhşətə  gəlir, «ilk dəfə ayın, ulduzun alovlar içində boğulduğunu» 
müşahidə edir. Şairin kədəri sonsuzdur, bu şəhərin timsalında Vətənin bağrı yanır. Bu 
şəhər yetkin bir əsərdir. Yetkin bir əsərin külə dönməsi, od içində min incə pərinin 
yanması  şairi sarsıdır və o bu qənaətə  gəlir ki, «dünyanı düşünən bir şair olmaq» 
xeyli ağır yükdür. 
 
Bəlkə də yetməmiş dünya kamala? 
Bəlkə də görməyir bu dəhşətləri?.. (132, 120) 
 
S.Vurğun bu şəhərin obrazı vasitəsilə ölkənin ağır günlər keçirdiyini göstərmiş
səhərlərin matəmə batmaması, göylərin  


 
 
169
şəfəqdən don geyməsi naminə hamını  qılınc qurşamağa çağırmışdır. Yüksək 
yurdsevərlik ruhu ilə  aşılanmış bu şerdə  dərin bir nikbinlik, xeyirin şər üzərində 
qələbəsinə qəti bir inam vardır: 
 
Xeyr, yumulmamış zamanın gözü,  
Xeyirxah yaranmış dövranın əli.  
Boğa bilməmişdir gecə gündüzü  
İnsan yer üzünə şöhrət gələli. (132, 120) 
 
Böyük Vətən müharibəsi illərində Ukrayna da çətin sınaq qarşısında idi. Həmin 
günlərdə Azərbaycan xalqı Ukrayna xalqına məktub göndərdi. Məktubu 
Azərbaycanın görkəmli elm və  mədəniyyət xadimləri imzalamışdılar. Ukrayna 
xalqının qəhrəmanlıq mübarizəsinə xalqımızın diqqəti bu sətirlərdə ifadə edilirdi: 
«Fəhlələr, neftçilər, pambıqçılar, Azərbaycanın ziyalıları Ukrayna xalqının qəhrəman 
mübarizəsini, sizin partizanların igidliyini böyük həyəcan hissi ilə izləyirlər». (74, 3-
4). 
Bu hissin poetik ifadəsinə isə S.Vurğunun 1942-ci ildə qələmə aldığı «Ukrayna 
partizanları» şerində rast gəlirik. Şerdə Ukrayna partizanları Vətəni ləyaqətlə müdafiə 
etmək, sədaqətli və  mərd olmaq, qəhrəmanlıqlar göstərmək və s. xüsusiyyətləri ilə 
yadda qalırlar. Burada beynəlmiləl ruh daha güclüdür. Şair Ukrayna partizanlarına 
səmimiyyətlə müraciət edir, onları özünə «qardaş», «sirdaş» sayır. Partizanların Taras 
Şevçenkonun qəbrinin keşiyini çəkməsi, Ukraynanın milli qəhrəmanı Karmelyukla 
Koroğlunun bir yerdə xatırlanması şerin təsirliliyini daha da artırmışdır: 
 
De, kimdir adına qardaş dediyim?  
Qəmimə, nəşəmə sirdaş dediyim?  
De, kimdir vətəndaş, yoldaş dediyim?  
Bizim Koroğlu tək pəhləvanlardır,  
Bizim ukraynalı partizanlardır! (132, 107) 


 
 
170
Altı  bəndlik  şerin  son iki bəndində Ukrayna partizanlarının xalqımız üçün 
doğmalığı ifadə edilmişdir.  Şair bu doğmalığı «bizim ukraynalı  qəhrəmanlar», 
«qardaş», «sirdaş» kimi söz və ifadələrlə daha da dərinləşdirmişdir. 
Şerdə Karmelyukla Koroğlunun adlarının çəkilməsi də maraq doğurur. 
Məlumdur ki, müharibə illərində yaradılan əsərlərdə tez-tez tarixi keçmişə müraciət 
edilir, bu yolla vətənpərvərlik duyğuları gücləndirilirdi. Akademik Bəkir Nəbiyev bu 
barədə yazmışdır: «İki qədim mübariz xalqın qəhrəmanlıq tarixindən məzmunca bir-
birilə  səsləşən, biri digərinə yaxın olan səhifəni qaldırmaq, iki şöhrətli xalq 
qəhrəmanının adlarını yanaşı  çəkməklə S.Vurğun daha böyük məqsəd izləmiş, bir 
tərəfdən xalqların tarixi talelərinin, azadlıq uğrunda mübarizəsinin bir-birinə yaxın 
olduğunu, digər tərəfdən də Böyük Vətən müharibəsində onların bütün mənəvi və 
maddi qüdrətini, habelə öz tarixlərini səfərbər edərək ümumi düşmənə qarşı mübarizə 
apardıqlarını göstərmək istəmişdir».(117, 56). 
Qeyd etmək lazımdır ki, S. Vurğunun «Ukrayna partizanları» şeri Azərbaycan-
Ukrayna  ədəbi-mədəni  əlaqələri tarixində diqqətəlayiq nümunədir. Ukraynanın 
görkəmli sənətkarı Maksim Rılski yazmışdır: «Mən Ukrayna şairi və vətəndaşı kimi 
Böyük Vətən müharibəsi illərində Azərbaycan  şairi və  vətəndaşı  Səməd Vurğunun 
Ukrayna partizanlarına alovlu məktubla müraciət etdiyini unuda bilmirəm».(183, 20). 
Görkəmli Ukrayna şairi Boris Oleynik isə bu fikri daha da genişləndirmişdir: 
«Müharibənin  ən ağır günlərində faşist ordusu Ukrayna torpağını tapdalayanda 
S.Vurğun bizim elə ümid və  qələbə mahnısı ilə  gəlmişdir. 1942-ci ildə onun səsi 
Qafqaz dağlarından, səngərlərdən, minalanmış çöllərdən, döyüş meydanlarından 
keçərək bizə çatdı... Bax, bu heç vaxt unudulmaz. Sokrat demişkən: «dostlar gen 
gündə yalnız dəvət gözləməli, dar gündə isə çağırılmadan, özləri gəlməlidirlər». O 
vaxt, 1942-çi ildə Səməd Vurğun həqiqi dost kimi bizim elə çağırılmadan özü gəldi, 
ürəyinin səsinə qulaq asdı».(123). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə