Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

 
 
196
fikri təkrar edir ki, hər millətin öz tarixi inkişaf yolu, məişət tərzi,  əsrlər boyunca 
yaranıb təkmilləşmiş  ənənələri, dili, adətləri, vərdişləri, düşüncə  tərzi və ruhi aləmi 
vardır. Bunlar isə  hər bir millətin təkraredilməz və xüsusi keyfiyyətini təşkil edir. 
S.Vurğunun fikrincə, azərbaycanlı Süleyman Rüstəm və belarus Arkadi Kuleşov, rus 
Mixail  İsakovski və gürcü Georgi Leonidze kimi bir-birinə oxşamayan  şairlərin 
istedadları yalnız milli zəmində inkişaf edib ərsəyə çata bilmişdir. 
Şair bu məqalədə milli formalar arasındakı  fərqləri yalnız dil fərqləri ilə 
məhdudlaşdıran ədəbiyyatşünas və tənqidçilərə qarşı daha kəskin mövqe tutmuşdur. 
Milli formanın dildən başqa bütün ünsürlərini inkar edən tənqidçilər mahiyyət etibarı 
ilə  əslində  hər bir millətin özünəməxsus oricinallığını, milli xarakterini, zəngin 
xüsusiyyətlərini inkar edirdilər. Həmin «nəzəriyyənin» tərəfdarları təsdiq edirdilər ki, 
bir halda ki, SSRİ-də yaşayan bütün xalqlar kommunizm qurucularıdır, kommunist 
ideyalarını  təcəssüm etdirirlər, bütün ölkə üçün ümumi olan fikir və arzularla 
yaşayırlar, həmin xalqların arasında müəyyən fərqin olması haqqında danışmağa əsas 
yoxdur. Azərbaycanlı da sovet adamıdır, ukraynalı da. Guya, onlar yalnız dillərinə 
görə bir-birindən fərqlənirlər. 
Əlbəttə, təpədən dırnağadək milli ruhda köklənmiş S.Vurğun kimi yaradıcı 
şəxsiyyət bu fikirlə razılaşmazdı. Məhz buna görə də o yazırdı: «...bu doğrudur: biz 
hamımız kommunizm qururuq. Lakin kommunizm ideyalarından ruhlanan hər hansı 
bir rus məgər öz rusluğundan çıxırmı?.. Gələcəyin yolu millətlərin, milli dillərin və 
milli mədəniyyətlərin çiçəklənməsi yoludur». (136, 262) 
Bununla birlikdə Səməd Vurğun onu da qeyd edirdi ki, bu günkü milli forma öz 
dünənki  şəklində deyildir. Milli forma arasıkəsilməz dialektik inkişafdadır; milli 
formaya dəyişməyən, donmuş, həmişəlik və  əbədi kateqoriya kimi baxmaq olmaz. 
Onun müəyyən keyfiyyətləri ölüb aradan çıxır, müəyyən yeni  


 
 
197
keyfiyyətləri isə yaranır; beləliklə, milli formanın bütün keyfiyyətləri arasıkəsilməz 
bir halda, xüsusilə indi daha çoşğun zənginləşmə prosesi keçirir. 
Şairin fikrincə, milli formaların zənginləşməsinin mənbəyi həyatın özündədir, 
müxtəlif xalqların  ədəbiyyatları arasındakı  sıx və möhkəm qarşılıqlı yaradıcılıq 
əlaqəsində və təsirindədir. S.Vurğun ədəbiyyatlar arasındakı qarşılıqlı əlaqə və təsiri 
nəzərə almamağı açıq-aşkar olan faktlara göz yummaq kimi qiymətləndirirdi. Eyni 
zamanda o, belə hesab edirdi ki, hər hansı bir milli ədəbiyyatın ənənələrinin başqa bir 
milli  ədəbiyyatda özünəməxsus  şəkildə inikası haqqında sükut edənlər də, 
ədəbiyyatlar arasındakı qarşılıqlı  əlaqəni və  təsiri  əsas götürərək, milli formaların 
özünəməxsus bütün xüsusiyyətlərini və zənginliyini inkar etməyə təşəbbüs göstrənlər 
də  səhvə yol verirlər.  Şair yazırdı: «Sosializm realizmi metodu bizim üçün vahid 
metoddur, lakin sosializm realizminin dünyada hər şeyi əhatə edən, hamı üçün vahid 
və məcburi olan yeganə «forması» yoxdur». (136, 264) 
Qeyd etdiyimiz kimi, S. Vurğunun hər iki məqalədə irəli sürdüyü fikir və 
mülahizələr bir çoxlarının xoşuna gəlməmiş,  şairin söylədiklərinə qarşı  çıxan, hətta 
onu ittiham edən məqalələr yazılmışdır. 
S.Vurğunun 1953-cü ildə «Oktyabr» curnalının 2-ci sayında dərc olunmuş üç 
səhifəlik «Böyük sənət məsələləri» adlı  məqaləsinə qarşı Y.Qorbunovanın on iki 
səhifədən ibarət «Sosializm realizminin bəzi nəzəri məsələləri haqqında» adlı 
məqaləsi elə həmin curnalın 4-cü sayında dərc edilmişdir. 
Y.Qorbunova yazının əvvəlində etiraf etmişdir ki, S.Vurğunun məqaləsində bir 
sıra düzgün fikir və mülahizələr vardır. Şairin zəif, «xaltura»lı əsərlərə qarşı çıxması, 
müasirlərimizin parlaq obrazlarının yaradılması, dərin və çoxcəhətli 
ümmiləşdirmələrin aparılması barədə fikirləri də  təqdir olunur. Bununla yanaşı, 
Y.Qorbunova S.Vurğunun müsbət qəhrəman problemi ilə bağlı fikirləri ilə razılaşmır, 
şairin mülahizələrini sosializm realizmi  


 
 
198
metodundan uzaqlaşmaq kimi izah edirdi. 
Tənqidçinin fikrincə, şair ədəbiyyatda müsbət qəhrəman obrazını yaratmaq üçün 
adi adamlara, adi görünən hadisələrə deyil, sənətdə yalnız müstəsna sücet və 
motivlərə, qüvvətli, ehtiraslı  təbiətlərə müraciət etməyi təbliğ edir. Beləliklə  də 
Y.Qorbanovanın dediklərindən belə  çıxırdı ki, S.Vurğun sosializm metodunun 
mahiyyətini düzgün dərk etməmişdir. 
Yuxarıda qeyd etdiyimiz kimi, S.Vurğun sosializm realizmini inkar etmirdi. 
Lakin şair bu realizmə bir ehkam, donuq bir metod kimi baxmır, onu daim inkişafda 
və geniş planda başa duşür, bu metodun ehkam halında qəbul edilməsini həyat 
həqiqəti ilə ziddiyyətə girmək hesab edirdi. O, fikrini belə əsaslandırırdı ki, həyat özü 
müxtəlif  şəkillərdə  təzahür edir, bu isə incəsənətdə formaların, o cümlədən milli 
formanın rəngarəng və müxtəlif olmasını  şərtləndirir. Həmin dövrdə isə bu cür 
mülahizələr  əslində  qəbul edilmir, «qeyri marksist-leninçi təlim» kimi 
qiymətləndirilirdi. Məhz məsələyə dövrün tələblərinə uyğun yanaşan Y.Qorbunova 
şairin digər mülahizələri ilə də razılaşmırdı. 
Müəllif S.Vurğunun milli xarakter problemi ilə bağlı mülahizələrinə  də öz 
münasibətini bildirmişdir. O göstərir ki, S.Vurğun  ədəbiyyatda xəlqilik problemini 
milli xarakter problemi ilə  əlaqələndirdiyi zaman düzgün hərəkət edir, çünki tipik 
bədii obraz milli olmaya bilməz. O, mənsub olduğu xalqın bir milləti digərindən 
ayıran milli xüsusiyyətlərini, xarakterinin özünəməxsusluğunu  əks etdirməlidir. Bu, 
bədii obrazın həqiqi mənada tipik və eyni zamanda fərdi olmasına səbəb olur. 
S.Vurğunun bu mülahizələri söyləyərkən haqlı olduğunu bildirən Y.Qorbunova 
bununla yanaşı onu da qeyd edir ki, bu zaman şairin gətirdiyi dəlillər anlaşılmaz və 
birtərəflidir. Tənqidçi yazır: «Böyük sənət məsələləri» məqaləsinin müəllifi belə 
hesab edir ki, bizim ədəbiyyatımızda milli xarakter problemi tipiklik məsələsi ilə 
əlaqədar olaraq yeni şəkildə qoyulmalıdır. S.Vurğun məsələnin mövcud marksist 
həllinin onu nə üçün qane etmədiyini lazımi şəkildə izah etmir».  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə