Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

 
 
202
yazırlar: «Səməd Vurğun «milli xarakter» termini altında  əsasən öz xalqının 
xarakterik cəhətlərini deyil, keçici, təsadüfi, bəzi hallarda vaxtı ötmüş cəhətlərini başa 
düşür». (207) 
Əlbəttə, opponentlərin bu iradları ilə razılaşmaq olmaz. Axı, S.Vurğun birmənalı 
şəkildə  qəbul edirdi ki, bu günkü milli forma öz dünənki  şəklində deyildir. Şair 
yazırdı: «Milli forma arasıkəsilməz dialektik inkişafdadır; milli formaya dəyişməyən, 
donmuş, həmişəlik və  əbədi bir kateqoriya kimi baxmaq olmaz. Onun müəyyən 
keyfiyyətləri ölüb aradan çıxır, müəyyən yeni keyfiyyətləri isə yaranır; beləliklə, milli 
formanın bütün keyfiyyətləri arasıkəsilməz bir halda, xüsusilə indi daha çoşğun 
şəkildə  zənginləşmə prosesi keçirir». (136, 262) S.Vurğunun opponentləri 
Y.Qorbunovanın belə bir fikri ilə yekdildirlər ki, şair hər iki məqalədə «milli 
xarakter» barədə fikir söyləyərkən ədəbiyyatda konkret faktlara müraciət etməmişdir. 
Onlar S.Vurğuna «xatırladırdılar» ki, bizim bir sıra  əsərlərimizin  əsas çatışmazlığı 
qəhrəmanların «milli xarakterinin» unudulmasında yox (hərçənd ki, belə  əsərlərin 
olduğunu da opponentlər qəbul edirlər), kommunizm quran müasir sovet adamının 
obrazının, onun zəngin mənəvi aləminin və  səciyyəvi xüsusiyyətlərinin tam 
göstərilməməsindədir. (214) 
Şübhəsiz ki, S.Vurğun «Şairin hüquqları»nı (həm də «Böyük sənət 
məsələləri»ni) qələmə alarkən bu və ya digər xüsusiyyətin, hansı xalqın 
ədəbiyyatında, hansı yazıçının  əsərində  zəif, yaxud güclü verildiyini göstərməyi öz 
qarşısına bir məqsəd kimi qoymamışdı. O, çox doğru olaraq deyirdi ki, yazıçı yeni 
bədii vasitələrin gücü ilə öz xalqının başqa xalqlarla birliyindəki coşğunluğu  əks 
etdirməsə öz vəzifəsini yerinə yetirə bilməz. «Yazıçı  əgər öz xalqının həyatına 
möhkəm daxil olmuş yeniliyin təzahür etdiyi xüsusi formaları nəzərdən qaçırırsa, o, 
yenə də müvəffəqiyyətsizliyə uğrayacaqdır. Əgər yazıçı nə isə universal, həmişə və 
hər şey üçün ümumi ola biləcək mücərrəd formalar axtarmaqla məşğul olsa, yenə də 
səhv edəcəkdir». (136, 263) 


 
 
203
S.Vurğunun Azərbaycan, Gürcüstan və Belorusiyanın bir sıra görkəmli 
şairlərinin istedadının «yalnız milli zəmində inkişaf edib ərsəyə çata bilməsi barədə 
mülahizələri də «Sovet şairinin borcu» məqaləsinin müəllifləri üçün «qəribə 
səslənir».

 (136, 261).  
 Onlar  yazırlar: «S.Vurğun burada da öz əqidəsinə sadiq qalaraq unudur ki, 
müxtəlif millətləri təmsil edən bu şairlər yalnız «milli zəmində» ayrıldıqlarına və 
bununla məhdudlaşdırıldıqlarına, «milli formanın özünəməxsus cəhətlərinə» bağlı 
olduqlarına görə deyil, öz xalqının ədəbiyyatını digər sovet xalqları ədəbiyyatları ilə 
qarşılıqlı təsir və əlaqədə zənginləşdirdiklərinə görə yetişib ərsəyə çatmışlar». (214) 
Deməli, opponentlər sənətkarın uğurlarında milli zəminin  əhəmiyyətini qəbul 
etməmiş, S.Vurğunun «Şairin hüquqları»nda yazdığı bu sözləri ilə «görməmişlər»: 
«Milli formaların zənginləşməsinin mənbəyi həyatın özündədir, müxtəlif xalqların 
ədəbiyyatları arasındakı  sıx və möhkəm qarşılıqlı  əlaqəsində  və  təsirdədir». (136, 
263) 
Məqalənin müəllifləri S.Vurğunun «Şairin hüquqları»ndakı «səhv fikirlərini» 
onun sosialist realizmi ilə razılaşmadığı, realizm yaradıcılıq metoduna inamsızlığı ilə 
əlaqələndirirlər. Onların fikrincə, son on ildə S.Vurğunun yaradıcılığında özünü 
göstərən bir sıra «ideya-bədii səhvlər» də  məhz bununla bağlıdır. «S.Vurğun məhz 
sənətdə realizm metodu ilə razılaşmadığına görə bizim ədəbiyyatımızda elə  əsərləri 
pisləyir ki, orada həyatın fonunda ruhlar və alleqorik fiqurlar əvəzinə real adamlar-
dülgərlər, kolxozçular, mühəndislər, partiya işçiləri iştirak edirlər». (214) 
S.Vurğunun sosialist realizmi barədə bu fikri təkzib edən mülahizələrini 
yuxarıda şərh etdiyimizdən təkrara ehtiyac duymuruq. 
Məqalədə S.Vurğunun romantik poeziya və  şerin dili barədə fikir və 
mülahizələri də kəskin tənqid edilmişdir. 
Məqalə müəllifləri belə bir hökm vermişlər ki, S.Vurğunun  ədəbiyyata 
baxışındakı səhvlər onun həm nəzəri mülahizələri,  
                                           

 С.Вурьун бурада С.Рцстямин дя адыны чякмишди. 


 
 
204
həm də bədii yaradıcılığı üçün xarakterikdir. Elə burada şairin «Hürmüz və Əhrimən» 
dramatik poeması, «İnsan» pyesi, bir sıra şerləri kəskin hücumlara məruz qalmışdır. 
«Hürmüz və  Əhrimən» dramatik poemasında Xeyirlə  Şərin mübarizəsini 
Hürmüzlə  Əhrimənin mübarizəsi fonunda ümumiləşdirilməsi, obrazların rəmzlərlə 
verilməsi və onların adları (Zülmət, Dağlar Sultanı, Küskün və s.) opponentləri razı 
salmamış, əsərdə müəllifin dilindən verilmiş «bu gün matəm, sabah bayram, əzəldən 
böylədir aləm...» misrasında isə onlar orta əsrlər sxolastikasını, habelə subyektiv 
idealizmi görmüşlər. «İnsan» pyesi isə «mücərrəd  əsər» kimi bir daha 
damğalanmışdır. Məqalənin ilk variantında  şairin «Aslan qayası» poeması da 
«nəzərdən keçirilmiş» və yəqin ki, «tarixi təhrif edən zərərli bir əsər» kimi yenidən 
yada düşmüşdür. 
«Sovet  şairinin borcu» məqaləsində irəli sürülən ittihamlar göstərir ki, bu yazı 
S.Vurğuna qarşı xüsusi tapşırıqla hazırlanmış növbəti aksiya olmuşdur. 
Azərbaycan Yazıçılar  İttifaqı  Rəyasət Heyətinin 28 may 1953-cü il tarixli 
iclasında məqalənin müzakirəsi olmuşdur.  İclasda məqalənin müəlliflərindən biri - 
S.Rüstəm iştirak etməmişdir. 
Müzakirədə  çıxış edənlər məqalənin tonunun yumşaldılmasını, bir sıra sərt söz 
və ifadələrin dəyişdirilməsini, Mirzə  İbrahimov və Süleyman Rəhimov isə «Aslan 
qayası» poeması ilə bağlı hissənin oradan çıxarılmasını təklif etmişlər. Müəlliflərdən 
biri – Məmməd Rahim isə «Aslan qayası»na aid hissənin saxlanılmasını israrla tələb 
etmişdir. (190) 
İclasda məqalə müəyyən dəyişiklik və əlavələr nəzərə alınmaqla təsdiq olunmuş 
və «Literaturnaya qazeta»nın redaksiyasına göndərilməsi barədə  qərar qəbul 
edilmişdir. (190) 
Məqalə M.İbrahimovun imzaladığı müşayiətedici məktubla redaksiyaya 
göndərilmiş, lakin orada birmənalı qarşılanmamış, hətta etiraz doğurmuş, yazıdakı 
qərəzçilik ruhunu, məqsədi bəzi əməkdaşlar, habelə qəzetin baş redaktoru K.Simonov 
hiss etmişlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə