Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

 
 
193
141-143) və «Şairin hüquqları» (211) adlı iki məqaləsi dərc olunmuşdur. Burada şair 
ədəbiyyatın bir sıra məsələləri, o cümlədən millilik və ümumbəşərilik barədə öz fikir 
və mülahizələrini bildirmişdir. Onun fikirləri dövrü üçün bir növ yeni olduğundan 
birmənalı qarşılanmamış, müəyyən mübahisələrə, hətta münaqişəyə səbəb olmuşdur. 
Şair «Böyük sənət məsələləri» adlı məqaləsində öz mülahizələrini ədəbiyyat və 
incəsənətin gələcək inkişafı üçün həyati əhəmiyyətə malik olan tipiklik probleminin 
şərhi üzərində qurmuşdur. İndiyədək tipiklik haqqında aydın bir anlayışın olmadığı, 
indiki ictimai hadisələrin mahiyyətini ifadə edən  şeylərin deyil, çox yayılmış, 
məişətdə kök salmış şeylərin tipik sayıldığı S.Vurğunu razı salmırdı. Buna görə də o, 
tipiklik haqqında, obrazların və hadisələrin  şüurlu surətdə  şişirdilməsi haqqında 
söhbətin meydana çıxmasını bədii yaradıcılıq praktikasının irəli sürdüyünü tamamilə 
təbii bir hal hesab edirdi. 
Şair obrazların  şüurlu surətdə böyüdülməsini böyük incəsənətin mahiyyətini 
təşkil edən bir məsələ kimi səciyyələndirir və bunu çoxdan məlum olan, lakin az qala 
hamı  tərəfindən unudulan belə bir həqiqətə doğru geri qayıtmaq sayırdı ki, böyük 
incəsənət heç bir zaman böyük bədii ümumiləşdirmələr olmadan, yüksək bədii 
idealsız yaşaya bilməz. S.Vurğun dünya ədəbiyyatı tarixinə istinad edərək göstərirdi 
ki, bəzən tam bir dövrün və ya bütün bir xalqın ruhu və  qəlbi hər hansı bir şairin 
yüksək fikir və hisslərində öz ifadəsini tapmışdır. O bu baxımdan XVIII əsrdə 
yaşamış böyük Azərbaycan  şairi M.P.Vaqifin, XX əsrin  əvvəllərində yaşamış dahi 
satirik M.Ə.Sabirin yaradıcılığını nümunə hesab edirdi. 
Şair bu məqalədə  bədii surətləri yaradarkən münasib təsvir vasitələrinin, o 
cümlədən münasib bədii dilin tapılmasını bir tələb kimi qarşıya qoyurdu. Onun 
fikrincə, bu təsvirin sənətkarın parlaq boyalarına, yüksək poetik bədii dilinə ehtiyacı 
vardır. S. Vurğun yazıçı öz qəhrəmanının dili ilə yüksək və alovlu sözlər  


 
 
194
deyəndə, yüksək fikirləri və arzuları ifadə edəndə  bəzi tənqidçilərin müəllifi qeyri-
təbiilikdə, sünilikdə, bəzən isə mücərrədlikdə  təqsirləndirməsi ilə heç cür 
razılaşmırdı. O, belə hesab edirdi ki, bu cür tənqidçilər yazıçının təsvir etdiyi 
adamların dilini onların gündəlik və adi məişət dili ilə məhdudlaşdırır, böyük mənəvi 
aləmin dilini, yüksək fikirlərin, arzuların, nurlu hisslərin və duyğuların dilini inkar 
edirlər. Şair yazırdı: «Əgər biz böyük və güclü insan obrazları yaratmaq istəyiriksə, 
gərək həmin insanlar üçün ifadəli, həmin adamların həyatını və mübarizəsini, onların 
mürəkkəb daxili aləmini açıb göstərməyi bacaran zəngin bədii dil də yaradaq». (136, 
250) 
S.Vurğun «Böyük sənət məsələləri»ndə tipiklik məsələsi ilə əlaqədar olaraq milli 
xarakter probleminin də yeni bir şəkildə meydana çıxdığını xüsusi qeyd etmiş, bu 
barədə öz mülahizələrini söyləmişdir. O vaxtlar bir sıra tədqiqatçılar təsdiq edirdilər 
ki, SSRİ-də yaşayan bütün xalqlar bir-birindən dildən başqa heç bir şeylə  fərqlənə 
bilməzlər. 
Filologiya elmləri doktoru, şair Qasım Qasımzadə göstərir ki, bu barədə aparılan 
müzakirə və mübahisələrdə bir vaxt milli xarakteri inkar halları epidemik hal almışdı. 
Yeni tarixi mərhələdə  ərazi, iqtisadi və dil birliyi şəraitində millətin mövcudluğu 
marksist təlim əsasında təsdiq edilsə də, mübahisə «mədəniyyət ümumiliyində özünü 
göstərən ruhi («mənəvi») xüsusiyyət ümumiliyi» müddəası üzərində gedirdi. «Bu 
anlayışı «milli xarakter»dən ayırmaq, yaxud bütün insanlar üçün süni surətdə 
eyniləşdirmək tərəfdarları meydana gəldi. Deyənlər oldu ki, «söhbət hər hansı» «milli 
xarakterin» «mənəvi xüsusiyyət ümumiliyindən yox, milləti təşkil edən ayrı-ayrı 
adamlar qrupunun (sinfi və peşə, etnoqrafik və b.) tarixən meydana gələn bəzi mənəvi 
(ruhi) xüsusiyyətlərindən getməlidir». (103, 113) Bütün bunlar isə milli 
xüsusiyyətləri inkar etməkdən başqa bir şey deyildi. 
S.Vurğun hər bir xalqın milli xüsusiyyətlərinin yalnız milli dillər arasındakı 
fərqlərlə məhdudlaşdırılmasını heç cür qəbul etmir  


 
 
195
və bu fikri qətiyyətlə  rədd edirdi. O, «formaca milli, məzmunca sosialist» 
mədəniyyətində formanın yalnız dillə məhdudlaşdırılmasının əleyhinə idi. S.Vurğun 
xatırladırdı ki, dünyada eyni bir dildə danışan, lakin müxtəlif milli xarakterlərə malik 
xalqlar yaşayırlar. Şair yazırdı: «Hər bir xalqın özünün xüsusiyyətləri: öz məişəti, öz 
ənənələri və zövqü, adətləri və  vərdişləri vardır ki, bütün bunlar da əsrlər boyunca 
yaranıb inkişaf etmişdir, hər bir xalqın öz təfəkkür tərzi və dünyanı dərk etmək tərzi 
vardır». (136, 251) 
S.Vurğun müxtəlif milli mədəniyyətlərin bir-birindən keçilməz sədlərlə 
ayrılmadığını, onların arasında hətta forma cəhətdən bir çox ümumi cəhətlərin 
olduğunu da istisna etmirdi. O, sənətkarın vəzifəsini onda görürdü ki, həm xalqları 
birləşdirən, onları bir-birinə yaxınlaşdıran, bir-birini anlamağa vasitə olan cəhətləri, 
həm də dünya mədəniyyətini zənginləşdirən və ümumiləşdirən milli xüsusiyyətləri 
görüb duya bilsin. 
Şair insandakı milli xüsusiyyətləri düzgün və bütün rəngarəngliyi ilə  təsvir 
etməyi böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərt sayırdı. 
S.Vurğun bu barədə fikir və mülahizələrini «Şairin hüquqları» məqaləsində daha 
da dərinləşdirmiş və genişləndirmişdir. 
Əlbəttə, S.Vurğun sosializm realizmini özünün mənsub olduğu ədəbiyyatın əsas 
yaradıcılıq metodu kimi qəbul edirdi. Bununla yanaşı,  şairin fikrincə, bu metod 
müxtəlif millətlərdən olan yazıçıları heç də  məcbur etmir ki, onlar həyatın bütün 
proseslərini və hadisələrini yalnız müəyyən bir çərçivə daxilində, bütün milli 
ədəbiyyatlar üçün yeganə olan bir formada açıb göstərsinlər və ümumiləşdirsinlər. 
Sosializm realizmi metodunun mahiyyətini belə başa düşmək - onu ehkam halında, 
məhdud  şəkildə başa düşmək və  həyat həqiqəti ilə ziddiyyətə girmək deməkdir. 
Həyat özü müxtəlif şəkillərdə təzahür edir, bu isə incəsənətdə formaların, o cümlədən 
milli formanın rəngarəng və müxtəlif olmasını  şərtləndirir.  Şair «Böyük sənət 
məsələləri»ində söylədiyi  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə