Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

 
 
189
Valentin əsərdə iki dəfə onun haqqında bu sözləri işlədir: 
 
Qoca Şərq, qoca Şərq, qadın vəfası!.. 
 
Bu sözləri həyat yoldaşı faşistlərə satılmış bir şəxs, başqa xalqın nümayəndəsi 
deyir. Bununla da o, azərbaycanlı qadının xarakterindəki milli xüsusiyyəti, bu xalqa 
məxsus cəhəti etiraf edir. 
Əsərdəki digər surətlər – İslam, Cəlal, Dildar, Güloğlan da öz milli 
xüsusiyyətləri ilə yadda qalırlar. 
Şair Cəlal öz şerləri ilə döyüş dostlarını  Vətəni ləyaqətlə qorumağa çağırır, bu 
zaman «toy duvağı açılmamış  gəlinlərin naləsi», «dağ döşündə yaz çiçəyi», «son 
baharın laləsi» ifadələrini işlətməklə Azərbaycan mühiti yaradır. «Vətən» deyəndə 
həm də Azərbaycanı nəzərdə tutur. S.Vurğun bu adamların simasında Azərbaycanın 
və azərbaycanlıların faşizmə qarşı mübarizəsini göstərmişdir. 
Şair yeri gəldikcə Azərbaycanın var-dövlətinə faşistlərin göz dikdiyini 
xatırlatmaqla vətənpərvərlik hisslərini coşdurur. Fon Holsun dediyi sözlərdə bu 
torpağın var-dövlətinə sahib olmaq ehtirası hakimdirsə, Azərbaycan tamaşaçısının 
gözündə doğma yurdun sərvətini, gözəl guşələrini canlandırır:  
 
Dərbənd...Mahaçqala, Bakı, of, Bakı!  
O böyük şəhərin qucağındakı  
Tükənməz xəzinə... neft buruqları,  
Muğan çöllərinin gözəl baharı... (134, 265) 
 
«İnsan» bu günümüzlə  səsləşən bir əsərdir, çünki ağılın qələbəsi məsələsi heç 
vaxt öz aktuallığını itirmir. Bu gün yenə  hər  şeyi zor gücünə  həll etmək istəyənlər, 
başqasının torpağına göz dikənlər, xalqların azadlıq hərəkatını boğmağa cəhd etmək 
istəyənlər var. Vətənin müdafiəsi zamanı itirdiyi əzizinin xatirəsinə «Hicran 
nəğməsi» qoşanlar var... 


 
 
190
1931-ci ildə «Biz hərb istəmirik, hərbə hazırıq», 1941-ci il iyunun 22-də 
«Müsəlləh  əsgərəm mən də bu gündən» deyən S.Vurğun 1945-ci ildə mayın 9-da 
ümumxalq sevincini «Zəfər bayramı» şerində bu cür ifadə etdi: 
Qoy çalıb-oynasın Vətən torpağı,  
Göylər səcdə qılsın bu ülviyyətə.  
Ölümün, zülmətin qara bayrağı  
Bu gün təslim oldu bizim qüdrətə! (132, 199) 
 
 
 
 
 
 


 
 
191
IV FƏSİL  
 
BƏDİİ  OBRAZ  YARADICILIĞINDA  
   MİLLİLİK  VƏ ÜMUMBƏŞƏRİLİYİN   
VƏHDƏTİ  MƏSƏLƏSİ 
 
Problemə şairin elmi-nəzəri baxışı 
 
Səməd Vurğun bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkmiş, onu 
hər hansı bir hücumdan cəsarətlə qorumuş, sözün həqiqi mənasında alovlu bir 
vətənpərvər olmuşdur.  Şair özünün müxtəlif çıxış  və  məqalələrində, məruzələrində 
yurdsevərliyi təbliğ etmiş, öz soydaşlarını bu müqəddəs hissi yüksək tutmağa 
çağırmışdır. Onun fikrincə, vətənpərvərlik insan hissləri içərisində  ən müqəddəs, 
əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən bəlkə də ən mühümüdür. Şair belə 
hesab edir ki, xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir desək, biz ömrün 
məqsəd üçün yarandığını bir daha dərk edərik. «Öz arxasında xalqın, vətən torpağının 
qüdrətini, onun həyat və mübarizə qabiliyyətlərini dərk edən bir qəhrəman döyüş 
meydanında yorulmaz, odlar, alovlar içində yansa belə, vətən torpağının gələcəyi, 
şərəf və  şöhrəti ona böyük təsəlli olar, o, həyatın da, ölümün də  mənasından razı 
qalar». (135, 317) 
S.Vurğun bu baxımdan sənət adamı qarşısında konkret vəzifələr olduğunu 
xatırladır, Vətən eşqindən ilham alan şairi bəxtiyar adlandırırdı.  Şairə görə, Vətən 
torpağı, xalqımızın mənəvi həyatı tükənməz xəzinədir ki, onun bir çox inciləri hələ də 
kəşf edilməmişdir. Məhz buna görə də «hər hansı bir qələm sahibi  


 
 
192
kim üçün yazıram? - deyə özünə sual verdiyi zaman qarşısında kamala yetmiş, öz 
tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun 
vətəndaşlıq vüqarı  şer və  sənət ilhamına yelkən taxar, içindən  əbədi olaraq «Yarat! 
Yarat!» - deyə bir səs gələr». (135, 317) 
Səməd Vurğun vətənpərvərlik deyərkən onun əsas ruhunu milli vüqar hissinin 
təşkil etdiyini xüsusi qeyd edirdi. Şairin fikrincə, mənsub olduğu xalqın varlığı ilə 
fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir 
insan, öz vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar. 
Danteni,  Şekspiri yaradan xalqlar dünya mədəniyyəti bağçasında vüqarlı  gəzdiyi 
kimi, Nizamini, Füzulini yaradan bir xalq da dünya mədəniyyəti xəzinəsinə verdiyi 
bu solmaz incilərlə, öz dühası və istedadı ilə fəxr etməyə haqlıdır. Buna görə də şair 
belə hesab edirdi ki, bizim tarix və ədəbiyyat dərslərimiz, bütün təlim və tərbiyəmiz 
xalqımızın varlığını sadəcə ardıcıl bir şəkildə keçmək deyil, onun mənəvi həyatını 
böyük vüqar və iftixar hissi ilə tərənnüm etməlidir. S.Vurğuna görə, bu o deməkdir 
ki, orta, yaxud ali təhsilli bir gənc Vaqifi böyük bir şair, Cavanşiri böyük bir 
qəhrəman kimi öyrəndiyi zaman onlarla bir azərbaycanlı kimi fəxr etməlidir.  Şair 
gənclərimizə bu müqəddəs hissi, idrak və  mərifəti aşılamaq işində müəlliflərimizin 
rolunu, təşəbbüs və qayğısını xüsusi qeyd edirdi. 
S.Vurğun deyirdi ki, «Yaşasın azadlıq, yaşasın vətən, məhv olsun zalımlar və 
qəsbkarlar!» kimi şüarlarla uşaqlarımızda vətənpərvərlik və  qəhrəmanlıq hissləri 
yaratmaq olmaz, bu üsulla yazılmış əsərlər uşaq təbiətini zorlamış olar, ona vətəni və 
xalqı sevdirə bilməz.  Şairin fikrincə, bunların  əvəzində  vətən torpağının gözəl 
səhnələrini, onun günəşli səhərlərini, ulduzlu axşamlarını, gözəl insanlarını həqiqi şer 
dili ilə  təsvir etsək, uşaq vətənpərvərlik sözünü eşitməsə  də, öz vətəninə  məftun 
olacaqdır. 
S.Vurğunun 1953-cü ildə o zamanlar «Mərkəzi mətbuat» adlandırılan Moskva 
mətbuatında «Böyük sənət məsələləri» (210,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə