Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

 
 
214
operası haqqında danışarkən göstərir ki, XII əsrdə Nizami, XVI əsrdə Füzuli 
qələminin qüdrəti ilə bütün dünyada şöhrət qazanmış bu qədim  ərəb  əfsanəsi XX 
əsrdə Ü.Hacıbəyovun musiqi dühası ilə bir daha şöhrətləndi, bütün Qafqaz və  Şərq 
xalqlarının dillərində dastan oldu, Füzuli şerinin  əzəmət və romantikası musiqi 
qanadlarında bir daha ucaldı, əngin üfüqlər açdı. Şair yazır: «İstər Məcnunun, istərsə 
də Leylinin ürəkyaxıcı ariyalarını dinlədiyimiz zaman biz onların  əynində 
gördüyümüz ərəb qiyafələrini unutduğumuz kimi, hadisənin ən qədim ərəb mənşəyini 
də unuduruq, çünki onların ağzından eşitdiyimiz doğma səslər, doğma avazlar, 
heyratılar,  şikəstələr və bayatılar Leyli və  Məcnunu bizə Azərbaycan oğlu və 
Azərbaycan qızı kimi təqdim edir». (136, 108-109) Məhz buna görə  də S.Vurğun 
«Leyli və  Məcnun» dastanının istər bədii söz mətnini, istərsə  də musiqisini tam 
mənası ilə Azərbaycan xalqının oricinal mənəvi məhsulu, onun milli şer və musiqi 
mədəniyyətinin gözəl bir incisi hesab edir. Şairə görə, «Leyli və Məcnun» artıq sadə 
bir ərəb əfsanəsi deyil, Füzuli şerinin və Üzeyir Hacıbəyovun musiqi dilinin yaratdığı 
Azərbaycan xalqının fikir və ürək məhsuludur.  
 S.Vurğun bəstəkarın «O olmasın, bu olsun» və «Arşın mal alan» musiqili 
komediyalarını, habelə «Koroğlu» operasını  təhlil etmişdir.  Şair Ü.Hacıbəyovun 
komediyalarının C.B.Molyer və M.F.Axundov komediyaları ilə  səsləşdiyini 
söyləmişdir. O, «Koroğlu» barədə danışarkən qeyd edir ki, operanın mürəkkəb və 
zəngin simfonik quruluşu, milli musiqi alətlərimizin Avropa musiqi alətləri ilə 
həmahəng bir dildə danışması, vokal musiqi sənətinin inkişafı üçün yazılmış klassik 
ariyalar, kütləvi və qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb və həyəcanlı musiqi 
nömrələri, iki-üç səsli xor sənətinin gözəl nümunələri, bütün bunların vahid bir 
ahəngi Üzeyir sənətinin yüksək mədəniyyətini göstərir.  Şair opera haqqında fikrini 
belə tamamlayır: «Koroğlu» operası musiqi və opera sənətimizin mükəmməl bir 
abidəsidir ki, o, nəsillər boyu yaşayacaqdır». (136, 111)     
   


 
 
215
Məlumdur ki, Ü.Hacıbəyovun yaradıcılığı çox zəngin və  hərtərəflidir. Onun 
müxtəlif canrlarda yaradılmış musiqi əsərləri  əvəzsiz sənət inciləridir. S.Vurğun 
bəstəkarın əsərlərini təhlil etmiş, onların təsir qüvvəsini araşdırmışdır. O göstərir ki, 
Ü.Hacıbəyov ilk dəfə milli musiqi alətlərimizin notlu orkestrini yaratmış, nəzəri və 
əməli olaraq tar-kamança, tütək, yastı balaban, qoşa zurna vasitəsilə simfonik 
əsərlərin ifa olunmasını sübut etmişdir.  
  Şair Ü.Hacıbəyov musiqisinin daxili məna gözəlliyi barədə danışmış  və qeyd 
etmişdir ki, Üzeyir sənəti soyuq bir şüurun, formal bir texnikanın məhsulu deyil, 
hadisələri yaşamış, insan taleyini duyub-düşünmüş, sevinc və iztirablar keçirmiş bir 
ürəyin məhsuludur. O yazır: «Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən 
qaşlarımızı çatıb loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, 
alovlardan keçən qəhrəman oluruq. Bəzən ürəyimiz ümman kimi təlatümə  gəlir, 
bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külünglər 
çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca, yaşadığımız ana 
torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və 
tariximizlə fəxr edirik». (136, 111)       
Şair əbədiyyət qazanmış Hacıbəyov sənətini bu sözlərlə səciyyələndirir: «Üzeyir 
sənəti kamala yetmiş bir sənətdir. Lakin insan kamalının hüdudu olmadığı kimi, sənət 
və yaradıcılığın da hüdudu yoxdur». (136, 111)  
S.Vurğun müxtəlif çıxışlarında da Ü.Hacıbəyov yaradıcılığına toxunmuş, onun 
həmişəcavan və parlaq sənətini təqdir etmiş, ondan öyrənməyə çağırmışdır. 
Azərbaycan Elmlər Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə keçirilmiş 
elmi sessiyada şair respublikada ictimai elmlərin inkişafı haqqında məruzə etmişdir. 
Azərbaycan musiqisinin müasir vəziyyətini təhlil edən məruzəçi bəstəkarın 
yaradıcılığını bir daha araşdırmış, gənc bəstəkarlara bu zəngin irsdən daha çox 
öyrənməyi tövsiyə etmişdir.  
Şairin Ü.Hacıbəyova həsr olunmuş şerləri dəyərli sənət inciləridir. Onun «Böyük 
bəstəkar» şerində yalnız S.Vurğunun  


 
 
216
sənət xadiminə sonsuz məhəbbətinin ifadəsini deyil, eyni zamanda milli 
mədəniyyətimizin çiçəklənməsindən doğan iftixar, qürur hissini görürük. Müəllif 
Üzeyir musiqisində doğma Azərbaycanı hiss edir. Şairə görə, Üzeyir sənətinin 
böyüklüyü onun milli ruhunda, dərin mənasında, dərya ləngəri qədər təsirli 
olmasında, ecazkar bir dillə xalq mənəviyyatını, xalq ruhunu, ən incə duyğuları, 
müqəddəs diləkləri ifadə etməsindədir. Bu fikir müəllifin «Bəstəkar»  şerində daha 
qabarıq verilmişdir.  Şerdən çıxan nəticə budur ki, Üzeyir sənəti dərin köklərlə xalq 
mənəviyyatına bağlıdır və yad təsirlərdən uzaqdır. S.Vurğun bu sənətin qüdrətini 
onun milli ruhla bağlılığında, xalq həyatının, adət-ənənələrinin, psixologiyasının 
tərcümanı olmasında görür. Şair Üzeyir sənətini belə görür, ona bu baxımdan yanaşır. 
S.Vurğuna görə, Üzeyir sənəti əbədidir, örnəkdir, bu sənət daha böyük zirvələr kəşf 
edəcək:  
 
Çal, çal! Rübabından süzülən məna  
Dağların, daşların bağrını yarsın.  
Sazında dil açan bu yeni dünya  
Zəfərdən zəfərə bizi aparsın. (132, 227)        
 
 
 
1948-ci ilin noyabr ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 
Vətən və xalq üçün döyünən qəlbi  əbədi olaraq dayandı. Bu ağır itkidən doğan 
ümumxalq kədəri S.Vurğunun misralarında da öz əksini tapdı.  Şair öz bəstəkar 
dostunun cənazəsi önündə ürək ağrısı ilə deyirdi ki, qocaman qartal bir daha qıy 
vurub dağlardan keçməyəcək. Vətən dağlarının suyundun içməyəcək, bir daha 
gözlərini açıb aləmi görməyəcək, dostları ilə üz-üzə gəlməyəcək, yeni-yeni nəğmələr 
qoşmayacaq. Lakin şer Vurğun poeziyasına məxsus bir nikbinliklə, Üzeyir sənətinin 
əbədiliyinə inamdan doğan bir nikbinliklə tamamlanır:  
 
Ölüm sevinməsin qoy… Ömrünü vermir bada 
El qədrini canından daha əziz bilənlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə