Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

 
 
244
  Üstünü toz-torpaq almış  
               Bu pas tutmuş qılınca bax!  
               Neçə min il bundan qabaq  
               At belində qılınc çalmış  
               Sənin şanlı babaların.  
               Öz ellərin, obaların  
               Bu torpaqda şəhər salmış. (133, 400-401) 
       
Alim bu tapıntılara istinadən deyir ki, qəhrəmanlar bir vaxtlar bu yerlərdə qurşaq 
tutub at oynatmış, ox atmışlar. Nizələr, qalxanlar, şeypurlar əfsanə deyil, qəhrəman 
babalarımızın yadigarlarıdır. Babalarımız məhz bu torpaqda Pompey ordusuna sinə 
gərmişdir... 
Bu  əşyaları-tarixin yaddaşlarını böyük zəhmətlə üzə  çıxaran, inadkarlıqla 
öyrənən mütəxəssislər-arxeoloqlar şairin sevdiyi, hörmət etdiyi adamlardır. S.Vurğun 
öz əsərlərində şair, bəstəkar, müğənni, rəssam, qəhrəman... obrazları yaratdığı kimi, 
arxeoloq obrazı da yaratmışdır. Haqqında danışdığımız qoca alim Azərbaycanın 
görkəmli arxeoloqu Saleh Qazıyevin obrazıdır. 
        Şair onu iş prosesində təsvir etmişdir. Ekskavatorların qazdığı çalalarda həyatını 
təhlükəyə qoyub yorulmadan çalışan elm fədaisini tər basır, o, hərdən büdrəyib 
yıxılır, darısqal qazmalarda tozlu hava udur. Lakin qədim saxsı parçalarını 
yığmaqdan yorulmur. 
      «Saxsı yığıb yer altından tarix yazan» alim öz ekskavatoru ilə yeri lay-lay qazan 
Sarvana həyəcanla, fərəh və sevinclə belə deyir: 
               
     Oğul, Sarvan! Dərinə get, heç çəkinmə, qorxma məndən,  
               Yol aç, oğlum, yol aç elmin, düşüncənin gözünə sən,  
               Keçir məni yer altına iyirminci təbəqədən,  
               Yuxarıdan işıq da sal! İşıq da sal günəş kimi,  
               Babaların taleyi tək qaranlıqdır yerin dibi... (133, 402) 
 
 
 
 


 
 
245
Şair bu misralar vasitəsilə  həm də xalqımızın tarixini öyrənmək üçün hələ 
qarşımızda böyük vəzifələr durduğuna işarə etmişdir. 
 
Səməd Vurğun xalq həyatını  dərindən bilən sənətkar kimi öz əsərlərində bu 
həyatın özünəməxsus cəhətlərinin təsvirinə geniş yer ayırmış, adət-ənənələri, el 
mərasimlərini, xalq məişəti və  mədəniyyətini milli çalarları ilə göstərmişdir.  Şair 
əməli fəaliyyətində  də xalq həyatının mütəxəssislər tərəfindən elmi şəkildə 
öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu işə kömək etmişdir. O yazmışdır: «Yadelli 
qəsbkarların saysız basqınlarına baxmayaraq, Azərbaycan xalqı öz dilini, adət-
ənənələrini və mədəniyyətini qoruyub saxlamışdır. Azərbaycanın maddi-mədəniyyət 
abidələri və bizim minillik yazılı  ədəbiyyatımız buna parlaq sübutdur». (135, 151) 
Buna görə də şair tarixçilərin, o cümlədən etnoqraf və arxeoloq alimlərin qarşısında 
böyük vəzifələr qoyur, etnoqrafik və arxeoloci abidələri öyrənməyə çağırırdı. 
Səməd Vurğunun 1955-ci ilin aprelində respublika Elmlər Akademiyasının 10 
illik yubileyi münasibətilə keçirilmiş elmi sessiyadakı çıxışı bu baxımdan maraqlıdır 
və indi də öz əhəmiyyətini saxlayır.  Şair həmin çıxışında xüsusilə orta əsrlərə aid 
abidələrin lazımi səviyyədə üzə  çıxarılmadığını  təəssüflə bildirir və deyirdi ki, 
arxeoloq və etnoqraflarımız «hərbi cəldliklə» işləməlidirlər. Çünki zaman keçdikçə 
nəinki qədim yazılar silinir, həm də  sərt daşlar köhnəlir və  aşılanır, yeni məişət 
əşyaları köhnələrini sürətlə  əvəz edir, insanların həyat tərzi tanınmaz dərəcədə 
dəyişir. S.Vurğun maddi-mədəniyyət abidələrinin məhv edilməsinin qarşısını almağa 
çağırırdı: «Qətiyyən belə yolverilməz hallar da baş verir ki, bizim bəzi inşaatçılarımız 
üzərində  əsrlərdən bəri qədim yazıları, məişət səhnələrinin bədii təsvirini, uzaq 
əcdadlarımızın həyatı və tarixini qoruyub saxlayan, onların adət, mərasim ənənələrini, 
bir çox nəsillərin və müxtəlif zamanların  əmək həyatının rəngarəngliyi və 
xüsusiyyətlərini əks etdirən qaya və daşları qırıb-dağıdırlar». (136, 385) 
       Şairin «Bizim dağların» (1927), «Dağlar» (1927), «Anamın dərdi»  


 
 
246
(1934), «A köhlən atım» (1935), «Yadıma düşdü» (1936), «İlk bahar və  mən» 
(1944), «Düşüncələr» (1949) və bir çox başqa  şerlərində, «Komsomol poeması», 
«Aslan qayası», «Acı xatirələr», «Hürmüz və  Əhrimən», «Bakının dastanı», 
«Muğan» poemalarında, «Vaqif» pyesində xalq həyatının canlı lövhələri 
yaradılmışdır. 
       Onun yaradıcılığının ilk illərinə məxsus «Bizim dağların» qoşmasında yaylağın 
təsviri verilir. Doğma yurdun gözəl guşələrindən olan bu yerlərin əlvan çiçəkləri heç 
vaxt solmur, çeşmələr başından zurna-balabanın səsi kəsilmir. Bu yerlərin meşəsi, 
talası, ceyranı, sərin havası, diş göynədən buz bulaqları insana zövq verir, onun 
ömrünü uzadır. Ancaq bu yerləri daha da gözəlləşdirən adamlardır. 
       Biz şairin təsvirində dağların təbii gözəllikləri ilə yanaşı yaylağa çıxan adamların 
məişətinin özünəməxsus cəhətləri – qonaqpərvərliyi, məşğuliyyəti ilə də tanış oluruq. 
Şerdə təbiətin və xalq məişətinin əlaqəli təsviri ilə canlı etnoqrafik lövhələr yaradılır: 
 
Şeh düşər otların üstə kecədən,  
Doymaq olmaz orda xoruz-beçədən.  
Dəyəsi qurular qalın keçədən  
Dərdlərin dərmanı bizim dağların. 
Qoyun-quzu bir-birinə qarışar,  
Qulplu qazanlardan qatıqlar daşar... (131, 32) 
 
Şairin yaradıcılığının ilk illərinə təsadüf edən «Dağlar»

 qoşmasında da bu yerlər 
insanlarla, çeşmə başındakı qız-gəlinlərlə birlikdə gözəldir: 
             
Çox gözəl olursan ellər köçəndə,  
            Suyundan gəlinlər, qızlar içəndə.  
            Qıy vurub tərlanın yel tək keçəndə,  
            Bir vəlvələ düşür hər yana, dağlar! (131, 28) 
        
 
 
                                           

  С.Вурьунун «Даьлар» адлы бир нечя шери вардыр. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə