Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

 
 
236
S.Vurğun bu gəncin daxili aləmini duyur, istedadını qiymətləndirir, onu yazıb-
yaratmağa, ana yurdu tərənnüm etməyə, hər otun, çiçəyin öz adını yazmağa, torpağı 
danışdırmağa, daşa, torpağa qanad verməyə ruhlandırır:  
                 
 Vaxtdır! Bu eşq ilə bir dastan başla,  
                Min ürək dil açsın hər varağında.  
                Babalar yurdunu sən də alqışla  
                Bizim Vaqif kimi Kür qırağında. (132, 203-204)  
 
 
 «Mənim arzum» Səməd Vurğunun yüksək vətənpərvərlik hissləri ilə birlikdə 
həm də onun öz dövrünün gənc  ədəbi qüvvələrinə diqqət və qayğısını, inamını  əks 
etdirir.  
Vətən torpağına  əbədi bağlılıq, torpağa övlad məhəbbəti «Mənim rübabım» 
(1946)  şerinin də mövzusudur. Şairin tərlan təbi havalanıb uçsa da, şimşək kimi 
buludları keçsə  də yenə torpağa, doğma yurda bağlıdır, «Vətən» adlı öz yuvası var 
onun!  
Həm də  şair və  Vətən məhəbbəti qarşılıqlıdır, ananın övlada, övladın anaya 
məhəbbəti kimi:  
                Odlar yurdu, əhdimiz var əzəldən, 
                Bu ilqardan nə mən döndüm, nə də sən.  
                Ana qəlbin bir ümmandır, ey vətən,  
                Vurğun kimi bir qəvvası var onun! (132, 207) 
 
 
 
Vətən və xalq məhəbbəti, ulu kökə bağlılıq Səməd Vurğunun bütün əsərlərində 
qırmızı bir xətlə keçir. Şair mənsub olduğu xalqın keçmişi və bu günü ilə fəxr edir
onun qəlbində Azərbaycan məhəbbəti çağlayır. «Bu mənada onun bütün əsərlərindən 
Azərbaycan ətri gəlir, Azərbaycan torpağının, mədəniyyətinin, tarixinin, dilinin, adət 
və ənənələrinin bir vəhdət təşkil edən bədii mənzərəsi görünürdü». (9, 112)   
Şairin «Alqış» şeri təlim keçən əsgərlərə həsr olunmuşdur.  


 
 
237
Əsgərlər «Budyonnı marşı» oxuyurlar. Lakin burada da Azərbaycan ön plandadır. 
Şair əsgərlərə müraciətini bu sözlərlə bitirir: 
 
Gəlir sorağınız manevralardan,  
Alqış ananıza – Azərbaycana! (132, 192) 
 
Səməd Vurğunun poeziyasında «Vətən» anlayışı müqəddəsləşdirilir, «ana», 
«namus», «vicdan», «qeyrət» anlayışları ilə birləşdirilir, öz balalarına süd verən 
ananın timsalında təqdim olunur. Bu yüksək vətənpərvərlik hissləri, vətəndaş 
mövqeyi konkret olaraq şairin mənsub olduğu xalqa, el-obaya məhəbbətinə çevrilir. 
Bu baxımdan müəllifin «Dörd söz» (1944), «Sözün şöhrəti» (1944), «İyirmi beş 
bahar» (1945), «Qərinədən qərinəyə» (1945) şerləri diqqəti xüsusi cəlb edir. 
«Dörd söz» şerində şair sözlər məclisinin qonağıdır. O, dil adlanan bu möhtəşəm 
kitabdan dörd sözü seçib onların barəsində mülahizələrini söyləyir.  Şairin seçdiyi 
sözlər bunlardır: «Məhəbbət», «Səadət», «Vətən», «Zəfər».  Əlbəttə, bu anlayışların 
hər biri insanla bağlıdır. Məhz insan məhəbbətlə yaşayır, öz səadətinə can atır, zəfər 
yolunda mübarizə aparır. Lakin bütün bunlardan əvvəl: 
                
Bir də dilimizdə - «Vətən» sözü var,  
               Ana qucağıdır bu ilahi söz...  
               Onun nəfəsidir böyük arzular,  
               Nə könül doymuşdur ondan, nə də göz.  (132, 168) 
 
Bəli, çox şeydən doymaq olar, Vətəndən başqa. Vətən həm də  həyatın 
mövcudluğu üçün zəruri şərtdir. 
Vətən doğma ana kimi öz övladlarına süd əmizdirir, qəhrəman oğullarına xeyir-
dua verir. Lazım olanda şəhid balalarını bağrına basıb matəm saxlayır. Bütün bunlarla 
birlikdə Vətənin öz övladlarına tövsiyəsi budur: «Şərəflə, vicdanla yaşayın ancaq!» 


 
 
238
Şair «Sözün şöhrəti»  şerində sözlərin siyahısını bir qədər genişləndirmişdir. 
Onun poetik yozumu belədir: 
 
Ədalət! İxtiyarın var can alsan haqqa hörmətlə!  
Həqiqət! İncədir qəlbin, fəqət dönməz iradən var!  
Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar!  
Məhəbbət! Ömrü sevdasız yaşamaq bir cinayətdir!  
Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir!  
Səadət! Sirrlər yurdu, müqəddəs bir pərisən sən!  
Vətən! Namus da, vicdan da yaranmış şanlı hüsnündən! (132, 179) 
 
Şairə görə, Vətənə öz namusu və vicdanı kimi baxmayanlar məsləksiz 
adamlardır. Vətən özü isə  mənalı bahar, güllü-çiçəkli laləzar qoynunda arzular, 
əməllər bəslənən gülşəndir.  İnsan dünyasını  dəyişəndən sonra da onun Vətən eşqi 
Vətən mülkündə qalır: 
 
Yaz ey Vurğun ki, hər şerin, sözün bir yadigar olsun!  
Mən ölsəm də, vətən eşqim vətən mülkündə var olsun! (132, 179) 
 
«İyirmi beş bahar» şerində  şair Vətən obrazı yaratmışdır. Bu Vətən adı 
çəkilməsə  də  şerin hər misrasından aydın olur ki, məhz Azərbaycandır. Dağın 
döşündə atın kişnəməsi, kənd evində yanan çıraq, aşığın qəlbində çalınan saz, su 
kənarındakı çiçəklik, xınalı  kəklik, baharın mücdəçisi bənövşə, ceyranlı düzlər, 
buludlara dəyən dağlar məhz Azərbaycanı canlandırır. Mərd oğulların xatırlanması 
həm də milli xarakter üçün səçiyyəvi xüsusiyyətləri üzə  çıxarır. Vətən torpağı öz 
sakinləri ilə gözəldir, əzəmətlidir. 
Şair üzünü bir daha Vətənə tutur: 
                


 
 
239
 Bu Vətən mülkünü – bu laləzarı  
               Bağrına basırsan öz anam deyə. 
               Ah, vətən torpağı, insan nəfəsi! 
               Ömrümdə bu qədər sevməmişəm mən.  
               Hələ dil açmamış bir cocuq səsi  
               Mənə xəbər verir qərinələrdən!.. (132, 194) 
 
«Qərinədən qərinəyə»  şerində  gələcəkdən gəlmiş nurani bir insanın obrazı 
yaradılmışdır. Bu İxtiyar obrazı  Vətənin taleyi, Vətənin rəmzi, həm də  Vətən 
övladıdır: 
               Mən Vətən oğluyam! Hər axşam-səhər  
               Gəzib dolaşdıqca Azərbaycanı,  
               Açır qollarını mənə üfüqlər,  
               Hər daşda oxunur hünər dastanı. (132, 197) 
 
Bu da şairi öz keçmişinə boylanmağa vadar edir: 
 
Baxıb şəhidlərin məzarına mən  
Deyirəm: qəhrəman babalarım var!  
Əbədi səs gəlir o türbələrdən:  
«Var olsun azadlıq! Var olsun bahar!» (132, 197) 
 
Şairin müharibənin son illərində  qələmə alınmış «Dörd söz», «Sözün şöhrəti», 
«İyirmi beş bahar», «Qərinədən qərinəyə», habelə onlarla eyni vaxtda yazılmış 
«Həyat fəlsəfəsi», «Ürək», «İstiqbal təranəsi»  şerləri ilk əvvəllər  ədəbi tənqidin 
hücumlarına məruz qalmış, müəllif mücərrəd fəlsəfəçilikdə  təqsirləndirilmiş, bu 
şerlər isə mücərrədçiliyin səciyyəvi nümunələri hesab olunmuşdur. Yalnız 1970-ci 
illərdə aparılmış  tədqiqatlarda bu əsərlərə daha obyektiv qiymət verildi. Bu sahədə 
akademik Bəkir Nəbiyev və professor Cəlal Abdullayevin mülahizələri 
diqqətəlayiqdir. (119, 86-93; 3, 61-67) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə