Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

 
 
221
  
Ah, bu qürbət məni dağıtdı, sökdü, 
 
Fələklər başıma soyuq kül tökdü.  
 Yollarda 
gözümə qaranlıq çökdü.  
 Yanıram odlana-odlana, dağlar. (131, 20) 
 
Of… bu yerlər yazıq ruhuma dar 
 
Kəsilmiş yollarım dumandır, qardır 
 
Vaxta ki, bu hüdud, bu sərhəd vardır, 
Ömür dedikləri röyaya bənzər. (131, 21)  
 
Filologiya elmləri doktoru, şair Atif Zeynallı şairin yaradıcılığının ilk dövrlərinə 
xas olan bu cəhətlər barədə belə yazmışdır: «Azərbaycan sovet poeziyasının bütün 
sonrakı inkişaf təcrübəsi baxımından bu motivin ciddi ədəbi-tarixi davamı müşahidə 
oluna bilər. Kənddən ayrılıb şəhər mühitinə, qaynar və inqilabi Bakıya düşən Səməd 
Vurğun bir kəndli balası kimi şəhəri özünə yad hiss edir və bunu «qürbət» obrazı ilə 
verirdi. Bu baxımdan böyük şair müəyyən mənada, xüsusilə 60-cı illərdə qüvvətlənən 
kənd həsrəti motivlərinin ilk nümunələrini bir növ 20-ci illərdə yaratmışdır».  
 Biz 
belə hesab edirik ki, Səməd Vurğunun bu mövzuda şerləri  şəhərin kəndlə 
qarşılaşdırılması, sonuncuya üstünlük verilməsi deyil. Şairin «kənd həsrəti», doğma 
yerlərə məhəbbəti onun ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. Bunu 
həmin şerlərin hər bir misrasında görmək mümkündür. Bu baxımdan şairin 1929-cu 
ildə Moskvada qələmə aldığı «Vətən həsrəti», «İnqilab yurdu» və «Konsert axşamı» 
şerləri maraq doğurur. 
«Vətən həsrəti»

 şerində həsrət motivləri ön plandadır. Şairin fikrincə, «elindən-
günündən ayrılan könül» hərdənbir ağlamağa məhkumdur. Vətən məhəbbəti hər 
şeydən ucadır. Şeirdə, 
                                           

 Шери профессор Жялал Абдуллайев шаирин шяхси архивиндян цзя чыхармыш вя «Ядябиййат вя инжясянят» гязетиндя (57) 
дярж етдирмишдир. Шер сонрадан С.Вурьунун дюрд жилдлик «Сечилмиш ясярляри»нин I жилдиня салынмышдыр. (141, 41.) 


 
 
222
 hətta bədbinlik notları da vardır. Lakin bu da Vətən məhəbbəti ilə bağlıdır:  
 
Bir şikəstə neyəm, bir qırıq kaman,  
Görmədim bir bəla-həsrətdən yaman.  
Vurğun ellər deyib ağlar hər zaman  
Onun qaydasıdır ağlasın gərək…  
 
«İnqilab yurdu» şerinin sərlövhəsində «Anam üçün» qeydindən məlum olur ki, 
şer  şairin anasına müraciətlə  qələmə alınmışdır.  Şerdə qaynar şəhər həyatı  təsvir 
olunur:  
   
  Bu yerdə nə hicran, nə qayğı, nə qəm, 
   Nə Sənan eşqi var, nə də intizar.  
   Böyük fikirlərlə məşğuldur aləm, 
   Bəşərin ölməyən dühaları var. (131, 72) 
 
 
 Bununla 
belə, bu qaynar həyat, hər cür hicran və  qəmdən azad olub böyük 
fikirlərlə  məşğul olan bu aləm  şair üçün müvəqqətidir. Onu doğma yurd daha çox 
özünə çəkir. Şair təhsilini başa vurub bu torpağa qayıdacaqdır:  
   
 İndi mən ömrümün bahar çağları  
  Bilmədiklərimi bilirəm burda;  
  Könlüm çox axtarır uca dağları, 
  Bir gün dönəcəyəm çıxdığım yurda. (131, 72) 
 
 
 «Konsert 
axşamı» şerində moskvalıların işdən sonra toplaşdıqları konsert təsvir 
olunur. Şairin həmin konsert zamanı tanış olduğu qızla mükaliməsi maraqlıdır. Qızın 
suallarına şairin cavabları yurd sevgisi ilə aşılanmışdır. Bu yerlərdə günəş də, dəniz 
də, göy də gülür, ilk baharı Sarı bülbül qarşılayır, quşlar nəğmə oxuyur. Bu torpaq 
zəngin təbiətə malikdir, onun axşamı da, səhəri də gözəldir, bu gözəllik isə könülləri 
ilhamlandırır. Təbii ki, şair orada  


 
 
223
keçirdiyi günləri yada salır və həmin yerlərin həsrətini çəkir.  
Şerdə doğma yurdun səfalı təbiəti, yaylaqları şəfa mənbəyi kimi təqdim edilir:  
 
Üç ay yayı keçirərək göy yaylaqlar başında, 
Yurd salırıq o yerlərin torpağında, daşında.  
Şahinlərin qıy vurması, buludların axması, 
Uzaq-yaxın üfüqlərdə şimşəklərin çaxması 
Ürəklərə nəşə səpər, könül səadət izlər;  
O yerlərdə cana gələr sarı, solğun bənizlər… (131, 74)    
 
 
 
Şer etnoqrafik lövhə yaradılması baxımından da diqqəti cəlb edir. Burada 
maldarlıqla məşğul olan adamların məşğuliyyəti canlandırılır. Bu yerin sakinləri biçin 
işlərini başa çatdırdıqdan sonra arabaları qoşub, köç yoluna düzülür, göy yayalaqlara 
qalxırlar. Onlar burada müvəqqəti yurd salır, yay fəslini yaylaqda keçirirlər…  
 
Şairin öz doğma yurdundan ayrılıb bu yerlərə  gəlməsindən məqsədi «bu 
torpaqdan qüvvət alıb» geri qayıtmaqdır. Səhnədən bir gəncin söylədiyi də  şairin 
arzuları ilə həmahəngdir:   
 
Həyat dedikləri hərəkətdədir,  
Bu ölməyən qanun təbiətdədir.  
Fikirlər, duyğular, əməllər hər an  
Dönər, təzələnər, çünki hər insan,  
Dünyada hər könül yüksəliş arar,  
Varlığın nə ilki, nə axırı var. (131, 75) 
 
«İnqilab yurdu» və «Konsert axşamı» şerlərindən məlum olur ki, Səməd Vurğun 
şəhəri kəndə qarşı qoymur, əksinə, qurub-yaratmağı öyrənmək üçün şəhər həyatının 
əhəmiyyətini xüsusi qeyd edir. 
Şairin Vətən mənəbbətindən doğan həsrəti onun «Həsrət»  


 
 
224
şerinin də  əsasını  təşkil edir. «Həsrət»in bəzi məqamları müəllifin «İnqilab yurdu» 
şeri ilə  səsləşir. Burada da şair böyük bir məftunluqla kəndi, yəni doğma yurdu 
xatırlayır. 
Şairin ayrıldığı obanın  şehli səhərləri, qərib axşamları, axar suları,  ətirli iydə 
ağacları, sarı sünbüllü çölləri, bahar mücdəli gül-çiçəkləri, hətta kənd gecəsinin 
sarvanı – ulduz və ay, anasının örtdüyü kəlağay, cənuba sarı uçan durna qatarı, qara 
buludlar, ocağı tüstülü yurd yerləri, ağac taxt, divardan asılmış saz əbədi olaraq onun 
yaddaşına köçmüşdür. 
Şair bu yerlərə tükənməz məhəbbətini bildirməklə kifayətlənmir. O, hazırda 
özünün qonaq olduğunu hiss edir və qəti əmindir ki, nə vaxtsa doğulub böyüdüyü ana 
yurda dönəcəkdir. Elə buna görə  də o, «dünyaya dəyən sadə bir istəyini» öz 
doğmalarına yetirir: 
           
Anama sadə bir sözüm var ancaq:  
          Bir ağac altında bir parça torpaq  
          Ayır ki, yurd salım kölgəsində mən, 
          Əyləşim, söz açaq doğma səhərdən… 
          Çəkək kölgəliyə yazı masamı, 
Yazıb pozduğumu oxusun hamı… (131, 213)     
 
S.Vurğunun məhz yaradıcılığının ilk dövrlərində qələmə aldığı «Şəki», «Çiçək», 
«Dilcan dərəsi», «Bizim dağların», «Kür çayı», «Yadıma düşdü», «Çinarın şikayəti» 
və bir çox başqa  şerlərində  də yurd sevgisi, onun təbiətinə  və ayrı-ayrı guşələrinə 
məhəbbət əsas yer tutur. 
«Şəki»  şeri 1927-ci ildə elə  Şəkinin özündə yazılmışdır.  Şair burada təbii 
gözəlliklərdən həyəcanlanmış, öz heyranlığını ifadə etmişdir: 
        
 
 
 
Bu yerin dağları hər gün bəzənər  
Bəzənər, sanki xəyalımla tanış.  
Nə qədər fitri, gözəl bir yaranış 
Ki, dəyişməm onu heç bir gözələ. (131, 10) 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə