Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

 
 
225
Şairin yenə 1927-ci ildə qələmə aldığı «Dilcan dərəsi» şerini bütün tədqiqatçılar 
xalqlar dostluğunu tərənnüm edən bir əsər kimi təqdim etmişlər. Doğrudur, burada 
«Daşlar boyanmışdı bir gül qanından, Xəyalıma qara dövranlar gəlir» misralarında 
məlum erməni-Azərbaycan münaqişəsini (daha doğrusu, ermənilərin Azərbaycan 
xalqına qarşı apardıqları qanlı qırğınları) yada salır, lakin şer bütünlükdə ana yurdun 
dilbər guşələrindən birinin (!) – Dilcan dərəsinin tərənnümünə həsr olunmuşdur.  
     Dilcan  tarixən Qazax mahalının yaylaq yeri olmuş, elat camaatı yay fəslini bu 
yerlərdə keçirmişdir. Əlbəttə, S.Vurğun da uşaqlıq illərində dəfələrlə burada olmuş, 
bu yerləri bir uşaq marağı ilə dolaşmışdır. Şair Dilcan dərəsini yenidən gördükdə isə 
həmin illəri xatırlamış, nəticədə bu şer yaranmışdır:  
 
Yenə gördüm səni Dilcan dərəsi, 
Yadıma çox köhnə zamanlar gəlir.  
Ömür dedikləri bir karvan yolu, 
Nə canlar gedərək nə canlar gəlir. (131, 22) 
 
Şairin təsvirində bu yerlərin təbiəti də, adamları da gözəldir, səmimidir:  
 
Fələklər yaratmış bu yeri cənnət – 
Desəm çox münasib həqqindir əlbət.  
Səndə var doğruluq, var səmimiyyət
O ibrət bağına loğmanlar gəlir. (131, 22) 
 
«Kür çayı (1929) şerində tərənnüm obyekti uğurlu qədəmi ilə gül-çiçək bitirən, 
ellərə sevinc və bolluq, firavanlıq bəxş edən çayın özüdür. Kür çayı qorxunc qayaları 
yel tək enir, günəşdən rəng alıb ayla bəzənir. Coşqun dalğalı Kür çayı çoxlarını 
heyran etmiş, özünə çəkmişdir. Neçə-neçə igid ondan ilham almışdır. Bununla yanaşı 
şerdə Kür çayı Azərbaycan və gürcü xalqlarının  


 
 
226
dostluq rəmzi kimi təqdim olunmuşdur:  
 
 Tiflisin arxası, Qazağın beli  
 Hər ikisi sənin, sənə dost eli… 
 Boşalır qoynuna dağların seli, 
 Körpə budaqlardır ortağın sənin. (131, 57)  
 
Şair burada «arxa» və «bel» sinonim sözlərini işlətməklə Kür çayının 
Azərbaycan və gürcü xalqları üçün eyni əhəmiyyət kəsb etdiyini bildirmiş, «suyu bir 
olan» iki xalqın tarixi bağlılığını göstərmişdir.  
 S.Vurğunun «Şuşa» (1937) şeri də ana yurda məhəbbət mövzusundadır. 
Azərbaycanın səfalı guşələrindən olan Şuşanın təmiz havası, gözəl təbiəti,  şəfalı 
suyu, hər cür xəstəliyi dəf edən yaylaqları, dumanlı dağları  şairi özünə  çəkir.  Şair 
hamının bu səfalı yerlərin mehmanı olmasını arzulayır:  
 
Dağlarından qopar havalı yellər, 
Ah, o sərin yellər, səfalı yellər;  
Dağıdıb huşumu divanə eylər, 
Vüsalın hər kəsə səadət, Şuşa! (131, 110)  
 
 
 
Səməd Vurğunun yaradıcılığının ilk dövrlərində  qələmə aldığı bu şerlərin 
bəziləri elə həmin vaxt ədəbi tənqid tərəfindən birmənalı qarşılanmamış, mətbuatda 
bir sıra kəskin məqalələr dərc edilmiş, şairə qarşı hücumlar olmuşdur. 
 
Zəngili təxəllüslü tənqidçi  şairin «İnqilab yurdu», «Konsert axşamı» və «Kür 
çayı»  şerlərini kəskin tənqid etmiş, hətta müəllifi ittiham etməkdən çəkinməmişdir. 
S.Vurğunun 1931-ci ildə nəşr olunmuş «Şairin andı» kitabı haqqında tənqidçinin eyni 
adlı məqaləsi daha çox şairi ittiham etməyə yönəlmişdir. (180) 
Tənqidçinin fikrincə, «İnqalab yurdu»ndan «hicran və bədbinlik qoxusu gəlir», 
Səməd Vurğun özünün xırda burjua psixo- 


 
 
227
logiyasından uzaqlaşmamışdır, «qanlı yaşlar axıdaraq» keçən günləri arzulayır. 
Zəngilini hiddətləndirən odur ki, şair «Qızıl Moskvanı görərkən «Sənan eşqini» 
xatırlayır. Tənqidçi bütün bunları S.Vurğunun «qolçomaq xülyaları», özünün daxili 
xırda burcua varlığı ilə «əlaqələndirir». 
Zəngili  şairin «Kür çayı» və «Konsert axşamı»  şerlərini də «kəndi idealizə 
edən», «bu gün üçün heç bir əhəmiyyəti olmayan» əsərlər kimi təqdim etmişdir. 
Tənqidçinin fikrincə, S.Vurğun Sanılının (şair Haçı  Kərim Sanılı  nəzərdə tutulur – 
A.B.) təsiri altına düşmüşdür və «Sanılı mahnılarını çalır». Zəngili yazır: «Konsert 
axşamı» da Sanılının bir çox əsərləri kimi şəhərdən qorxaraq əski kəndə qaçmaq 
məfkurəsinin aydın bir ifadəsidir. S.Vurğun  ən qüvvətli  şerlərində  hələ Sanılı kibi 
əski kəndi idealizə edir». (180, 46) 
Əlbəttə, ədəbi təsirin mövcudluğu faktdır və hər hansı bir sənətkarın başqasına 
təsiri təbiidir. S.Vurğunun «Kür çayı»  şerinin H.K.Sanılıya ithaf edilməsi də bu 
təsirin olmasını  təsdiq edir. Bununla yanaşı, biz belə hesab edirik ki, hər iki 
sənətkarın yaradıcılığına məhz Azərbaycan təbiəti təsir etmişdir. Həm H.K.Sanılı, 
həm də S.Vurğun ana yurdun təbiətindən ilham almış və onu məftunluqla tərənnüm 
etmişlər. 
Həmin illərdə  şairin haqsız hücumlara məruz qalmış  əsərlərindən biri də 
«Həsrət»  şeridir. M.K.Ələkbərli bütövlükdə bu şerin tənqidinə  həsr olunmuş 
«Səmədin «Həsrət»i adlı məqalə yazmışdır. (64) Burada da şair «kəndi şəhərə qarşı 
qoymaqda» təqsirləndirilir. Tənqidçi bu zaman, hətta bayağı ifadələr işlətməkdən 
belə  çəkinməmişdir: «Səməd nahaq yerə anasının örtdüyü kəlağayını arzu edir. 
Kəndli analarının indi şlyapa aradıqlarından, görünür ki, xəbərsizdir...». (64) 
Tənqidçi göstərir ki, Səməd kəndə yalnız aeroplan uçuşu nöqtələrindən baxır, onun 
gördüyü yalnız dağlar, dərələr, meşələr, bir də aylı kecələrdir. 
M.K.Ələkbərlinin fikrincə, şairin həsrətini çəkdiyi kənd məkansızdır. «Bu kənd 
zaman və məkandan xaric, «ümumiyyətlə»  


 
 
228
bir kənddir. Oxucunu şaşdıran və nəzərini mənfiləşdirən də burasıdır». (64) 
«Həsrət»  şerini artıq təhlil etdiyimizi nəzərə alaraq tənqidçinin bu fikrinə öz 
münasibətimizi bildiririk. Doğrudan da «Həsrət» şerində şairin bir vaxtlar qayıdacağı 
kəndin konkret adı  çəkilmir. Heç buna ehtiyac da yoxdur. Axı,  şair «Salam, 
böyüdüyüm o ana yurda» misrasını işlətməklə bu ünvanı dəqiqləşdirmişdir. Bununla 
birlikdə şairin tərənnüm etdiyi kənd Azərbaycan kəndidir. Şair də bu kəndə «aeroplan 
uçuşu nöqtələrindən» baxmamışdır. O bu kəndin füsunkar təbiətinə  bələd olduğu 
kimi, «hər bir boyadan, ləkədən uzaq, varlığı, vicdanı günəş kimi ağ» olan sabahkı 
insanlarını da yaxşı tanıyır... 
Əlbəttə, bu cür haqsız hücumlar Səməd Vurğunun yaradıcılığına öz təsirini 
göstərə bilmişdir. O, ilk tənqidlərdən sonra «Ölən  şerlərim» adlı  şerini yazmış  və 
yaradıcılığının ilk dövrlərində qələmə aldıqlarından sanki imtina etmişdir: 
 
Sizi mən ölən  
günlərin heçliyinə  
öz əlimlə göndərdim.  
«Dürrənin səsi»,  
«Dilcan dərəsi»,  
«Gözəllərim»,  
«Qəzəllərim»,  
         ...lərim..., lərim...  
           və nələrim 
Artıq gözlərimdən uzaqlaşdınız;  
Ölən bir cahanla siz  
          gülüşsüz qucaqlaşdınız...  (131, 116) 
 
Şair şeri bu misralarla bitirir: 
 
Siniflər döyüşündən törənən bir əsgər kimi,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə