Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

 
 
229
Şerlərimi şüarlara döndərirəm,  
Onları son döyüşün ilk çəbhəsinə göndərirəm. (131, 117) 
 
Filologiya elmləri doktoru, şair Atif Zeynallı bu misraları  şərh edərək yazır: 
«Bu bir müddət belə  də oldu. Onun misraları günün ruporuna çevrilib deklomasiya 
kimi səslənməyə başladı. Tribunçuluq və şüarçılıq onu poetik kəşflərdən uzaqlaşdırdı, 
quru fikirlər ön plana keçdi və əsl yüksək poetik hissləri buxovladı. Belə bir hal ən 
çox şairin siyasi-ictimai və eləcə də əmək mövzusunda qələmə aldığı şerlərdə özünü 
göstərdi». (179, 32) Tədqiqatçı  şair dediklərinə S.Vurğunun «Pambıqçılar» (1931), 
«Bizim bayraq» (1933), «Dəniz gəzintisi» (1934), «Sənət eşqi» (1935) şerlərini 
nümunə göstərir. 
Əlbəttə, mərhum Atif Zeynallı öz mülahizələrində bir qədər ifrata varmışdır. 
Doğrudur, S.Vurğun bu illərdə müxtəlif mövzularda, o cümlədən siyasi və  əmək 
mövzularında da şerlər yazmışdır. Lakin bunlar şairin öz yolundan dönməsi deyil, 
onun çoxçəhətli yaradıçılığı ilə izah olunmalıdır. Axı, S.Vurğun məhz həmin illərdə 
böyük poeziya nümunələri yaratmışdır. Deməli,  şairə edilən haqsız hücumlar ona 
müəyyən qədər təsir göstərsə  də, yaradıcılığında ciddi dönüş  əmələ  gətirə 
bilməmişdir. 
Bu cür təsirlərdən biri də M.K.Ələkbərlinin tənqidindən sonra şairin «Həsrət» 
şerini «itirməsi», müəyyən mənada unutması olmuşdur. Bu barədə xalq şairi 
Məmməd Rahimin xatirələrində oxuyuruq: «Səmədin «İstiqbal təranəsi» adlı seçilmiş 
əsərlər kitabını redaktə eləyirdim. Vaxtilə mənə «Dağlar» adlı şer oxumuşdu. Kitaba 
daxil eləmək üçün həmin şeri ondan istədim. Tərəddüd elədi. Bu söhbətimizdən iki 
gün sonra evinə getdim. Bir az söhbət eləmişdik ki, mən yenə  təkidlə «Dağlar»ı 
istədim. Bir qədər fikirləşdi, sonra «Evimə gəlmisən, nə edə bilərəm» deyib ağ kağız 
götürüb şeri yazdı, mənə verdi... Sonra «əldə olanı almaq çətin deyil, sən bacarırsan 
«Həsrət»i tap, onu çap elə, onda deyim, hə, 


 
 
230
 bu oldu iş, «Həsrət» məndə yoxdur». Onu əmin etdim ki, taparam. Mən ədəbi qəzeti 
və jurnalları saxlayıram. Evə gələndən sonra, bütün günü və sabahı günü «Həsrət»i 
axtardım. Nəhayət, tapdım. Yazıçılar  İttifaqına apardım. Elə bil Səməd heç onu 
görməmişdi. Elə bil bu əsəri yazmamışdı. Dalğın-dalğın ona çox baxdı, bəzi yerlərini 
oxudu. Hiss olunurdu ki, «Həsrət»i çox sevir. Birdən: «Rahim, – dedi, – yenə 
bildirirəm, bir gün mən kəndə gedəcəyəm, mənim yerim oradadır, mən təbiət 
oğluyam...» «Həsrət»i tapdığım üçün mənə razılıq etdi. «Özüm, əlbəttə, – dedi – onu 
tapa bilməyəcəkdim». Mən o gün hiss etdim ki, «Həsrət» Səməddə dərin həsrət hissi 
oyatdı. Kənd həsrəti, təbiət həsrəti». (114, 26) 
Şairin «kənd həsrəti», «təbiət həsrəti», yəni ümumən Azərbaycana məhəbbətinin 
tərkib hissəsi olan doğma yerlərə, onun təbiətinə məhəbbəti yaradıcılığı boyu davam 
etmiş, müxtəlif əsərlərində öz əksini tapmışdır. «Muğan» poemasında doğma yerlərin 
xatırlanması  şairin ana təbiətə, onun nemətlərinə  məhəbbətindən doğur. Bu 
xatırlamada bir narahatlıq vardır. Bu yerləri kələcəkdə qələm sahiblərinin xatırlayıb-
xatırlamayacağından doğan narahatlıq: 
               
      Kür qırağı, Qarayazı, göy çəmən,  
               Qoşa palıd... Tüstülənən od-ocaq...  
               Saç ağardı, unutmadım sizi mən  
               Hansı şair sizi bir də yazacaq! (133, 381) 
 
Burada «tüstülənən od-ocaq» ifadəsi Vətənin rəmzi kimi verilmişdir. Eyni 
hisslər poemanın başqa misralarında da ifadə edilmişdir: 
      
 
 
Əlimdə bir əsa, gözümdə çeşmək,  
           Loğman tək kəzirəm vətən mülkünü.  
           Yüz illər keçsə də unutmaz ürək  
 Vətənin ilkini, eşqin ilkini. (133, 421) 


 
 
231
S.Vurğunun öz «kiçik Vətən»i ilə  mənəvi bağlılığı ona bütün Azərbaycanı 
tanımağa, Azərbaycan xalqının həyatını başa düşməyə imkan verdi, şair böyük 
Vətənin ürək döyüntülərini eşitdi. «Kiçik Vətən»in hər bir daşına, ağacına, dağına, 
aranına, sərin sulu bulaqlarına, bərəkətli çöllərinə məhəbbət isə «Azərbaycan» şerinin 
yazılmasına zəmin yaratdı. 
Yuxarıda qeyd etdik ki, S.Vurğun bu şeri «Şairin türküsü» adı ilə «Azərbaycan» 
epopeyasının proloqu kimi vermişdi. «Şairin türküsü» 9 bənddən ibarətdir. Şerin ilk 
bəndi 10-cu bəndi kimi təkrar olunur. Sonradan şair bir neçə  dəfə  şerin üzərində 
işləmiş, əlavə bəndlər yazmış, bəzi ixtisarlar aparmışdır. 
«Həcmcə  kiçik   olmasına  baxmayaraq, əhatə dairəsi, hərtərəfliliyi, bədii 
qüdrəti ilə bir dastan təsiri bağışlayan «Azərbaycan»  şerində». (171, 56)  Vətən və 
xalq bağlılığı, yurdun təbiətinə, ulu keçmişinə, adət-ənənələrinə  məhəbbət ifadə 
edilmişdir. Bu şerdə  həm  şairin «kiçik Vətən»i, həm də bütöv Azərbaycan vardır. 
Buradakı təbiət təsvirləri şairin yaradıcılığının ilk illərində təbiətə həsr etdiyi şerlərlə 
səsləşir:  
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan! (131, 220) 
 
Misralardan göründüyü kimi, burada iki obraz vardır: şairin «mən»i və Vətən. 
«Mən» Azərbaycan xalqı, «Vətən» isə Azərbaycan Respublikasıdır. Azərbaycan xalqı 
ilə Azərbaycanın  əbədi bağlılığı isə «Ayrılarmı könül candan?» misrasında ifadə 
edilmişdir. 
  
«Azərbaycan»  şeri  əsasən təbiətlə  əlaqələndirilsə  də  şair bu diyarla bağlı 
düşüncələrini, fikir və duyğularını da oxucuya çatdırır: 
   


 
 
232
 Dağlarının başı qardır,  
  Ağ örpəyin buludlardır,  
               Böyük bir keçmişin vardır;  
               Bilinməyir yaşın sənin,  
               Nələr çəkmiş başın sənin! (131, 220-221) 
 
Son misralar Azərbaycanın qədim bir tarixə malik olduğuna və tarixin müxtəlif 
vaxtlarında baş vermiş hadisələrə (qanlı münaribələr, azadlıq uğrunda çarpışmalar, 
yadellilərin talançılığı və s.) işarədir. 
Şerin hər bir misrasında Azərbaycan ruhu və Azərbaycanın özü vardır. Burada 
Azərbaycan həm özünün «durna gözlü bulaqları», «sakit axan arazları», «başı qarlı 
dağları», «ala gözlü gündüzləri», «sıra dağları, gen dərələri», «ürək açan 
mənzərələri», sarı sünbülü, pambığı, neft buruqları, Xəzəri, Kəpəzi, Göy gölü, Bakısı, 
Qazağı, Qarabağı, həm də «Qarabağ şikəstəsi», «yaşılbaş sonaları», «xalı-xalçaları», 
dünya mədəniyyətinə bəxş etdiyi böyük sənətkarları ilə canlandırılır. 
Şairin sözlə yaratdığı  mənzərələrdə Azərbaycanın təbiəti  əbədiləşir, rəssam 
tablosuna hopur, sanki dil açıb danışır: 
                
 
Min Qazaxda köhlən ata,  
               Yalmanına yata-yata,  
               At qan-tərə bata-bata,  
               Göy yaylaqlar belinə qalx  
               Kəpəz dağdan Göy gölə bax... (131, 226) 
 
«Azərbaycan» şeri Vətən və xalq, təbiət və insan bağlılığı baxımından da dəyərli 
sənət nümunəsidir. Bu şer şairin özünün də çox sevdiyi və yüksək qiymətləndirdiyi 
bir  əsərdir. S.Vurğun özü bu barədə belə demişdir: «Mənim «Partizan Babaş» kimi 
şerlərim yüzlərcədir. «Azərbaycan»  şeri isə  mənim həyatıma, bütün həyat 
proqramıma uyğundur. Mən nə qədər yaşayıb- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə