Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

 
 
258
dinləyə-dinləyə işlərdim. Beləliklə, mən Azərbaycan ruhundan uzaqlaşmadım, yoxsa 
bu  əsər məni öz qüdrətli dalğaları üzərində apara bilərdi. Mən qorxurdum ki, rus 
adamına çevriləm, qorxurdum ki, dilim Azərbaycan dilindən uzaqlaşsın». (135, 277) 
Şair bu gözəl sənət abidəsini dilimizdə səsləndirdiyi üçün fərəhlənir və «Böyük 
şairin şərəfinə» şerində yazırdı: 
                
     Axıtdım alnımın inci tərini,  
               Yanmadım ömrümün iki ilinə.  
               Rusiya şerinin şah əsərini  
               Çevirdim Vaqifin şirin dilinə! (131, 241) 
 
S.Vurğun bu son misra vasitəsilə bir daha ana dilinə məhəbbətini ifadə etmişdir. 
Şair bu məhəbbəti gənc nəslə  də  aşılamağa xüsusi səy göstərir, ana dilini 
öyrənməyə  və qorumağa çağırırdı. O, 1941-ci ildə yeni il münasibətilə  gənc nəslə 
təbrikində deyirdi: «Siz Nizamini, Azərbaycan  ədəbiyyatını, Azərbaycan dilini 
dərindən öyrənin, Vətənimizi Nizami kimi sevin, işləməyi, oxumağı ondan öyrənin». 
(135, 152) 
Şairin bu tövsiyəsinin poetik ifadəsi «Bizim gəncliyə» (1939) şerində öz əksini 
tapmışdır: 
               Mən qəlbimlə, ilhamımla öpməkdəyəm bu gün sizi, 
          
   Əzbər deyin şerimizi, təmiz bilin dilimizi. 
             Bizim gənclik qaldıracaq ulduzların qucağına 
            
   «Vaqif»lərə ilham vermiş şer, sənət elimizi. (132, 35) 
 
 
 
Səməd Vurğunun Azərbaycan əlifbası ilə bağlı maraqlı fikirləri vardır. Şair rus 
qrafikası  əsasında yaradılmış Azərbaycan  əlifbasının layihəsinə özünün prinsipial 
münasibətini bildirmişdir. O, layihənin müzakirəsində, (135, 96-98) habelə 
respublika Ali Sovetinin sessiyasında (135, 99-103) bu barədə danışmışdır.  


 
 
259
Şair «ə», «ö», «e», «ü» hərflərini, habelə  «ğ» və «c» işarələrinin  əlifbamıza daxil 
edilməsinin qəti əleyhinə olmuş, həm də bunu elmi surətdə əsaslandırmışdır. 
     Səməd Vurğun elə bir əlifba yaradılmasını istəyirdi ki, bu əlifba Azərbaycan 
dilinin bütün incəliklərinə, gözəlliyinə  və milli xüsusiyyətlərinə cavab versin, 
dilimizin gələcək inkişafını və çiçəklənməsini təmin etsin. Məhz bunlara görə də şair 
dilimizdə «ü», «ö», «h», «c», «ğ» hərflərinə müvafiq səslərin olmadığına əsaslanaraq 
onların əlifbamıza daxil edilməsini mümkünsüz hesab edirdi. Səməd Vurğun deyirdi: 
«Biz dilimizin musiqililiyini, onun ahəngliliyini qorumalıyıq. İş «z» hərfinin əlifbaya 
daxil edilib-edilməməsində deyil, iş ondadır ki, Azərbaycan dilinin öz milli 
xüsusiyyəti vardır. Göstərilən hərflərin  əlifbaya daxil edilməsi müəyyən dərəcədə 
dilimizin ahəngini poza bilər». (135, 97) 
Xalq yazıçısı  İsmayıl  Şıxlı  əlifba layihəsinin müzakirələrindən birini belə 
xatırlamışdır: «Axıra yaxın Səməd Vurğun dözmədi. Papirosun kötüyünü külqabına 
atıb ayağa durdu. Əvvəlcə çubuq götürdü, sonra təbaşir. Yazı taxtasına yaxınlaşdı. 
Üzünü Davud Quliyevə

 tutdu: 
 
- De görüm, əlifbamızda «c», «a», «y», «e» hərfləri olduğu halda əlavə 
«ə», «ö», «e» hərflərinə nə ehtiyac var?.. 
Bizim məqsədimiz dilləri yaxınlaşdırmaq və rus dilinin öyrənilməsini 
asanlaşdırmaqdır. 
-
 
Bəs öz dilimiz? – Səməd Vurğun səsini ucaltdı. Görünür, Davud Quliyevin 
cavabı onu əsəbiləşdirmişdi: – onda qoy ruslar da öz əlifbasına «ə», «e», «h» 
hərflərini əlavə etsinlər! 
- Onların buna ehtiyacı yoxdur! 
- Bizim də yoxdur! 
Arxada gəzişən Teymur Yaqubov
∗∗
 diksindi və qabağa gəldi. 
-
 
Nə demək istəyirsən, Səməd? 
-
 
Demək istəyirəm ki, artıq hərfləri qəbul etmək lazım deyil. 
-
 
Alimlər bu işi səndən yaxşı bilirlər. 
                                           

 Давуд Гулийев – дилшцнас. 
∗∗
 Теймур Йагубов – дювлят хадими. 


 
 
260
-
 
Bilsələrdi bizi bu günə qoyub əlifbanı  dəqiqədə bir dəyişməzdilər.  İndi ki, 
dəyişirlər, dilimizin fonetik xüsusiyyətlərini unutmazdılar... 
-
 
Yenə deyəsən, millətçilik damarın tutub. 
Bu sözlərin ciddi, yoxsa zarafatla deyildiyinin fərqinə vara bilmədik. Bir də onu 
gördük ki, Səməd Vurğun təbaşiri hirslə yazı taxtasına vurub yerinə keçdi». (22, 99-
100)  Şair 1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasında vitse-prezident 
vəzifəsində  işləyərkən dilimizə  ağırlıq gətirən hərflərin  əlifbadan çıxarılması 
məsələsini qaldırmış, sonralar onun bu arzusu yerinə yetirilmişdir. 
Azərbaycanın XIX əsrin əvvəllərində iki yerə parçalanması, yəni Rusiya və İran 
arasında bölüşdürülməsi uzun illər ədəbiyyatımızın aparıcı mövzularından olmuşdur. 
Bu tarixi ədalətsizlik, xalqımızın və torpağımızın iki yerə bölünməsi böyük 
vətənpərvər Səməd Vurğunu da düşündürmüş və o, yeri gəldikcə öz əsərləriıdə həmin 
məsələyə toxunmuşdur. Onun bu mövzuda yazılmış  şerlərində  Cənubda yaşayan 
soydaşlarımızın həyatı göstərilir, onların azadlıq mübarizəsi alqışlanır, fars şovinizmi 
ifşa edilir. 
«Təbriz gözəlinə» (1935), «20 bahar» (1940), «Yandırılan kitablar» (1947), 
«Körpünün həsrəti» (1948) şerləri, «Təbriz  şairlər məclisinə» (1946) mənzum 
məktubu Vurğunun Cənub həsrətinin poetik ifadəsidir. Şair başqa əsərlərində də bu 
mövzuya toxunmuşdur. 
«Təbriz gözəli»ndə Arazın o tayında yaşayan bacı  və qardaşlarımızın acı 
taleyindən söz açılır. Təbrizi sıx duman bürümüş, bu yurdun gözəli başına qara 
örtmüşdür. Bu gözəlin atası da, babası da məşəqqətli ömür yaşamışdır. Onun taleyi də 
şairin taleyinə bənzəyir. Şairin də dərdli bir keçmişi vardır: anası «təbibsiz, davasız» 
can vermiş, çox erkən dünyasını  dəyişmişdir. Lakin şairi «bir ürəyin ikiyə 
parçalanması» daha çox düşündürür: 
          
 
         


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə