Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

 
 
247
Etnoqrafik lövhələr yaradılması baxımından «Yadıma düşdü» şeri də maraqlıdır. 
Şair burada ömrünün ilk çağlarında gördüklərini, şahidi olduqlarını xatırlayır. Onun 
xatırladıqları yurdun gözəllikləri, adamların qonaqpərvərliyi, elin toy və bayramları, 
müxtəlif mərasimlərdir.  Şerdə «Bizim gəlinlərin bayram qabağı  Fəsəli yaymağı 
yadıma düşdü», «Nişanlı  qızların görüşdən qabaq Telini saymağı yadıma düşdü», 
«Qışın buz qatığı, yayın ayranı, Payızın qaymağı yadıma düşdü» kimi misralar 
xalqımızın həyatında yüz illər ərzində özünə möhkəm yer tutan adət-ənənələrə, toy və 
bayramlar ərəfəsində həyata keçirilən mərasimlərə, xalqımızın qədim məşğuliyyətinə 
söykənir. 
«İlk bahar və  mən»  şerində elat binələrinin təsviri, «ilxı», «kişnəyən boz at», 
«əmlik», «ala çəpiş», «yelinli inək», «kotan», «dəryaz», «biçənək», «nehrə», «şiş 
taya», «xotma» söz və ifadələri də bu baxımdan maraq doğurur. Yurdun gözəllik və 
nemətlərini, adamların məşğuliyyətini təbii lövhələrlə canlandıran  şair Vətənə 
bağlılığını bu misralarla ifadə etmişdir: 
            
Vətən yurdu, doğma ocaq! Bəxtiyar insan!  
            Sənin qartal qanadınla mən uçacağam.  
            Həyat üçün doğulmuşam yaranışımdan,  
            Şer, sənət aləminə nur saçacağam! (131, 172) 
 
Şairin «Düşüncələr» şerində aşağıdakı misralar əkinçiliklə bağlıdır: 
              
     Yaz günəşi saçlarını düzə yayanda,  
               Yer şumlayıb, toxum səpib, taxıl əkəydim.  
               Təpəl öküz bürkülənib diz qatlayanda  
               Bir kotana qayış olub özüm çəkəydim. (132, 237) 
 
Məlumdur ki, yaz fəslində torpağı şumlayır, toxum səpirlər. Bu işlər uzun illər 
qoşqu heyvanları, o cümlədən öküzlər vasitəsilə  


 
 
248
görülmüşdür. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində kotana qoşulmuş 
üç cüt öküzün ikinci cütü «qaraqayış» adlanır. (11, 113) Yer şumlayan vaxt əsas güc 
də ikinci cütün – «qaraqayış»ın üzərinə düşür. Deməli,  şair bu sözləri təsadüfi 
işlətməmişdir; o, insana kömək üçün hər şeyə hazırdır. Şerdə verilmiş «təpəl öküz» 
və «diz qatlamaq» ifadələri də əkinçiliklə bağlı xalq deyimləridir. 
«Bakının dastanı» poemasının «İçərişəhər» adlanan hissəsində  şair səyyaha 
Azərbaycan toyu barədə  məlumat verir. O, bir-iki misrada sanki toy zamanı icra 
olunan mərasimlərin rəsmini çəkir. Gəlinin üzündəki lalə rəngli duvaq, şabaş, tirmə 
şallı gözəllər, xınalı əllər, qara zurna, cavanların güləşməsi, cıdırda qalib gələn atın 
yalmanına ağ kəlağay bağlanılması və s. bu toyun komponentləridir. Bu barədə şairin 
özünün qənaətləri də maraqlıdır: 
               
  Doğmalıq var hər torpağın adətində,  
               Səyyah dalır, mən baxıram o gözlərə...  
               Bir təbəssüm işığı var sifətində,  
               Xoşmu gəlir danışdığım bu mənzərə? (133, 317) 
 
Məlumdur ki, toyda cavanların qurşaq tutması, yəni güləşmə adəti bu gün də 
qalmaqdadır. Cavanların bu yarışında bəzən ehtiraslar qızışmış, incikliklər olmuş, 
dava düşmüşdür. Bəzi hallarda bu, nəsillər arasında qan davasına çevrilmişdir.  Şair 
səyyaha bu barədə danışarkən məsləhət görür ki, buna bir vəhşilik kimi baxmasın. 
Çünki «hər məhlənin, hər nəslin o meydanda öz qeyrətini, öz adı var». Və bir də: 
                
     Hər zamanın bir hökmü var öz oğluna:  
               Baş əyməmək, basılmamaq fitrətdəndir. (133, 319) 
 
Müxtəlif mərasimlərin təsvirinə «Komsomol poeması» ilə yanaşı  şairin başqa 
əsərlərində, o cümlədən «Acı xatirələr» poema- 


 
 
249
sında da rast gəlirik. Şair poemanın əvvəllində yazır: 
 
Bu dünya sonsuzdur, insanlar da çox,  
Hər elin, hər günün öz adəti var.  
 
S.Vurğun poemada Azərbaycan xalqının həyatında möhkəm yer tutan iki 
müqəddəs mərasimi - Qurban bayramı və Novruz bayramını da xatırlamışdır. 
Novruz bayramında kənd uşaqlarının başına keçə papaq qoyub «hər tüstü çıxan 
yerdən» pay yığması, çantalarını yer-yemişlə doldurması şairin uşaqlıq xatirələrində 
əbədi yaşayır. 
Şairin yaddaşında Qurban bayramı da qalmışdır. Bu xatirə onun üçün acı olsa da 
xalqımızın qədim bayramlarından biri ilə bağlı olduğu üçün xüsusi maraq doğurur: 
                
     Qurban bayramıydı, gülürdü dağlar,  
               Qonşumuz xınalı bir erkək kəsdi.  
               O bayram günündə anamı ağlar  
               Görəndə üstümdən bir çovğun əsdi. (133, 146) 
 
Qurban bayramının qaydalarına görə, həmin gün imkanı olan adamlar qurban 
(erkək, iri mal) kəsməlidirlər. Elə buna görə  də imkanlı qonşu «xınalı bir erkək» 
kəsmiş, şair isə ailəsinin imkansız olduğu üçün mütəəssir olmuşdur. Ana isə bu əziz 
bayram günündə uşağın qəlbini ovundurmaq üçün başqa tədbir görmüşdür: 
           
«Uşaq əziz gündə sınmasın» - deyə  
           Anam cehizliyi yorğan üzündən  
           Mənə üst köynəyi tikdi hədiyyə.  
           Mən də iki dəfə öpdüm üzündən... (133, 147) 
 
Bu mərasimlə bağlı belə bir adət də vardır:  ən  əziz qonağı qarşılayarkən onun 
ayağı altında qurban kəsirlər. Bu, şairin  


 
 
250
aşağıdakı misralarında öz əksini tapmışdır: 
             
Qoyunlar, quzular düzdə, böləndə,  
            Səs-səsə verişib mər-mər mələrmiş.  
            Qapıya bir əziz qonaq gələndə,  
            Xınalı erkəklər qurban gələrmiş. (141, 76) 
 
S.Vurğunun  əsərlərində Azərbaycan xalqının  ən qədim adətlərindən olan 
qonaqpərvərliklə bağlı  təsvirlərə  də  təsadüf olunur. Bu baxımdan «Muğan» 
poemasında şairlə çobanın görüşü səhnəsi maraqlıdır. 
Şair Muğan düzündə bir çobanla görüşür. Çoban şairi görərkən yaşına uyğun 
olmayan bir cəldliklə ayağa qalxır, təbii bir qonaqpərvərliklə onu qarşılayır, südə 
qonaq edir: 
     Çıxır qarşımıza qoca bir çoban,  
     Çiyni yapıncılı, boyu çinar tək.  
     Azacıq çal düşmüş qaşlar altından  
     Qırğı baxışlarla gülümsəyərək,  
     Yerindən quş kimi qalxır ayağa…  
     Açıq bir alınla gəlir qabağa. (133, 376)   
 
Qonağın hörmətlə qarşılanıb yola salınması, ona xüsusi qayğı göstərilməsi, son 
tikənin belə qonağın qabağına qoyulması kimi xalqımıza məxsus xüsusiyyətlər də 
Vurğunun əsərlərində öz əksini tapmışdır. 
«Ayın  əfsanəsi» poemasında Cütçü bir parça pendir-çörək çıxardıb Ayın 
qarşısına qoyur və təklif edir ki, yesin. Ay bunun nə olduğunu soruşur. 
 
Soruşdum - bu nədir? 
Dedi - çörəkdir! 
Qonaqsız boğazdan ötməyəcəkdir! (133, 146) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə