Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

 
 
240
Səməd Vurğunun vətənpərvərliyindən danışarkən onun yaradıcılığındakı bir 
cəhət də qeyd olunmalıdır. Bu, şairin Vətəni  əslində olduğundan böyük, gözəl 
görmək xüsusiyyətidir. 
Şairin «Yadıma düşdü» qoşmasında belə bir misra vardır: «Göylərə baş  çəkir 
Göyəzən dağı...»  Əslində Göyəzən dağı S.Vurğunun doğulduğu Qazax rayonu 
ərazisində kiçik bir təpədir. Bu barədə Azərbaycanın xalq yazıçısı Mirzə İbranimovun 
şairlə bağlı xatirələri maraqlıdır. Onun 1985-ci il mayın 27-də S.Vurğunun ev-
muzeyində lentə alınmış xatirələrindən biri belədir: Onlar (S.Vurğun və  
M.İbrahimov – A.B.) Daş Salahlı  kəndində gecələyib səhər tezdən ova çıxırlar. 
«Birdən Səməd həyəcanla dedi: 
- Ayə, bir oraya bax, Göyəzən dağına... 
Baxdım ki, orada bir təpə var. Dedim: 
- Ay  Səməd,  sən deyəndə  «Göylərə baş çəkir Göyəzən dağı»,  mən elə bilirdim 
ki, bu Elbrusdu, ya hansı dağdır? 
Səməd cavab verdi: 
- Mənim «veliçiyem» (bunu rusca dedi) ondadır ki, mən təpəni dağ kimi təsvir 
edirəm. Sən qorx o adamlardan ki, dağı təpə kimi təsvir eləsinlər...» (156) 
«Muğan» poemasından götürdüyümüz bu misralar da şairin yüksək 
vətənpərvərliyinin bədii ifadəsidir: 
 
Kiçicik bir sudur yer üzündə Kür,  
Baxsan bu dünyanın xəritəsinə.  
Bəs niyə qəlbimdə ümman döyünür,  
       Mən qulaq asdıqca Kürün səsinə?! (133, 391) 
 
Azərbaycanın hər bir guşəsi şair üçün əziz və doğma olmuşdur. 
S.Vurğunun ev-muzeyində  təsadüf etdiyimiz bir məktub bu baxımdan 
diqqətimizi çəkdi. Şair məktubu 1955-ci ilin iyulunda İstisudan həyat yoldaşı Xavər 
xanıma yazmışdır. Bütün yaradıcılığı boyu Azərbaycan təbiətinin gözəlliklərini, onun 
təbii sərvətlərini milli qürur hissilə tərənnüm etmiş Səməd Vurğunun məktubu da bu 
ruh- 


 
 
241
dadır. O yazır: «Əzizim Xavər!  İstisu mənə çox kömək eləyir. Bütün ömrümdə bu 
qədər təsirli su, təmiz hava görməmişəm...».

 (31) 
Əlbəttə, S.Vurğun dünyanın bir çox yerlərində olmuşdu, dünyanın bir çox yerləri 
barədə  məlumatı vardı. Lakin vətənpərvər  şairin fikrincə, min bir dərdin dərmanı, 
həyatın mənbəyi məhz doğma yurddadır, onun təbiətindədir: 
          
 
 
 
Qayaları baş-başadır,  
          Güneyləri tamaşadır.  
Gödək ömrü çox yaşadır  
          Canım dağlar, gözüm dağlar. («Dağlar», 131, 125) 
 
S.Vurğun 1955-ci ilin noyabrında Vyetnama səfəri zamanı  xəstələnib Pekin 
xəstəxanasında yatarkən belə yazmışdı: 
 
Vaxtsız əcəl, məndən uzaq dayan, dur,  
Qürbət eldə can vermərəm ölümə.  
Qılıncını məndən uzaq dolandır,  
Onu bil ki, qələm aldım əlimə,  
Qürbət eldə can vermərəm ölümə! (132, 296) 
 
Şairin Vətənə  məhəbbəti öz xalqının tarixinə, mədəniyyətinə, dilinə, ayrı-ayrı 
şəxsiyyətlərinə, adət-ənənələrinə münasibətində də öz əksini tapmışdır. 
Səməd Vurğun Azərbaycanın tarix və  mədəniyyət abidələrinin qoruyucusu və 
tərənnümçüsü olmuşdur. Azərbaycanın təbiəti kimi qədim tapıntılar, mədəniyyət 
abidələri də onu ilhamlandırmışdır.  Şair 1948-ci ildə  çıxışlarının birində demişdir: 
«Azərbaycanın qədim, nadir tapıntıları bizim üçün böyük qiymətə malikdir. Bu 
günlərdə  mən Azərbaycan Elmlər Akademiyasının işçiləri ilə birlikdə Mingəçevir 
rayonunda oldum, orada qazıntı zamanı Azərbaycanın qədim mədəniyyətini  əks 
etdirən çoxlu əşyalar tapılmışdı. 
                                           

 Биз С.Вурьунун бу мяктубуну «Мядяниййят» гязетиндя дярж етдирмишик. 


 
 
242
 Bunlar çox da böyük olmayan tapıntılar idi. Ancaq onlar məni ilhama gətirdi. Mən 
«Muğan» poemasını yazdım və bu nadir tapıntılardan ilhamlanaraq poemanın bütöv 
bir fəslini Pompey qoşunlarına və başqa işğalçılara qarşı igidliklə vuruşan 
Azərbaycan xalqının keçmişinə həsr etdim». (59) 
Şair qazıntı zamanı tapılmış hər hansı bir əşyanın, kiçik parçanın belə tariximizin 
öyrənilməsi üçün xüsusi əhəmiyyətini qeyd etmişdir: 
 
Kim bilir, neçədir dünyanın yaşı  
          Tarixin nə qədər yazısı vardır.  
          Hər saxsı parçası, hər məzar daşı  
          Nəsildən-nəsilə bir yadigardır. (132, 28) 
 
S.Vurğun bu cür tapıntıların qan yaddaşımıza çevrildiyini, özündə ulu tariximizi 
və kökümüzü yaşatdığını «Bakının dastanı» poemasında da işıqlandırmışdır.  Şair 
Azərbaycan elminin mərkəzləşdiyi Elmlər Akademiyasını oxucuya təqdim edərkən 
ilk növbədə buradakı  əlyazmaları, qədim tapıntıları yada salır. Min illərdən qalmış 
dəri üzərindəki  əlyazmaları bizə ulu babalarımızdan yadigardır. Bu yazılar həm 
tariximiz, həm də babalarımızın müqəddəs sənəti kimi əhəmiyyətlidir. Onları hər bir 
vətəndaşımız görməli, mənasını duymalıdır: 
                
...Akademiya!.. Nələr vardır burda bilsən!  
               Min illərdən qalmış o əlyazmaları  
               Xəbər verir yurdumuzun keçmişindən,  
               Hər vətəndaş bircə dəfə görsün barı!  
               O dərilər üstündəki gözəl xətlər  
               Babaların müqəddəs bir sənətidir.  
               O toz basmış, zaman görmüş hər bir əsər  
               Nəsillərin bir-birilə söhbətidir. (132, 311) 


 
 
243
Poemanın  Şirvanşahlar sarayı ilə bağlı misraları bu abidəyə  şairin məhəbbətini 
əks etdirir. Beş yüz il bundan əvvəl  Şirvanşah Xəlillüllahın tikdirdiyi saray bu gün 
həm nadir sənət incisi, tarixi abidə, həm də Azərbaycan dövlətçiliyinin rəmzidir. 
Burada xalqımız yadellilərin basqınlarını  dəf etmiş, öz paytaxtını yaratmış  və 
qorumuşdur: 
               Bakı adlı, dünya görmüş bir limanda  
               O hökmüdar qurdu Şirvan paytaxtını.  
               Qəsbkarlar axışdığı bir zamanda  
               Dönə-dönə o sınadı öz baxtını... (133, 319) 
 
S.Vurğun burada toplanmış tapıntıları da unutmur. Onların hər birinin tariximiz 
üçün mühüm əhəmiyyətini qeyd edir. Daşlar üzərində yonulmuş at, qoç, öküz 
surətləri xalqımızın igidliyini və məşğuliyyətini, bir də sənətkarlığını əks etdirir. 
       Müəllifin diqqəti burada mühafizə olunan saxsı qablardan da yayınmır. 
Arxeoloci qazıntılar zamanı tapılmış bu əşyalar həm tariximizin, həm də 
incəsənətimizin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu qabları ulu babalarımız 
hazırlamış, istifadə etmişlər. Saxsı qablarda əcdadlarımızın  əl izləri yaşayır. Qablar 
üzərindəki müxtəlif lövhələr, pələng, ceyran, qırqovul surətləri bu əşyaları sənət əsəri 
kimi də təqdim edir. Belə zəngin sərvətin sahibi öyünməkdə haqlıdır:  
               
   Hələ qablar, saraydakı saxsı qablar  
               Tufan görüb dəyişməmiş öz rəngini…  
               O qablarda nə lövhələr, surətlər var!  
               Əzəl seyr et bizim dağlar pələngini. (133, 320-321) 
 
«Muğan» poemasının on üçüncü nəğməsini  şair Mingəçevir qazıntıları zamanı 
üzə çıxarılmış tapıntılara həsr etmişdir. Qoca alimlə Sarvan söhbət edirlər. Sarvanın 
«Axtardığınız şeylər nədir?» sualına alim belə cavab verir: 
               
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə