Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

 
 
208
mundakı (1939) nitqi diqqəti cəlb edir. Şair həmin çıxışında onu V.Şekspir, 
Ş.Rustaveli, A.S.Puşkin, T.Şevçenko kimi «epoxa yaradan, tarix yaradan» yazıçılar 
sırasına daxil etmiş, «Azərbaycan xalqının qəhrəmanlıq və talant simvolu» kimi 
səciyyələndirmişdir. S.Vurğun filosof M.F.Axundovun bu istiqamətdə fəaliyyətini «o 
zamankı  Şərq ölkələri tarixində böyük bir inqilab yaratmaq» hesab etmişdir.  Şair 
onun fəlsəfi məsələlərin  şərhində insan qüvvəsinə inamını, insanı mübarizəyə 
çağırmasını da xüsusi qeyd etmişdir.  Şairin M.F.Axundovu rus çarizminin tərəfdarı 
kimi qələmə vermək istəyənlərə qarşı cavabı da birmənalıdır:. «...Axundov o medallı 
və paqonlu mundirin içində böyük bir ürək gəzdirirdi. Bu ürək Azərbaycan xalqının 
azadlıq və səadət axtaran ürəyi idi». (135, 91) 
S.Vurğun xüsusi olaraq onu da qeyd etmişdir ki, M.F.Axundov eyni zamanda 
böyük bir beynəlmiləlçi olmuşdur, o, bütün dil və milli ayrılıqlara baxmayaraq insanı 
sevmişdir, bütün bəşəriyyətin taleyi ilə məşğul olmuşdur. 
Şair xalqımızın həyatını, onun özünəməxsus xüsusiyyətlərini  əks etdirən 
sənətkarlara yüksək qiymət verir, onların yaradıcılığını örnək hesab edirdi. S.Vurğun 
böyük Azərbaycan  şairi M.Ə.Sabirin yaradıcılığını bu baxımdan yüksək 
qiymətləndirirdi.  Şair göstərirdi ki, M.Ə.Sabir mənsub olduğu xalqın bütün 
xüsusiyyətlərini, onun tələblərini gözəl bilirdi və  həmin tələblərə, həmin 
xüsusiyyətlərə görə  də yaradırdı. S.Vurğun yazırdı: «...Sabir elə  sənətkar olmuşdur 
ki, onunla xalqımız  əsrlər boyu fəxr edəcəkdir. Onun xüsusiyyətlərilə bizim xalq 
dərindən-dərinə bağlıdır. Sabirin yaradıcılığında xalqımızın ruhu, həyatı vardır. Buna 
görə də xalqımızın ruhunda yaşayır». (135, 49) 
S.Vurğun böyük dramaturqumuz C.Cabbarlının yaradıcılığını da ürəkdən sevmiş 
və yüksək qiymətləndirmişdir. O, C.Cabbarlı  sənəti barədə maraqlı fikir və 
mülahizələr söyləmiş, xüsusi məqalələr yazmışdır. Şair ədəbiyyatımızın bu günündən 
danışanda da, dramaturgiyamızın problemlərini araşdıranda da, söz sənətimizin  


 
 
209
dünya şöhrətindən söhbət açanda da, onun gələcək vəzifələrini müəyyənləşdirəndə də 
Cabbarlı  sənətini yada salmış, dönə-dönə bu sənətə istinad etmişdir. Onun 
«C.Cabbarlı böyük bir sənətkar kimi», «Solğun çiçəklər» haqqında», 
«Ədəbiyyatımızın fəxri» məqalələri, «Sevil» opera-tamaşası barədə rəyi yüksək elmi 
səviyyədə yazılmışdır və öz elmi əhəmiyyətini bu gün də saxlayır. 
C.Cabbarlının vəfatının 10 illiyinə həsr olunmuş xatirə gecəsindəki çıxışında və 
bu çıxış  əsasında yazdığı  məqaləsində  şair özünün «Cabbarlı kimdir?», «Onun 
Azərbaycan ədəbiyyatında tutduğu mövqe nədən ibarətdir?» suallarına cavab olaraq 
göstərmişdir ki, bu suallara cavab vermək üçün Cabbarlının bizə irs qoyub getdiyi 
ədəbi xidməti uzun illər boyu axtarmaq, onun bizə  hələ  məlum olmayan kamal və 
sənət incilərini kəşf etmək, bu barədə kitablar yazmaq lazımdır. 
Milli mədəniyyətə bağlılıq, dramaturqun qidalandığı qaynaqlar, müasirlik, 
yaradıcılıq xüsusiyyətləri barədə  şairin fikirləri bu gün də faydalıdır. O yazırdı: 
«Milli mədəniyyət zəminəsi ilə yaşamayan, mənsub olduğu xalqın mənəvi həyatı, 
onun mütərəqqi ideyaları, əməl və arzuları ilə silahlanmayan insanların heç bir siması 
olmadığı kimi, heç bir yazıçı siması da ola bilməz. Cabbarlı bu böyük həqiqətlə 
yaşayıb yaradan bir sənətkar idi». (135, 303) 
S.Vurğun tarixə istinad edərək onu da göstərirdi ki, öz xalqını doğrudan da 
sevən, onun taleyi və  gələcəyi ilə  məşğul olan, həm də bir sənətkar kimi böyük 
istedada malik şəxslər öz milli mədəniyyəti çərçivəsində qalmamış, eyni zamanda 
ümumbəşəri ideyaların və  əməllərin də  tərənnümçüsü olmuşlar.  Şair böyük 
sənətkarlara xas olan bu məziyyəti Cabbarlı yaradıcılığında da görürdü. S.Vurğun 
qeyd edirdi ki, Cabbarlı yalnız Azərbaycan  ədəbiyyatının gözəl  ənənələrinə deyil, 
Avropa və  Şərq mədəniyyəti abidələrinə  də hörmətlə yanaşmış, bir sənətkar olaraq 
onlardan məharətlə istifadə etmişdir. O, Cabbarlı sənətinin geniş şöhrət qazanmasının 
bir səbəbini də məhz bunda görürdü. Şairə görə,  


 
 
210
Cabbarlı yaradıcılığı hər şeydən əvvəl, həyat və mühit həqiqətlərinin bədii sənətdəki 
təzahürüdür. C.Cabbarlının yaratdığı istər müsbət, istərsə  mənfi obrazlar, yaxud 
hadisələr, «həyatın soyuq bir şüurla dərk edilmiş fotoqrafiyası deyil, sənətkar qəlbini 
və idrakını, ilham dediyimiz böyük bir qüdrətin günəşi ilə isinmiş, duyulub 
yaşanılmış, həm də səciyyəvi hadisələr, həqiqətlərdən bəhs edən bir sənətdir». (135, 
305) 
S.Vurğun dramaturqun yaratdığı obrazları seyr edərkən müxtəlif qiyafələr, 
müxtəlif xasiyyət və dünyagörüşləri, ehtiraslar-bütün bunları ifadə edən canlı  və 
təravətli dillər, hərəkətlər görür. Burada danışan ağız və dodaqlar deyil, ürəklərdir. 
«Ürək danışmayan bir yerdə  həyat olmadığı kimi, sənət də ola bilməz».  Şair 
C.Cabbarlı sənətinin qüdrətini elə bunda görürdü. 
«Müasir dramaturgiyamızda Cabbarlı  sənətinin böyük nəfəsi hakimdir». 
S.Vurğun bunu söyləyərkən Cabbarlı  sənətinin məna gözəlliyinin milli 
dramaturgiyamızda, o cümlədən şairin özünün yaradıcılığında bu və ya digər şəkildə 
ifadə olunduğuna  əsaslanırdı.  Şair belə hesab edirdi ki, C.Cabbarlının "Od gəlini", 
"1905-ci ildə" pyesləri sonradan "Vaqif", "Fərhad və Şirin", "Nizami", "Qaçaq Nəbi" 
kimi səhnə əsərlərinin yaranmasına ciddi təsir göstərmiş, «Almaz», «Yaşar», «Sevil» 
əsərləri isə «Həyat», «Məhəbbət», «Toy», «Vəfa», «Bahar suları» kimi pyeslərin 
yaranmasına təkan vermişdir. S.Vurğun bununla demək istəyirdi ki, C.Cabbarlı 
dramaturgiya sahəsində böyük bir ədəbi nəslin sənət müəllimi olmuşdur. 
Şair C.Cabbarlının sənət uğurlarının  əsas səbəblərindən birini dramaturqun 
mənsub olduğu xalqa, torpağa bağlılığında görürdü. O yazırdı: «Ədibin 
(C.Cabbarlının – A.B.) Vətən eşqi çox böyük idi. Buna görə  də onun ədəbi dili də 
milyonların dili oldu, onun bütün əsərlərini xalq öz ürək çırpıntısı, öz nəfəsi kimi 
qəbul etdi. Bu, sənətkar üçün ən böyük səadətdir». (136, 184) 
Azərbaycan incəsənətinin daha geniş inkişaf yollarına çıxması, yeni əsərlər 
hesabına zənginləşməsi də S.Vurğunu ömrü  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə