Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

 
 
199
(192, 174) Tənqidçinin fikrincə,  şairin gətirdiyi bütün dəlillər daha çox millətlər 
arasında fərqli cəhətlərin  əsaslandırılmasına xidmət edir, millətlərin kommunizm 
quruculuğu prosesində bir-birinə yaxınlaşması isə göstərilmir. 
S.Vurğunun «Hər bir xalqın özünün xüsusiyyətləri: öz məişəti, öz ənənələri və 
zövqü, adətləri və vərdişləri vardır ki, bütün bunlar da əsrlər boyunca yaranıb inkişaf 
etmişdir. Hər bir xalqın öz təfəkkür tərzi və dünyanı dərk etmək tərzi vardır» – fikri 
barədə Y.Qorbunovanın mülahizələri də özünün qeyri-adiliyi ilə  məhz dövrünün 
tələblərinə uyğundur. O, şairin qeyd etdiyimiz sözlərini sitat gətirir və onun ardınca 
belə yazır: «Bu, əlbəttə, ümumən belədir. Lakin sovet xalqları üçün hər halda əsas 
deyil». (192, 174) Deməli,  ədəbiyyatşünas hər bir xalqın özünəməxsus milli 
xüsusiyyətlərinin mövcudluğunu qəbul edir, lakin bu xüsusiyyətləri ikinci dərəcəli 
sayır. Onun fikrincə, milli özünəməxsusluq sovet xalqları üçün əsas amil ola bilməz. 
Tənqidçi S.Vurğunun milli özünəməxsusluq barədə fikirlərinə münasibətini bu cür 
bildirmişdir: «Əgər biz onu düzgün başa düşürüksə, Səməd Vurğun burada iki səhvə 
yol vermişdir. O, «öz təfəkkür tərzi və dünyanı  dərketmə  tərzi» olan «milli 
xarakterin» mahiyyətini səhv başa düşür. Onun bu fikri milli xarakter barədə marksist 
anlayışına uyğun gəlmir. Bundan başqa, o, «millət» və «milli xarakter» anlayışlarının 
dəyişən olduğunu nəzərə almır. Zaman dəyişdikcə, milətlər də dəyişir. SSRİ xalqları 
ailəsini təşkil edən sosialist millətləri Rusiya imperiyasına daxil olan millətlərdən 
köklü surətdə fərqlənirlər». (192, 174) 
Bu sözlər bu gün deyil, heç yazıldığı 1953-cü ildə də təbii səslənə bilməzdi. Axı, 
sosializm quruluşunun özü də ayrı-ayrı millətlərin inkişafını inkar etmirdi. Çünki 
S.Vurğunun qeyd etdiyi kimi, «bir rus kommunist olmuşsa, bu halda öz rusluğundan 
çıxmırdı». 
S.Vurğunun milli özünəməxsusluq barədə fikirlərinə qarşı  çıxanlardan biri də 
görkəmli tacik şairi Mirzo Tursunzadə olmuşdur. O da şairin işlətdiyi məlum 
ifadələrə iradını bildirərkən belə  


 
 
200
yazmışdır: «Səməd Vurğun hər bir sosialist millətinin xarakterində hansı xüsusi 
təfəkkür və dünyanı  dərketmə» tərzi görür? Axı, ölkəmizin bütün xalqları vahid 
dünyagörüşündə birləşmişdir. Sosialist birgəyaşayış tərzi, əlbir mübarizə illəri sovet 
adamları  və sovet xalqlarında ümumi, vahid vərdişlər, ümumi təfəkkür və 
dünyagörüşü sistemi yaratmışdır». (103, 29) M.Tursunzadənin bu fikrinə 
münasibətini bildirən Qasım Qasımzadə yazır ki, burada S.Vurğunun işlətdiyi 
«dünyanı dərketmə» («mirovospriətiə») ilə M.Tursunzadənin işlətdiyi «dünyagörüşü» 
(«mirovozrenie») sözlərinin mənası tam eyniyyət təşkil etmir. Dünyagörüşü insanı 
əhatə edən mühit haqqında baxış, anlayış və təsəvvür sistemidir. «...S.Vurğun hər bir 
xalqın özünəməxsus dünyagörüşündən deyil, «xüsusi təfəkkür və dünyanı  dərketmə 
tərzindən» söhbət açmışdır». (103, 29) 
S.Vurğunun  şəxsi arxivində onun «Mənim Qorbunovaya cavabım» adlı 
məqaləsinin  əlyazması mühafizə olunur. (214) Şair belə bir cavabı yazsa da, dərc 
etdirməmişdir. 
Həmin cavabdan görünür ki, S.Vurğun Y.Qorbunovanın məqaləsi ilə çox 
diqqətlə tanış olduqdan sonra öz fikir və mülahizələrini bir daha şərh etməli 
olmuşdur. Şair belə bir qənaətə gəlmişdir ki, Qorbunova onun fikirlərini ya düzgün 
başa düşməmiş, yaxud da təhrif etmişdir. S.Vurğunun fikrincə, Qorbunova sənətdə 
milli formanı inkar etmir və bununla yanaşı belə düşünür ki, dillərin müxtəlifliyi 
xalqların birləşməsinə deyil, ayrılmasına aparır. S.Vurğun tənqidçinin bu fikrini 
qeyri-elmi, tamamilə səhv və zərərli hesab edir. Şair göstərir ki, mədəniyyət konkret 
milli formada doğulur və inkişaf edir; mədəniyyətin hamı üçün hazır və standart 
forması yoxdur. Canlı insan konkret tarixi və milli şəraitdə doğulduğu kimi, 
mədəniyyət də ilk dəfə müxtəlif formalarda meydana gəlir. 
S.Vurğun Y.Qorbunovanın fikir və mülahizələrinin kökündən  əsassız və yanlış 
olduğunu öz dövrünün dialektik təliminə uyğun əsaslandırmışdır. 


 
 
201
Y.Qorbunovanın məqaləsi ilə  təxminən eyni vaxtda «Literaturnaya qazeta»da 
dərc olunmuş  «Şairin hüquqları» adlı  məqaləsində S.Vurğun bir sıra məsələlərlə 
yanaşı, milli özünəməxsusluq barədə fikirlərini daha dərindən  əsaslandırmağa səy 
göstərmişdir. Qeyd edək ki, şairin bu məqaləsinə qarşı çıxışlar da «dərinləşdirilmiş» 
və artıq müəllifi ittiham etmək səviyyəsinə çatmışdır. Bu baxımdan «Literaturnaya 
qazeta» da dərc olunmaq üçün hazırlanmış «Sovet şairinin borcu» sərlövhəli məqalə 
xarakterikdir. 
Azərbaycan şairlərindən R.Rza, S.Rüstəm və M.Rahimin imzaladığı bu yazının 
müəlliflərinin fikrincə, yazılışında bəzi fərqlərə baxmayaraq hər iki məqalə - həm 
«Böyük sənət məsələləri», həm də  «Şairin hüquqları» eyni dərəcədə  səhvdir və 
S.Vurğunun vaxtilə Azərbaycanın partiya mətbuatı  və  ədəbi ictimaiyyəti tərəfindən 
haqlı  tənqid olunmuş ideya-bədii nöqsanlarına haqq qazandırmağa xidmət edir. 
Müəlliflər «Böyük sənət məsələləri»nin Y.Qorbunova tərəfindən geniş  təhlil 
edildiyinə əsaslanaraq «Şairin hüquqları» üzərində dayanmışlar. 
Müəlliflərin fikrincə, S.Vurğun «milli xarakter» barədə düzgün olmayan, qeyri-
marksist mülahizə yürütmüşdür.  Şairin «hər bir millətin öz tarixi inkişaf yolu, öz 
məişət tərzi,  əsrlər boyunca yaranıb təkmilləşmiş öz ənənələri vardır, öz dili, öz 
adətləri, vərdişləri, öz düşüncə tərzi və ruhi aləmi vardır» yazması həmin müəllifləri 
də razı salmır və onlar şairi günahlandırırlar ki, S.Vurğun bu mülahizələrini təkidlə 
irəli sürərkən cəmiyyətdə sosialist millətlərinin birliyi barədə bir kəlmə  də 
söyləməmişdir. Müəlliflər ona əsaslanırlar ki, «əsrlər boyunca yaranıb təkmilləşmiş» 
bu ənənələr, adətlər və vərdişlər içərisində elələri də vardır ki, onlar feodal-patriarxal 
həyatı  və dünyagörüşünün qalıqlarıdır, bu gün bizim xalqın mənəviyyatına yaddır. 
Şairin öz vaxtını ötmüş adət-ənənələri tənqid etməməsini müəlliflər S.Vurğunun 
«Azərbaycan xalqının mənəvi dünyasını ölkəmizin (SSRİ  nəzərdə tutulur - A.B.
digər xalqları üçün anlaşıqlı və doğma edən xüsusiyyətləri» müdafiə etməməsi kimi 
başa düşmüşlər. Onlar  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə