Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

 
 
181
etmişdir.

 Bunların  əsərin ümumi ideyasına, ayrı-ayrı obrazların daha obyektiv 
səciyyələndirilməsinə  və müəllif qayəsinə (habelə vaxtilə  əsər barədəki yanlış 
mülahizələrin təkzibinə) müəyyən təsiri olduğundan bəziləri haqqında danışmağı 
lazım bilirik.
∗∗
 
Haqqında danışdığımız nüsxədə ikinci şəklin əvvəlində əsərin qəhrəmanı Şahbaz 
haqqında müəllifin belə bir əlavəsi vardır: 
«Xəyallar dünyasına daha çox mayıl, adi həyat qaydalarına çox da riayət 
etməyən gənc bir filosofdur. İdealizm dünyagörüşünün hələ  də onda bir çox izləri 
vardır. Lakin o, insanlardan küsdüyü vaxtları belə yenə insanlara bağlıdır».(157). 
Şahbaz obrazının daha obyektiv səciyyələndirilməsində, onun xarakterinin 
aydınlaşdırılmasında və nəhayət, həmin obraz ətrafında gedən mübahisələrin həllində 
bu əlavənin müəyyən əhəmiyyəti vardır. 
Əsərin çap olunmuş variantında, beşinçi  şəkildə faşist təbliğat naziri Albertlə 
filosof  Şahbazın toqquşması verilir. Albertin yazmış olduğu kitab barədə bu cür 
söhbət gedir: 
 
Şahbaz 
Oricinal deyildir yazdıqlarınız  
Filosof Nitsşenin fikridir yalnız...  
(Albert həyəcan keçirir) 
Albert 
Bəlkə Nitsşenin də sevməyirsiniz?.. 
Şahbaz 
Bəlkə yox...başqadır fikirlərimiz 
Alber
Kimi sevirsiniz bəs almanlardan? 
Şahbaz 
Birini sevərdim, o da bir zaman... 
Albert 
O kimdi? 
                                           

  Шаир ясяр цзяриндя бянювшяйи вя гара рянэли мцряккяблярля, щабеля карандашла, демяли, азы цч дяфя ишлямишдир. 
∗∗
 Мцгайисяляр «Инсан»ын Ж.Жаббарлы адына Дювлят Театр Музейиндя сахланылан (инв. № 8470) вя ясярин няшри заманы 
ясас эютцрцлмцш нцсхяси иля апарылмышдыр. 


 
 
182
Şahbaz 
Hete, Faustu yazan. 
Albert 
Bəs indi fikriniz dəyişmiş yoxsa?  
Şahbaz 
Bəli, Faustdakı gizli bir məna  
Gülür insanlığın arzularına.  
Orda Mefistofel qələbə çalır,  
İnsan qüdrətiysə kölgədə qalır. (134, 301). 
 
Yenidən işlənmiş variantda həmin hissədə ixtisarlar aparılmış, Hete və Faust 
barədə fikirlər tamam çıxarılmış, həmin yer belə verilmişdir: 
 
Şahbaz 
Oricinal deyildir yazdıqlarınız- 
Filosof Nitsşenin fikridir yalnız… 
(Albert həyəcan keçirir) 
Albert 
Bəlkə Nitsşeni də sevməyirsiniz?.. 
Şahbaz 
Bəlkə yox… Başqadır fikirlərimiz… 
Çünki Nitsşedəki sönük bir məna 
Gülür insanlığın arzularına. 
Fəlakət hər yerdə qələbə çalır. 
İnsan qüdrətisə kölgədə qalır…(157). 
 
Nəşr olunmuş variantda, doqquzuncu şəkildə müharibədən sonrakı dövr təsvir 
olunur. Müharibənin alovları içərisindən qələbə ilə  çıxmış general İslama belindəki 
qılıncı açmağı təklif edirlər. İslam belə cavab verir: 
 
...Yox, qardaş, nə qədər almanlar varsa,  
Qılıncı belimdən aça bilmərəm. (134, 345) 


 
 
183
Göründüyü kimi, İslamın cavabı ümumi və hətta bir qədər mücərəddir. Şair özü 
də bunu vaxtında hiss etmiş və bu cür dəyişiklik aparmışdır: 
 
Bir bayraq altına gəlməmiş aləm,  
Qılıncı belimdən aça bilmərəm.(157). 
 
Məhz bu fikir beynəlmiləlçi S.Vurğunun yaradıcılığına xasdır. 
Əsərin ikinci şəklində Şahbaz, Səhər, Cəlal və İslamın söhbəti verilmişdir. İslam 
bəzi hallarla dostlarının fikri ilə razılaşmır. Bir sıra məsələlərdə onun öz qənaətləri 
vardır. Buna görə də Cəlal onu bu cür tənbeh edir: 
 
Odur da... On beş il oxudun ancaq  
Nə elm qazandın, nə də qanacaq... 
 
İslam ona belə cavab verir: 
 
Sən öl yox! Hamıdan ağıllıyam mən, 
Gündə bir şey yazır hər gəlib gedən.  
Nə başımız qaldı, nə də beynimiz,  
Bir də, söz çuvalı deyilik ki, biz? (134,  250) 
 
Demək lazımdır ki, bu altı misranın dostların söhbətinin  əsas qayəsi ilə yaxın 
əlaqəsi yoxdur, həm də  Cəlalın və  ən çox da İslamın bütövlüyünə  xələl gətirir. 
Görünür, elə buna görə də şair həmin parçanı ixtisar etmişdir. 
S.Vurğun əsərin sonuna kiçik əlavələr etmişdir. Gənc Şahbazın «Nə adla çağıraq 
biz bu növrağı?» sualına Cəlalın «canlı və mənalı bir səslə» dediyi «İnsan kamalının 
zəfər bayrağı!» cavabından sonra əsər bu cür tamamlanır: «Səhərin simfoniyası get-
gedə canlanır, zəfər və əbədi bir səadət ifadə edir, yavaş-yavaş pərdə düşür».(157). 
Əlbəttə, bu cür sonluq «İnsan»ın təsir gücünü xeyli artırır. Səhərin yaratdığı 
«Hicran nəğməsi»nin və deməli, ümumən əsərin  


 
 
184
nikbin ruhunu ifadə etmiş olur. 
«İnsan» pyesində hadisələr «Qardaşlıq  şəhəri» adlanan bir yerdə başlanır. Bu 
şəhər müharibə zamanı tamamilə dağıdılmış, məhv edilmişdir. Bu torpağa müxtəlif 
millətlərdən olan igidlərin qanı çilənmişdir. Sonradan ayrı-ayrı millətlərin oğulları 
buranı dirçəltmiş, «Qardaşlıq  şəhəri» adlandırmışlar.  Şair remarkda yazır: «...Qara 
dəniz sahilində gözəl bir şəhər salınmışdır ki, adına «Qardaşlıq  şəhəri» deyilir. Ön 
tərəfdə uca sərvlər, çiçəklik və güllük içində bir gəzinti və istirahət parkı. Orada 
«Qardaşlıq şəhəri» deyilən abidəlik nəzəri cəlb edir. Ortadakı bir heykəl bir filosof və 
qəhrəman surətini ifadə edir. Zaman və məkan əbədi bir səadət andırır. Səhər yavaş-
yavaş açılır. Dənizin lərzəsi eşidilir. Təbiət o qədər şairanə və müqəddəsdir ki, insan 
heyran qalır. Daş, torpaq, ağaclar, quşların səsi, səyyar buludlar romantika ilə 
qanadlanmışdır... 
Səhər gəzintisinə çıxanlar təsvir olunan abidəni seyr edir, bəziləri onun yazılarını 
oxuyur, müxtəlif qocalar, gənclər, müxtəlif qiyafətli millətlər görünür. Hindlilər, 
çinlilər, ərəblər də vardır».(134, 135). 
«Bu remarkada şair gələcək müharibəsiz həyat barədə öz arzularını ifadə edir, 
müharibə  dəhşətləri ilə bu arzular arasındakı  təzadı konkret löhvədə verməyə 
çalışırdı».(179, 229) Əsərdə qoyulmuş bu problem bu gün də müasirdir, öz 
əhəmiyyətini indi də saxlayır. Şair istəyinə nail olmaq üçün əsər boyu müharibə  və 
sülh barədə özünün fikirlərini söyləmişdir. 
Remarkadan göründüyü kimi, xalqların qardaşlaşması, birliyi ideyası ön plana 
çəkilmişdir. Bununla birlikdə  əsərdə müxtəlif millətlərə  məxsus obrazların spesifik 
cəhətləri də açılmışdır. 
 
«Qardaşlıq şəhəri»nə gəlmiş qoca hindli soruşur: 
Əfv edin, əfv edin, bu şanlı məzar  
Qoynunda nə qədər millət qanı var? 
 
Ona belə cavab verirlər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə