Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

 
 
171
«Ukrayna partizanları»  şeri ilə  hələ müharibə illərində partizan hərəkatının 
məşhur başçılarından S.A.Kovpak da tanış olmuş,  şerdən razı qaldığını 
bildirmişdir.(41). Şerin rus dilinə tərcüməsi ayrı-ayrı vərəqələrdə düşmən arxasına – 
partizanlara da çatdırılmışdır.(184, 134-135). 
S.Vurğunun «Göyərçin»  şeri də müharibə dövrü Ukrayna həyatına həsr 
olunmuşdur. Bu şer «Ukrayna partizanları»ndan fərqli olaraq tərənnüm yox, konkret 
bir hadisənin təsvirindən ibarətdir. «Göyərçin» 1943-cü ildə Melitopol yaxınlığında – 
S.Vurğunun döyüşən orduya növbəti səfərlərindən biri zamanı  qələmə alınmışdır. 
Şerin təhlilinə keçməmişdən  əvvəl həmin səfər zamanı  şairi ön cəbhə  xəttində 
müşayiət etmiş diviziya partiya komissiyasının məsul katibi M.Niftəliyevin çəbhə 
xatirələrinə  nəzər salaq. Həmin xatirələrdən öyrənirik ki, S.Vurğun 1943-cü ilin 
noyabr ayında 416-cı diviziyada olmuşdur. Bu zaman Melitopol şəhəri yenicə azad 
edilmişdi və bu münasibətlə 416-cı Azərbaycan diviziyasına Qırmızı Bayraq 
verilmişdi.  
Cəbhə xatirələrində oxuyuruq: «Biz (S.Vurğun və M.Niftəliyev – A.B.
alaqaranlıqda Semyonovka kəndinə daxil olduq. Faşistlər kəndi darmadağın 
etmişdilər. Yerli əhali faşistlərin  əlindən yaxa qurtarmaq üçün kəndi tərk etmişdi. 
Kəndin  şimal-şərqində yerləşən bir evə daxil olduq. Ev almanlar tərəfindən tamam 
qarət edilmişdi. S.Vurğun döşəmənin üzərinə düşən bir kağız parçasını götürdü. Bu, 
Volodya adlı bir uşağın 7-ci sinif şəhadətnaməsi idi. Dərin düşüncələrə dalmış  şair 
qəzəb dolu gözlərini tapdalanmış şəhadətnaməyə dikərək dedi: «Kim bilir, bu məsum 
uşaq indi haradadır? Faşist gülləsi onun susdurmuşmu, ya da yaşayırmı? O, acdırmı, 
susuzdurmu, anasının yanındadırmı, yoxsa faşistlər onu məcburi  əməyə  cəlb 
etmişlər?». 
S.Vurğun  şəhadətnaməni müqəddəs bir xatirə  tək götürdü və «bu şəhadətnamə 
yazılmamış bir sənət  əsərinin mövzusu olacaqdır» – dedi. Mən gözlərimi 
S.Vurğundan çəkmirdim. Şair isə xarabaya çevrilmiş evin qarşısında, qurumuş armud 
ağacının başına  


 
 
172
qonmuş bir göyərçini seyrə dalmışdı. Sanki onunla danışırdı. Yetim uşaq kimi 
boynunu bükmüş göyərçin elə bil ki, kimsəsiz qalıb ağlayırdı. Ona dən, su verən, onu 
bəsləyib saxlayan, nəvazişini çəkən sahibini axtarırdı. Mən gözlərimi  şairə 
dikmişdim. Onun nə deyəcəyini səbirsizliklə gözləyirdim. Ancaq hiss edirdim ki, şair 
öz ürəyində göyərçinlə danışır. 
...Çox keçməmişdi ki, «Cəbhə xatirələrindən» qeydi ilə  «Ədəbiyyat qəzeti»nin 
və «Kommunist» qəzetinin 1943-cü il 12 dekabr nömrələrində «Göyərçin»  şerini 
oxudum».(122). 
«Göyərçin»  şerində qanlı-qadalı illərdə Ukrayna torpağında faşistlər tərəfindən 
törədilmiş  fəlakətin poetik mənzərəsi verilmişdir.  Şair göstərir ki, kiçik bir şəhər 
viran edilmişdir. Burada nə bir insan səsi var, nə bağ, nə bağça. Mal, qoyun 
mələşməsi də eşidilmir. «Sanki bütün dünya laldır...» 
Şair müharibənin dəhşət və fəlakətlərini, ağır nəticələrini göyərçinin duruşunda, 
quşun gözləri ilə nəyi isə axtarmasında göstərmişdir. 
Göyərçin «qərib qalmış  ağacda» oturmuşdur. Çünki bütün evlər dağıdılmışdır. 
Quşun gözləri kiminsə intizarındadır. Lakin burada insan qalmamışdır. 
Şair ukraynalı bir gözəlin portretini rəsm edir. Bu gözəl göyərçinin indi 
boylandığı, lakin boş qalmış eyvana çıxarmış. Şair qəlbli bu gözəl təbiəti sevərmiş. 
Günəşin özü belə gözəldəki  şeriyyəti salamlarmış. O, roman oxuyar, corab 
toxuyarmış. 
İndi o gözəl yoxdur. Dəhşətli müharibənin odları arasında o gözəl də, roman da 
yanıb külə dönmüşlər. Bu faciədən «dilə gəlir göyərçin də»: 
 
Yaman olur hicran dağı.  
O daş altda, toz içində  
Bir romanın son varağı  
O gözəldən bir yadigardır! (132, 153) 
 
Bütün bunlarla yanaşı, Vurğun nikbinliyi, qələbəyə inam hissi «Göyərçin» 
şerinin də əsasını təşkil edir: 
 
 
 


 
 
173
Bu gün-sabah qurulacaq 
Bir ədalət məhkəməsi. 
Dəyişəcək o gün dövran: 
Bu zillətlər, bu möhnətlər, 
Vaxtsız ölmüş məhəbbətlər 
Baş qaldırıb torpaq altdan, 
Hayqıracaq qisas deyə, 
Hökm edəcək yerə, göyə. (132, 154) 
 
S.Vurğunun müharibə dövrü yaradıcılığının özəyinə hopan nikbinlik, qələbəyə 
inam 1943-cü ildə yazdığı «Gələcəyin toy-bayramı»  şerində  də qabarıq verilmişdir. 
Şair göstərir ki, Ukraynanın gözəlləri yenə  əlvan geyinəcək, Krım göylərinin 
ulduzları parlayacaq, Kuban çöllərinin ipək telli zəmiləri ləngər vuracaq, Qara dəniz 
gəmiləri qatar-qatar düzüləcək, bu gün yanmış xərabələr bir cənnətə dönəcəkdir. 
Bu qələbədə Azərbaycan oğullarının da əməyi olduğundan gələcəyin toy-
bayramında Odlar ölkəsinin də öz yeri vardır: 
 
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə 
Öz şerinin nəfəsilə yaşayacaq o zamanda:  
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da  
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır.  
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.  
O açacaq dəniz kimi tükənməyən ağılını,  
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını.  
O, məclisə can verəcək ayın, günün cəmalilə.  
Azərbaycan torpağının dərya boyda kəmalilə. (132, 166) 
 
Bu şerdə həmçinin bəşəri və milli hisslər birləşərək bir vəvdət halında meydana 
çıxmışdır ki, bu da şairin yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən biridir. 
Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri müharibənin  


 
 
174
əleyhinə  çıxmış, onun bəşəriyyətin inkişafı yolunda əngəl olduğunu, dünyanı 
eybəcərləşdirdiyini, insan ömürlərinə son qoyduğunu, neçə-neçə adamı  həmişəlik 
şikəst etdiyini dönə-dönə xatırlatmışlar. Müharibə eyni zamanda insan şüuruna təsir 
edir,  şəhərləri, kəndləri xarabalıqlara döndərən, mədəniyyət dəyərlərinə  qənim 
kəsilən yırtıcılar yetirir. Bu baxımdan böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn 
Cavidin fikirləri ibrətamizdir. O, 1915-ci ildə qələmə aldığı «Müharibə və ədəbiyyat» 
adlı  məqaləsində Birinci Dünya Müharibəsi ilə bağlı  təəssüratını ifadə etmişdir. O 
burada göstərir ki, müharibənin baş verməsi ilə  əlaqədar bir sarsıntı, bir pərişanlıq 
vardır. Bütün ruhlar həyəcanda, gözlər intizardadır. Şair bu müharibənin dəhşətlərini 
belə təsvir edir: «Kürreyi-ərzin, bu canavar yatağının bir bucağı, bir nöqtəsi yox ki, 
duyğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın! Yanar 
dağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə  dəhşətlər 
içində buraxır. Dünyamız indiyə qədər hənuz böylə qorxunc bir bəlaya rast gəlməmiş, 
böylə müdhiş bir inqilab görməmiş».(75, 232).   
Hüseyn Cavid bu müharibənin «misri bir bəla», «bir taun», «bir fəlakət» 
olduğunu bildirir və onun nəticələrinin daha ağır olacağını göstərir: «Bəli, bugünkü 
müharibənin hazırlamaqda olduğu zərbə, çox qorxunc, çox təhlükəlidir. Bu müdhiş 
inqilabdan heç bir qüvvət qurtulmayacaq. Bütün elmlər, fənlər unudulmaz dərəcədə 
sarsılacaq, dəyişəcək. Şübhəsiz ki, ədəbiyyat da bu axıntıya qatılacaq».(75, 237).    
S.Vurğun müharibə illərində yazdığı əsərlərdə yalnız qəhrəmanlığın tərənnümü, 
dostluq və birliyə çağırış ideyaları ilə qapanıb qalmamışdı. Şair bəşəriyyətə fəlakət və 
göz yaşı  gətirən müharibəyə  fəlsəfi baxışlarını da bildirmişdir. O bu cür fəlakətlərə 
son qoymağın gərəkliliyini xüsusi qeyd edirdi. Buna görə  də  şair müharibə 
səhnələrinin geniş təsvirini verən əsərlər üzərində düşünməyə başladı. 
1943-cü ildə «Ədəbiyyat qəzeti»ndə onun «Hürmüz və Əhrimən»  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə